pozulmaq
problem
OBASTAN VİKİ
Prezident
Prezident (lat. pre - "əvvəl" və sedere - "oturmaq" sözlərindən, "öndə oturan" mənasını verir) — seçki yolu ilə müəyyən olunan dövlət və ya inzibati-ərazi vahidinin rəhbəri, yaxud kollegial orqanın, ictimai birliyin və ya kommersiya təşkilatının sədri. Bəzi ölkələrdə isə (məsələn, ABŞ-də) bu vəzifəni nə vaxtsa tutmuş bütün şəxslərə ömürlük verilən titul. Prezident idarə üsuluna sahib olan ölkələrdə prezident icraedici hakimiyyətin rəhbəri, parlament idarə üsuluna sahib ölkələrdə isə yalnız dövlət başçısıdır. Müasir dövrdə bəzən seçki yolu ilə deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn diktatorlar da özlərini rəsmi olaraq prezident adlandırırlar. == Tarixi == Tarixdə ilk dəfə "prezident" titulunu milli rəhbər mənasında istiqlaliyyət müharibəsi dövründə Corc Vaşinqton istifadə etmişdir. 1787-ci ildə ABŞ Konstitusiyası qəbul olunanadək o, Britaniya İmperiyasına qarşı üsyan qaldıran ştatların "Kontinental konqres"inin prezidenti olmuş, sonradan isə ABŞ-nin prezidenti seçilmişdir.
Müvəqqəti prezident
Müvəqqəti prezident (ing. Acting president) və ya prezident səlahiyyətlərinin icraçısı — bir şəxsdir ki, əgər prezident mövcud olmaya (məsələn; xəstə ola və ya məzuniyyət əsasında) və ya prezident vəzifəsi boş olsa (məsələn; ölüm, zədə, istefası və ya vəzifədən azad edilməsinə görə) bir təşkilatın və ya ölkə prezidentinin rolunu müvəqqəti olaraq doldurur.
Nazir -prezident
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Prezident.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir. Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir. == Mobil tətbiqlər == President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Prezident (2007)
Prezident (ağac)
Prezident — ABŞ-nin Kaliforniya ştatı, Nəhəng Sekvoya Milli Parkı, Nəhəng Meşədə mövcud olan Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid böyük ağac. “Prezident” dünyanın üçüncü ən böyük sekvoyasıdır (2012-ci ildə National Geographic jurnalında yayımlanan bir hesabata görə, “Prezident”-in həcmi “General Qrant”-ın həcmini 15% üstələyərək dünyanın ikinci ən böyük ağacına çevrilir). Bununla belə, canlı bir ağacın həcminin dəqiq ölçülməsi çox çətin bir iş olduğundan, həcm müxtəlif yollarla ölçülə bilər (bütün budaqları və ya yalnız böyük budaqların nəzərə alınması, yeraltı kök hissəsini nəzərə alınması və ya almaması və s.). Milli parkın rəsmi veb səhifəsində hələ də "Prezident"-in dünyada üçüncü böyük sekvoya olduğu göstərilmişdir. Ağacın 3240 yaşında olduğu təxmin edilir ki, bu da onun planetdəki ən qədim yaşıyan ağac olması deməkdir. Ağac adını 1923-cü ildə ölümüş ABŞ-nin 29-cu Prezidenti Uorren Hardinqin şərəfinə adlandırılmışdır. Prezidentin yanında Konqres Qrupu adlanan iki orta ölçülü sekvoya böyüyür: Palata və Senatı təmsil edirlər.
