nəvazişli
nəvə-nəticə
OBASTAN VİKİ
Nəvə
Nəvə — oğlun və ya qızın uşağı.
İsrafil bəy Yadigarov (nəvə)
İsrafil bəy Həsən bəy oğlu Yadigarov (rus. Исрафил-бек Едигаров, Исрафил Бек-Иедигаров; gürc. ისრაფილ-ბეგ იედიგარივი; pol. Izrafił bek Jedygarow, Israfił bek Jedigar; 7 avqust 1888, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1939) — Rusiya imperiyası, Gürcüstan və Polşanın Azərbaycan əsilli hərb xadimi. General-leytenant İsrafil bəy Yadigarovun nəvəsi, general-mayor Həsən bəy Yadigarovun oğlu. İsrafil bəy Yadigarov 7 avqust 1888-ci ildə Tiflisdə Çar Rusiyası ordusunun general-mayoru Həsən bəy Yadigarovun ailəsində anadan olmuşdur. İsrafil bəyin adını daşıdığı babası İsrafil bəy Yadigarov rus ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlı idi. Babası İsrafil bəyin kiçik qardaşı 1844–1848-ci illərdə isə Peterburq universitetində ərəb-fars-türk filologiyası üzrə təhsil almış və Rusiyada universitet təhsilinin tam kursunu başa vuran ilk azərbaycanlı Ağa bəy Yadigarovdur. Yadigarovlar əslən Borçalı qəzasının Təkəli kəndindəndirlər. O, 1898–1905-ci illərdə Tiflisdəki Kadetlər korpusunda oxuyur.
Börü (Çağatayın nəvəsi)
Börü (monq. ᠪᠦᠷᠢ Büri Бүри), Çingiz Xanın nəticəsi, Çağatayın nəvəsi, Mötükənin oğlu. Monğolların qərb səfərinin başçılarından biri.
Nəvəşanəq
Nəvəşanəq (fars. نواشانق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 64 nəfər yaşayır (11 ailə).
Rəhim Nəvəsi
Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Vyana İncəsənət Məktəbində təhsil alıbdır.
İmam Nəvəvi
Nəvəvi (oktyabr 1233, Nəva[d], Məmlük dövləti – 22 dekabr 1278, Nəva[d], Suriya, Məmlük dövləti) — 13-cü yüzillikdə yaşamış ərəb hədis və fiqh bilgini. İmam Nəvəvi – rahmətullahi aleyhi – özündən başlayaraq geriyə doğru nəsəbi belədir: Yəhyə b. Şərəf b. Murri Həsən b. Hüseyin b. Nizam ən-Nəvəvidir. Kunyəsi Əbu Zəkəriyyə Muhyiddindir. Nəvəvi Şamın şərq tərəfində Havran qəsəbəsində Nəva adlanan yerdə hicrətin 631-ci ili, Məhərrəm ayında dünyaya gəlmişdi. Hələ kiçik yaşlarında ikən Allah onun qəlbində din və elm sevgisini yerləşdirmiş, buna görə də Qurani Kərimi hifz etmişdi. Elm öyrənməkdə atasının böyük rolu olmuşdur.

Digər lüğətlərdə