1. PARÇA [Hamı:] Ah, nə gözəl parçadır; Gülləri də qonçadır (Ü.Hacıbəyov); ARŞINMALI (köhn.) Əsgər: İndi görəsən qız bilsə ki, mən doğrudan da arşınmalı satıram, mənə gələrmi? (Ü.Hacıbəyov); BƏZZAZİYYƏ (köhn.) Rüstəm: Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyyə mağazası aç (Ə.Haqverdiyev); QUMAŞ (köhn.) Hacı Qara: Bunların qumaşı özgə qumaşdır (M.F.Axundzadə); MAL Hacı Qara: Heç kəs malın üzünə baxmır.. (M.F.Axundzadə); MANUFAKTURA (köhn.).
2. parça bax tikə
3. parça bax hissə 1; para 1