pianoçu-pedaqoq

pianoçu-pedaqoq
pianoçu-illüstrator
pianoçuluq
OBASTAN VİKİ
Pianoçu
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Pedaqoq
Pedaqoq (yun. paidagogos – tərbiyəçi; pais, paidos – uşaq və ago – yönəldirəm, tərbiyə edirəm) — ümumtəhsil, texniki-peşə, xüsusi orta və ya ali məktəb müəllimi, məktəbəqədər müəssisə, internat məktəbi, uşaq evi və ya əmək koloniyası tərbiyəçisi, məktəbdən kənar müəssisə işçisi, pedaqogika problemlərini tədqiq edən elmi işçi. Pedaqogika R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Pianoçu (kitab)
Pianoçu — Polşa-yəhudi pianoçusu və bəstəkarı Vladislav Şpilmanın İkinci Dünya Müharibəsi zamanı işğal olunmuş Polşada, Varşavadakı həyatını təsvir edən xatirə kitabıdır. Ailəsi ilə birlikdə Varşava gettosunda yaşamağa məcbur edildikdən sonra, Şpilman Treblinka ölüm düşərgəsinə deportasiya edilməkdən yayınmağa müvəffəq olur və şəhər ətrafındakı gizləndiyi yerlərdən 1943-cü ildə Varşava gettosu üsyanının və Varşava üsyanının şahidi olur. O, pianoda ifasına heyran olan alman ordusunun kapitanı Vilm Hosenfild də daxil olmaqla, dostları və yad adamlarının köməyi ilə xaraba şəhərdə sağ qalır. Kitab ilk dəfə 1946-cı ildə "Śmierć Miasta" adı ilə polyak dilində nəşr edilmişdir.
Eldar Məmmədov (pianoçu)
Məmmədov Eldar Ramiz oğlu (29 noyabr 1969, Bakı) — pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının müəllimi. == Həyatı == Eldar Ramiz oğlu Məmmədov 29 noyabr 1969-ci ildə Bakı şəhərində anadan olmuşdur. 6 yaşdan etibarən 7 saylı uşaq musiqi məktəbinin fortepiano (7 illik) sinfinə qəbul olmuşdur. 1984-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olub və II kursda oxuyarkən Mixail İzrayloviç Basin'in rəhbərliyi altında özfəaliyyet "Abşeron" estrada ansamblının uşaq, bir il sonra böyüklərdən ibarət ansamblın cevrildi və 1988-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Milli Konservatoriyasına daxil olmuşdur. İlk dəfə 1993-cü ildə Niyaməddin Musayevin ''Röya'' ansamblında çalışmağa başlayıb. Daha sonra Vaqif Gərayzadə ilə tanış olduqdan sonra ''Aypara'' qrupunda çıxış etmişdir. Xalq Artistləri Aygün Kazımova və Eyyub Yaqubov, Rüfət Mehdiyev kimi ifaçılarla çalışmışdır. 2 dəfə Rast qrupu ilə Fransanın paytaxı Parisdə ''UNESCO''nun tədbirlərində çıxış etmişdir. 2019-cu ilə qədər Zamiq Hüseynovun ZH qrupunun rəhbəri olmuşdur. 2020-ci ildən etibarən isə Rəsul Əfəndiyevin ''Efendi'' musiqi qrupunun rəhbəridir.
Elmira Səfərova (pianoçu)
Elmira Yusif qızı Səfərova (16 sentyabr 1934, Bakı – 11 yanvar 1997)— Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi, professor, pedaqoq və pianoçu. == Həyatı == 16 sentyabr 1934-cü ildə Bakıda anadan olmuşdur. Atası Yusif tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi. Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur. Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər.
