nen

1) is. nénéen m, -ne f ; 2) sif. nénéen, -ne adj ; ~ dili le nénéen, langue f nénéenne

nemət
nencə
OBASTAN VİKİ
Aldona Çesaytite-Nenenene
Aldona Çesaytite-Nenenene (qızlıq soyadı: Çesaytite; d. 13 oktyabr 1949 - ö. 3 aprel 1999; Kaunas, Litva) — Sovet İttifaqını təmsil edən Litvalı sabiq həndbolçu. Aldona Çesaytite, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Aldona Çesaytite, həm də Dünya Çempionatlarında 1 gümüş medala sahib olub. == Karyerası == Aldona Çesaytite, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Aldona Çesaytite növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Nena (qitə)
Nena - Arktika, Şərqi Antarktika və Baltika (Afro-Avrasiya) kratonlarından yaranan superqitə. Bu qitənin təxminən 1750 və ya 1265 milyon il bundan əvvəl mövcud olduğu ehtimal edilir. Nena superqitəsi parçalandıqdan sonra Kolumbiya qitəsi yaranmışdır. "Nena" termini "Northern Europe" (azərb. Şimali Avropa‎) və "Northern America" (azərb. Şimali Amerika‎) ifadələrinin baş hərflərindən götürülmüşdü.
Nene
Nene — bildirə bilər: Nene — Havay adalarında quş. təxəllüs və idmançı adları: Olinto di Karvalo, Erminio — braziliyalı futbolçu, müdafiəçi. Olinto di Karvalo, Klaudio -braziliyalı futbolçu, yarımüdafiəçi. Migel da Silva, Anderson — braziliyalı futbolçu, hücumçu.
Nene (basketbolçu)
Nene (13 sentyabr 1982) — Braziliyalı basketbolçudur. O, 1982-ci ilin sentyabr ayının 13-də anadan olub. Braziliyalı Nene NBA-nın Hyuston Rokets komandasında oynayır. Onun əsil adı Maybayne Rodney Hilariyodur. 2013-cü ildə adını dəyişib Nene qoyub. Maybayne Rodney Hilariyo və ya Nene təxəllüslü Braziliyalı oyunçu Braziliyanın Sao Karlos (braziliya portuqal dilində uşaq deməkdir) anadan olub. Bu ləqəbi götürməyində əsas məqsədi uşaqlıq illərini ailəsi və dostları arasında keçirməsi olub. Hər bir braziliyalı uşaq kimi oda erkən yaşlarında oyun oynamağı xoşlayırmış. 1990-cı illərin ortalarında o Eskola de Basquet Menegheli basketbol komandasına üzv seçilir. Sonralar o 1999-2002-ci illərdə Vasko de Qamada profesional basketbolla çalışır.
Nenens dili
Nenes dili - nenlərin dili olub, samodi dillərinə aiddir. 22 min nəfərə qədər daşıyıcısı var. Kola yarımadasından Yenisey çayına qədər ərazidə yayılıb. Ənənəvi olaraq tundra və meşə dialektlərinə böğlünür. Son dövrlərdə onlar iki müstəqil dil: nenes və neşan dili kimi tanınırlar. Yazılı formada daha çox danışanı olan tundra dialekti əsas götürülür.
Nenes dili

Nenes yarımadası
Nenes yarımadası — Murmansk vilayəti ərazisində yerləşən yarımada. Yarımada materiklə ensiz bərzəxlə birləşir. Bərzəxin eni 230 metrdir. Onun uzunluğu 1,7 km-dir. Eni 700 metrdir. Yarımadada Rıstiniem və Kyaskyuniem burunlar vardır. Yarımadanın mərkəzi bataqlıqlaşmışdır. Relyefi əsasən qayalıqdır. Maksimal hündürlük 42,8 metrdir. Sahilə yaxın ərazilərdə su altı daşlar vardır.
Nenets Muxtar Dairəsi
Nenets Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Nenlər
Nenlər (nen. ненэй ненэче, хасово, нещанг; köhnə — samoyedlər, юраки;luoravetlan) —Cənubi Sibirdə xalq. İndiki Arxangelsk, Tümen, Tomsk, Krasnoyarsk və b. rus əyalətlərində yaşayan və cəmi 34 min nəfərdən ibarət nenlər ("nenes", "iqanasan" "selkup" da adlanırlar) azsaylı millətlərdəndir. Nenlər, və ya Nen xalqı ya da Yuraklar (Rusca yazılışı: Ненцы — Nentsı [çoxluq]) Rusiya Federasiyasında yerli bir xalqdır. 2002 ili siyahıyaalmaya görə Rusiya Federasiyasında 41,302 Nenet yaşamaqdadır. Dilləri Nencədir. Bəzən İngiliscədəki çoxluq takısı olan (s) ilə qarışdırıldıqları üçün Nenet şəklində tələffüz edilməkdədir. Nenləriçlərində Enets xalqı, Selkup və Nganasan xalqının da daxil olduğu Samoyedler qrupu içinə girərlər. İki böyük Nenqrupu vardır: Tundra Nenləri və Meşə Nenləri.
