PASPORT SİSTEMİ

(fransız passeport - ilkin mənası: portdan keçmək üçün icazə) - şəxsiyyəti təsdiq edən sənəd, vətəndaşların yerdəyişməsinin, qeydə alınmasının (o cümlədən: müvəqqəti qeydə alınmasının) və qeyddiyyatdan silinməsinin uçotu və nizamlanması qaydasını, habelə ünvanməlumat işlərini müəyyən edən qaydaların məcmuəsi. P.S. - əsasən daxili işlər nazirliyinin müvafiq orqanı və bəzi digər dövlət və, hətta qeyri-hökumət strukturları tərəfindən icra edilir və onun pozulması, müəyyən məsuliyyətə səbəb olur.
PARTOKRATİYA
PASSİV SEÇKİ HÜQUQU
OBASTAN VİKİ
Pasport
Pasport (fr. passeport) — 1. Sahibinin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd. Xarici pasport. 2. Hər hansı bir maşın, avadanlıq, qurğu, təsərrüfat aləti və s. Haqqında əsas məlumatlar yazılmış qeyd şəhadətnaməsi. Avtomaşının pasportu. Dəzgahın pasportu. Televizorun pasportu.
Pasport möhürü
Pasport möhürü və ya pasport ştampı pasporta bir əraziyə daxil olarkən və ya bir ərazidən çıxarkən adətən rezin möhürlə vurulan mürəkkəb izidir. Vətəndaşlıqdan asılı olaraq, Aİ və ya EFTA ölkəsinə səyahət edən Aİ və ya EFTA vətəndaşı olan ziyarətçinin pasportuna heç bir möhür vurulmaya bilər (xüsusi tələb olmadıqda). Əksər ölkələr pasportlara giriş möhürlərindən əlavə olaraq çıxış möhürləri də vururlar. Kanada, El Salvador, İrlandiya, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ daxil olmaqla, bir neçə ölkə yalnız giriş möhürləri vururlar. Pasport möhürləri bəzən Yaponiya, Cənubi Koreya və Şri Lankadakı giriş möhürləri kimi stiker möhürləri formasında ola bilər. Argentina, Avstraliya, Honq Konq, İsrail, Makao, Kuba və Sinqapur kimi bəzi dövlətlər isə ölkəyə daxil olarkən və yaxud da ölkədən çıxış zamanı pasportlara möhür vurmurlar. Bu ölkələr və yaxud da ərazilər pasportlara möhür vurmaq (tələb olunmadıqda) yerinə enmə vərəqələri verirlər. Argentina və Sinqapur isə e-poçt vasitəsilə giriş tələblərini özündə ehtiva edən rəqəmsal giriş qəbzləri göndərirlər. Vizalar həmçinin də pasport möhürü formasında ola bilər. Antarktidada heç bir milli orqan olmadığına görə pasport möhürü də mövcud deyildir.
Henley Pasport İndeksi
Henley Pasport İndeksi (ing. Henley Passport Index) — dünya ölkələrinin vətəndaşlarının səyahət azadlığının səviyyəsini araşdıran şirkət. 2006-cı ildən etibarən Henley & Partners Visa Restrictions Index ("Henley və Tərəfdaşları Viza Məhdudiyyətləri İndeksi") adlanan, 2018-ci ilin yanvarından isə indiki adını alan bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tərəfdaşlığı, eləcə də dünya üzrə məlumat mənbələri ilə bütün ölkələrin və ərazilərin viza tələblərini analiz etməkdədir. == Siyahı == 1 aprel 2020-ci ildəki hesablamaya görə 191 ölkəyə vizasız və ya vizanı girişdə almaqla daxil olmaq olan Yapon pasportu hazırda ən güclü pasport hesab olunur. İkinci yerdə isə 190 ölkəyə rahat daxil ola bilən Sinqapur pasportu qərarlaşıb. Aşağıdakı siyahıda pasportları ilk 10-luğa daxil olan 27 ölkə göstərilib.