Prezident (dəqiqləşdirmə)
Prezident
Prezident Kitabxanası
Prezident Kitabxanası — prezident mərkəzi və ya prezident muzeyi keçmiş prezidentin şərəfinə yaradılmış və onun sənədlərini özündə əks etdirən və ya bir ölkənin prezidentliyi ilə bağlı olan bir qurumdur. == Digər ölkələrdə == Bakı, Azərbaycan, 2003-cü ildə yaradılmış Prezident Kitabxanası Minsk, Belarus Prezident Kitabxanası, elmi kitabxana Gürcüstanın Tbilisi şəhərindəki Saakaşvili Prezident Kitabxanası keçmiş prezident Mixail Saakaşvilinin adını daşıyır Cənubi Koreya: Keçmiş prezident Kim Dae-junqun adını daşıyan Seuldakı Kim Dae-junq Prezident Kitabxanası və Muzeyi Keçmiş prezident Park Çunq Hinin adını daşıyan Qumidəki Park Çunq Hi Prezident Muzeyi Visente Foks Araşdırma Mərkəzi, San-Kristobaldakı Kitabxana və Muzey, Quanaxuato, Meksika, keçmiş prezident Visente Foksun adını daşıyır. Nigeriyanın Oqun əyalətinin Abeokuta şəhərindəki Olusegun Obasanko Prezident Kitabxanası keçmiş Prezident Baş Rəhbəri Olusegun Obasankonun adını daşıyır. Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin adına Prezident Kitabxanası Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin adını daşıyır. Şri Lankanın Kolombo şəhərindəki C.R. Cayvarden Mərkəzi Şri Lankanın ilk icraçı prezidenti Cunius Riçard Cayvardenin adını daşıyır.
Prezident Sarayı
Prezident sarayları — == Azərbaycanda Prezident və Hökumət Sarayları == Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) == Həmçinin bax == Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Prezident rejimi
Prezident üsulu idarəetmə də adlandırılan bu rejim, parlamentar sistemdən xeyli fərqlənir. Prezident rejiminin başlıca xüsusiyyətlərini bu şəkildə sıralaya bilərik: Prezident rejimi, bərk/qatı bir hakimiyyətlər ayrılığı prinsipinə söykənir. Qanunvericilik və icra hakimiyyətləri bir-birindən qəti xəttlərlə ayrılmışdır. İcra etmə, xalqın seçdiyi Başçı, qanunuma isə Konqres tərəfindən yerinə yetirilər. Dövlət Başçısı, icra vəzifəsini tək başında əlində məbləğ. Başçı, həm dövlət başçısı, həm hökumət başçısı vəzifəsini icra edər. Prezident rejimində, parlamentar rejimdəkinin əksinə icra etmənin yasamayı dağıt/paylaması, yasamanın da icra etməyi salması imkanı yoxdur. Qanunvericilik və icra arasındakı əlaqələrdə qopuqluğu aradan qaldırmaq üzrə, bir "yoxlama və tarazlıq sistemi" inkişaf etdirilmişdir. İcra etmənin bəzi əməliyyatları, məsələn üst səviyyə idarəçilərinin təyin edilməsi Senatın təsdiqini tələb edir. Buna qarşılıq, Başçının da yasamadan keçən qanunları veto etmə səlahiyyəti var.
Prezident respublikası
Prezident üsulu idarəetmə də adlandırılan bu rejim, parlamentar sistemdən xeyli fərqlənir. Prezident rejiminin başlıca xüsusiyyətlərini bu şəkildə sıralaya bilərik: Prezident rejimi, bərk/qatı bir hakimiyyətlər ayrılığı prinsipinə söykənir. Qanunvericilik və icra hakimiyyətləri bir-birindən qəti xəttlərlə ayrılmışdır. İcra etmə, xalqın seçdiyi Başçı, qanunuma isə Konqres tərəfindən yerinə yetirilər. Dövlət Başçısı, icra vəzifəsini tək başında əlində məbləğ. Başçı, həm dövlət başçısı, həm hökumət başçısı vəzifəsini icra edər. Prezident rejimində, parlamentar rejimdəkinin əksinə icra etmənin yasamayı dağıt/paylaması, yasamanın da icra etməyi salması imkanı yoxdur. Qanunvericilik və icra arasındakı əlaqələrdə qopuqluğu aradan qaldırmaq üzrə, bir "yoxlama və tarazlıq sistemi" inkişaf etdirilmişdir. İcra etmənin bəzi əməliyyatları, məsələn üst səviyyə idarəçilərinin təyin edilməsi Senatın təsdiqini tələb edir. Buna qarşılıq, Başçının da yasamadan keçən qanunları veto etmə səlahiyyəti var.
