otuziki 2021

otuziki
otuzgünlük
otuzikilər 2021
OBASTAN VİKİ
Otuziki
Otuziki — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 1506 nəfərdir ki, onun da 742 nəfəri kişi, 764 nəfəri isə qadındır.[mənbə göstərin] Kənddə Otuziki kənd məscidi və "Seyyid Mirağa" məscidi dini icmaları fəaliyyət göstərir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi tatar dilində danışan şiə tatarlardan ibarət olmuşdur.
Otuziki mahalı
Otuziki mahalı mahalı — Qarabağ xanlığının 25 mahalından biri. Bu günə aid Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bu tarixi mahlın ərazisi indiki Ağdam rayonu ərazisiylə əsasən uyğun gəlir. Mahal 1747-ci ildə yaradılmışdır. Mərkəz olaraq isə Xıdırlı kəndi seçilmişdi. Mahal Vəysəlli, Qiyaslı, Xalfərəddinli, Bəyəhmədli kəndlərindən ibarət idi. Qərbdən İyirmidörd mahalı, şimaldan İyirmidörd mahalı, şərqdən Cavanşir mahalı, cənubdan II Kəbirli mahalı ilə qonşu olan Otuziki mahalı XVI əsrdə Qarbağda yaşayan 32 türk tayfasının ittifaqından formalaşmışdır. Güman edilir ki, bu ittifaqın başçısı Cavanşir tayfasından olmuşdur. Ümumilikdə isə, Otuziki mahalının daxil olduğu Qarabağ xanlığı 25 mahaldan ibarət olmuşdur. Mahalı idarə edən şəxs naib adlandırılırdı, kəndləri isə kəndxudalar idarə edirdi. Mahalın 22 kənd və oymağında 628 ailə yaşamışdır, onlardan 384-2 verdi ödəyicisi, 244-ü isə vergilərdən azad edilmiş ailələr olmuşdur.
Məhəmməd bəy Otuziki
Məhəmməd bəy Hacı Lazım bəy oğlu Xıdırlı-Otuziki (?-?) — XVIII əsr Qarabağ bəyi, tayfa başçısı. Məhəmməd bəy Hacı Lazım bəy oğlu Şuşa şəhərində anadan olmuşdu. Otuziki elinin minbaşısı və mahalın naibi idi. Şuşa qalasının qalabəyisi də olmuşdu. Rus üsul-idarəsi dönəmində məmur işləmişdi. Praporşik, sonra da poruçik rütbələrinii daşımışdı. Məhəmməd bəyin Abdulla bəy, Nəcəfqulu bəy, Abbasqulu bəy və İsmayıl bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu, Qalabəyovlar, ATŞC-nin xəbərləri, Bakı: 2003.
Dərgahqulu bəy Məfruzlu-Otuziki
Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu Məfruzlu-Otuziki (1799-?) — XIX əsr Qarabağ bəyi, tayfa başçısı. == Həyatı == Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu 1799-cu ildə Qarabağın Otuziki mahalının Məfruzlu obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mеhdiqulu xana sədaqətlə xidmət etmişdi. Xan da ona öz obalarında xeyli torpaq sahəsi vermişdi. 1851-ci ilə bağlı rus qaynağında Qarabağda yaşayan mülkədarlar siyahısında Dərgahqulu bəyin də adı çəkilir. == Ailəsi == Dərgahqulu bəyin Məhəmmədəli bəy, Mirzalı bəy, Habil bəy, Baxış bəy, Qanbay bəy, Teymur bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Dərgahqulu ağa Məfruzlu-Otuzikinin törəməsi, "Soy" elmi-kütləvi dərgi, 2010, № 6, səh.20–26.