Murad Hüseynov (pianoçu)
Murad Fərid oğlu Hüseynov (1 dekabr 1973, Bakı) — Azərbaycan pianoçusu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının xalq artisti (2011), Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2023-cü ildən), Beynəlxalq Muğam Mərkəzinin direktoru (2011–2023). Murad Hüseynov 1 dekabr 1973-cü ildə Bakıda anadan olub. O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991–1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib və 1996–1999-cu illərdə bu Bakı Musiqi Akademiyası aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub. M. Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000–2002-ci illərdə A. Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib. Murad Hüseynov beynəlxalq piano müsabiqələri laureatı (Fransa, 1998) və mükafatçısıdır (Tbilisi, Gürcüstan, 1997). O, Limojda keçirilən 3-cü Fransis Pulenk beynəlxalq piano müsabiqəsinin qalibidir (Fransa, 2002). O həmçinin fransız bəstəkarlarının əsərlərini ən yaxşı ifa etdiyinə görə 3 xüsusi mükafat da qazanmışdır. Pianoçu dünyanın müxtəlif ölkələrində (Fransa, İngiltərə, ABŞ, İtaliya, İspaniya, Türkiyə, Yaponiya, Rusiya, Almaniya, Macarıstan, Gürcüstan, Malta, Əfqanıstan və s.) Azərbaycanın ifaçılıq mədəniyyətini təmsil etmişdir. O, bir çox klassik musiqi festivallarında iştirak etmişdir: Bax Musiqi Festivalı (İstanbul, 2000), Piano Festivalı (İstanbul, 2000), Fortepiano Festivalı (İstanbul, 2000), Fortepiano Festivalı (Hiroşima, 2002), Musiqili Kreml (Moskva, 2004) və s.
Pianoçu (film, 2002)
Pianoçu (ing. The Pianist) — 2002-ci ildə polyak rejissor Roman Polanski tərəfindən çəkilmiş tarixi dram filmi. Film pianoçu Vladislav Şpilmanın Polşada yaşadığı 7 il ərzində yaşadığı hadisələrin əsasında çəkilmişdir. Şpilman 1939-cu ildən etibarən böyük təhlükələrlə qarşılaşır və nasistlərdən gizlənməli olur. Vladislav Şpilmanın gizlənməsində çalışdığı Polşa radiosunun əməkdaşlarının və ən əsası isə alman zabiti Vilm Hosenfildin böyük rolu olmuşdur. Film 2002-ci ildə Kann kinofestivalında Qızıl Palma Budağı, 2003-cü ildə Oskar mükafatına, ən yaxşı xarici filmlərə verilən Qızıl Qartal mükafatına və digər mükafatlara layiq görülmüşdür. Film milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu Vladislav Şpilmanın həyatından bəhs edir. İkinci Dünya müharibəsinin ağır günləridir. Dəhşətli müharibə hər kəsin dinc həyatına son qoyur. Uçuq bir evdə gizlənən pianoçu canını qurtarmağa çalışır.
Azər Kərimov (pedaqoq)
Azər Fəzi oğlu Kərimov (29 dekabr 1951, Daşkənd, Basarkeçər rayonu) — Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, təhsil əlaqələndiricisi, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, texnika elmləri doktoru (1994), professor (1995). == Həyatı == Azər Kərimov 29 dekabr 1951-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində el şairi Qəmgin Fəzinin ailəsində anadan olub. 1953-cü ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma yurddan ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunmuşdur. 1968-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə qəbul olmuş və 1973-cü ildə həmin institutun tikintinin iqtisadiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, təhsil aldığı institututda müəllim vəzifəsini tutması məsləhət görülmüşdür. Moskvada aspiranturada təhsil aldıqdan sonra dissertasiya işini müdafiə edərək elmlər namizədi adını alıb. Və Bakıya qayıdaraq pedaqoji fəaliyyətini davam etdirib. Səmərəli müəllimlik fəaliyyətinə görə Ümumittifaq Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi vəzifəsinə layiq görülüb. Moskvada elmi işinin nəticələrinin tətbiq olunması üzrə "Elm texnika" sahəsində Azərbaycan SSR Lenin Komsomolu mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafata institutut müəllimi kimi layiq görülən yeganə ziyalıdır.
