POLİTEXNİK

[yun.] прил. политехник (1. техникадин жуьреба-жуьре хилериз талукь тир, гьабурухъ галаз алакъалу тир, политехнический (мес. институт); 2. политехнизмдал бинеламишнавай).
POLİSMEYSTER
POLİTEXNİKİ
OBASTAN VİKİ
Azərbaycan Politexnik İnstitutu
Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Haqqında == Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər. == Maddi-texniki bazası == Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir. Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir. Universitetdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.
Florida Politexnik Universiteti
Florida Politexnik Universiteti (ing. Florida Poliefir və ya qısaca: FPU) — Cənubi Florida Universitetinin kampusudur. Lakeland Florida, Amerika Birləşmiş Ştatlarına aid dövlət universitetidir. Florida Dövlət Universiteti sistemi yeni üzv təşkilatlarından və dövlət yalnız ictimai politexnik universitetdir. Florida Polxetnik Universitetində tələbələr elm, məntiq və riyaziyyat (Stem) texnologiya, mühəndislik kimi qabaqcıl sahələrində təhsil alırlar. == Kitabxana == 2014-cü ildə universitetdə tələbələr üçün yeni kitabxana istifadəyə verilib. Yeni kitabxananın əsas xüsusiyyəti ənənəvi kağız kitabların olmamasıdır. Bu layihə üzərində tanınmış memar Santyaqo Kalatrava işləyib. Kitabxananın elektron fondunda 135 mindən çox nəşr saxlanılır. Universitetin tələbələri öz planşet və ya noutbuklarından elektron kitaba çıxış əldə edə bilirlər.
Fransa Politexnik Məktəbi
Fransa Politexnik Məktəbi (fr. École Polytechnique) — mühəndislər hazırlayan ali məktəb. == Tarixi == Fransa İnqilabından sonra 1794-cü il iyulun 11-də İctimai Qurtuluş Komitəsi Dövlət İşləri Komitəsini toplayaraq yeni məktəb yaradılması haqqında qərar qəbul edir. Təhsil müəssisəsinə Dövlət Qulluğu Məktəbi adı verilir və Pale-Burbon binasında yerləşdirilir. Burada dərs demək üçün ölkənin ən görkəmli alimləri seçilir, şagirdlər isə bütün Fransa üzrə keçirilən müsabiqə yolu ilə qəbul olunur. Məktəbdə ilk dərs 1794-cü il dekabrın 21-də keçilir. Şagirdlər maddi çətinlik çəkməsinlər deyə onların Parisə gəlmək üçün yol xərcləri ödənilir, 900 frank məbləğində isə təqaüd verilir. Məktəbin fəaliyyətinin birinci ilində bura müxtəlif yaşda və savadda 400 nəfər şagird qəbul olunur. İlk üç ay onlara "inqilab dərsləri" keçilir, təhsil iki il davam edir. 1795-ci ilin sentyabrında Dövlət Qulluğu Məktəbinin adı dəyişdirilərək Politexnik Məktəb olur.
