premium-sinif

premium-sinif
premium
premyer
OBASTAN VİKİ
YouTube Premium
Youtube Premium (əvvəllər YouTube Red) — YouTube üçün ödənişli abunə xidməti, reklamsız videoya baxış, mobil cihazlarda arxa fonda musiqi və video oynatma və ya oflayn oynatma ilə təmin edir. 2014-cü ilin noyabr ayında Music Key adı ilə başlamış, alıcıları yalnız YouTube və Google Play Musiqi proqramlarındaki musiqi videolarını və musiqiləri reklamsız izləmək imkanı ilə təmin edirdi. 31 oktyabr 2015-ci ildə, adı dəyişdirilərək YouTube Red oldu. 17 may 2018-ci ildə yeni funksiyalar əlavə edilərək, hal-hazırkı adına qovuşur.
Sinif
Sinif (class) – obyekt-yönlü proqramlaşdırmada: bir anlayış çərçivəsində mövcud ola bilən və spesifik xarakterli elementlər qrupunu (obyektləri) təsvir edən ümumiləşdirilmiş kateqoriya. Proqramın siniflər konsepsiyasını insanların gündəlik həyatda, çox zaman şüuraltı istifadə etdikləri müxtəlif növ təsnifatlarla müqayisə etmək olar; örnək olaraq maddi dünyanın strukturunu müəyyən edən məlum “heyvan”, “bitki” və “mineral” kateqoriyalarını göstərmək olar. Proqramın sinifləri kimi bu kateqoriyalar da, onlara daxil olan obyektlərin tiplərini və onların davranış üsullarını müəyyən edir. Obyekt-yönlü proqramlaşdırmada siniflərin təyin olunması, C və Pascal kimi dillərdə tiplərin təyin olunması ilə oxşardır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bennettitlər (sinif)
Hakim sinif
Hakim sinif və ya iqtidar sinfi, hakimiyyəti və idarəçiliyi əlində saxlayan və cəmiyyətin gedişatını istiqamətləndirən sosial sinfi nümayiş etdirən termindir. Marksist terminologiyaya görə, bu təbəqə burjuaziya adlanır və o, dövlət aparatından və onun hüquq-mühafizə orqanlarından istifadə etməklə digər məzlum siniflərə, xüsusən də fəhlə sinfinə təzyiq göstərir. Sosioloq C. Rayt Millsə görə, hakim təbəqə elitadan fərqlidir. Millsə görə, elita siyasi gücə malik kiçik qrupdur. Bu sinfə siyasətçilər, siyasi rəhbərlər və hərbi liderlər daxildir. Lakin hakim sinif sərvət, yaxud da zor gücündən birbaşa istifadəyə əsaslanır və təhsildən tutmuş hökumət siyasətinə qədər geniş spektri əhatə edir.
Qatırquyruğu (sinif)
Qatırquyruğu (lat. Equisetopsida) — qatırquyruğukimilər şöbəsinə aid bitki sinfi. Qatırquyruğu sinfi anatomik quruluşunda artrostelin və vegetativ yarpaqlarla bilavasitə bağlı olmayan qalxancıqşəkilli sporangioforların olması ilə xarakterizə olunur. Bu sinfə 2 sıra məhv olmuş kalamitlər (Calamitales, Calamostachyales) və hazırda yaşayan qatırquyruğular (Eguisetales) daxildir.
Riniya (sinif)
Salplar (sinif)
Salplar (lat. Desmomyaria və ya Salpae) — Tunikalılar yarımtipinə aid sinif. Adətən okean səthi sularında qidalanırlar (bir neçə yüz metr dərinliyə qədər). Bitki planktonu ilə qidalanırlar. Bəzi balıqların və dəniz tısbağalarının qidasını təşkil edir.
Saqovniklər (sinif)
Saqovniklər (lat. Cycadopsida) — bitkilər aləminin cycadophyta şöbəsinə aid bitki sinfi.
