İki yozumu var:
1. “Gəzən”, “uz (çox) gedən”.
2. “Uslu, ağıllı, dərrakəli” (uz, us sözləri “ağıllı, bacarıqlı” deməkdir). Hər iki yozum inandırıcıdır, çünki ozan (aşıq) həmişə gəzərki həyat sürüb və ağıllı adam olub. Mənbələrdə uz sözünün bir mənası da “bıçağın ağzı” (kəsən) deməkdir. Uyğur dilində uz sözü rus dilinə “искусство, ремесло” kimi tərcümə edilib. Güman etmək olar ki, qopuz sözündəki uz hissəsi də uyğur dilindəki məna ilə bağlıdır: “gözəl səs çıxaran” deməkdir. Qop hissəsi isə qol (qapaz) sözü ilə bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)