Anar Məmmədov (polkovnik-leytenant)

Anar İbrahim oğlu Məmmədov (25 aprel 1991, Yarımca, Naxçıvan Muxtar Respublikası) — Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[1]

Anar Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 25 aprel 1991(1991-04-25) (33 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 1
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Dövlət Sərhəd Xidməti
Qoşun növü Çevik Hərəkət Qüvvələri
Xidmət illəri 2012-ci ildən
Rütbəsi Polkovnik-leytenant
Vəzifəsi Çevik Hərəkət Qüvvələrində hərbi hissə komandirinin müavini
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Zəngilanın azad edilməsi
Sentyabr döyüşləri
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Bayrağı" ordeni "Cəbrayılın azad olunmasına görə" medalı "Zəngilanın azad olunmasına görə" medalı "Şücaətə görə" medalı "Vətən müharibəsi iştirakçısı" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Anar Məmmədov 1991-ci il aprelin 25-də Naxçıvan MR Babək rayonun Yarımca kəndində anadan olub. 1997–2008-ci illərdə Babək rayon Yaqub Seyidov adına Yarımca kənd orta məktəbində təhsil alıb.

Ailəlidir, 1 oğlu var.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Anar Məmmədov orta məktəbi bitirdikdən sonra 2008-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub. 2012-ci ildə akademiyanı bitirdikdən sonra ilkin zabit "leytenant" hərbi rütbəsi almış və DSX-nin artilleriya bölmələrində xidmətə başlayıb.

2013-cü ildə təhsilini artırmaq məqsədilə Türkiyə Respublikasında Çoxlüləli Reaktiv Artilleriya sisteminin kurslarında iştirak edib. 2015–2018-ci illərdə DSX-nin Çevik Hərəkət Qüvvələrində Bölük komandiri vəzifəsində xidmət edib. 2018-ci ildə xüsusi təyinatlı kursu keçərək DSX-nin "N" saylı Çevik Hərəkət Dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirib.

2020-ci ildə 44 günlük vətən müharibəsində, 2022-ci ildə sentyabr əməliyyatlarında və 2023-cü ildə Laçın körpü əməliyyatında iştirak edib. Hal-hazırda Çevik Hərəkət Qüvvələrində hərbi hissə komandirinin müavini vəzifəsində xidmət aparır.

2022-ci ildə polkovnik-leytenant hərbi rütbəsi verilib.

İkinci Qarabağ Müharibəsi

[redaktə | mənbəni redaktə et]

Anar Məmmədov Vətən müharibəsinin ilk günlərindən etibarən öz qrupu ilə birgə Daşkəsən rayonu ərazisində yerləşən Hinaldağ və Ağdağ yüksəklikləri istiqamətlərində, Cəbrayıl rayonu ərazisində yerləşən düşmənin 3-cü eşolonunun yarılması, həmçinin Zəngilan rayonu ərazisində döyüş əməliyyatlarında iştirak edib.

Cəbrayıl rayonunun Hacılı, Hüseynalılar, Mirək, Kavdar, Sarıcallı, Əmirvarlı kəndlərinin işğaldan azad olunmasında iştirak edib. 3-cü eşolonun yarılması zamanı Kavdar kəndi ərazisində düşmənin top mərmisindən açılan atəş nəticəsində sol qol nahiyəsindən yaralanıb. Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına təxliyə olunmuş, əməliyyat olunduqdan 10 gün sonra yenidən döyüş əməliyyatlarına qatılıb.

Zəngilan rayonu ərazisində yerləşən bir sıra yüksəkliklərin azad olunmasında, həmçinin rayon ərazisində gizlənən düşmən hərbçilərinin tərkisilah edilərək zərərsizləşdirilməsində iştirak edib.

Azərbaycan, İranErmənistan respublikalarını birləşdirən 3 nöqtə kimi adlandırılan yüksəkliyin düşməndən azad olunması əməliyyatında iştirak edib. Yüksəkliyi azad edən zaman düşmənin kalaşnikov avtomatından açılan atəş nəticəsində boyun nahiyəsindən yaralanıb. Ona yerindəcə tibbi müayinə göstərilmiş və o, döyüş meydanını tərk etməyərək əməliyyatı uğurla davam etdirib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.[1]

2 fevral 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.

  1. 1 2 3 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.