Henley Tərəfdaşları Pasport İndeksi
Henley Pasport İndeksi (ing. Henley Passport Index) — dünya ölkələrinin vətəndaşlarının səyahət azadlığının səviyyəsini araşdıran şirkət. 2006-cı ildən etibarən Henley & Partners Visa Restrictions Index ("Henley və Tərəfdaşları Viza Məhdudiyyətləri İndeksi") adlanan, 2018-ci ilin yanvarından isə indiki adını alan bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tərəfdaşlığı, eləcə də dünya üzrə məlumat mənbələri ilə bütün ölkələrin və ərazilərin viza tələblərini analiz etməkdədir. == Siyahı == 1 aprel 2020-ci ildəki hesablamaya görə 191 ölkəyə vizasız və ya vizanı girişdə almaqla daxil olmaq olan Yapon pasportu hazırda ən güclü pasport hesab olunur. İkinci yerdə isə 190 ölkəyə rahat daxil ola bilən Sinqapur pasportu qərarlaşıb. Aşağıdakı siyahıda pasportları ilk 10-luğa daxil olan 27 ölkə göstərilib.
Hemostaz sistemi
Hemostaz sistemi — damarlarda axan qanın maye halında qalmasını və qan damarları zədələndikdə qanaxmanın qarşısının alınmasını təmin edən bioloji sistem. Bu sistem hər hansı bir travma nəticəsində həyat üçün təhlükəli qanaxmaların qarşısını almaq üçün orqanizmin təkamül prosesində əldə etdiyi mürəkkəb fermentativ bir prosesdir. Hemostaz sistemi 3 hissədən — qan damarlarının divarı, damar daxilinində dövr edən qan elementləri və plazma proteinlərindən təşkil olunmuşdur. Bu hissələrin hər hansı birində çatışmazlıq və ya qüsur olarsa, hemostaz sistemi bütövlükdə zəncirvari reaksiya şəklində hərəkətə gəlir və nəticədə qanaxma, tromboz və ya hər ikisi meydana çıxır. Hemostaz sistemi şərti olaraq 2 mexanizmə bölünür; laxtalanma və ya prokoqaqulyant sistemi; əks laxtalanma vəya antikoaqulyant sistemi. Bu mexanizmlərdən əlavə, qan damarının zədələndiyi hissədə yaranan qan laxtasını əritmək üçün daha bir ferment sistemi — fibrinoliz sistemi fəaliyyət göstərir. Bu üç mexanizmin qarşılıqlı əlaqəsi, bütövlükdə qanın laxtalanma vəziyyətini xarakterizə edir.
Hepbörn sistemi
Hepbörn sistemi (yap. ヘボン式 hebon-şiki, ing. the Hepburn romanization system) — yapon dilinin latın qrafikası ilə transkripsiya edilməsi üçün qaydalar. Sistemi Ceyms Hepbörn 1867-ci ildə çap etdiyi yapon-ingilis lüğəti üçün tərtib edib məşhurlaşdırmışdı. Sonradan bu sistem yenidən baxılıb 修正ヘボン式 Süsey Hebon-şiki adlandırıldı. Bu sistemi həm də 標準式 Hözün-şiki — "standart sistem" adlandırırlar. Hepbörn sistemi bu günə qədər yapon dilinin latinizasiyasının ən məşhur üsuludur. İngilisdillilər üçün bu sistem yapon sözlərinin tələffüzü haqqda maksimal təsvir yaradır. == Hüquqi status == Hepbörn sistemi ingilis dilinin fonologiyası əsasında qurulduğundan Yaponiyada qarşılığlarla qəbul dildi. 21 sentyabr 1937-ci ildə yapon hökuməti kunrey-şiki kimi tanınan sistemdən istifadə etmək tələb edən fərman buraxmışdı.
