2019 Xolo kafedralında bomba partlayışı
2019 Xolo kafedralında bomba partlayışı — 27 yanvar 2019-cu ilin səhərində Filippinin Sulu əyalətinin Xolo şəhərində yerləşən Roman katolik kafedral olan Karmel dağının Müqəddəs Mariya kafedralında baş vermiş bomba partlayışı. AFP Qərbi Mindanao Komandirliyi (AFP WestMinCom) törədilən terror aktında 15 nəfər sivil əhali və 5 əsgər olmaqla 18 nəfərin həlak olduğunu, 70 nəfər sivil əhali, 2 polis məmuru, 17 əsgər və 2 sahil mühafizəçisi olmaqla 82 nəfərin isə yaralandığını açıqlamışdır. Filippin Milli Polisinin (PNP) əvvəlki açıqlamasında 20 ölünün və 111 yaralının olduğunu bildirmişdir.
== Zəmin və motivasiya ==
Partlayışlar Banqsamoro Muxtar Regionunun yaradılması üçün keçirilən referendumdan bir həftə sonra baş vermişdir. Xolonun ən güclü terror təşkilatı olan Əbu Səyyafın da ərazisində olduğu Sulu əyalətində referendumun əleyhinə qarşı 163,526 nəfər (54.3%), lehinə isə 137,630 (45.7%) səs vermişdir. Bu qruplaşma İraq Şam İslam Dövləti terror təşkilatının bir qolu hesab olunur. Nəticələrə baxmayaraq, digər əlayətlər lehinə yetərincə səs verdikləri üçün Sulu əyaləti Banqsamoro regionun ərazisinə daxil edilmişdir.
Hücumların həmçinin bölgədə səlahiyyətlərini itirən yerli cinayətkarların, quldurların, Banqsamoro hökumətinin referendum qərarından sonra uzun müddətdir ki, qarşıdurma zonalarında ASG vasitəsilə narkotik vasitələrin satışını həyata keçirənlərin, odlu silahlarla və ya silahlı qüvvəylə xüsusi təyinatlılara qarşı mübarizə aparanların da həyata keçirə biləcəklərinə inanılır. Lakin bir çox mənbə hadisənin Əbu Səyyaf tərəfindən reallaşdırıldığını təsdiqləyir. Onlar son vaxtlarda Xolo şəhərində aktivləşmiş, il ərzində partlayışlar, insan qaçırtma başlıqları ilə gündəm olmuşdular.