NİFTULLA

Ərəbcə “Allahın övladı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

NƏZİRƏ
NİGAHBAN
OBASTAN VİKİ
Arif Niftullayev
Arif Sabir oğlu Niftullayev (5 mart 1953 — 2000) — Sovet İttifaqını təmsil edən yunan-roma güləşçisi, 1978-ci il Dünya Çempionatının qalibi. == Həyatı == Arif Niftullayev 1953-cü il martın 5-də anadan olub. Arif Niftullayev 1967-ildən güləşlə məşğul olurdu. 1971-ci ildə SSRİ idman ustası normativini yerinə yetirdi. Dəfələrlə SSRİ Çempionatlarında və beynəlxalq turnirlərdə mübarizə aparan Arif Niftullayev, 1978-ci ildə baş tutan Dünya Çempionatının qalibi oldu.Arif Niftullayev Dünya çempionu olmaqla adını güləş tariximizə qızıl hərflərlə yazdı.Qazandıqı uğurla ilk dünya çempionu kimi Azərbaycan Güləş tarixində silinməz iz buraxdı. Karyerasını başa vurandan sonra bizneslə məğlub olan Arif Niftullayev, 2000-ci ildə Rusiyada öz villasında xüsusi amansızlıqla öldürüldü.Arif Niftullayev ailəli idi. Oğlu Arif də güləşçidir və o ilk dəfə iştirak etdiyi böyüklər arasında dünya çempionatında bürünc medal qazanmaqla 97kq çəki dərəcəsində bir ilkə imza ataraq atası kimi tarixə düşdü. Ən maraqlısıda odur ki, ata Arif Niftullayev tarix yazarkən 25 yaşıda idi və oğlu Arif Niftullayev də 25 yaşında tarix yazdı...
Arif Niftullayev (oğul)
Arif Niftullayev (21 aprel 1997; Rusiya, Moskva) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Həyatı == Arif Arif oğlu Niftullayev 1997-ci il aprelin 21-də Masallı şəhərində anadan olub. Onun atası Arif Niftullayev də güləşçi olub və 1978-ci il Dünya Çempionatının qalibidir. 2008-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Elnur Müzəffərovdur. == Karyerası == Arif Niftullayev 2014-cü ilin mayında Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Nəticələrə əsasən o, həmin turniri 11-ci pillədə başa vurdu.2016-cı ildə Qızıl Qran-Pri beynəlxalq turnirini 14-cü pillədə başa vuran Arif Niftullayev, 2017-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 5-ci, Budapeşt şəhərində U23 Avropa Çempionatını 16-cı, Novi Sad şəhərində Avropa Çempionatını isə 10-cu pillələrdə başa vurdu.Arif Niftullayev 2019-cu ildə isə Tehran şəhərində Taxti Cup beynəlxalq turnirini gümüş medalla, Novi Sad şəhərində U23 Avropa Çempionatını 5-ci, Budapeşt şəhərində U23 Dünya Çempionatını isə 12-ci pillələrdə başa vurdu.Arif Niftullayev 2022-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 12-ci, Roma şəhərində Matteo Pellicone Turnirini 7-ci, Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını isə 8-ci pillələrdə başa vurdu.Arif Niftullayev birinci ciddi uğuruna 2022-ci ilin 10-18 sentyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında imza atdı. Turnirin birinci görüşündə Avstriya nümayəndəsi Daniel Qastlı 3:2, 1/8 final mərhələsində Litva təmsilçisi Vilius Laurinaitisi 8:0, 1/4 final mərhələsində isə Macarıstan nümayəndəsi Alex Szoni 10:2 hesabları ilə məğlub edən Arif Niftullayev, Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan təmsilçisi Kiril Milov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Niftullayev 3:0 hesabı ilə irəlidə olsa da, üstünlüyünü əldən verdi və rəqibinə məğlub oldu.
Elşən Niftullayev
Elşən Əfqan oğlu Niftullayev (27 may 1999; Cəlilabad rayonu, Azərbaycan — 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Niftullayev 1999-cu il mayın 27-də Cəlilabad rayonunun Musalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elşən Niftullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Niftullayev oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Niftullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Niftullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

взма́тывать внебра́чный запоя́сать неслы́шно шала́ться экранолёт дворя́нский льну́ть обнима́ть прива́дить сма́лываться шипо́вки торпуши cover picture harmonize Hellenic honeyflow lactarine newsletter overside premier danseur засыпать обвенчать оправиться сглаживать