Camal Əhmədov (pedaqoq)
Məhərrəm Musayev (pedaqoq)
Oqtay Səmədov (pedaqoq)
Oktay Əlipaşa oğlu Səmədov (8 aprel 1957, Bakı) — pedaqogika üzrə fəlsəfə doktoru, dosent. Oktay Səmədov 8 aprel 1957-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1978-ci ildə M.F.Axundov adına APRDƏİ-ni (indiki Bakı Slavyan Universitetində) fərqlənmə diplomu ilə bitirmişdir. 1978-1980-ci illərdə Azərbaycan rayonlarının kənd məktəblərində rus dili müəllimi işləmişdir. 1981-1984-cü illərdə SSRİ Pedaqoji Elmlər Akademiyasının Milli Məktəbdə Rus Dilinin Tədrisi Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. 1986-cı ildə rus dilinin tədrisi metodikası sahəsində namizədlik dissertasiyasını müdafiə etmişdir. Pedaqogika üzrə fəlsəfə doktoru, dosentdir. 1986-cı ildə (M.F. Axundov adına APRDƏİ-də (indiki Bakı Slavyan Universitetində) əmək fəaliyyətinə başlamış, müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmış, 2000-2006-cı illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin müdiri və universitetin elmi katibi işləmişdir. 2006-2014-cü illərdə Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. 2014-cü ildə Prezident cənab İlham Əliyevin 3 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru vəzifəsinə təyin olunmuş, 2019-cu ilin yanvar ayına qədər həmin vəzifədə çalışmışdır.
Vidadi Xəlilov (pedaqoq)
Vidadi Cəmil oğlu Xəlilov (d. 25.12.1942, Çərəkən, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın pedaqoq alimi, pedaqogika üzrə elmlər doktoru (1994), professor (1997), Azərbaycan Respublikasının əməkdar müəllimi (2006), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2011). Vidadi Cəmil oğlu Xəlilov 1942-ci il dekabrın 25-də Azərbaycan Respublikası Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuşdur. Orta ümumtəhsil məktəbini 1959-cu ildə bitirmişdir. 1964-cü ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqogika və ibtidai təhsil fakültəsində ali təhsilini başa vurmuşdur. İnstitutun son kursunda oxuyarkən Bakıdakı 7 nömrəli məktəbdə müstəqil pedaqoji fəaliyyətə başlamış (1963), bədii rəhbər və musiqi müəllimi vəzifəsində çalışmışdır. Paralel olaraq bu işi 1966-cı ildə 132 nömrəli məktəbdə də davam etdirmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına daxil olmuş, 1971-ci ildə aspirantura təhsilini uğurla başa vurmuşdur. Bundan sonra institutda kiçik elmi işçi (1971), baş elmi işçı (1976) və yeni yaradılan Estetik tərbiyə şöbəsinin müdiri (1977-2000), 2000-ci ildən 2014-cü ilədək Məktəbəqədər və ibtidai təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2014-cü ildən indiki Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş elmi məsləhətçisi vəzifəsində çalışır.
Yusif Qazıyev (pedaqoq)
Yusif Qazıyev (2 fevral 1934, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru Yusif Xıdır oğlu Qazıyev 2 fevral 1934-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olmuşdur. O, 1949-cu ildə natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan SSR-nin (Gürcüstan Respublikası) Marneuli (Sarvan) pedaqoji məktəbini, 1957-ci ildə Azərbaycan Dillər universitetini bitirmiş, 1971-1975 ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitununun (Azərbaycan Təhsil Problemləri İnstitutu) dissertantı və 2010-2015 ci illərdə müstəqil tədqiqatçı kimi ADPU-nun doktorantı olmuşdur. Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru,"Qızıl qələm" lauretaı, və əmək veteranıdır. Yusif müəllim bir çox əsər və kitabların müəllifidir.Onun özü və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991 ci illərdə) məruz qalmış, hər dəfəfə mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar. Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir. Ailəlidir 2 oğlu, 5 nəvəsi var. "Şərəfli müəllim ömrü yaşayan insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010.