Kiyev Politexnik İnstitutu
Kiyev Politexnik İnstitutu və ya qısaca: KPİ (tam adı: Ukrayna Milli Texniki Universiteti "Kiyev Politexnik İnstitutu" (ukr. Національний технічний університет України «Київський політехнічний інститут» (НТУУ «КПI»)) — Ukraynanın tədqiqat tipli ən böyük texniki universitetidir; Avropanın və dünyanın aparıcı ali təhsil ocaqlarından biridir. Ukrayna prezidentinin 1995-ci il, 8 aprel tarixli fərmanı ilə Kiyev Politexnik İnstitutuna KPİ Ukrayna Milli Texniki Universiteti adlandırılaraq Milli muxtar dövlət ali təhsil müəssisəsi statusu verilib. Hazırda onun bazasında 8 elmi-tədris mərkəzi, 12 elmi-tədqiqat institutu, 14 elmi-tədqiqat mərkəzi və 1 konstruktor bürosu fəaliyyət göstərir. Kiyev Texniki İnstitutu Ukraynanın ilk ali məktəblərindən biridir ki, 2003-cü ilin sentyabrında Avropanın "Universitetlərin Böyük Xartiyasını" (" Magna Charta Unіversіtatum") imzalayaraq universitetlər birliyinə qoşulub. İnstitut hər il elmi hazırlamalarına görə elm və texnika sahəsində Ukrayna Dövlət mükafatları ilə təltif edilir. Hazırda ali məktəbdə aviasiya və kosmik sistemləri, biotexnologiya və biomühəndislik, elektronika, elektroenerji texnika və avtomatika, informatika və hesablama texnikası, fizika mühəndisliyi, kimya mühəndisliyi, universitetarası tibbi-mühəndislik, cihazqayırma, radiotexnika, qaynaq, maşınqayırma, istilik enerjisi, linqvistika, idarəetmə və marketinq, tətbiqi riyaziyyat, sosiologiya və hüquq, fizika-riyaziyyat, kimya-texnologiya fakültələri fəaliyyət göstərir. == Tarixi == Kiyev Politexnik İnstitutu 31 avqust 1898-ci ildə imperator II Aleksandrın Kiyev politexnik institutu rəsmi adı altında açılmışdır. Açılış zamanı institut dörd bölmədən ibarət idi: mexaniki (109 tələbə) mühəndislik (101 tələbə) kənd təsərrüfatları (87 tələbə) kimya (63 tələbə) İnstitut Sürix, Karlsrue, Münhen, Venya, Hannover, Axenə, Drezden, Riqa və başqa şəhərlərdəki politexnikumların nümunəsi üzrə yaradılmışdır. İnstitutun təsis edilməsi və formalaşması zamanı elmi-metodik köməyi dünya elminin D. İ. Mendeleyev, N. E. Jukovskiy, K. A. Timiryazev və s.
Kişinyov Politexnik İnstitutu
Moldova Texniki Universiteti (rum. Universitatea Tehnică a Moldovei) — Moldovada universitet; informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət aldığı ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == Əsası 1964-cü ildə qoyulan ali məktəb yüksək ixtisaslı mühəndis və iqtisadçı kadrların hazırlanması məqsədilə yaradılıb. İlk olaraq Kişinyov Politexnik İnstitutu adı ilə fəaliyyətə başlayan ali məktəbdə tədrisin ilk ilində 5 fakültə (Elektrotexnika, Mexanika, Texnologiya, İnşaat, İqtisadiyyat) mövcud olub. Sonrakı illərdə Politexnik İnstitutu sürətlə inkişaf edərək böyük tədris, elmi və mədəni mərkəzə çevrildi. Hazırda Moldova Texniki Universiteti 10 fakültədən ibarətdir: energetika, maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə, mexanika və nəqliyyat mühəndisliyi, hesablama texnikası, informatika və mikroelektronika, elektronika və telekommunikasiya sahəsində mühəndis iqtisadiyyatı və idarəetmə, yeyinti sənayesində texnologiya və idarəetmə, yüngül sənaye, kadastr, geodeziya və tikinti, şəhərsalma və memarlıq, iqtisadi mühəndislik və biznes. Maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində texniki kollec yaradılıb. Bundan əlavə, ali məktəbin tərkibində texniki profilli 9 kollec fəaliyyət göstərir. Bu gün əyani və qiyabi bölmədə 12420 tələbə təhsil alır, tədris prosesi təxminən 1000 pedaqoq tərəfindən həyata keçirilir. Universitet ümumilikdə 80 ixtisas və ixtisaslaşma üzrə təlim təklif edir.
Leninqrad Politexnik İnstitutu
Sankt-Peterburq Politexnik Universiteti (Peterburq Politexnik İnstitutu) — Sankt-Peterburqda universitet. Nikolay Kurnakov 1902–1930-ci illər ərzində Sankt-Peterburq Politexnik İnstitununun ümumi kimya kafedrasina rəhbərlik etmişdir. == Tanınmış məzunları == Ağa Əminov Camo bəy Hacınski Mir Yaqub Mehdiyev Abbas Atamalıbəyov Pyotr Kapitsa Məmmədhəsən Hacınski 1902 Məhəmməd Hacıyev Çingiz Qacar 1953 Abbasəli Kərimov — Kərim Kərimovun atası.