Prezident sarayları
Prezident sarayları — == Azərbaycanda Prezident və Hökumət Sarayları == Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) == Həmçinin bax == Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Vitse-prezident
Vitse-prezident (ing. Vice President) — hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs hesab olunur. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında prezidenti əvəz edir. Vitse-prezidenti həm də Milli Məclisə də rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir.
Prezident Sarayları
Prezident sarayları — == Azərbaycanda Prezident və Hökumət Sarayları == Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) == Həmçinin bax == Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Prezident sarayı
Prezident sarayları — == Azərbaycanda Prezident və Hökumət Sarayları == Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) == Həmçinin bax == Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Prezident (film, 2007)
Prezident (film, 2014)
Prezident (ing. The President) Möhsün Məxməlbafın rejissorluğu ilə 2014-cü ildə yayımlanan dram janrında filmdir. Filmin premyerası Venesiya Film Festivalının açılış bölməsinində 27 Avqust 2014-cü ildə ekranlaşdırılmışdır. Əlli gürcü aktyoru və çoxlu sayda iştirakçı həmçinin müxtəlif yer və mənzərələrdə çəkilişlər aparılmışdır. == Məzmun == Diktator inqilabdan sonra nəvəsi ilə birlikdə qaçmağa məcbur olur. Diktator və nəvəsi film boyunca ölkə daxilində insanlara etdiyi zülmü başa düşür. Əslində bu film bir diktatorun cəmiyyətə təsirini və əksinə fərdin diktatora çevrilməsində cəmiyyətin rolunu göstərir. == Film haqqında == Möhsün Məxməlbafın rejissorluğu ilə 2014-cü ildə yayımlanan dram janrında filmdir. Filmin premyerası Venesiya Film Festivalının açılış bölməsinində 27 Avqust 2014-cü ildə ekranlaşdırılmışdır. Əlli gürcü aktyoru və çoxlu sayda iştirakçı həmçinin müxtəlif yer və mənzərələrdə çəkilişlər aparılmışdır.
Prezident Administrasiyası (Azərbaycan)
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası — Azərbaycan Respublikası Prezidentinin Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin edən rəsmi qurum. Administrasiyaya ümumi rəhbərliyi isə ölkə prezidenti həyata keçirir. == Fəaliyyəti == Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir. Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir. Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir. Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir. Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır. == Rəhbərlik == Administrasiyaya ümumi rəhbərliyi Azərbaycan Respublikası Prezidenti həyata keçirir. Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir. Hal-hazırda administrasiyaya Samir Nuriyev rəhbərlik edir.
Prezident Azadlıq medalı
Prezident Azadlıq medalı (ing. Presidential Medal of Freedom) — Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biri. Medal 1945-ci ildə 33-cü ABŞ prezidenti Harri Trumen tərəfindən İkinci dünya müharibəsində xidmətlərə görə təltif edilmək üçün təsis edilmişdir. 1963-cü ildə 35-ci ABŞ prezidenti Con Kennedi tərəfindən medalın təltif dairəsi genişləndirilmişdir. Medal adətən ildə bir dəfə, 4 iyun - ABŞ-nin müsəqillik günü təltif edilir.