Hesablama sistemi
Hesablama sistemi – hərəkəti öyrənmək üçün istifadə edilən istinad (hesablama) cismi, ona bağlı koordinat sistemi və saatdan ibarət sistem. Məsələnin həllində əlverişli hesabat sisteminin seçilməsi çox əhəmiyyətlidir. Məsələn, heliosentrik sistemdə planetlərin hərəkəti sadə qanunlarla ifadə edilir. Hesablama cisminə bağlanmış ixtiyari koordinat sisteminin (polyar, silindrik, Dekart) vəzifəsi hərəkətin fəzada konkret yerini bilməkdir. Hərəkəti zamana görə təsvir etmək üçün koordinat sisteminin müxtəlif nöqtələrində bir-birilə sinxronlaşdırılmış saatlar yerləşdirilir. Müxtəlif hallarda maddi nöqtənin çatdığı nöqtələrin koordinatlarını ölçərək x (i), y (t), z (t) asılılığı müəyyən edilir. Bu asılılıqlar baxılan hərəkətin seçilmiş hesablama sisteminə nəzərən hərəkət tənliklərini ifadə edir. Bütün hesablama sistemləri kinematik ekvivalentdir. Dinamika məsələlərinin həllində ətalət və təcilli hesablama sistemlərindən istifadə edilir.
Hüququn sistemi
Hüququn sistemi — hüququn struktur elementlərinin daxili strukturudur. == Hüququn sistemi == Beş əsas komponentdən ibarətdir: hüquq normaları, hüquq institutları, hüquq sahələri, alt institutlar və alt sektorlar. Hüquq sahəsi hüquq sisteminin ən böyük elementidir. Hüquqi tənzimləmə predmetinin və metodunun orijinallığı ilə keyfiyyətcə bircinsli ictimai münasibətlər qrupunu tənzimləyən hüquq normalarının məcmusundan formalaşır. Əgər hüquq institutu ictimai münasibətlərin növünü tənzimləyirsə, sənaye bir növ sosial münasibətlərdir. Beləliklə, hüququn sahələrə bölünməsi üçün əsasən iki meyardan - hüquqi tənzimləmənin predmetindən və metodundan istifadə olunur. Bu meyarlar bir hüquq sahəsini digərindən fərqləndirir. Hüquq institutu bir hüquq sahəsi daxilində və ya onların qovşağında keyfiyyətcə homojen ictimai münasibətləri tənzimləyən hüquq normalarının ayrıca qrupudur. Tənzimləmə xarakterinə görə bir neçə oxşar hüquq institutu hüququn alt qolunu təşkil edir. Məsələn, mülki hüququn tərkib hissəsi kimi müəllif hüququ, mənzil və patent hüququ, maliyyə hüququnun bir hissəsi kimi isə vergi hüququnun bir alt sahəsi fərqləndirilir.
Həzm sistemi
Həzm sistemi — həzm aparatının ayrı-ayrı hissələrində başa çatır. Həzm aparatı həzm kanalından və bir sıra həzm vəzilərindən ibarətdir. İnsanın həzm kanalı 8–10 metr uzunluğunda olub, bir çox hissələrə bölünür. Birinci hissəni ağız boşluğu təşkil edir. Buraya dişlər, ağız suyu vəziləri, dil aiddir. == Ağız boşluğu == Ağız boşluğu həzm kanalının ön hissəsini təşkil edir. Bunun divarlarını dodaqlar, yanaqlar, damaq və ağız dibi təşkil edir. Alt və üst çənələrdə dişlər yerləşir. İnsanda dişlər iki dövrdə inkişaf edir. I dövrdə süd dişləri və II dövrdə daimi dişlər aiddir.
Kasta sistemi
Hindistan tarixi deyildiyində ağlımıza ilk gələn mövzulardan biri olan kasta sistemi 1975-ci ildə faktiki olaraq aradan qaldırıldı, amma Bollivud filmlərində də sıx-sıx rastlaşdığımız kimi hələ də ölkənin ucqar bölgələrində həyata keçirilir. Kasta sistemi endoqamiya (qohum evliliyi) əsasına görə xarakterizə edilən sosial təbəqələmənin bir formasıdır. "Kasta" termini portuqalca olub "saf soy" anlamındadır və təbəqə ayrılıqlarına dayanır. Kasta sisteminin özünü "Varna" və "Cati"olaraq ikiyə ayıra bilərik. Varna kastanın ən üst 4 təbəqəsini ifadə edir (Brahman, Kşatri, Vayşi, Şudra). Varna insanların toplumun hansı təbəqəsində olduğunu müəyyənləşdirərkən, Cati isə insanların necə həyat tərzi yaşamağa müqəddər olduğunu, hansı peşəylə məşğul olacağını, necə bir hüquqa və ictimai nizama tabe olacaqlarını müəyyənləşdirən ikinci faktordur. Kasta içərisində "yüksəklik və əsalət" baxımından "pilləli" bir zəncir söz mövzusudur. Maraqlı olan bir durum isə bu sistem içərisində "zənginliyə" dayalı bir ayrımın olmamasıdır. Yəni bir insan doğumundan ölümünə qədər eyni kasta içərisində yer alır. == Varna təlimi == Kasta sistemini ayaqda tutan ən önəmli faktor "Varna" təlimidir.