Əhməd Paşa (pedaqoq)
Əhməd Əli oğlu Paşayev (Əhməd Paşa; 14 yanvar 1927, Ardanış – 1997) — pedaqoq, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əhməd Paşa 1927-ci il yanvarın 14-də Göyçə mahalının Ardanış kəndində anadan olmuşdur. Doğma kəndində məktəbi bitirdikdən sonra, 1945-ci ildə İrəvanda pedaqoji texnikumu, 1951-ci ildə Bakıda Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini, 1968-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1942-ci ildə Göyçə mahalının Babacan kəndində dil və ədəbiyyat müəllimi işləmişdir, 1943-1952-ci illərdə öz doğma kəndi Ardanışda dil-ədəbiyyat müəllimi, 1952-1956-cı illərdə Toxluca kəndində, 1956-1966-cı illərdə yenidən Ardanış kəndində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdır. 1968-1969-cu illərdə Şorca kəndində direktor, 1969-1975-ci illərdə Cil kəndində, 1975-ci ildən 1988-ci ilə qədər Ardanış kəndində dil-ədəbiyyat müəllimi işləmişdir. 1988-ci ildən təqaüdə çıxması ilə əlaqədar müəllimlik fəaliyyətini dayandırmışdır. Həyatı boyu erməni ayrı-seçkiliyinə, təzyiqlərə və qısqanclığa məruz qalan şair bunların hamısına mərdliklə sinə gərsə də, 1988-ci ildən başlayan deportasiya dövrünə dözə bilmədi, şairin ürəyi 1997-ci ildə əbədi olaraq susdu. Əhməd Paşa bədii yaradıcılığa gənc yaşlarından başlamış, "Sülhün günəşi" adlı şeri "Ədəbi Ermənistan" almanaxında dərc olunmuşdur. Satirik və lirik şerləri vaxtaşırı respublika və rayon qəzetlərində, almanaxlarda çap edilmişdir. Bundan başqa "Ədəbiyyat və İncəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" və "Kirpi" jurnallarında şerləri, həmçinin müxtəlif qəzet və jurnallarda elmi-publisistik məqalə və oçerkləri işıq üzü görmüşdür.
Ənvər Abbasov (pedaqoq)
Ənvər Məhəmməd oğlu Abbasov (3 iyun 1951, Kövər, Yevlax rayonu) — Azərbaycanın pedaqoq alimi, əməkdar müəllim, pedaqoji elmlər namizədi (1988), dosent (1991). Ənvər Abbasov 1951-ci il iyunun 3-ü Yevlax rayonunun Kövər (Malbinəsi) kəndində anadan olmuşdur. 1957–65-ci illərdə Kövər kənd səkkizillik məktəbində oxumuşdur. 1965-ci ildə Nizami adına Malbinəsi kənd orta məktəbinin IX sinfinə qəbul olunmuş və 1967-ci ildə orta təhsilini başa vurmuşdur. Həmin ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə həmin institutu başa vurub təyinatla Yevlax rayonuna göndərilmişdir. 1975-ci ilə qədər həmin rayonunun Kövər kənd və M.F.Axundov adına 1 nömrəli şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. Elə ilk məqalələrini ("Boyük sənətkar", "Yuxular və insanlar", "Aşıq Ələsgər novator sənətkardır") də bu dövrdə yazmış, müəllimi mərhum professor Məmmədhüseyn Təhmasibin müsbət rəyini qazanmışdır. 1975-ci ildə şagirdləri Respublika inşa yazı müsabiqəsində ikinci yer tutduğu üçün "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunmuşdur. Ə.M.Abbasov 1975–77-ci illərdə Yevlax rayon və şəhər maarif şöbələrində (indiki Yevlax rayon təhsil şöbəsi) metodist vəzifəsində işləmişdir.
