Orta təhsil haqqında attestat

lat. attestari – sübut etmək, şahidlik etmək orta ümumtəhsil məktəbini bitirmək haqqında sənəd.
Orta təhsil
Ottisk
OBASTAN VİKİ
Attestat
Attestat (lat. attestor – şəhadət verirəm, təsdiq edirəm; attestari – şəhadət vermək) — 1) müəyyən məktəbi bitirdiyi və vəzifə daşımağa səlahiyyəti olduğu haqda verilən şəhadətnamə; 2) orta məktəbi bitirmək və ya xidmət haqqında şəhadətnamə; 3) elmi rütbə verilməsi haqqında sənəd; hərbidə: 4) ezamiyyətə göndəriləndə müxtəlif növ ərzaqla təmin edilməsi üçün hərbi xidmətçiyə verilən vəsiqə; 5) qanun yol verdiyi zaman hərbi qulluqçuya düşən maaşın bir hissəsini hər ayda almaq üçün ailəsinə verilən vəsiqə; 6) ezamiyyə və ya yeni yerə köçürülməsi barədə hərbi qulluqçuya verilən şəhadətnamə. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Orta təhsil
Orta təhsil – əksər ölkələrin maarif sistemində əsas təhsil dərəcəsinin ənənəvi adı. Orta təhsil adı təhsil səviyyəsinin təbəqələşməsi nəticəsində yaranmışdır. Orta ixtisas təhsili – xalq təsərrüfatı, səhiyyə və mədəni-maarif müəssisələri üçün orta ixtisas təhsilli mütəxəssislər hazırlanması sistemi. XX əsrin I yarısından müstəqil təhsil sahəsi kimi formalaşmışdır. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Hindistanda orta təhsil
Hindistanda orta təhsil — Hindistan Federativ Respublikasında mövcud olan orta təhsil sistemi. Hindistanda 4 illik orta ümumi təhsil pilləsi IX-XII sinifləri (14-18 yaş) əhatə edir. Bu təhsil pilləsi iki yerə bölünür: orta məktəb pilləsi — əsasən IX-X sinifləri (14-16 yaş), bəzi ştatlarda isə VIII-X sinifləri əhatə edir. yuxarı orta məktəb pilləsi — XI-XII sinifləri əhatə edir. Bu təhsil pilləsinin əsas məqsədi gəncləri gələcək iş həyatına və ali təhsil müəssisələrinə hazırlamaqdır. X və XII sinifləri bitirmiş bütün orta məktəb şagirdləri dövlət imtahanlarına cəlb olunur. Tədris ili bütün ştatlarda 200 gündən çox davam edir. Müxtəlif ştatlarda tədris ili ayrı-ayrı vaxtlarda başlayır. Bəzi ştatlarda yay tətili, bəzi ştatlarda isə qış tətili üçün uzun istirahət müddəti verilir. Ölkənin Təhsil üzrə Milli Strategiyasında müəyyənləşdirilmiş ənənəvi fənlər bütün orta təhsil müəssisələrində tədris olunur.
Yaponiyada orta təhsil
Yaponiyada orta təhsil — Yaponiyanın orta təhsil sistemi. Yaponiya qanunvericiliyində mövcud olan ümumi orta təhsil sistemi belə müəyyən edilmişdir: İbtidai təhsil — 6 il; Aşağı orta məktəb — 3 il; Yuxarı orta məktəb — 3 il. Yaponiyada orta təhsil aşağı və yuxarı pillələrə bölünür və ümumilikdə 6 il davam edir. Ölkənin bütün orta təhsil müəssisələrində 6947634 şagirdin təlim-tərbiyəsi ilə 490113 müəllim məşğul olur. Orta təhsilin aşağı pilləsinə VII, VIII və IX siniflər daxildir. Uşaqlar 12 yaşdan 15 yaşa qədər bu təhsil pilləsində oxuyurlar. Bu dövrdə məktəblərdə əsas diqqət akademik fənlərə yönəldilir. Orta təhsilin aşağı pilləsini bitirən şagirdlərin 96 faizi öz təhsillərini orta təhsilin yuxarı pilləsində davam etdirirlər. İbtidai məktəblər kimi, orta məktəblərin də böyük əksəriyyəti dövlətə məxsus olsa da, onların 5 faizi özəldir. Özəl orta məktəblərdə birillik təhsil haqqı orta hesabla 4000 ABŞ dollarına (558592 yen) yaxındır.