Kommunikasiya sistemi
Kommunikasiya sistemi – hazırlıq, informasiya toplamaq, bölüşdürmək, habelə bilavasitə bazar subyektləri arasında kontaktların yaradılması ilə bağlı əməliyyatların məcmusundan ibarət olan bazar dövriyyəsi iştirakçılarının kompleks fəaliyyəti. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Komplement sistemi
Komplement sistemi — mövcudluğu haqqında olan ilk fikirlər 1888-ci ildə Q.Natolla məxsusdur. O immunlaşdırılmamış təzə qan plazmasının bakteriosid təsirə malik olmasını bildirmiş və göstərmişdir ki, bu aktivlik qanda miqdarı immunlaşdırmadan asılı olmayan bir faktorla bağlıdır. Lakin komplement sisteminin geniş öyrənilməsi və kəşfi J.Bordenin adı ilə əlaqələndirilir. Bu işinə görə o 1919-cu ildə Nobel mükafatına layiq görülüb. Qanın plazmasındakı termolabil sitotoksiki aktivliyi J.Borde alleksin, P.Erlix isə komplement adlandırmışdır. Komplement sisteminə qan plazmasının 20-yə qədər zülalı daxildir. Bakteriyaların lizisə uğradılmasında komplement sisteminn komponentlərinin böyük rolu vardır. Komplement sistemi aktivləşərkən onun komponentləri bir biri ilə və immun sisteminn digər elementləri ilə qarşılıqlı təsirdə olurlar. Komplementin aktivləşməsinin alternativ, klassik və lektin yollları vardır. Alternativ yol spontan olaraq bir sıra mikroorqanizmlərin səthlərindəki antigenlərlə (əsasən lipopolisaxaridlərlə) aktivləşdirilir və anadangəlmə immunitetin komponentlərindən biri hesab olunur.
Kontrol sistemi
Nəzarət sistemi — İdarəetmə sistemi birbaşa və ya dolayı yolla digər cihazların və ya sistemlərin davranışını idarə edən, idarə edən cihaz və ya cihazlar qrupudur. Sənaye məhsulları üçün sənaye nəzarət sistemi istifadə olunur. Nəzarət sistemi variasiya və birləşməyə görə əsas qrupa bölünür: məntiqi və ya ardıcıl idarəetmələr və ya Əlaqə və ya xətti idarəetmələr. Xətti idarəetmə proqramlarından istifadə edərək məntiqin strukturunu sadələşdirən qeyri-səlis məntiq də var. Bəzi qurğular və ya sistemlər mahiyyətcə (təbiətinə görə) idarəolunmazdır. == Nümayişi == "İdarəetmə sistemi" təhlükəsizlik maneələri mövcud olduğu müddətcə, məsələn, hidravlik presdə hərəkət etməsinə (açılmağa/bağlanmağa) mane olan məntiqi idarəetmədən başqa, əl ilə açılan və ya bağlanan idarələrə də tətbiq oluna bilər. Avtomatik kaskad idarəetmə sistemi müəyyən bir işi yerinə yetirmək üçün müvafiq ardıcıllıqla bir sıra mexaniki aktuatorları işə salır. Müxtəlif elektrik və pnevmatik çeviricilər, məsələn, karton qutunu qatlaya və yapışdıra, məhsulu içəriyə qoya və sonra avtomatik qablaşdırma maşını ilə qablaşdıra bilər. Belə işlərin görülməsi üçün proqramlaşdırıla bilən məntiqi nəzarətçilərdən (PLC) istifadə olunur. Ancaq bunlar başqa texnologiyalardır.
