nöqtəli-nöqtəli

nöqtəli-nöqtəli
nöqtəli
nöqtəli-vergüllü
OBASTAN VİKİ
Nöqtəli (Qoşaçay)
Nöqtəli (fars. نخطالو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 189 nəfər yaşayır (38 ailə).
Nöqtəli parabüzən
Nöqtəli parabüzən lat. Stethorus punctillum WS.-Qara parlaq rənglidir, özündən dərin və aydın bilinməyən nöqtələri var. == Biologiyası == Qara parlaq rənglidir, özündən dərin və aydın bilinməyən nöqtələri var. Sarımtıl başında iri mürəkkəb qara gözləri aydın nəzərə çarpır. Ağız hissəsi sarımtıldır. Buğumlu həssas bığcıqları aydın görünür. Forması uzunsovdur. Kiçikdirlər, 1-1,5 mm-dir, yabanı bitkilərdə və bütünlükdə aqrosenozlarda yayılıb. Əsasən aran zonada isti günlərdə daha çox və kütləvi olaraq müşahidə olunur. İldə iki nəsil verir.
Nöqtəli vergül
Nöqtəli vergül (;) - durğu işarəsi. Mürəkkəb və ya geniş sadə cümlələrin nisbətən müstəqil hissələrini bir-birindən ayırmaq üçün işlədilir. Nöqtəli vergül nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib hissələr arasına nöqtəli vergül qoyulur. Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər.
10 nöqtəli kalvia
10 nöqtəli kalvia (lat. Calvia decimguttata L.) — Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. == Biologiyası == Mənənələrlə qidalanırlar. Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. Qanadüstlüyü tünd sarıdır, bəzilərində solğunlaşmış da olur. Qanadın hər tayında 5 ədəd solğun ağ ləkələr var. Bədənin son ucunda yerləşən ləkələr daha solğun olur, hətta bəzən tam görünməz də olur, hətta bəzən tam görünməz də olur. Lakin çiyin tərəf getdikcə ləkələr tündləşir. Baş hissə köndələn duruşlu olub, sarımtıldır. Bəzi fərdlərdə uzun tükcüklərlə örtülür.
12-nöqtəli vibidiya
12-nöqtəli vibidiya (lat. Vibidia duodecimguttat Poda.) — Qanadüstlüyü sarımtıl olub 6 ədəd dairəvi qara ləkələri var. == Biologiyası == Azərbaycanda azsaylı növdür. Əsasən Naxçıvan (Şahbuz və Ordubad), Şəki-Zaqatala və Talış zonalarında bir neçə fərd toplanmışdır. Qoz ağacı üzərində mənənə ilə qidalanır. Qanadüstlüyü sarımtıl olub 6 ədəd dairəvi qara ləkələri var. Simmetrik olaraq ardıcıl düzülmüşdür. Bəzi populyasiyalarda ləkələr solğunlaşıb. Uzunluğu 3,5–4 mm-dir. Noyabrın sonundan başlayaraq ağacın qabığının günəşə tərəf hissəsində qışlayır.
7 nöqtəli parabüzən
Yeddinöqtəli parəbüzən (lat. Coccinella septempunctata) — Parəbüzənlər fəsiləsinin parabüzən cinsinə aid heyvan növü. Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar == Biologiyası == Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar. Tədricən aqresonozlara və bağlara miqrasiya edirlər. Miqrasiyanın başlanması bunların spesifik qidasını təşkil edən mənənələrin, fitonomuslar, yastıcaların və tor gənəciyinin yayılması və çoxalması ilə əlaqədardır. Hər böcək gün ərzində 200-300-ə qədər mənənə yeyir, sürfələr isə daha intensiv qidalanır. Sürfələr qida axtarmaqda kifayət qədər aktiv olurlar. Qida çatışmaqda sürfələrdə hannibalizm (bir-birini yemək) baş verə bilər. Sürfələrin inkişafı metamorfozdur, 4 dövr keçirirlər. Bu proses qabıqdəyişmə yolu ilə gedir.
Dörd nöqtəli ayıca
Dördnöqtəli ayıca (lat. Collimorpha dominula) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. == Qısa məlumat == Qanadları açılmış halda 50-52 mm uzunluğa malikdir. Ön qanadının uzunluğu 27-29 mm arasında dəyişir. Ön qanadları tünd qəhvəyi qara, yaşılımtıl rəngə çalır. Üzərində "v" şəklində sarımtıl ağ zolaq var. Arxa qanadları bir qədər açıq qırmızı rəngdədir. Qanadın yuxarı xarici kənarında uzunsov qara ləkə, altda isə qanadın ortasınada iki yumru qara rəngli ləkə mövcuddur. Sinə üzərində uzun qara zolaq keçir. Qarın nahiyəsi açıq qırmızıdır.