Lublin Politexnik Universiteti
Lublin Politexnik Universiteti — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. Müasir tədris texnologiyalarının tətbiqinə önəm verən ali təhsil ocaqlarından biridir. == Qısa tarixi == Universitet 13 may 1953-cü il tarixində Lublin texnik və mühəndislərinin təşəbbüsü ilə yaradılıb, axşam mühəndislik məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbin yaradılması ilə ilk bölməsi (fakültə) — mexanika işə başlayıb. 1965-ci ildə təhsil müəssisəsi ali mühəndislik məktəbi adlandırılıb. Həmin ildə tikinti, bir il sonra elektrik bölməsi istifadəyə verilib. Təhsil müəssisəsində böyük dəyişikliklər 1970-ci illərdə həyata keçirilib. Belə ki, 1977-ci ildə Ali Mühəndislik Məktəbi Lublin Politexnik adına dəyişdirilib, 1988-ci ildə idarəetmə və texnikanın əsasları bölməsi yaradılıb. Bölmə 2007-ci il, 28 dekabr tarixindən idarəetmə bölməsi adı ilə fəaliyyət göstərib. 2003-cü ildə isə elektrik bölməsi elektrotexnika və informatika bölməsi adı altında fəaliyyətə başlayıb.
Milan Politexnik Universiteti
Milan Politexnik Universiteti — İtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. İtalyanın qədim ali təhsil ocaqlarından biri olan Milan Politexnik Universitetinin əsası 1863-cü il, noyabr ayının 29-da qoyulub. İlk olaraq Yüksək Texniki İnstitut (it. İnstituto Tecnico Superiore) adlandırılıb, həmin dövrdə ona Françesko Brioşi rəhbərlik edirdi və şəhərin mərkəzi hissəsində Via Senatidə yerləşirdi. 1927-ci ildə ali məktəb hazırda təhsil şəhərciyi adlandırılan L. D. Vinçi meydanına köçürülüb, əsas binaları burada indiyə qədər də mövcuddur. Sonradan institutun adı dəyişdirilərək Kral Politexnik Universiteti (Regio Politecnico) adlandırılır. İtaliya II dünya müharibəsinin sonunda respublika elan olunduqdan sonra universitetin adından Kral (Regio) sözü çıxarılır. Lakin əsas binanın fasadına həkk olunmuş Regio sözünün izi hazırda da qalmaqdadır. 1954-cü ildə D. Kasines və E. Bottanın səyi nəticəsində ali təhsil ocağının bazasında Avropada ilk elektron hesablama mərkəzi yaradılıb. 1977-ci ildə universitetin və bir neçə kompaniyanın birgə işləyib hazırladığı "Sirio" peyki kosmosa buraxılıb.
Mingəçevir Politexnik İnstitutu
Mingəçevir Politexnik İnstitutu və ya qısaca MPİ — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi. İnstitut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) filialı kimi başlamışdır. Mingəçevir Politexnik İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 23 aprel 274 saylı qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırkı Azərbaycan Dövlət Neft Akademiyası) filialı kimi fəaliyyətə başlamış, Nazirlər Kabinetinin 371 saylı 1992-ci il 01 iyul tarixli qərarı ilə Mingəçevir Energetika İnstitutuna çevrilmiş və Nazirlər Kabinetinin 427 say1ı 1993-cü il 04 avqust tarixli qərarı ilə Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır. İnstitut Mingəçevir şəhərinin mərkəzində yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verən üçmərtəbəli binada yerləşmişdir. İnstitutda sahəsi 3942,8 m² olan 24 auditoriya, müxtəlif fənn laboratoriyaları, kabinetlər, müasir standartlara uyğun idman-sağlamlıq kompleksi və 280 yerlik akt zalı olmuşdur. Tədris prosesində eyni zamanda "Azərbaycan İstilik Elektrik Stansiyaları" MMC-də yaradılmış, ixtisas fənlərini daha mükəmməl mənimsəməyə imkan verən iki otaqdan – 20–30 yerlik auditoriyalardan istifadə olunub. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılmışdır.
