Okamın ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb.
Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur.
Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.