Prezident Kitabxanası (Azərbaycan)
== Tarixi == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 2003-cü ildə respublikanın iki zəngin kitabxanasının bazasında yaradılmışdır. Onlardan biri vaxtilə Azərbaycan KP MK-nın S. M. Kirov adına Siyasi Maarif Evinin Kitabxanası, ikincisi isə Mərkəzi Şəhər Kitabxanası (keçmiş V. İ. Lenin adına Mərkəzi Kitabxana) idi. 1920-ci ildə Bakı Partiya Komitəsinin nəzdində yaradılmış Mərkəzi Partiya Kitabxanası 1934-cü ildə Azərbaycan KP MK S. M. Kirov adına Siyasi Maarif Evinin tərkibinə verildi. O zamandan etibarən ölkənin partiya kitabxanaları şəbəkəsinin əsas kitabxanası olan Siyasi Maarif Evinin Kitabxanası sovet dövrünün sonuna kimi fəaliyyət göstərdi. Mərkəzi Şəhər Kitabxanası da (keçmiş V. İ. Lenin adına Mərkəzi Kitabxana) Bakının zəngin tarixə malik ictimai kitabxanalarından biri olmuşdur və fəaliyyətə başlaması 1870-ci ilə təsadüf edir. Sovet dövründə bu kitabxana Bakı Xalq Maarif Şöbəsinin dekreti ilə Mərkəzi Kitabxanaya çevrildi. Bu kitabxana göstərdiyi kitabxana-bibioqrafiya xidmətinin yüksək səviyyəsi, kütləvi tədbirlərin keçirilməsi sahəsində fəallığı ilə seçilirdi. Siyasi Maarif Evi Kitabxanasının və Mərkəzi Şəhər Kitabxanasının fondu əsasında yaradılan, həmin kitabxanaların ən yaxşı ənənələrini davam etdirən Prezidentin Kitabxanası az bir zaman ərzində öz tələbatçılarına yüksək keyfiyyətli kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməyə başladı. 2004-cü il dekabr ayının 17-də Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Kitabxanada olmuş, burada görülmüş işlərlə maraqlanmış və əməkdaşlara dəyərli tövsiyələr vermişdir. 2005-ci il dekabr ayının 9-da isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kitabxanaya İşlər İdarəsinin sektoru statusu verilmişdir.
Prezident Sarayı (Dəməşq)
Prezident Sarayı (قصر الرئاسي əl-qəṣr ər-riasī) və ya Xalq Sarayı (قصر الشعب qəṣr əş-şə‘b) — Suriya Ərəb Respublikasında prezident sarayı.
Prezident ovu (roman)
"Prezident ovu" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti 'X günü' adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harada yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun nə zaman və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur. Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşkilatın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq lazım gəlir. İlk başda nə qədər ağlasığmaz görünsə də, yüksək peşəkarlığa malik olan Dronqo bu çətin vəzifəni məharətlə yerinə yetirir. Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə uzanan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir və peşəkar muzdlu qatillər dünyanın hər bucağında — Stokholmda, Vyanada, Afinada, Romada, Rio-de-Janeyroda, Asunsonda, Santyaqoda, Buenos-Ayresdə, Nyu-Yorkda Dronqonun özünün ovuna çıxırlar. Buna görə də müxtəlif adlar altında çalışmağa məcbur qalan Dronqo bir neçə dəfə ölüm təhlükəsindən möcüzə nəticəsində xilas olur. Amma o həqiqətən xilas olurmu?
Prezident sarayı (Azərbaycan)
Prezident sarayı — Bu binada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və İşlər İdarəsinin yerləşir. == Tarixi == Azərbaycan Respublikasının Prezident sarayı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və İşlər İdarəsinin yerləşdiyi inzibati binadır. Prezident sarayı əvvəllər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi adlanırdı. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən və Azərbaycan SSR-in institusional strukturları ləğv olunduqdan sonra bu bina ali hakimiyyət iqamətgahı statusunu saxlamış və hakimiyyət orqanlarının yeni adlarına müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası adlanmağa başlamışdır. 2005-ci ildə bu bina özünün yüksək rəmzi mənasını haqlı olaraq vurğulayan yeni ad almışdır – Prezident sarayı. Bu ad hakimiyyət haqqında ictimai təsəvvürdə baş vermiş irəliləyişi əks etdirirdi. Azərbaycan SSR-də (1920–1991) dövlətin əsas binasının adı – Kommunist Partiyasının Mərkəzi Komitəsi – idarəetmə anlayışlarının əhatə dairəsi ilə əlaqələndirilir və partiya-dövlət vəzifələrinin mexanizmini əks etdirirdi. Hakimiyyət Aparat ilə eyniləşdirilirdi. Bu təsəvvürdə mənfi məna yox idi, çünki hakimiyyət barədə təsəvvür təşkilat, qayda, intizam, mexanizm, paternalizm, sosiallıq kimi konsensus xarakterli dəyərlərə əsaslanırdı. Azərbaycan Respublikasında hakimiyyətin simvolikası və onun dəyərlər məcmusu müəyyən dəyişikliklərə məruz qalmışdır.