Naxçıvan Politexnik Texnikumu
Naxçıvan Politexnik Texnikumu — Azərbaycanın Naxçıvan şəhərində fəaliyyət göstərmiş keçmiş orta-ixtisas təhsili müəssisəsi. Naxçıvan Politexnik texnikumu-Orat ixtisas təhsili məktəbi.Kiyev Politexnik texnikumunun filialı kimi 1969-cu ildən fəaliyyətə başlamışdır.971-ci ildə müstəqil fəaliyyət göstərən texnikuma Cəmşid Naxçıvanskinin adı verilmişdi.TExnikum sənaye, tikintisi, mülki tikinti, sənayemüəssisələrinin və qurğularının elektrik avadanlıqları, tikinti maşın və avadanlıqları ixtisasları üzrə mütəxəssis hazırlayırdı.1974-cü ildən Cəmşid Naxçıvanskinin adına idi. Son illərdə Yol hərəkətinin təşkili, nəqliyyat vasitlərinin təmiri və servis xidməti, gömrük ekspertizası,istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idar edilməsi və.s ixtisaslar üzrə kade hazırlayırdı Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən texnikumun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır.
Nikaraqua Politexnik Universiteti
Nikaraqua Politexnik Universiteti (isp. Universidad Politecnica de Nicaragua — UPOLI) — Nikaraquanın paytaxtı Manaqua şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1967-ci ildə qoyulmuşdur.
Peterburq Politexnik İnstitutu
Sankt-Peterburq Politexnik Universiteti (Peterburq Politexnik İnstitutu) — Sankt-Peterburqda universitet. Nikolay Kurnakov 1902–1930-ci illər ərzində Sankt-Peterburq Politexnik İnstitununun ümumi kimya kafedrasina rəhbərlik etmişdir. Ağa Əminov Camo bəy Hacınski Mir Yaqub Mehdiyev Abbas Atamalıbəyov Pyotr Kapitsa Məmmədhəsən Hacınski 1902 Məhəmməd Hacıyev Çingiz Qacar 1953 Abbasəli Kərimov — Kərim Kərimovun atası.
Tirana Politexnik Universiteti
Tirana Politexnik Universiteti (alb. Universiteti Politeknik i Tiranës — UPT) — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1951-ci ildə qoyulmuşdur.
Tomsk Politexnik Universiteti
Tomsk Politexnik Universiteti (rus. Национальный исследовательский Томский политехнический университет (ТПУ)) — Rusiyada universitet; Rusiyanın texniki istiqamət üzrə ixtisaslaşan aparıcı ali təhsil ocaqlarından biridir. Hazırda Tomsk Politexnik Universitetində Təbii resurslar, Energetika, Yüksək texnologiyalar fizikası, Kibernetika, Fiziki-texniki, İctimai-humanitar texnologiyalar, Beynəlxalq təhsil və dil kommunikasiyası, Distant təhsil, əlavə fasiləsiz təhsil adlı tədris institutları yaradılıb. Universitetin iki filialı fəaliyyət göstərir: Yurginski Texnologiya İnstitutu (4 fakültə, 11 kafedra) və Novokuznetsk filial (2 kafedra). Hazırda ali məktəbdə təqribən 22 600 tələbə təhsil alır. Tomsk Politexnik Universitetində informasiya texnologiyalarının inkişafı təhsildə, elmi-tədqiqat fəaliyyətində və resursları idarə etmədə dünya təcrübəsindən istifadəni təmin edir. Bu sferada əsasən smart-təhsil prinsipləri üzrə elektron tədris mühitinin qurulması, bulud texnologiyalar əsasında universitetin partnyorlarının informasiya sistemləri ilə inteqrasiyada tədris resurslarının münasib bankının yaradılması, mürəkkəb trendlərin proqnozlaşdırılması üçün təşkilatın resurslarının planlaşdırılması sisteminin (ERP-sistemlər) tətbiqi məsələlərinə diqqət yetirilir. Universitetin Distant Texnologiyalar Mərkəzində kompüter proqramları, interaktiv elektron sənədlər, videomateriallar, uyğunlaşdırılmış komplekslər istiqamətləri üzrə elektron tədris resursların hazırlanması həyata keçirilir. Sadalanan istiqamətlərdən hər biri bir neçə bölmə üzrə metodiki tədris materiallarını ehtiva edir. Mərkəzin öhdəsində videomaterialların istehsalı üçün videokameralar, videomontaj pultları, translyasiya avadanlığı ilə təchiz edilmiş iki çəkiliş pavilyonu var.