Çində orta təhsil
Çində orta təhsil — Çin Xalq Respublikasında mövcud olan orta təhsil sistemi. Çində orta təhsil isə 12 yaşdan 18 yaşa qədərki dövrü əhatə etməklə 6 il davam edir. Orta təhsil pilləsinin ilk üç ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir. Bu ölkədə orta təhsil pilləsində tədris həftəsi 5 günlükdür. Çində orta təhsil aşağı və yuxarı pillədən ibarətdir. Orta təhsilin aşağı və yuxarı pilləsinin hər biri 3 il davam edir. İcbari təhsilin son 3 ili orta təhsilin aşağı pilləsi hesab olunur. 6 illik ibtidai təhsil pilləsini başa vurduqdan sonra şagirdlər öz təhsillərini orta təhsilin aşağı pilləsində davam etdirməlidirlər. Orta təhsilin aşağı pilləsini tamamladıqdan sonra isə şagirdlər müvafiq qəbul imtahanı verərək növbəti 3 ili akademik təmayüllü orta məktəblərdə oxuya və ya peşə məktəblərinə daxil ola bilərlər. Orta təhsilin yuxarı pilləsinə qəbul imtahanı ildə bir dəfə Çin dili, riyaziyyat, ingilis dili, fizika, kimya, siyasət və fiziki təhsil fənlərindən təşkil olunur.
Cənubi Koreyada orta təhsil
Cənubi Koreyada orta təhsil — Koreya Respublikasında mövcud olan orta təhsil sistemi. Cənubi Koreyada ibtidai təhsili başa vuran şagirdlər əsas, daha sonra isə orta təhsil ala bilərlər. Əsas və orta təhsil pillələrinin hər biri 3 il davam edir. 2004-cü ildən ölkənin bütün məktəblərində icbari qaydada əsas təhsil tətbiq olunur. Əsas məktəblərdə ibtidai təhsilin davamı olan standart təhsil verilir. 1969-cu ildən etibarən şagirdlərin əsas məktəblərə qəbulu ilə bağlı heç bir məhdudiyyət qoyulmur. Orta məktəblərdə tədris prosesi özünəməxsusluğu ilə fərqlənir. Ölkədə ümumi orta, peşə və ixtisaslaşmış orta məktəblər (xarici dil, incəsənət, təbiət təmayüllü) fəaliyyət göstərir. Əsas təhsil pilləsini bitirənlər orta təhsil almaq hüququna malikdir. Orta təhsilə görə müəyyən olunmuş xərclər şagirdlər tərəfindən ödənilir.
Səudiyyə Ərəbistanında orta təhsil
Səudiyyə Ərəbistanında orta təhsil — Səudiyyə Ərəbistanı Krallığında orta təhsil sistemi. Səudiyyə Ərəbistanında tam orta təhsil mərhələsi 2 pilləyə bölünür. Hər ikisi 3 illik olan natamam orta təhsil və orta təhsil pillələri tədris proqramlarına görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. İbtidai təhsil pilləsini uğurla başa vuran şagirdlər təhsillərini natamam orta təhsil pilləsində davam etdirirlər. Həm natamam orta təhsil, həm də orta təhsil pillələrində şagirdlərin biliyi ildə iki dəfə keçirilən imtahanlar vasitəsilə qiymətləndirilir. Bu imtahanlar Təhsil Nazirliyi tərəfindən təşkil edilir. 2009-2010-cu tədris ilində ölkədə 7 min 910 natamam orta məktəb fəaliyyət göstərib. Onların 3 min 780-i qızlar, 4 min 130-u isə oğlanlar üçün təyin olunmuş təhsil müəssisələri olub. Natamam orta təhsil müəssisələrində oxuyan 1 milyon 188 min 342 nəfər şagirddən 553 min 415 nəfərini qızlar təşkil edib. Həmin məktəblərdə çalışan müəllimlərin ümumi sayı 117 min 370, inzibati heyətin sayı isə 6 min 289 nəfər olub.
Təhsil haqqında imperator reskripti
Təhsil haqqında imperator reskripti (教育ニ関スル勅語, Kyoiku ni kansuru çokuqo) – 30 oktyabr 1890-cı ildə İmperatoru Meyci tərəfindən imzalanmış, Yaponiyada təhsilin prinsiplərini müəyyən edən reskript. İctimai təhsillə milli maraqları əlaqələndirən bu sənəd təhsilin fərdin yox, dövlətin maraqlarına xidmət etməli olduğunu göstərirdi və imperatora sədaqəti təbliğ edirdi. == Tarixi == Belə bir sənədə ehtiyac haqqında mübahisələr 1872-ci ildə milli təhsil sisteminin yaradılmasından sonra başlamışdır. Konfusiçi mənəviyyatçılar, Yaponiyanı müasirləşdirmək istəyən qərbçilər, eləcə də, hakimiyyətin sərhədlərini müəyyən etmək istəyən siyasətçilər arasındakı təhsildə milli dəyərlər mövzusunda mübahisə 1890-cı ilə qədər davam etmişdir. Milli dəyərlər barəsində ictimai konsensus təmin etmək istəyən baş nazir Yamaqata Aritomo təhsil nazirinə müraciət edərək milli təhsilin əsası haqqında sənəd tərtib etməyi əmr etmişdir. Nakamura Masanao tərəfindən yazılmış ilkin reskriptin mətni çox dini və fəlsəfi olduğu üçün tənqid olunmuş, bu səbəbdən İnoue Kovaşi mətni yenidən yazmışdır. Motoda Naqazane də reskript üçün mətn yazmışdır. Təhsil haqqında imperator reskripti 1890-cı ildə qəbul olunmasından sonra konfusçilər bunu qərbçilər üzərində qələbə kimi qeyd etsələr də, sənəd geniş siyasi spektrı əhatə etmişdir. 315 sözdən ibarət olan sənəd konfusiçilərin sədaqət və ailəyə hörmət məsələlərindəki narahatlıqlarını təmin etməklə yanaşı sivil itəatkarlıq, hüquqa hörmət, ümumi xeyir üçün fədakarlıq kimi Qərb ənənələrini də əks etdirmişdir. Reskript 1946-cı ilin oktyabrına qədər Yaponiyada qüvvədə olmuşdur.