Koordinat sistemi
Koordinat sistemi — nöqtənin düz xətt üzərində, müstəvi üzərində və fəzada vəziyyətini təyin etmək üçün şərtlər toplusu. İlk dəfə koordinat sistemi geodeziyada və astronomiyada tətbiq olunmuşdur. Burada məqsəd yer üzərində və göy sferasında nöqtənin vəziyyətini təyin etmək olmuşdur. XIV əsrdə fransız riyaziyyatçısı N.Orezm müstəvi üzərində koordinat sistemindən qrafiklərin qurulması üçün, həmçinin bizim tanıdığımız absis və ordinata uyğun uzunluq dairəsi və en dairəsi anlayışlarından istifadə etmişdir.Bəzi mənbələrə görə isə ilk koordinat sistemini İbn Sina (Avicenna) tərəfindən tapılmış və istifadə edilmişdir XVII əsrdə fransız alimi Rene Dekartın işlərində koordinatlar üsulunun bütün imkanları aydınlaşdırıldı. Koordinatlar üsulu həndəsə məsələlərini cəbrin və riyazi analizin dilinə çevirməyə imkan verdi. O cümlədən, cəbr və riyazi analizin müxtəlif nəticələrinə həndəsi təsvir verilmişdi. Hal-hazırda müxtəlif koordinat sistemlərindən, Affin koordinatlardan, Dekart koordinatlardan, Əyrixətli koordinatlardan, Sferik koordinatlardan, Polyar koordinatlardan istifadə olunur. == Koordinat vektorları == Koordinat vektorları n {\displaystyle n} ölçülü xətti fəzada bazis əmələ gətirən vektorlardır. == Ədəbiyyat == M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Kronkvist sistemi
Kronkvist sistemi (ing. Cronquist system) — Amerika botaniki Artur Kronkvist tərəfindən işlənilmiş və onun iki əsərində nəşr olunmuş ("Örtülütoxumlu bitkilərin vahid təsnifat sistemi" (ing. "An Integrated System of Classification of Flowering Plants"), 1981 və "Çiçəkli bitkilərin təkamülü və təsnifatı" (ing. "The Evolution and Classification of Flowering Plants") birinci nəşr 1968, ikinci nəşr 1988-ci il) örtülütoxumlu bitkilərin təsnifat sistemi.
Kök sistemi
Kök sistemi bitkinin bütün köklərinin cəmi kök sistemini əmələ gətirir. Kök sisteminin 2 tipi var. Mil və saçaqlı kök sistemi. == Mil kök sistemi == Burada əsas kök digər köklərdən yaxşı seçilir. Əsas kök və yan kök birləşərək mil kök sistemi əmələ gətirir. Bu kök sisteminə ikiləpəlilərdə olan bitkilər aiddir. Nümunə: noxud, günəbaxan, quşəppəyi və digər ikiləpəlilərin nümayəndələri aiddir. == Saçaqlı kök sistemi == Burada əsas kök ya tez quruyur, ya da əlavə və yan köklər arasından seçilmir. Yan kök və əlavə kök birləşərək saçaqlı kök sistemi əmələ gətirir. Bu kök sisteminə birləpəlilərdə olan bitkilər aiddir.