Varşava Politexnik Universiteti
Varşava Politexnik Universiteti (pol. Politechnika Warszawska) — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. 4 yanvar 1826-cı il tarixində Polşada açılmış Texnologiya İnstitutu yanında Hazırlıq Məktəbi ilk çoxsahəli texniki universitet oldu. Varşava Politexnik Universiteti onun ənənələrinin varisi kimi çıxış edir. Hazırda universitet Polşanın aparıcı texniki ali məktəblərindən biridir. Ali təhsil ocağında aparıcı dünya universitetlərinin alim və professorları daxil olmaqla yüksək ixtisaslı professor-müəllim heyəti dərs deyir. Universitet üç maarifləndirici səviyyədə (bakalavriatura, magistratura, aspirantura) təhsil təklif edir, həmçinin doktorantura təhsili almaq imkanını verir. Tədris polyak və ingilis dillərində aparılır. Ali məktəb ödənişli və ödənişsiz təhsil (müsabiqə əsasında) verir. Ali təhsil müəssisəsinin Varşava şəhərinin mərkəzində iki böyük binası var.
Paris Politexnik İnstitutu
Paris Politexnik İnstitutu (fr. Institut polytechnique de Paris) — Fransada böyük mühəndislik məktəbi. Palaiseau-da yerləşir. IP Paris dövlət ali təhsil və texniki tədqiqat müəssisəsidir. IP Paris tədqiqatı beş tematik sahədə aparılır: enerji və iqlim, rəqəmsal texnologiya, təhlükəsizlik, texnologiya və sağlamlıq. 15 sentyabr 2020-ci ildə İnstitut HEC Paris ilə birlikdə süni intellekt tədqiqat mərkəzini qurdu, Hi! PARIS. IP Paris üzvləri bunlardır: École polytechnique, Paris Yol və Körpü Milli Məktəbi, ENSAE Paris, ENSTA Paris, Télécom Paris və Télécom SudParis.