Sosial sinif
Sosial sinif — cəmiyyətlər və ya mədəniyyətlər daxilində mövcud olan fərdlər və ya qrupların arasındakı iyerarxik fərqlərə (və ya təbəqələşməyə) əsaslanır. Burada əsasən, fərdlər sinif daxilindəki iqtisadi mövqelərinə, təbəqələşmə sistemi daxilində isə bir-biri ilə oxşar olan siyasi və iqtisadi maraqlarına görə qruplaşdırılırlar. Əksər cəmiyyətlərdə, xüsusən də milli dövlətlərin mövcud olduğu cəmiyyətlərdə sosial sinfi xüsusiyyətlərin nümayiş etdirildiyi görülür. Lakin siniflər universal bir hadisə deyildirlər. Bir çox ibtidai icma quruluşu formasında yaşayan ovçu-yığıcı cəmiyyətlərdə sosial təbəqələşmə mövcud deyildir. Bu cür cəmiyyətlərdə çox zaman daimi liderlər də mövcud olmur və cəmiyyət üzvləri özləri də iyerarxik güc strukturlarına bölünməkdən çəkinirlər. Archer, Louise et al. Higher Education and Social Class: Issues of Exclusion and Inclusion (RoutledgeFalmer, 2003) (ISBN 0-415-27644-6) Aronowitz, Stanley, How Class Works: Power and Social Movement Arxivləşdirilib 2023-04-08 at the Wayback Machine, Yale University Press, 2003. ISBN 0-300-10504-5 Barbrook, Richard. The Class of the New (paperback).
İynəyarpaqlılar (sinif)
İynəyarpaqlılar (lat. Pinopsida) — çılpaqtoxumlular şöbəsinə aid bitkilərin ən geniş yayılmış sinfi. Coniferophyta Coniferae Toxumlu bitkilərin daş kömür dövründə meydana gəlmiş qədim qrupudur. Bəzi fəsilələrinin qalıqları yalnız qazıntı halında məlumdur. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən respublikamızda 9 (2 şam, 6 ardıc, 1 qaraçöhrə) növü yayılmışdır. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir hallarda kollardır. Əksəriyyətində mikoriza müşahidə edilir. Yarpaqları oturaq iynəvarı, pulcuqvarı, bəzən lövhəli-lansetvari və s. olur. Strobilləri (generativ orqan) ayrı-cinsiyyətlidir.
İşçi sinif
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
Sinif 83
Sinif 83 filmi (ing. Class of 83) — Rejissor Atul Sabarval tərəfindən ekranlaşdırılacaq 2020 Netflix internet serialıdır. Serial Unudulmuş ordu serialından sonra Xanın istehsal etdiyi ikinci filmdir.Serial şərəflə və əxlaqla yaşamağa mane olanlarla mübarizə aparan Polis Akademiyası müəllimi Bobbi haqqında danışır. Sinif 83 filmi Qan serialından sonra Şahrux və Qauri Xanın yaratdığı Red Chillies Entertainment ilə Netflix arasında olan ikinci əməkdaşlıq bəhrəsidir. Serialın çəkilişləri 2019-cu ilin mayında başlayıb.
Kolon (sinif)
Kolon (lat. colonus, coloni) — Roma imperiyasının tənəzzülü zamanı və Bizansda asılı kəndli. Vətəndaşların sosial-iqtisadi sinfi kimi kolonlar ən çox Qərbi Roma imperiyasında, ilk növbədə Roma Qalliyasında şimal yarısında geniş yayıldı, burada kolonlar əslində klassik feodalizm dövrünün asılı kəndlilərinin sələflərinə çevrilmişdir. Bu formalarda formalaşan kolonlar imperiyanın süqutundan sonra sağ qalmış və barbar krallıqlarında eyni formada mövcud olmağa davam etmişdir. Feodalizmin son qurulması dövründə kolonlar tədricən təhkimçilər sinfinə keçmişdilər. Klassik Roma hüquqşünasları icarə və işə götürmə fəslində koloniyalardan bəhs edir və buna görə də kolonat hələ də xüsusi hüquq sahəsinə aid idi. Müqavilənin müddəti başa çatdığı halda torpaq sahibi sütunu çıxara bilər və kolon ya torpağı tərk edə bilər, ya da torpaq sahibi ilə razılaşaraq müqaviləni davam etdirə bilər. Buna baxmayaraq, Böyük Konstantinin dövründə kolonlar artıq becərdikləri və istifadəsi üçün torpaq sahibinin xeyrinə müəyyən vəzifələr daşıdıqları torpağa bağlı insanlar idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Колонат // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Səkkizinci sinif
Səkkizinci sinif (ing. Eighth Grade) — Bo Bernemin 2018-ci ildə yeniyetməlik haqqında çəkdiyi komediya-dram filmi. Filmin baş rolunda Elsi Fişer çıxış edir. Film utancaq və orta məktəbdə çoxlu dostu olmayan Kayla adlı yeniyetmə qızdan bəhs edir. O, özünə inamı ilə mübarizə aparır və cəmiyyətə uyğunlaşmağa çalışır. Film onun səkkizinci sinfin son həftəsindəki təcrübələrinə, o cümlədən hovuz şənliyinə qatılmasına və başqaları ilə əlaqə qurmağa çalışmasına diqqət yetirir. Elsie Fisher — Kayla Day Josh Hamilton — Mark Day Emily Robinson — Olivia Catherine Oliviere — Kennedy Graves Jake Ryan — Gabe Luke Prael — Aiden Wilson Daniel Zolghadri — Riley Fred Hechinger — Trevor Imani Lewis — Aniyah PEN15 A24 filmləri eighthgrade.movie — Səkkizinci sinif rəsmi saytı Eighth Grade — Internet Movie Database saytında.