Limfa sistemi
Limfa sistemi - (lat. systema lymphaticum) damar sisteminin bir hissəsini təşkil edərək limfa sahələrindən, limfa adlanan rəngsiz maye toxuma daşıyan limfa yollarından və qanyaradıcı üzvlərdən ibarətdir. Bunun mühit ucu qapalı olub, hüceyrəarası sahələrində limfa kapillyarları vasitəsilə başlayır və mərkəzi ucu azad bir surətdə venoz sistemə açılır; beləliklə, limfa sistemi ilə qan damar sisteminin fərqi bundadır ki, axırıncı dövran təşkil etdiyi halada, limfa sistemi mühitdə qapalı olur, mərkəzi ucu isə venoz sistemə açılır. Hüceyrəarası sahələrində toplanan toxuma mayesi (toxuma limfası) adsorbsiya vasitəsilə əvvəlcə limfa kapillyarlarına və sonra limfa damarlarına keçir və bunların birləşməsindən əmələ gələn limfa axacaqları vasitəsilə venoz sistemə daşınır, beləliklə limfa sistemi venoz sisteminin köməkçi aparatı hesab olunub, bir tərəfdən quruluşu (limfa damarlarında qapaqcıqların olması) və limfanın cərəyanı cəhətcə ona artıq dərəcədə oxşayır və digər tərəfdən xüsusi limfa düyünlərinin (lat. nodi lymphatici) olmasıilə venoz sistemdən fərqlənir. == Limfa sahələri == Limfa sahələri müxtəlif olub, ölçüləri orada olan limfanın miqdarından asılıdır. Onlarda toplanan limfa adsorbsiya üsulu ilə limfa kapillyatlarına keçir. === Böyük limfa sahələri === Bu növ limfa sahələrə seroz kisələr (ürək kisəsi, plevra və periton boşluqları), beyin mədəcikləri, onurğa beyninin mərkəzi kanalı, göz kameraları və qulaq labirintinin xarici və daxili limfa sahələri (perilimfatik və endolimfatik) aiddirlər. Bunlardan seroz kisə mezotel ilə; beyin mədəcikləri və mərkəzi kanal ependim ilə və yerdə qalanları müxtəlif növ epitel ilə örtülü olurlar. === Kiçik limfa sahələri === Kiçik limfa sahələri yarıq şəklində olib daxildən endotel ilə örtülü olurlar.
Lo sistemi
Lo sistemi və ya Lou, həmçinin Lau (fr. système de Law) — Fransada Orleanlı II Filippin hökmdarlığı dövründə 1716-1720-ci illərdə Şotlandiya iqtisadçısı və spekulyator Con Lo (1671-1729) tərəfindən qurulan və ölkədə sonradan başlayan maliyyə böhranı ilə sona çatan maliyyə sisteminin adı. == Arxa fon == Fransanın maliyyəsi XIV Lüdoviqin davamlı müharibələri və israfçılığı, habelə vergi fermerlərinin qəsbkarlığı ilə o qədər darmadağın oldu ki, bu kralın hakimiyyətinin ikinci yarısında ölkə öz milli sərvətinin demək olar ki, yarısını, 30 il ərzində itirdi. Milli illik gəlir 1500 milyon livr azaldı və Fénelon belə deməyə haqlı idi: “Biz ancaq hansısa möcüzə ilə mövcud olmağa davam edirik; dövlət köhnəlmiş, dəyərsiz bir maşındır ki, ona verilən əvvəlki təkan sayəsində hələ də yellənməyə davam edir, lakin ilk zərbədə çökəcək. Hökmdarlığının son illərində XIV Lüdoviq xəzinəni doldurmaq üçün aşağıdakılara əl atdı: zadəgan və başqa titulların satışı; yeni yaradılmış, bəzən gülünc və faydasız vəzifələrin satışı; sikkənin dəyərinin azalması; kağız pul emissiyası; ümumi vergiçilərdən ssudalar – lakin bu tədbirlər “böyük kral”ın öz varisinə miras olaraq qoyduğu maliyyə xarabalığının qarşısını ala bilmədi. Regentin israfçılığı o acınacaqlı vəziyyətdə heç nəyi dəyişmədi. === Sistem yaradıcısı === 1671-ci ildə Edinburqda anadan olan Con Lou o dövrlərdə Böyük Britaniyada bankirlərin yerini tutan qızıl ustalarından birinin oğlu idi. İngilis bankı qurulanda (1694) Loun həmkəndlisi Uilyam Peterson vasitəsilə maliyyə və bank əməliyyatlarının sirlərinə daha da dərindən nüfuz etmək imkanı var idi, lakin sonra düşməni öldürdüyü duelə görə o, qitəyə qaçmağa məcbur oldu. Orada Amsterdamda, sonra İtaliyada, sonra Brüsseldə yaşamış və maliyyə biliklərini daha da genişləndirmişdir. Nəhayət, bir uğursuz cəhddən sonra ikinci dəfə 2,5 milyon franklıq sərvətin sahibi olmaqla, Orlean hersoquna öz xidmətlərini təklif etmək üçün Parisə köçdü.