Nenmyon
Nenmyon (kor: 냉면) Koreya yarımadasının öxünəməxsus soyuq əriştə yeməklərindən biri olub qaynadılmış əriştənin soyuq suya salınaraq ədviyyat və qarnirlə birlikdə servis edildiyi yeməkdir. Nenmyon Pueraria montana, əkin qarabaşağı, kartof, qramafonçiçək batat və s. kimi müxtəlif bitkilərin tozundan istifadə edilərək hazırlanan əriştə və nazik doğranmış xiyar kimi bir parça tərəvəz və armud, həmçinin qaynadılmış yumurtadan ibarət olan yeməkdir. Nenmyonun mənşəyi Qoryo sülaləsi dövrünün ortalarında Pxenyandan gəlir. 1973-cü ildə Şimali Koreyada nəşr olunan kulinariya kitabına əsaslansaq görərik ki, Pxenyan Nenmyonu ilk dəfə olaraq indiki Pxenyanın Daedonggang rayonunun Uiamdong bölgəsində hazırlanmışdır. Nenmyon bulyonundan asılı olaraq sulu nenmyon və bibim-nenmyona ayrılır. Sulu nenmyonda adətən yuxarıda göstərilən şəkildəki kimi ərzaqlar soyuq bulyona(adətən mal əti bulyonu) əlavə edilir. Sulu nenmyonun bulyonun hazırlama üsuluna, tərkibindəki ət və ya tərəvəzlərin növünə görə müxtəlif növləri vardır. Bibim-nenmyon acı bibər pastası və digər ərzaqlarla hazırlanan qırmızı və ədviyyatlı ədviyyatlı nenmyondur. Hamgyong-do ərazisindəki bibim-nenmyona misal olaraq əriştəsi kartofdan hazırlanan Hamhung nenmyonu, çiy balıq əlavə edərək acı və ya soyuq formada hazırlanan çiy balıq nenmyonu və s.
Neno (mahal)
Neno — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. Neno ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Neno şəhəridir. Mahal şərqdə Blantire mahalı və Zomba mahalı, şimalda Balaka mahalı və Ntçeu mahalı, qərbdə Mvanza mahalı ilə qonşudur. Mahalın ərazisi 2003 ilinə qədər Mvanza mahalına bağlı idi, bu tarixdən etibarən həyata keçirilən yerli idari dəyişiklikdən sonra Mvanza mahalının şərq hissəsindən Neno mahalı təşkil edilmişdir. Neno mahalında 108,897 nəfər yaşayır.
Neno dairəsi

Nenqmyon
Nenmyon (kor: 냉면) Koreya yarımadasının öxünəməxsus soyuq əriştə yeməklərindən biri olub qaynadılmış əriştənin soyuq suya salınaraq ədviyyat və qarnirlə birlikdə servis edildiyi yeməkdir. Nenmyon Pueraria montana, əkin qarabaşağı, kartof, qramafonçiçək batat və s. kimi müxtəlif bitkilərin tozundan istifadə edilərək hazırlanan əriştə və nazik doğranmış xiyar kimi bir parça tərəvəz və armud, həmçinin qaynadılmış yumurtadan ibarət olan yeməkdir. Nenmyonun mənşəyi Qoryo sülaləsi dövrünün ortalarında Pxenyandan gəlir. 1973-cü ildə Şimali Koreyada nəşr olunan kulinariya kitabına əsaslansaq görərik ki, Pxenyan Nenmyonu ilk dəfə olaraq indiki Pxenyanın Daedonggang rayonunun Uiamdong bölgəsində hazırlanmışdır. Nenmyon bulyonundan asılı olaraq sulu nenmyon və bibim-nenmyona ayrılır. Sulu nenmyonda adətən yuxarıda göstərilən şəkildəki kimi ərzaqlar soyuq bulyona(adətən mal əti bulyonu) əlavə edilir. Sulu nenmyonun bulyonun hazırlama üsuluna, tərkibindəki ət və ya tərəvəzlərin növünə görə müxtəlif növləri vardır. Bibim-nenmyon acı bibər pastası və digər ərzaqlarla hazırlanan qırmızı və ədviyyatlı ədviyyatlı nenmyondur. Hamgyong-do ərazisindəki bibim-nenmyona misal olaraq əriştəsi kartofdan hazırlanan Hamhung nenmyonu, çiy balıq əlavə edərək acı və ya soyuq formada hazırlanan çiy balıq nenmyonu və s.