Dörd nöqtəli şibyəyeyən
Dördnöqtəli şibyəyeyən (lat. Litosia quadra) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyi aurita növündən çox böyükdür. Qanadları açılmış halda 50–52 mm-dir. Ön qanadlar erkəklərdə sarı-boz, zirvəsi bir qədər tünddür. Dişilərdə mavi rəngdə ləkələr vardır. Arxa qanadlar boz rəngdə, bütün bədəni sarı rəngdədir. Erkəklərdə baş və döş narıncı sarı rəngdə olur. Tırtılı boz-qonur və ya qara rəngdə olub, qara-sarı tüklərlə örtülmüşdür. Üzərində qırmızı ziyilləri vardır, yan xətti sarı rəngdədir.
Qırmızı nöqtəli ayıca
Qırmızınöqtəli ayıca (lat. Utetheisa pulchella) — pulcuqluqanadlılar dəstəsinə aid nadir növ. == Qısa təsviri == Qanadları açılmış halda 38-40 mm-dir. Ön qanadları sarımtıl-ağdır, bəzən ağ rəngdə olur. Üzərində səpələnmiş halda kiçik qara nöqtələr və onların arasında bir qədər iri qırmızı nöqtələr var. Qanadların zirvəsində aypara şəklində qara rəngli ləkə, onun altında aşağıya doğru 6 ədəd qara rəngli kiçik nöqtələr düzülmüşdür. Arxa qanadlar tamam ağdır, ətrafı qara rənglə haşiyələnmişdir, haşiyənin yuxarı və orta hissəsi enlidir. Qanadın kənarlarında olan saçaqlar ağdır. Başı və döşü sarımtıl-ağ rəngdədir. Qarıncığı ağdır, azacıq tutqundur.
İki nöqtəli xilokorus
İki nöqtəli xilokorus lat. Chilocorus bipustulatus L.-Ovalşəkilli, yığcam bədəni olmaqla, başı qaradır, iri mürəkkəb gözləri aydın görünür. == Quruluşu == Ovalşəkilli, yığcam bədəni olmaqla, başı qaradır, iri mürəkkəb gözləri aydın görünür. Ağız tərəfi sarımtıldır. Qaramtıl-qırmızıya çalan rəng çalarları var. Ətraflarında dırmanmaq üçün caynaqları var. Əsasən meyvə bağlarında və qovaq ağacında yastıcalarla qidalanır. Əsas qidasını yastıcalar fəsiləsinin (Diaspididae) növləri təşkil edir. == Biologiyası == İl ərzində iki nəsil verir: Birinci nəsil iyun ayının sonunda, ikinci nəsil sentyabrın əvvəllərində başa çatır. İsti yay günlərində bükülmüş yarpaqlar arasında və ağacların qabığı altında sükunət dövrü keçirir.
10 nöqtəli adalia parabüzəni
10 nöqtəli adalia parabüzəni (lat. Adalia decimpunctata) — parabüzənlər ailəsinin Coccinellinae yarımfəsiləsinə aid böcək növü. == Quruluşu == Bədən formaları yumru, qanadlarının üzəri sarımtıl və bir az da qırmızıya çalır. Üzərində simmetrik olaraq 10 ədəd eyni böyüklükdə qara nöqtələri var. Qoz və qovaq mənənəsi ilə qidalanırlar. == Biologiyası == Yüksək temperatur şəraitində yaşlı və sürfə formaları daha fəal olurlar. Bir qayda olaraq yumurtalarını qoz ağaclarının aşağı yerlərində olan yarpaqlarının alt tərəfinə, mənənə koloniyasının arasına qoyurlar. Qoz ağacının qurumuş hissəsində qabıq altında, Günəş düşən tərəfdə qışlayırlar. Qış sığınacaqlarına oktyabr ayının ikinci yarısından çəkilirlər. Aprel ayının ortalarından ağaclarda yayılmağa başlayırlar.