Maliyyə sistemi
Maliyyə sistemi — ümumi ictimai məhsulun bölüşdürülməsi və yenidən bölüşdürülməsi üçün təkrar istehsal prosesinin bütün subyektləri arasında pul münasibətlərinin təşkili forması. == Mahiyyəti == Ümumi sosial məhsulun dəyərinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi prosesi maliyyənin təşkili, tənzimlənməsi və planlaşdırılması sistemini, təsərrüfat subyektlərindən, işçilərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından maliyyə resurslarının formalaşdırılması və istifadəsi yollarını özündə birləşdirən maliyyə mexanizmidir. Ümumi ictimai məhsulun dəyərinin bölüşdürülməsi prosesində təsərrüfat münasibətlərinin subyektləri (dövlət, təsərrüfat subyektləri, işçilər və yerli özünüidarəetmə orqanları) müxtəlif pul gəlirləri fondlarını toplayırlar. == Strukturu == Təsərrüfat subyektlərinin gəlir əldə etmə üsullarından asılı olaraq maliyyə sistemi adətən iki sahəyə bölünür: mərkəzləşdirilmiş və ya dövlət maliyyəsi; mərkəzləşdirilməmiş maliyyə Maliyyə sistemi də dörd alt sistemə bölünür: dövlət maliyyəsi; müəssisə maliyyəsi; maliyyə bazarı; beynəlxalq maliyyə dövlət maliyyəsi — pul münasibətləri sahəsidir ki, burada ümumi daxili məhsulun dəyərinin və milli sərvətin bir hissəsinin formalaşması, bölüşdürülməsi və yenidən bölüşdürülməsi, dövlətin idarə edilməsi üçün dövlət vəsaitlərinin formalaşdırılması və istifadəsi, onun müdafiəsi və daxili ehtiyaclarının ödənilməsi baş verir. Təsərrüfat subyektlərinin maliyyəsi — müəssisənin özünün fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuşdur. Öz növbəsində müəssisənin maliyyəsi ölkənin maliyyə sisteminin əsasını təşkil edir, çünki müəssisə ümumi daxili məhsulun ən böyük hissəsini yaradır. Maliyyə bazarı — maliyyə resurslarının alqı-satqısı prosesində yaranan mübadilə və yenidən bölüşdürmə münasibətlərini təmsil edir. Bazar şəraitində onun vasitəsilə maliyyə sistemi ilə iqtisadi sistemin əlaqələndirilməsi həyata keçirilir, həmçinin maliyyə sisteminin digər sahələrini birləşdirir. Maliyyə bazarının təşkilati strukturunun əsasını birja təşkil edir. Beynəlxalq maliyyə — dövlətlər, beynəlxalq təşkilatlar və institutlar arasında mübadilə və yenidən bölüşdürmə ilə bağlı yaranan münasibətlərlə xarakterizə olunur.
Mandat sistemi
Mandat sistemi — Versal müqaviləsinin (1919) 22-ci maddəsinə əsasən keçmiş keçmiş alman müstəmləkələrinin və Osmanlı mülklərinin qəyyumluğa götürülmə formasında bölüşdürülməsi. 1945-ci il 24 oktyabrda təsdiq olunan BMT Nizamnaməsi qüvvəyə mindikdən sonra Yalta konfransında əldə edilən razılaşmaya uyğun olaraq mandat əraziləri BMT-nin himayəndəsində olan ərazilər adlandırıldı. == Tarixi == Birinci Dünya Müharibəsinin nəticələrinə əsasən məğlub dövlətlərin (əsasən Almaniya və Osmanlı imperiyasının) müstəmləkə əraziləri Millətlər Cəmiyyətinin tətbiq etdiyi mandat sistemi əsasında qalib dövlətlər arasında bölüşdürüldü. Protektoriat hüququ almış ərazilərdən fərqli olaraq keşmiş müstəmləkələr üzərində mandat hüququ almış dövlətlər bu ərazilərdə yaşayan sakinlərə münasibətdə Millətlər Cəmiyyəti tərəfindən müəyyən edilən öhdəliklərə riayət etməli idilər, həmçinin həmin ərazilərdə qul alveri, silah və alkoqol ticarəti qadağan olunurdu. Mandat altında olan ərazilərdə hərbi baza və istehkamların tikilməsi, yerli əhalidən ibarət ordu yaradılması da qadağan olunurdu. Mandat sisteminin yaradılması iki mərhələdə həyata keçirilirdi. Bu əraziləri əvvəllər idarə edən dövlətin formal suverenliyinin ləğv edilməsi. Mandat hüququ ilə müəyyən edilən səlahiyyətlərin qalib dövlətlərə verilməsi. Mandat sisteminə daxil edilən ərazilər aşağıdakı sazişlər və müqavilələrlə müəyyən olunmuşdu. Versal sülh müqaviləsi Sevr müqaviləsi (1920) San-Remo konfransı Lozanna müqaviləsi (1923) Böyük Britaniya və onun dominionlarına, Fransa, Yaponiya və Belçikaya verilməsi müəyyənləşdirilmişdi.