Sinif (taksonomik kateqoriya)
Sinif (latınca classis) biologiyada qohum və oxşar əlamətli heyvan dəstələrini və bitki sıralarını birləşdirən ali taksonomik kateqoriyalarından biri. Sinif anlayışını fransız botaniki J.Turnefor vermiş, sonra Karl Linney özünün "Təbiətin sistemi" (1735) əsərində dürüst olaraq iyerarxiya təsnifat qruplarını göstərmişdir. Siniflər oxşar quruluşlarına və əcdadlarına görə toplanaraq, təsnifatın ən yüksək pilləsi olan tipi təşkil edir. Sinifüstü (superclassis) zoologiyada qəbul edilmişdir. Nəsil ağacının yüksəkdə duran şaxələrindən biridir. Sinifüstünə aid olan canlılar quruluşca çox kəskin fərqlənirlər. Sinifüstünün əhatə etdiyi canlılara məxsus quruluş tipləri təkamülün ilk dövrlərində yaranmışdır. Odur ki, bu quruluş xüsusiyyətləri ali kateqoriyalı taksonlarda əks olunmuşdur və onların birinin digərinə keçid ehtimalı fəsilə və cinslərdə olduğundan da azdır. Məsələn, kəlləlilər (Craniata), çənəsizlər (Agnatha) və çənəlilər (Gnathostomata) sinifüstüləri və s. Beynəlxalq kodeksdə fəsilədən yüksək ranqlı takson adlarına aid qaydalar yoxdur.
Uçan sinif (roman)
Uçan sinif - Almaniya yazıçısı Erix Kestner tərəfindən 1933-cü ildə yazılmış roman. Roman 45 dəfə nəşr olunmuşdur. Bu romanın qəhrəmanları ədəbiyyat xəstəsi Conni Trotz, məktəbin ən yaxşı şagirdi Martin Taler, qarnı həmişə ac olan Matias Selbman və kiçik uşaq olan Uli von Simmerndir. Bu şagirdlər Yohan Siqismund məktəbində oxuyurlar. Uşaqlar bir gün Milad bayramı üçün teatr oyunu təşkil etməyə qərar verirlər. Amma bu zaman rəqib məktəb uşaqlardan birini qaçırır. Yohan məktəbi onlara qarşı döyüşməyi fikirləşir. Conatan Trotz - "Uçan sinif" oyununun yazarı. Atası tərəfindən tərk edilmişdir. Atası ondan qurtulmaq üçün onu çoxdan ölmüş babası və nənəsinin yanına göndərir.
Sinif 83 (film, 2020)
Sinif 83 filmi (ing. Class of 83) — Rejissor Atul Sabarval tərəfindən ekranlaşdırılacaq 2020 Netflix internet serialıdır. Serial Unudulmuş ordu serialından sonra Xanın istehsal etdiyi ikinci filmdir.Serial şərəflə və əxlaqla yaşamağa mane olanlarla mübarizə aparan Polis Akademiyası müəllimi Bobbi haqqında danışır. Sinif 83 filmi Qan serialından sonra Şahrux və Qauri Xanın yaratdığı Red Chillies Entertainment ilə Netflix arasında olan ikinci əməkdaşlıq bəhrəsidir. Serialın çəkilişləri 2019-cu ilin mayında başlayıb.
Sinif 83 (serial, 2020)
X-Men: Birinci sinif
İks-adamlar: Birinci dərəcə (ing. X-Men: First Class) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Metyu Vonnun rejissorluq etdiyi filmin baş rollarında Ceyms MakEvoy, Maykl Fassbender və Cennifer Laurens çəkilmişlər.