11-nöqtəli semiadalia parabüzəni
11-nöqtəli semiadalia parabüzəni (lat. Semiadalia undecimnotata Schneid.) — Semiadalia undecimnotata Schneid. çoxsaylı və universal qidalanma xüsusiyyətinə malikdir. == Biologiyası == Semiadalia undecimnotata Schneid. çoxsaylı və universal qidalanma xüsusiyyətinə malikdir. Zərərverici cücüləri: mənənələri, yastıcaları, tripsləri fitonomusları məhv edir, yüksək səsvermə qabiliyyətinə malikdir. == Çoxalması == Aprel ayının əvvəlindən tədricən qış sığınacağından qayıtmağa hazırlaşan semadeliya böcəyinin bir hissəsi elə həmin sığınacaqda cütləşməyə başlayır. Qış sığınacaqlarından toplanan fərdləri laboratoriya şəraitində yardıqda, onların cinsiyyət üzvlərinin ətrafında kifayət qədər ehtiyat maddə toplandığını müşahidə etmək olar. Məhz buna görədir ki, onlar hələ qış sığınacağında olarkən mayalanırlar. Sürfələri üçün qida olmadıqda yumurtaqoyma prosesi də başlamır.
13 nöqtəli hippodamia parabüzəni
13 nöqtəli hippodamia parabüzəni (lat. Hippodamia 13-punctata L.) — Qanadüstlüyü narıncı rəngdədir. == Biologiyası == Qanadüstlüyü narıncı rəngdədir. Bir ədəd qara nöqtə boyun hissədə, 5-6 ədəd isə qanadlarında harmonik və simmetrik düzülüb, başı sarı, böyüklüyü 5–7 mm-dir. Azərbaycanın bütün təbii zonaları üçün xarakterikdir. Lakin fərdlərin say dinamikasına görə Şirvan zonasında və Naxçıvan ərazisində nisbətən çoxluq təşkil edir. Ən çox rütubətli biosenozlara meyilli olurlar, taxıllar fəsiləsinə aid olan bitkilər üzərində qidalanır. İşıqsevər böcəkdir, gecələr tək-tək işığa doğru uçurlar. Havalar isindikcə yay aylarında bataqlıq qamış və qarğı üzəridə diapauza mərhələsi keçirmədən qidalanır və fasiləsiz olaraq çoxalırlar. Yumurtadan sürfə çıxımı çox olur (70-80%).
14-nöqtəli propuleya parabüzəni
14-ləkəli parabüzən (lat. Coccinula 14-pustulata L.) — Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib == Biologiyası == Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib. Yaşadığı təbii zonalarda günəş şüasının bolluğuna uyğun olaraq bəzən qanadüstlüyü tünd və bəzən də açıq ağ-qara, bəzən sarımtıl-qara rəngdə cilvələnmiş olurlar. Çoxlu variasiyalara malikdır ki, bu da onların populyasiyalarında görünür. Əsasən yoncalıqlarda, yabanı otlarda, bostan-tərəvəz sahələrində, az hallarda meyvə kollarında, lap az miqdarda meyvə ağaclarında da rast gəlinir. ən çox albalı, nar və yonca mənənələri ilə, az hallarda torgənəcəyi və tipslərlə (nisbətən çox) qidalanırlar. İl ərzində iki bütöv nəsil verirlər. Birinci nəslin inkişafı mayın 2-ci yarısından başlanır, iyun ayının axırında yekunlaşır. Bundan sonra əksəriyyəti bükülmüş yarpaqlar içərisində, ağacların koğuşunda yay sükunəti (diapauza) keçirirlər. Bunlar da yumurtalarını adətən yarpaqların alt tərəfinə, mənənə koloniyasının arasında qoyurlar.
İki nöqtəli adalia parabüzəni
İki nöqtəli adalia parabüzəni (lat. Adalia bipunctata L.)-Bədəni ovalşəkilli, başı parlaq, qaradır və iki ağ ləkəsi var, yanı ağ haşiyəlidir. == Biologiyası == Bədəni ovalşəkilli, başı parlaq, qaradır və iki ağ ləkəsi var, yanı ağ haşiyəlidir. İki mürəkkəb gözləri aydın bilinir. Ağız hissə tünd sarıdır, dodaq uzanıb və parlaqdır, tüksüzdür. Ayaqları tünd qaradır, caynaqları enlililəşmiş və qərni dişciklərə malikdir ki, bu ağaclarda yayılan böcəklərin əsas əlamətləridir. Çünki, caynaqlar ağaclarda şaquli vəziyyətdə durmaq rolunu oynayır. Qanadüstlükləri əsasən sarıdır, lakin dəyişkəndir. Hər qanadüstlüyündə, tən ortada iki qara nöqtəsi var. Qidalandıqları ağaclarda alt yaruslarda olan yarpaqların alt tərəfinə, mənənə koloniyalarının arasına 300-ə yaxın yumurta qoyurlar.