Metr sistemi
Metr sistemi — metr və kiloqramdan istifadəyə əsaslanan beynəlxalq onluq sisteminin ümumi adı. Axırıncı iki əsrdə vahidləri fərqlənən bir neçə metr sistemindən istifadə edilirdi. Müasir dövrdə beynəlxalq aləmdə Sİ sistemi qəbul edilib. Müəyyən ölklərdə sistem kiçik fərqlərlə tətbiq edilir. Zaman ölçülərinin də metr sistemi əsasında qəbul edilməsi üçün cəhdlər edilib (sutkanın millisutkaya, dərəcənin mllidövrə bülünməsi yolu ilə), ancaq təklif səmərəli hesab edilməyib. Sİ sisteminə gərə dərəcələr millidərəcəyə bölünür. Ancaq saniyə onluq metrik sistem ilə bölünən yeganə zaman ölçüsüdür (mllisaniyə və s.). Müasir dövrdə dünyada ABŞ, Liberiya və Myanmadan başqa bütün ölkələrdə rəsmi surətdə metr sistemi qəbul edilib. Axırıncı dəfə bu sistemə 2005-ci ildə İrlandiya keçib. Böyük Britaniya və Sent-Lyusiyada keçid hələ tam başa çatmayıb.
Olimpiya sistemi
Olimpiya sistemi, yaxud idman yarışlarında pley-off (ing. play off) — mübarizə sistemi. Bu sistemlə keçirilən yarışlarda hər hansı iştirakçı birinci məğlubiyyətdən (iki iştirakçı arasında bir, yaxud serial oyunlarda qalibin müəyyənləşməsi nəticəsində) sonra turnirdə mübarizəni dayandırır.
Onluq sistemi
Onluq sistemi — 10 ədədi əsasında qurulan ən çox yayılmış hesablama sistemidir. Bu sistemdə ərəb rəqəmləri adlanan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0 rəqəmlərindən istifadə edilir. Hesab edilir ki, 10 ədədi sistemi insan əlindəki barmaqların sayı ilə bağlıdır. 1-dən 10-a qədər bütün ədədlərə bölünə bilən ən kiçik ədəd 2520-dir.
Piramida sistemi
Piramida sistemi və ya Piramida yolu (lat. tractus pyramidales, PNA) — özündə kortikospinal və kortikobulbar yolları birləşdirir. Piramida yolunun belə adlandırılmasına səbəb yolların uzunsov beynin piramidasından keçməsidir.
Polivanov sistemi
Polivanov sistemi — rusiyalı şərqşünas Yevgeni Polivanov tərəfindən yapon sözlərinin kiril əlifbasına transkripsiyası üçün 1917-ci ildə tərtib etdiyi sistem. 1930-cu oldə dərc olunub. Polivanov sistemi yapon sözlərinin kiril əlifbası ilə yazılan ən geniş yayılmış variantıdır, lakin digər variantlardan da istifadə olunur. Bu sistemi bəzən romaci ilə analoji olaraq «rosiyadzi», «rossiyadzi» və ya «kiridzi» adlandırırlar. == Sistemin qaydaları == Sistem Tokio ləhcəsi əsasında qurulub. Yazıda baş hərflərdən istifadə olunmur, halı bildirən sözlərdən öncə və sözün kökü ilə son şəkilçinin arasında defisdən istifadə oluna bilər. Siradaki cədvəldə əvvəl hiraqana, ondan sağda katakana əlifbası və mötərizədə Hepbörn sistemi ilə latın transliterasiyası yazılıb.