Prezident sarayı (Maqas)
Maqas şəhərində Prezident sarayı (inquş Мехкдаь Гӏала) — İnquşetiyanın paytaxtı Maqas şəhərində yerləşir. İnquşetiya prezidentinin rəsmi iqamətgahıdır və burada respublika rəhbərliyi fəaliyyət göstərir. Saray, müasir Maqas şəhərinin və onun simvolu olan ilk obyektdir. Prezident Sarayı İdris Zyazikov prospektində, Alaniya Meydanı və "Maqas Tower" (Barışıq qülləsi) ilə üzbəüz yerləşir. Binanın həyətinin solunda və sarayın əsas girişində Xalq Məclisinin binası — İnquşetiya Parlamenti, sağda — İnquşetiya Respublikası Hökumətinin binası yerləşir.. == Tarixi == İnquşetiyanın yeni paytaxtının inşası üçün ilk daşın qoyulması 23 fevral 1994-cü ildə baş verdi. Bununla əsas binası Prezident Sarayı olan paytaxtın dövlət-inzibati kompleksinin inşasına başlandı. Onun möhtəşəm açılışı 31 oktyabr 1998-ci ildə baş tutdu. Beləliklə, saray Maqas şəhərinin ilk inzibati binası oldu. Beləliklə, Prezident sarayı İnquşetiyanın paytaxtının mərkəzi meydanının əsas bəzəyidir.
Prezident sarayı (Türkiyə)
Prezidentlik sarayı və ya Ağ saray —Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı. Mustafa Kamal Atatürkdən bəri prezidentlərin yaşadığı Çanqaya köşkü isə Türkiyə baş naziri tərəfindən istifadə edilir.
Gürcüstan Prezidenti
Gürcüstan prezidenti — Gürcüstan xalqı tərəfindən seçilmiş dövlət başçısı.
Gürcüstan Respublikası Prezidenti seçkiləri (2018)
2018-ci il Gürcüstan Respublikası prezidenti seçkiləri — Gürcüstanda prezident seçkisi. Gürcüstan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan rəsmi ümumilli seçkidir. 2018-ci ilin oktyabr ayının 28-də keçirilib. == Seçki == Gürcüstan prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, beş il müddətinə gizli səsvermə yolu ilə seçilir. Seçkilərin keçirildiyi gün seçkidən ən az 60 gün əvvəl Gürcüstan Baş Naziri tərəfindən təyin edilir. Gürcüstan vətəndaşı 35 yaşından etibarən Gürcüstanın prezidenti namizədi ola bilər. Eyni zamanda, Gürcüstanda ən azı beş il, son üç ildə isə seçkilərin keçirilməsi üçün yaşamaq lazımdır. Eyni şəxs yalnız iki dəfə Gürcüstanın prezidenti seçilə bilər. Seçkidə iştirakçıların yarısından çoxunun səs vermiş Gürcüstan prezidentliyinə namizəddir. 5 yanvar 2018-ci ildə Gürcüstanın Mərkəzi Seçki Komissiyası 2018-ci il prezident seçkiləri üçün dövlət tərəfindən ayrılmış vəsaitlərin paylanmasının və istifadəsinin müəyyənləşdirilməsi haqqında qətnamə qəbul etmişdir.
Gürcüstan prezidentləri
Gürcüstan prezidenti — Gürcüstan xalqı tərəfindən seçilmiş dövlət başçısı.
Gürcüstan prezidentlərinin siyahısı
Gürcüstan prezidenti — Gürcüstan xalqı tərəfindən seçilmiş dövlət başçısı.
