pay1
n 1. ödəmə, ödənmə; ödəniş; rate of ~ ödəmə / ödəniş norması; overdue ~ vaxtı keçmiş ödəniş; 2. maaş, məvacib, aylıq, donluq, əmək haqqı, base ~ əsas əmək haqqı;
◊ No pay, no play ≅ Pulsuz halva yemək olmaz
pay2
v 1. ödəmək, vermək, haqqını vermək / ödəmək; pul vermək; I paid the money yesterday Mən pulu dünən ödədim / verdim; to ~ ready money (down) nağd pulla ödəmək; to ~ in advance əvvəlcədən ödəmək; to ~ for smth. bir şeyin haqqını ödəmək; to ~ one’s debt borcunu ödəmək; to ~ wages əmək haqqı / maaş vermək; We are paid on Fridays Bizim maaşımızı cümə günü verirlər; 2. əvəzi çıxmaq; xeyirli / mənfəətli olmaq; This work does not pay Bu, mənfəətsiz / xeyirsiz işdir; 3. cəfasını / əziyyətini çəkmək; He shall pay for this O bunun əziyyətini çəkəcək; to ~ back 1) pulu qaytarmaq; 2) əvəzini çıxmaq / çıxartmaq, əvəzini vermək; He paid the man back in full O, kişidən əvəzini yaxşıca çıxdı; to ~ down 1) nağd pulla ödəmək; 2) ilk ödəməni / pulu vermək (bir şeyi möhlətlə alanda); to ~ for 1) ödəmək, haqqını vermək; 2) ödəmək; çıxmaq (qoyulan xərc haq.); The garden will soon pay for itself Bağ tezliklə xərcini çıxardacaq; 3) zərərini / əziyyətini çəkmək; to ~ out wages maaş / əmək haqqı / donluq vermək; 2) əvəzini vermək / çıxmaq; I’ll pay you out for that Mən bunun əvəzini səndən / sizdən çıxacam;
◊ to ~ attention / heed to smth. bir şeyə diqqət yetirmək / vermək; to ~ a call on smb., to ~ smb. a visit bir kəsə baş çəkmək, bir kəsin görüşünə getmək