Arif Niftullayev (oğul)
Arif Niftullayev (21 aprel 1997; Rusiya, Moskva) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.
== Həyatı ==
Arif Arif oğlu Niftullayev 1997-ci il aprelin 21-də Masallı şəhərində anadan olub. Onun atası Arif Niftullayev də güləşçi olub və 1978-ci il Dünya Çempionatının qalibidir. 2008-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Elnur Müzəffərovdur.
== Karyerası ==
Arif Niftullayev 2014-cü ilin mayında Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Nəticələrə əsasən o, həmin turniri 11-ci pillədə başa vurdu.2016-cı ildə Qızıl Qran-Pri beynəlxalq turnirini 14-cü pillədə başa vuran Arif Niftullayev, 2017-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 5-ci, Budapeşt şəhərində U23 Avropa Çempionatını 16-cı, Novi Sad şəhərində Avropa Çempionatını isə 10-cu pillələrdə başa vurdu.Arif Niftullayev 2019-cu ildə isə Tehran şəhərində Taxti Cup beynəlxalq turnirini gümüş medalla, Novi Sad şəhərində U23 Avropa Çempionatını 5-ci, Budapeşt şəhərində U23 Dünya Çempionatını isə 12-ci pillələrdə başa vurdu.Arif Niftullayev 2022-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 12-ci, Roma şəhərində Matteo Pellicone Turnirini 7-ci, Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını isə 8-ci pillələrdə başa vurdu.Arif Niftullayev birinci ciddi uğuruna 2022-ci ilin 10-18 sentyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında imza atdı. Turnirin birinci görüşündə Avstriya nümayəndəsi Daniel Qastlı 3:2, 1/8 final mərhələsində Litva təmsilçisi Vilius Laurinaitisi 8:0, 1/4 final mərhələsində isə Macarıstan nümayəndəsi Alex Szoni 10:2 hesabları ilə məğlub edən Arif Niftullayev, Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan təmsilçisi Kiril Milov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Niftullayev 3:0 hesabı ilə irəlidə olsa da, üstünlüyünü əldən verdi və rəqibinə məğlub oldu.