Nenqonenqo
Nenqonenqo (fr. Nengonengo) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 790 km şərqdə yerləşir. Adanın sahəsi 9 km²-dir. Daxilində laqun vardır. İnzibati baxımından Hao kommunasına daxildir. Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Vilyam Henrinin şərəfinə adlandırır. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Nensi Acram
Nensi Nabil Ajram (ərəb. نانسي نبيل عجرم‎; 16 may 1983-cü il, Əşrəfiyə[1]) — Livan müğənnisi. İndiyə qədər 2-si uşaqlar üçün olmaqla, ümumilikdə 12 studiya albomu çıxaran sənətçi karyerası boyunca çox sayda mötəbər ərəb festivallarına qatılıb, həmçinin çox sayda mükafata layiq görülüb. Onlardan biri də Ən Yaxşı Yaxın Şərq Sənətçisi olaraq, 2008-ci ildə qazandığı World Music Awards [2]mükafatıdır. Bununla da o, o zamana qədər həmin mükafatı almış ən gənc ərəb sənətçisi olmuşdur. Ardınca, 2012 və 2014-cü illərdə də World Music Awards mükafatına layiq görülmüşdür[3]. Nensi Ajram Coca-Cola şirkətinin Yaxın Şərqdə olan ilk və yeganə qadın sözçüsü olmuşdur. O, həm də UNICEF-in Yaxın Şərq üzrə ilk qadın xoşməramlı səfiridir[4]. Bundan əlavə, sənətçi Tiffany&Co markasının da Yaxın Şərqdə ilk ərəb təmsilçisi olmuşdur[5]. Nensi həmçinin sosial şəbəkələrdə ən çox izləyiciyə malik ərəb sənətçisidir.
Nensi Ajram

Nensi Astor
Nensi Viçer Lenqhorn Astor, Vikontessa Astor (ing. Nancy Witcher Langhorne Astor, Viscountess Astor; 19 may 1879[…] – 2 may 1964[…]) — Böyük Britaniya İcmalar palatasının ilk qadın üzvü Amerikalı milyonçu Çizuell Lenqhornun qızı. Gənc yaşında ilk həyat yoldaşı ilə boşandıqdan sonra Böyük Britaniyaya köçmüşdür orada sənayəçi sülaləsindən olan media-maqnat Vilyam Uoldorf Astora ərə getmişdir. Ledi Astor 1919-cu ildə İcmalar Palatasının deputatı oldu və ümumilikdə 25 il parlamentdə işlədi. O, ailə və qadınların sosial problemlərinə böyük diqqət yetirirdi və alkoqola qarşı çıxış edənlərdən idi. Parlamentdəki ilk çıxışında alkoqolu bütün problemlərin əsası olduğunu söyləmişdir, 1923-cü ildə isə yalnız 18 yaşına çatan şəxslərə spirtli içkilərin satışı haqqında qanun layihəsi ilə çıxış etmişdir. Həmçinin dünya siyasətinə fəal maraq göstərirdi. Əvvəlcə Nensi və onun əri Böyük Britaniyanın baş naziri olan Nevill Çemberleni dəstəkləyirdilər və nəyin bahasına olursa-olsun nasist Almaniya ilə sülhün bərpa edilməsinin tərəfdarları idilər, amma Britaniya 1939-cu il sentyabrın 3-də İkinci Dünya Müharibəsinə daxil olduqdan sonra, Çemberlenin hökumətinin nasizmə qarşı passiv münasibətlərinin tənqidçiləri oldular. Lakin Astor Vinston Çörçillin siyasətini də dəstəkləmirdi. 1945-ci ildə Astor müharibədən sonrakı ilk seçkilərdə öz namizədliyini irəli sürmədi və ömrünün son iki onilliyini siyasətdən kənarda keçirtdi.
Nensi Pelosi
Nensi Pelosi (ing. Nancy Pelosi; 26 mart 1940[…], Baltimor, Merilend) — 2019-cu ildən, daha əvvəl isə 2007-2011-ci illərdə ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsində çalışan amerikalı siyasətçi. O, 1987-ci ildən Kaliforniyadan ABŞ nümayəndəsi kimi fəaliyyət göstərir. Demokratlar Partiyasının üzvü olan Pelosi ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini icra edən yeganə qadındır.