Gürcüstanda prezident seçkiləri (1995)
Gürcüstanda prezident seçkiləri (gürc. საქართველოს საპრეზიდენტო არჩევნები 1995) 5 noyabr 1995-ci ildə baş verdi. Nəticədə, qələbəni Gürcüstan Vətəndaşlar Birliyi partiyasının nümayəndəsi Eduard Şevardnadze qazandı, o, ümumi bülletenlərin 74,94% səsini topladı, seçki fəallığı 68,29% idi. Prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçmiş seçicilər ölkə əhalisinin təxminən 68%-ni təşkil edirdi. == Namizədlər == == Seçki sistemi == Gürcüstanın 1995-ci il Konstitusiyasına görə, prezident vəzifəsi ölkədə (1992-1995-ci illərdə Parlamentin Sədri idi), bir dəfə təkrar seçilmək imkanı ilə, 18 yaşına çatmış hər bir vətəndaşın seçki günü səs vermək hüququ vardı. Səbəbdən məhrum edilmiş və məhkəmə tərəfindən məhkum edilmiş şəxslərin səsvermə hüququ yox idi. Səsvermə isteğe bağlı idi. Ölkə ərazisində doğulan və ən azı 15 il əyalətdə yaşayan hər bir Gürcüstan vətəndaşı prezidentliyə namizəd ola bilər. Namizəd irəli sürmək hüququ təşəbbüs qruplarına və siyasi partiyalara məxsus idi. Hər bir namizəd 50.000 seçicinin imzası ilə dəstəklənməli, ərizəçinin yaşı ən azı 35 yaşında olmalı idi.
Gürcüstanda prezident seçkiləri (2018)
2018-ci il Gürcüstan Respublikası prezidenti seçkiləri — Gürcüstanda prezident seçkisi. Gürcüstan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan rəsmi ümumilli seçkidir. 2018-ci ilin oktyabr ayının 28-də keçirilib. == Seçki == Gürcüstan prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, beş il müddətinə gizli səsvermə yolu ilə seçilir. Seçkilərin keçirildiyi gün seçkidən ən az 60 gün əvvəl Gürcüstan Baş Naziri tərəfindən təyin edilir. Gürcüstan vətəndaşı 35 yaşından etibarən Gürcüstanın prezidenti namizədi ola bilər. Eyni zamanda, Gürcüstanda ən azı beş il, son üç ildə isə seçkilərin keçirilməsi üçün yaşamaq lazımdır. Eyni şəxs yalnız iki dəfə Gürcüstanın prezidenti seçilə bilər. Seçkidə iştirakçıların yarısından çoxunun səs vermiş Gürcüstan prezidentliyinə namizəddir. 5 yanvar 2018-ci ildə Gürcüstanın Mərkəzi Seçki Komissiyası 2018-ci il prezident seçkiləri üçün dövlət tərəfindən ayrılmış vəsaitlərin paylanmasının və istifadəsinin müəyyənləşdirilməsi haqqında qətnamə qəbul etmişdir.
Gənclər üçün Prezident Mükafatı
Gənclər üçün Prezident Mükafatı — Azərbaycan Respublikası Prezidenti 2019-cu il 28 iyun tarixli Fərmanı ilə təsis edilmiş mükafat. Mükafat elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə verilir və mükafat 10 000 Azərbaycan manatı məbləğində pul mükafatından, diplomdan, döş nişanından və həmin döş nişanının vəsiqəsindən ibarətdir. Mükafata layiq görülmüş şəxs Gənclər üçün Prezident Mükafatı laureatı hesab olunur. Mükafatın verilməsi, o cümlədən Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin hazırlanması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir. Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin təsvirini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Mükafat ildə bir dəfə, fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə verilir və Azərbaycan Respublikasının Prezidenti və ya onun vəkil etdiyi şəxs tərəfindən təntənəli surətdə təqdim edilir. Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir. == Mükafatın sahələri və sayı == Elm və təhsil sahələri üzrə – 2 mükafat Mədəniyyət sahəsi üzrə – 2 mükafat İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat == Təltif edilənlər == Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.