Afina Politexnik üsyanı
Afina Politexnik üsyanı 1973-cü ilin noyabrında 1967–1974-cü illərdə Yunan hərbi xuntasına qarşı kütləvi tələbə nümayişi olaraq baş verdi. 1973-cü il noyabrın 14-də başlamış, açıq anti-xunta üsyanına çevrilmiş və Afina Politexnik Məktəbinin darvazalarından tankın keçməsi ilə başlayan silsilə hadisələrdən sonra noyabrın 17-də səhər tezdən qan tökülməsi ilə başa çatmışdır. == Fon == Yunan xuntasına qarşı ilk kütləvi ictimai aksiya 1973-cü il fevralın 21-də hüquq fakültəsinin tələbələri tətil edərək Afina şəhərinin mərkəzindəki Afina Universitetinin Hüquq Məktəbi binalarının içərisində barrikada quraraq məcburi hərbi xidmətə çağıran qanunun ləğvini tələb edən tələbələrdən gəldi. Gənclər arasında diktaturaya qarşı tələbə hərəkatı güclənirdi və polis bu təhlükəyə qarşı çıxmaq üçün onlara qarşı qəddar üsullardan və işgəncələrdən istifadə edirdi. == Noyabr hadisələri == 1973-cü il noyabrın 14-də Afina Politexnik Məktəbinin (Politexnik) tələbələri hərbi xuntaya (polkovnik rejimi) qarşı tətil və etiraz aksiyasına başladılar. Səlahiyyətlilər müdaxilə etmədikcə, tələbələr özlərini "Azad mühasirəyə alınmışlar" adlandırdılar (yunanca: Ελεύθεροι Πολιορκημένοι, yunan şairi Dionysios Solomosun Missolonginin Osmanlı mühasirəsindən ilhamlanan şeirinə istinad). Onların əsas şüarları belə idi: Bir birlik kortəbii olaraq formalaşdı və Politexniki tutmaq qərarına gəldi. İki əsas tələbə partiyası, marksist sovetyönlü A-AFEE və Riqas hərəkatı dəstəkləmədilər. İşğalın Koordinasiya Komissiyası (CCO) yaradıldı, lakin üsyana nəzarət zəif idi. Polis çöldə toplaşsa da, binaya girə bilmədi.
Lozanna Federal Politexnik Məktəbi
Lozanna Federal Politexnik Məktəbi (fr. École polytechnique fédérale de Lausanne) — İsveçrənin Vaud kantonunun (bəzi ölkələrdə inzibati ərazi bölgüsü) Lozanna şəhərinin ətraf qəsəbəsi olan Ekublensdə yerləşir. Lozanna Federal Politexnik Məktəbi İsveçrənin fransızdilli hissəsində yerləşir. Ölkənin almandilli vətəndaşları üçün Sürixdə İsveçrə Federal Texnologiya İnstitutu fəaliyyət göstərir. == Tarixi == 1853-cü ildə yaradılan özəl Lozanna İxtisas Məktəbi 1869-cu ildə Lozanna Dövlət Akademiyasının texniki şöbəsinə çevrilir. 1890-cı ildə Lozanna Akademiyası universitet statusu qazanır və Lozanna Universiteti adlandırılır, texniki şöbəyə isə Lozanna Universitetinin Mühəndislik Məktəbi (École d'Ingénieurs de l'Université de Lausanne) adı verilir. 1946-cı ildən məktəbin adı dəyişdirilərək Lozanna Universitetinin Politexnik Məktəbi (École Polytechnique de l'Université de Lausanne (EPUL)) olur. 1969-cu ildə Lozanna Universitetinin Politexnik Məktəbi Lozanna Universitetinin tərkibindən çıxır və İsveçrə Federal hökumətinin nəzarəti altında fəaliyyət göstərməyə başlayır. Məktəb Lozanna Federal Politexnik Məktəbi adlandırılır. Məktəbin missiyası mühəndis və alimlər hazırlamaq, elm və texnologiyalar sahəsi üzrə ölkədə birincilik əldə etmək, sənaye müəssisələri ilə əməkdaşlıq qurmaqdan ibarət olur.
Odessa Milli Politexnik Universiteti
Odessa Milli Politexnik Universiteti — Ukraynada universitet; Ukraynanın cənubunda yerləşən ən qədim ali texniki təhsil müəssisəsidir. Fəaliyyət göstərdiyi illər ərzində universitet Ukrayna və dünya elminin və texnikanın inkişafına və mütəxəssislərin hazırlığına mühüm töhfə verib. 1918-ci ilin sentyabr ayında yaradılan Odessa Milli Politexnik Universiteti indiyə kimi böyük formalaşma və inkişaf yolu keçib. Belə ki, hazırda ali məktəb Ukraynanın aparıcı elmi-tədris mərkəzlərindən birinə çevrilib. Universitet kollektivi, ənənələri davam etdirərək, elmi-texniki potensialın artırılması üzərində çalışır, yeni iqtisadi şəraitdə müasir istehsal üçün elmin və texnikanın müxtəlif sahələrində elmi araşdırmalar məqsədilə yüksək ixtisaslı kadrlar hazırlayır. Bu gün Odessa Milli Politexnik Universiteti Avropa səviyyəli tədqiqat universiteti statusunu almaq üçün çalışır. Ali məktəbin 8 yaşayış korpusunu əhatə edən tələbə şəhərciyi tələbələrin istifadəsinə verilib. Universitet xarici tələbələri yataqxanada yerlə təmin edir. Mənzillə təminat, qalma müddəti və onun dəyəri universitetlə xarici vətəndaş arasında bağlanmış təhsil haqqında müqavilə ilə təyin edilir. Abituriyentlərin, tələbələrin tam tibbi müayinəsi və illik profilaktik müayinənin keçirilməsi üçün universitetin müasir avadanlıqla təchiz edilmiş tələbə poliklinikası inşa edilib.