Nensi Reyqan
Nensi Reyqan (ing. Nancy Davis Reagan; 6 iyul 1921[…], Manhetten, Nyu-York ştatı – 6 mart 2016[…], Bel-Eyr (Los-Anceles), Kaliforniya) — ABŞ Prezidenti Ronald Reyqanın həyat yoldaşı. Vikianbarda Nensi Reyqan ilə əlaqəli mediafayllar var.
Nensi Sinatra
Nensi Sinatra (ing. Nancy Sandra Sinatra, d. 8 iyun, 1940, Nyu Cersi) - ABŞ-lı müğənni və aktrisa. Sinatra, 1940-cı ilə Nyu Cersidə doğuldu. Məşhur müğənni və aktyor Frenk Sinatranın ilk həyat yoldaşı Nensi Barbatodan olan qızıdır. Dördüncü yaş günündə Phil Silvers və Jimmy Van Heusen özünə "Nancy (With the Laughing Face)" mahnısını yazmışdır, atası da bu mahnını səsləndirmişdir. Nensi Sinatra, 1966-cı ilin sevilən mahnısı "These Boots Are Made for Walk" və Şerin ilk dəfə səsləndirdiyi "Bang Bang (My Baby Shot Me Down)" mahnısını yenidən səsləndirərək tanınmışdır. Daha sonra bu yenidən səsləndirmə Kventin Tarantinonun "Billi öldürmək" filminin açılış musiqisi olaraq istifadə edildi. Onun digər məşhur səsləndirmələri arasında "Sugar Town", "How Does That Grab You, Darlin' ?" və Ceyms Bond filmi You Only Live Twice'ın tema musiqisi də vardır. Sinatra karyerasına bir müğənni və aktrisa olaraq 1960-cı illərdə başladı.
Nensi Storas
Anna Selina Storas (ing. Nancy Storace ; it. Anna Selina Storace; 27.10.1765, Böyük Britaniya, London) — italyan əsilli İngiltərə opera müğənnisi, soprano ifaçı. Nensi Storas Londonda işləyən italyan musiqiçisinin ailəsində dünyaya gəlmişdir. Gənc yaşlarından oxumağı öyrənən Nensi Storas hələ 8 yaşında ikən konsert vermişdir. 1778- ci ildə İtaliyada, 1780- ci ildən isə Florensiya, Milan Venesiya opera səhnələrində çıxışlar etmişdir. 1783- cü ildə irland tenor Maykl Kelli və italyan bariton Fraçesko Benuççi ilə birlikdə Vena operasına dəvət alaraq 4 il avstriya opera səhnəsini bölüşür. Fiqaronun toyu operasında Süzan rolunun ilk ifaçısı olmuşdur. 1785- ci ildə hamiləliklə əlaqədar bir müddə səsini itirmiş olur. 1787 ci ildə Nensi Soras qardaşı Stivenlə birlikdə Londona dönür.
Nensi Tompson
Nensi Tompson (26 iyul 1965, Sprinqvud, ABŞ) - "Qarağac küçəsindəki qarabasma" filminin seriyalarında oynayan uydurulmuş obrazdır. Filmin ilk seriyasında Nensi rolunu Hezer Lencenkemp canlandırır. Qarağac küçəsində qarabasma seriyasında isə onun rolunu Runi Mara canlandırır. Nensi Tompson 1428 nömrəli Qarağac küçəsində yaşayır. Yuxularında tez-tez Freddi Krügeri görür. Freddi Krüger isə yuxu monyakıdır. Nensi onu filmin birinci Qarağac küçəsində qarabasma seriyasında yandıraraq öldürür. Filmin ikinci hissəsi olan Qarağac küçəsində qarabasma 2 seriyasında onun yalnız adı çəkilir. Filmin mövzusuna görə Nensi evi tərk etdikdən 5 il sonra bura başqaları köçür. Onlar Nensinin filmin birinci hissəsində adı belə çəkilməyən "Nensinin gündəliyi"ni tapıb oxuyurlar.
Taymır Dolqan-Nenes rayonu
Taymır Dolqan-Nenes rayonu — Rusiya Federasiyasının Krasnoyrsk diyarının şimalında bələdiyyə rayonu və xüsusi statuslu inzibatı-ərazi vahidi. Ərazisinə görə Rusiyanın ən böyük bələdiyyə rayonu. Ərazisi — 879900 km², əhalisi — 33 861 nəfərdir. İnzibati mərkəzi — Dudinka şəhəri.
Yamalo-Nenets Muxtar Dairəsi
Yamalo-Nenets Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Nenningia
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.

Digər lüğətlərdə