XBT-10: XVIII sinif
XBT -10 — Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu yenidən işlənmiş variantı. XBT-10 hər biri xəstəliyin vəziyyəti və kodu olan yarımbölmələrdən təşkil olunmuş 21 bölmədən ibarətdir. I sinif. Bəzi infeksion və parazit xəstəliklər II sinif. Yeniyaranmışlar III sinif. Qan, qan əmələgətirən orqanlar və immun mexanizminə cəlb edilmiş orqanların finksiyasının pozulması IV sinif. Endokron sisteminin, qidalanma və maddələr mübadiləsinin pozulması xəstəlikləri V sinif. Psixi pozğunluq və davranışlardakı pozğunluq VI sinif. Sinir sistemi xəstəlikləri VII sinif. Göz və göz aparatı xəstəlikləri VIII sinif.
Çılğın Sinif (film, 2023)
Çlğın Sinif — 2023-cü ildə çəkilmiş Azərbaycan Film Akademiyası internet serialıdır. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoy. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbi Məktəbli film və seriallarının istehsalı çərçivəsində ərəsəyə gətirilib. Məktəbdə çılğın bir sinfi sakitləşdirmək və ələ almaq üçün çağırılan xüsusi müəllim sinidən daha çılğındır. Çılğın müəllim bütün çətinliklərə baxmayaraq çılğın metodları ilə çılğın sinfi tərbiyələndirir və məktəbin ən uğurlu sinfinə çevirir. Film Macəra Gənclik Komediya Dram janrındadır. Quruluşçu rejissor: Zaur Tahirsoy Ssenari müəllifi: Zaur Tahirsoy Quruluşçu operator: Məhəmməd Hüseynov Montaj: Azflix Pro Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Kübra Əliyeva Hüseynağa Ağayev Murad Məlik Çingiz Əlizadə Həsən Alqayev Arzu Meyədinova Nərmin Bağırlı və digərləri • Filmin çəkilişi Azərbaycan Film Akademiyasında aparılıb.
Rostov Dənizçilik Uçilişinin sinif binası
Rostov Dənizçilik Uçilişinin sinif binası - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1896-cı ildə Rostov Dənizçilik Uçilişinin sinif binası kimi inşa edilmişdir. Binanın layihəsi Vladimir Kaproviç Şkitkoya məxsusdur. Rostov Dənizçilik Uçilişinin sinif binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Don diyarı ərazisində, Rostov-na-Donu ərazisində 1876-cı ildə dənizçilik sinifləri təşkil olunmuşdur. İlk əvvəl siniflər icarəyə götürülmüş binalarda fəaliyyət göstərirdi. Müəsissə üçün bina 1896-cı ildə inşa edilmişdir. Bina Verxnebulvarn küçəsində qərarlaşır. Layihənin rəhbəri Vladimir Kaproviç Şkitko olmuşdur. 1914-cü ildə binanın yaxınlığında Rostov Dənizçilik Uçilişinin əsas korpusu inşa edilmişdir.
Sinif müharibəsindən başqa müharibə yoxdur!
"Sinif müharibəsindən başqa müharibə yoxdur!" (ing. No war but the class war!) — anarxist və inqilabçı marksist (xüsusilə trotskiçi və digər kommunist) qruplar tərəfindən istifadə edilən kapitalizm əleyhinə şüar. Bir sıra antiavtoritar və antikapitalist qrupların adı kimi istifadə olunur. Bu şüar müxtəlif marksist qruplar tərəfindən sinfi mübarizənin digər siyasi məqsədlərdən üstünlüyünü vurğulamaq vasitəsi və ümumi antimilitarist şüar kimi geniş istifadə olunurdu. Zənginləri yeyin Нет войны, кроме классовой войны! Либертарианский антимилитаризм тогда и сейчас Борн, Рэндольф, Рикардо Флорес Магон, Гюстав Эрве, Анна Ки, Луи Лекуан, Пьер Рафф и Неконтролируемый из Железной колонны. Библиотека Кейт Шарпли: 2003. 21 страница. Перевод Пола Шарки.
İks insanlar: Birinci sinif (film, 2011)
XBT-10: I sinif. Bəzi infeksion və parazit xəstəliklər
(A) — Vəba

Digər lüğətlərdə