Kərim Məmmədov (pedaqoq)
Kərim Alı oğlu Məmmədov — Pedaqogika üzrə elmlər doktoru, professor. == Həyatı və təhsili == Kərim Alı oğlu Məmmədov 13 iyun 1937-ci ildə Gürcüstanın Bolnisi rayonunun Aşağı Güləver kəndində anadan olub. İcbari təhsilini Aşağı Güləver kənd 8 illik məktəbində, orta təhsilini isə Darbaz kənd orta məktəbində alıb. Uşaq vaxtlarından humanitar elmlərə daha çox maraq göstərib. Poeziyaya və elmi ədəbiyyata marağı onda sevimli müəllimi Hacı İbrahim Məmmədoğlu yaradıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini 1958-ci ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) vermiş, yüksək nəticə ilə qəbul olunmuş və 1963-cü ildə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Ailəlidir. 2 övladı, 3 nəvəsi, 2 nəticəsi var. == Əmək və elmi fəaliyyəti == 1963-cü ildə doğma kəndinə rus dili və ədəbiyyatı müəllimi olaraq təyin edilmişdir. Təhslidə və ictimai işlərdə fəallığına görə 1964-cü ildə qonşu Babakişilər kəndində təzə açılmış 8 illik məktəbə direktor təyin olunmuşdur.
Çarlz Morton (pedaqoq)
Çarlz Morton (ing. Charles Morton; 1626 – 11 aprel 1698, Çarlztaun[d]) — Britaniya qeyri-konformist naziri və erkən müxalif akademiyanın qurucusu. O, daha sonra həyatda Yeni İngiltərədə Harvard Kolleci ilə əlaqəli olmuşdur. Morton İngiltərədə güclü puritan təsirləri ilə böyümüş və Oksfordda oxumuşdur. İngiltərə inqilabı nəticəsində mütərəqqi təhsili təşviq etdiyinə görə həbs edilmiş və Massaçusets Körfəzi Koloniyasında immiqrasiya etmişdir, lakin tezliklə Bostonda fitnəyə görə həbs olunmuş və sonra bəraət almışdır. Onun Harvardda xalq dili tədrisi sistemi Con Uollis, Robert Huk, Robert Boyl və hətta Rene Dekartın təsirləri ilə əsasən sxolastik və aristotelçi idi. Onun əsərlərində astrologiya və kimyagərlik mövzuları var və onun cadugərliyə marağı olduğu bilinirdi. Nəticədə, "Compendium Physicae" əsəri yarımelmi hesab olunur və əsərdə Qalileo, Torriçelli və cazibə qüvvəsinə istinadlar olsa da, onun qədim və orta əsr aristotelçi yanaşması sonda Nyuton mexanikası ilə əvəz olunmuşdur.
Pianoçu haqqında əfsanə (film, 1998)
"1900-ün əfsanəsi" (it. La leggenda del pianista sull'oceano) — rejissor Cüzeppe Tornatorenin filmi. Bu film rejissorun ilk ingilisdilli filmidir. Bu, böyük gəmidə bütün zamanı, bütün dünyanı əks etdirən bir film-dastandır. Musiqinin, dostluğun sevginin, əzabın qəribə dünyası uzun illərdir ki, qəhrəmanların gözləri önündə baş verir. Bu, əhvalat dahi pianoçu ilə bağlıdır. O, gəmidə doğulub və bütün ömrünü də orada piano arxasında keçirib. Əhvalat onun musiqiçi dostu, truba ifaçısının dilindən danışılır. Hər şey XX əsrin birinci günü "Vinciniyalı" gəmisində körpə uşağın tapılması ilə başlamışdı. Uşaq böyüyür və bütün ömrünü nəhəng okean laynerində keçirir.