Bu, fars dilində pih formasında işlədilir, bizdə semiz kəlməsindən istifadə olunub (sümürmək də bununla qohumdur). Piy, semiz, салo (rusca) sözləri tarixən “örtmək” anlamı ilə bağlı olub. Böyrəyin üstü həmişə piylə örtülü olur (yağ içində böyrək kimi bəslənib deyirik). Rus dilindəki салo və садиться sözləri də kökdaşdır, ola bilsin ki, böyrək, əslində piylək kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)