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Harmonik orta
n {\displaystyle n} sayda a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədin harmonik ortası n 1 a 1 + 1 a 2 + … + 1 a n {\displaystyle {\frac {n}{{\frac {1}{a_{1}}}+{\frac {1}{a_{2}}}+\ldots +{\frac {1}{a_{n}}}}}} ədədinə deyilir. Verilmiş a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədlərinin harmonik ortası həmin ədədlərin tərs qiymətlərinin ədədi ortasının tərs qiymətinə bərabərdir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Həndəsi orta
n {\displaystyle n} müsbət a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\dots ,a_{n}} ədədinin həndəsi ortası onların hasilinin n {\displaystyle n} dərəcəli hesabi kökünə deyilir: G = a 1 ⋅ a 2 ⋯ a n n {\displaystyle G={\sqrt[{n}]{a_{1}\cdot a_{2}\cdots a_{n}}}} və ya G = ∏ i = 1 n a i n {\displaystyle G={\sqrt[{n}]{\prod \limits _{i=1}^{n}a_{i}}}} . İki ədədin həndəsi ortası onlarla orta mütənasib də deyilir. Bir neçə ədədin həndəsi ortası digər ortalar kimi onların ən kiçiyi ilə ən böyüyü arasında olur. Bir neçə ədədin həndəsi ortası onların qüvvət ortasının xüsusi halıdır. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Orta Amerika
Mərkəzi Amerika — Şimali Amerikada, Meksikadan Panama kanalına qədər olan ərazidə yerləşən bölgə.
Orta Andaman
Orta Andaman adası (ing. Middle Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük ada. Arxipelaqın mərkəzində yerləşir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1535,5 km². Adada 2001-cin il məlumatına görə 54 385 nəfər yaşayır. Əhalisi əsasən Tamilnada, Kerala və Benqaliya ərazisindən gəlmişlərdən təşkil olunmuşdur. Ada əhalisi əsasən kənd təsərrüfatı ilə məşqul olur. Əsas şəhərləri— Ranqat, Billiqraund, Kadamtala, Bakultata və Bedapur. Adada yerləşən ən şimal şəhəri olan Mayabunder inzibati baxımından Şimali Andamana daxildir.
Orta Asiya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Orta Asya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Orta Azərbaycanca
Orta Azərbaycanca (az-əbcəd. اورتا آزربایجانجا‎) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar. Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb.
Orta Açaluk
Orta Açaluk (inquş Юкъера-Ачалкхе, Боьтамарзи-Юрт, çeç. Юккъера Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə - Malqobek şəhərindən və Maqas şəhərindən 30 km şimal-qərbdə (yol boyu məsafədə), Açaluk çayının dağlıq vadisində yerləşir. Çay kəndin qərbindən başlayır, Yuxarı Açaluk kəndindən keçir, sonra şimal-şərqə, Orta Açaluk kəndinə, oradan isə Aşağı Açaluk kəndinə istiqamətlənir, Sunja silsiləsindən keçərək Alxançurt vadisinə tökülür. Orta Açaluk kəndindən bir az şimalda, bu çayın sağ qolu olan Mavi Daş adlı kiçik bir çay axır. Kəndin şərqində, Sunjenski silsiləsinin yamacında Alxançurt kanalı çəkilmişdir. Orta Açaluk kəndinin yerləşdiyi Sunja silsiləsinin qərbdən şərqə doğru hündürlüyü azalır. Kəndin şimal-qərbində Babalo zirvəsi (818.1 m), şərqdə - Albaskina dağı (777.9 m) yerləşir. Kənd regional R-296 Mozdok - Çermen - Vladiqafqaz magistral yolu boyunca yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə - Yuxarı Açaluk kəndi, şimal-qərbdə - Qeyrbek-Yurt, şimal-şərqdə - Aşağı Açaluk və cənub-şərqdə - Pliyevo və Qarabulaq şəhəri.