Qabaqcıl Elmlər Politexnik İnstitutu
Qabaqcıl Elmlər Politexnik İnstitutu (IPSA; fr. Institut polytechnique des sciences avancées) — Fransaın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya ixtisaslaşan özəl universitetdir. O IONIS Education Group üzvüdür. Institut polytechnique des Sciences Appliquées 1961-ci ildə aviasiya sektorundan gələn və Parisdə məskunlaşmış üç mühəndis Mişel Kazin, Moris Pradier və Pol Lefort tərəfindən yaradılmışdır. 2001-ci ildə adı Institut polytechnique des sciences avancées olaraq dəyişdirildi. 2007-ci ildə o, Tuluzada bölgədəki mühüm aviasiya sənayesindən qorunan törəmə müəssisəsini açdı. Fransa hökuməti 2005-ci ildə məktəbin məzunlarına "Aeronaviqasiya və kosmik sistemlərin mühəndisliyi üzrə ekspert" adını tanıdı və 2011-ci ildə Komissiya des titres d'ingénieur instituta mühəndis adının verilməsinə icazə verdi. Bu mühəndislik ixtisasının ilk məzunları 2013-2014-cü tədris ilinin sonunda təhsillərini başa vurmuşlar. Məktəb iki illik hazırlıq dövrü və üç illik təkmilləşdirmə dövrü təklif edir: "Telekommunikasiya sistemləri", "Botda hesablamalar", "Elektromexaniki sistemlər", "Mexanika və konstruksiyalar", "Enerji və hərəkət". Məzunlar məktəbi "Aeronaviqasiya Sistemləri və Spatiaux Mühəndisliyi üzrə Ekspert" rəsmi adı ilə tərk edirlər.
Sankt-Peterburq Politexnik Universiteti
Sankt-Peterburq Politexnik Universiteti (Peterburq Politexnik İnstitutu) — Sankt-Peterburqda universitet. Nikolay Kurnakov 1902–1930-ci illər ərzində Sankt-Peterburq Politexnik İnstitununun ümumi kimya kafedrasina rəhbərlik etmişdir. Ağa Əminov Camo bəy Hacınski Mir Yaqub Mehdiyev Abbas Atamalıbəyov Pyotr Kapitsa Məmmədhəsən Hacınski 1902 Məhəmməd Hacıyev Çingiz Qacar 1953 Abbasəli Kərimov — Kərim Kərimovun atası.
Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutu
Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər. Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir. Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir. Universitetdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.
Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu
Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər. Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir. Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir. Universitetdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.
Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu
Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər. Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir. Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir. Universitetdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.