Vəli bəy Bayəhmədli-Otuziki
Vəli bəy Şaban bəy oğlu Bayəhmədli-Otuziki (?-?) — XVIII əsr Qarabağ bəyi, tayfa başçısı. Vəli bəy Şaban bəy oğlu təxminən 1681-ci ildə Qarabağın Otuziki elinin Bayəhmədli obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Hərb sənətini seçmişdi. 1725-ci ildə osmanlılar Qarabağı tutduqdan sonra Vəli bəyə mühafiz vəzifəsini təklif etmişdilər. Vəli bəy bir müddət bu vəzifədə osmanlılara xidmət etmişdi. Ona Arazbar qəzasının Kələçi-Keşəli kəndində timar vermişdilər. 26 iyun 1731-ci ildə Vəli bəy itaətsizlik göstərib Osmanlı ordusundan qaçdı. Qarabağ bəylərbəyi II Uğurlu xan Ziyadoğlu-Qacar da II Şah Təhmasibin yanına qaçmışdı. 1730-cu ildə şah onu 700 nəfərlik dəstə ilə Qarabağa qoşun toplamağa göndərmişdi.
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki — Nadir şah Qırxlı-Avşarın münşisi, Pənahəli xan Sarıcalı-Cavanşir in xarici işlər vaziri, şair Mirzə Məmmədqulu Təbibin ulu babası. Mirzə Məhəmmədəli ağa Məhəmmədxan ağa oğlu 1700-cü ildə Otuziki elinin Veysəlli oymağinda doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun divanında münşi vəzifəsində xidmət etmişdi. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə yazır: "Qəfranpənah Mirzə Məhəmmədəli isə cənnətməkan, nadiri-zəman Nadir şahın hüzurunda xass dəbir və münşilərdən imiş ki, bəvasiteyi-təğyiri-zəman və inqilabi dövran İran torpağından qəti-əlaqə edib Qarabağa təşrif gətirib Veysəlli nam qəryəsində təəhhül etmiş..." Müəllif Mirzə Məhəmmədəli ağanı gəlmə kimi göstərir. Halbuki, onun atası Məhəmmədxan ağa, anası Ümmülbanu xanım əslən və nəslən Veysəlli oymağından idilər. Nadir şahın qətlindən sonra Qarabağa dönən Mirzə Məhəmmədəli ağa Pənahəli xanın divanxanasında münşi (xarici işlər yazışmalarına nəzarət edirdi) kimi çalışmışdı. Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı oğlu vardı.
Otuzikilər
Otuzikilər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Vəliuşağı və Hacıəhmədli kəndlərinin arasındakı şor su kanalının çəkilişi zamanı bizim eradan əvvələ aid küp qəbirlər aşkar edilmişdir. Otuzikilər tayfa birliyi haqqında XVI-ci əsirdə yazılı mənbələrdə adı çəkilmişdir və Səfəvilər Dövlətində ən güclü və hörmətli tayfa birliyi olmuşdur. Azərbaycan ərazisində 2 rayonda Bərdə və İmişli rayonunda isə Otuzikilər və Otuziki adlı kənd var.Bu adda Türkiyə ərazisində də kənd vardır. Kənddə Çinarlı, Tümənli, Saçlı, Çaylı, Carlı, Hacallı, Əfəndilər, Bor-borlar, Bozbalılar, Amanlar və Sadıxlılar kimi məhəllə və tayfalar olmuş və indidə vardır. Kənd Otuzikilər adı ilə yanaşı həm də Xanqaraqoyunlu kəndi kimi də adlandırılmışdır. İnzibati cəhətdən bir çox kəndlər 1947-ci ilə kimi Xanqaraqoyunluya daxil idi. Bu kəndlər aşağıdakılardır. Otuzikilər Hacıəhmədli Vəliuşağı Bayramlı Kolayır Gülgəzli Sərkarlar Mollaəhmədli Mollaisalar Böyük Göyüşlü Bala Göyüşlü 1917-18-ci illərdə ərazidə kifayət qədər tanınmış Qurbanəli Xozeyin ilk dəfə olaraq Firənk Dəyirmanı tikdirərək istifadəyə vermişdir. Əvvələr ərazidə dini təhsil mərkəzi olmasına baxmayaraq 1918-20-ci illərdə dünyavi elmlərin tədris olunması məqsədilə o vaxtkı dövür üçün Qurbanəlibəyin evində ilk təhsil ocağı fəaliyyətə başlamışdır.
Otuzikilər bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Otuzikinci
Otuzuncu, Otuzikinci — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Otuzuncu qəsəbəsi dağətəyi ərazidədir. Qəsəbə rayon mərkəzinin 30 km.-liyində salındığı üçün belə adlandırılmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.