Orta Cami
Orta-Cami (krımtat. Orta Cami) — Ukraynanın Krım yarımadası, Baxçasaray şəhərinin tarixi hissəsində, Krım xan sarayı yaxınlığında yerləşən məscid. Orta Cami haqqında ilkin mənbələr 1674-ci ilə aiddir (1085 hicri). Krım xanlığının əsas cümə məscidlərindən biri hesab edilir. Məscidin tam inşa edilib təhvil verilməsi, 1737 və 1743 illərdə iki qardaş II Məngli Gəray və II Səlamət Gərayın dəstəyi ilə baş tutmuşdur. Onlar Krım xanı Hacı Səlim Gərayın oğulları olmuşlar. Məscidin dəqiq inşa tarixi bilinmir. Amma 1674, 1701 və ya 1710-cu illərdə inşa olunması fərz edilir. 1881-ci ildə məscid təmir olunmuşdur. 1927-cu ildə isə o ziyarətə bağlanmışdır.
Orta Ceyrançöl
Orta Ceyrançöl — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi vahidinin tərkibindəki Orta Ceyrançöl kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Orta Dünya
Orta Dünya (ing. Middle-earth; Éndor (kv. Endor); Ennorat (sind. Ennorath)) — Con Tolkinin legendariumunda, icad etdiyi kainatda bir qitə, hadisələrin baş verdiyi əsas məkan. "Hobbit" və "Üzüklərin hökmdarında" hadisələr tam olaraq, "Silmarillion" və "Bitməmiş əfsanələr" əsərlərində isə qismən Orta Dünyada baş verir. Tolkin, Orta Dünyanın və onun ayrı-ayrı ərazilərində baş verən hadisələrin bir neçə xəritəsini hazırlamışdı. O, sağ olanda, onların heç də hamısı dərc olunmamışdır. Əsas xəritələr “Hobbit”, “Üzüklərin hökmdarı”, “Silmarillion” və “Bitməmiş əfsanələrdə” nəşr olunan xəritələr idi. Birinci Dövrün hadisələrinin əksəriyyəti həmin dövrün sonunda Orta Dünyanın batmış Beleriand adlı hissəsində baş verirdi. Beleriand xəritəsinin sağ kənarındakı Göy dağlar Orta Dünyanın İkinci və Üçüncü Dövrlərə aid xəritəsində yuxarı solundakı dağ silsiləsi həmin Göy dağlardı.
Orta Güneypəyə
Orta Güneypəyə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Orta Güneypəyə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Orta Güneypəyə kənd Soveti yaradılmış və Orta Güneypəyə kəndi Baş Güneypəyə kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Orta Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Orta Güneypəyə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Orta Ləki
Orta Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Orta Ləki kənd inzibati ərazi dairəsində kənd. Ləki kəndi inzibati cəhətdən Orta Ləki, Yuxarı Ləki, Aşağı Ləki kəndi və Ləki Qəsəbəsi olaraq 4 ərazi vahidinə bölünür. Ləki kəndin ərazisində 4 məktəb, 1 xəstəxana, dəmiryolu stansiyası, bağça, tibb məntəqələri, kitabxana, musiqi məktəbi, yem zavodu, pambıq emalı zavodu, və onlarla böyük və orta iaşə obyektləri mövcuddur.
Orta Mahur
Orta Mahur – Azərbaycanda Rast ailəsinə daxil olan dəstgahlardan biridir. Bu dəstgah tar musiqi alətinin və xanəndə tessiturasının orta registrində ifa olunduğundan ona Orta Mahur deyilir. Hazırda "Əşiran" Orta Mahurda son şöbədir.
Orta Əsrlər
Orta əsrlər (lat. medium aevum) — italyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər"(medium aevum) adlandırmışdılar. XV əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. XVII əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması(476), gah Konstantinin hakimiyəti dövrü(306–337), gah da ərəblərin Avropaya hücumu (VIII əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu(1453), bəziləri Amerikanın kəşfi(1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı(1517)ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, mövhumat və düşkünlük çağları kimi dəyərləndirirdilər.
Orta əsr
Orta əsrlər (lat. medium aevum) — italyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər"(medium aevum) adlandırmışdılar. XV əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. XVII əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması(476), gah Konstantinin hakimiyəti dövrü(306–337), gah da ərəblərin Avropaya hücumu (VIII əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu(1453), bəziləri Amerikanın kəşfi(1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı(1517)ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, mövhumat və düşkünlük çağları kimi dəyərləndirirdilər.