Bakı Politexnik Məktəbi
Bakı Politexnik Məktəbi — orta ixtisas təhsili müəssisəsi. Məktəb bütün Cənubi Qafqaz sənayesi üçün texniklər və ixtisaslı ustalar hazırlayırdı. Qafqaz tədris dairəsinin 1888-ci il 26 aprel tarixli sərəncamı ilə həmin ilin iyulundan Şəhər Sənət Məktəbi kimi fəaliyyətə başlamış, 1896-cı il sentyabrın 1-dən Bakı İbtidai Mexanika-kimya-texnika Məktəbinə çevrilmişdi. 1897-ci il oktyabrın 18-dən məktəbin nəzdində yerli əhali içərisindən yaşlılar üçün pulsuz kurslar açılmışdı. Kurslara yardım məqsədilə məktəbdə xeyriyyə konsertləri təşkil olunur, həvəskar aktyorlar tamaşalar göstərirdilər. 1901-ci ilin iyulundan məktəbdə kimya bölməsi əvəzində tikinti bölməsi açılmışdı. 1913-cü ilin yanvarından isə Bakı Politexnik Məktəbi Bakı Alekseyev orta mexanika və tikinti-texniki məktəbi adlanırdı. 1909-cu ilin yanvarından məktəbin nəzdində heykəltəraşlıq-daşyonma şöbəsi, 1911-ci ildən isə sürücülər kursu açılmışdı. 1917-ci il mayın 30-dan üç şöbədən (neft sənayesi, elektromexanika və memarlıq-inşaat) ibarət politexnikuma çevrilmiş və Bakı Politexnik Məktəbi adlandırılmışdır.
İmperator III Aleksandr adına Kiyev Politexnik İnstitutu
Kiyev Politexnik İnstitutu və ya qısaca: KPİ (tam adı: Ukrayna Milli Texniki Universiteti "Kiyev Politexnik İnstitutu" (ukr. Національний технічний університет України «Київський політехнічний інститут» (НТУУ «КПI»)) — Ukraynanın tədqiqat tipli ən böyük texniki universitetidir; Avropanın və dünyanın aparıcı ali təhsil ocaqlarından biridir. Ukrayna prezidentinin 1995-ci il, 8 aprel tarixli fərmanı ilə Kiyev Politexnik İnstitutuna KPİ Ukrayna Milli Texniki Universiteti adlandırılaraq Milli muxtar dövlət ali təhsil müəssisəsi statusu verilib. Hazırda onun bazasında 8 elmi-tədris mərkəzi, 12 elmi-tədqiqat institutu, 14 elmi-tədqiqat mərkəzi və 1 konstruktor bürosu fəaliyyət göstərir. Kiyev Texniki İnstitutu Ukraynanın ilk ali məktəblərindən biridir ki, 2003-cü ilin sentyabrında Avropanın "Universitetlərin Böyük Xartiyasını" (" Magna Charta Unіversіtatum") imzalayaraq universitetlər birliyinə qoşulub. İnstitut hər il elmi hazırlamalarına görə elm və texnika sahəsində Ukrayna Dövlət mükafatları ilə təltif edilir. Hazırda ali məktəbdə aviasiya və kosmik sistemləri, biotexnologiya və biomühəndislik, elektronika, elektroenerji texnika və avtomatika, informatika və hesablama texnikası, fizika mühəndisliyi, kimya mühəndisliyi, universitetarası tibbi-mühəndislik, cihazqayırma, radiotexnika, qaynaq, maşınqayırma, istilik enerjisi, linqvistika, idarəetmə və marketinq, tətbiqi riyaziyyat, sosiologiya və hüquq, fizika-riyaziyyat, kimya-texnologiya fakültələri fəaliyyət göstərir. Kiyev Politexnik İnstitutu 31 avqust 1898-ci ildə imperator II Aleksandrın Kiyev politexnik institutu rəsmi adı altında açılmışdır. Açılış zamanı institut dörd bölmədən ibarət idi: mexaniki (109 tələbə) mühəndislik (101 tələbə) kənd təsərrüfatları (87 tələbə) kimya (63 tələbə) İnstitut Sürix, Karlsrue, Münhen, Venya, Hannover, Axenə, Drezden, Riqa və başqa şəhərlərdəki politexnikumların nümunəsi üzrə yaradılmışdır. İnstitutun təsis edilməsi və formalaşması zamanı elmi-metodik köməyi dünya elminin D. İ. Mendeleyev, N. E. Jukovskiy, K. A. Timiryazev və s.

Digər lüğətlərdə