Gənclər üçün Prezident mükafatı laureatlarının siyahısı
== 2014 ==
Hindistan Prezidenti
Hindistan Prezidenti və ya Raştrapati — Hindistan Respublikasının dövlət başçısı, Hindistanın birinci vətəndaşı, həmçinin Hindistan Silahlı Qüvvələrinin ali baş komandanı. == Prezidentin səlahiyyətləri == Hindistanın Prezidenti parlamentarlar və ştat nümayəndələrindən ibarət Elektoral Kollegiya tərəfindən 5 il müddətinə seçilir.. Hindistan Konstitusiyasına əsasən Prezident nəzəri cəhətdən mühüm əhəmiyyətli səlahiyyətlərə: ştatların qanunverici məclislərini buraxmaq, ştatların hökumətlərini ləğv etmək və onların yerinə Prezident üsul-idarəsi tətbiq etmək (ştatların idarəsi qubernatorların ixtiyarına keçir) səlahiyyətlərinə malikdir. Lakin əməli olaraq hakimiyyət başçısı səlahiyyətlərinin əksəriyyəti Baş nazirın başçılıq etdiyi Hindistan hökuməti tərəfindən həyata keçirilir. Prezidentin icra etdiyi vəzifələrin əsas hissəsini formal şəkildə hökumət qərarlarının təsdiq edilməsi təşkil edir. Bir sıra hallarda o, məhkumların bağışlanması hüququna da malikdir. == Hindistan prezidentlərinin siyahısı == Racendra Prasad — 1950–1962 Sarvepalli Radxakrişnan — 1962–1967 Zakir Hüseyn — 1967–1969 Baraxaqiri Venkata — 1969–1974 Faxruddin Əli Əhməd — 1974–1977 Hilam Sanciva Reddi — 1974–1977 Zail Sinqx — 1982–1987 Ramasvamı Venkataraman — 1987–1992 Şankar Şarma — 1992–1997 Koçeril Raman Narayanan — 1997–2002 Abdul Kalam — 2002–2007 Pratibha Patil — 2007–2012 Pranab Mukerci — 2012–2017 Ram Nath Kovind — 2018-indi == Hindistan Prezidenti vəzifəsini icra edənlər == Varaxaqiri Venkata Qiri — 3 may 1969 – 20 iyul 1969 Muxammad Xidayatulla — 20 iyul 1969 – 24 avqust 1969 Basappa Danappa Catti — 11 fevral 1977 – 25 iyul 1977 == İstinadlar == == Xarici keçidlər == Официальный сайт Президента Индии == Mənbə == Варахагири Венката Гири (Люди и события) // Новое время. — М., 1969. — № 20. Нилам Санджива Редди (Люди и события) // Новое время.
Honkonq prezidentləri
Honkonqda ölkə başçısına "suaşxi" — yəni, padşah deyilir. Amma Şərq ölkələrinin bir çoxundan fərqli olaraq burada diktatura rejimi yoxdur. Honkonq 1915-ci ildən Çindən azadlıq istəmişdir və 1922-ci ildən azad muxtariyyət olmuşdur. Burada seçkilər 10 ildən bir keçirilir.
Kamerun Prezidenti
Kamerun Prezidenti == Tarixi == 1960-cı il yanvarın 1-də Kamerun, Fransadan dövlət müstəqilliyini elan etdi. 1960-cı il mayın 15-də Kamerun Prezidenti vəzifəsinə Fransız Kamerununun Baş naziri Əhmədu Ahico gətirildi. 1960-cı ildən 1965-ci ildə qədər Əhmədu Ahico Kamerunun Prezidenti vəzifəsini icra etdi. 1965-ci il martın 23-də Kamerun tarixində birinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və 5 il müddətinə Kamerun Prezidenti seçildi. 28 mart 1970-ci ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Yenə seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və yenidən 5 il müddətinə Kamerun Prezidenti seçildi. 1975-ci il aprelin 5-də Kamerunda üçüncü dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və üçüncü dəfə 5 il müddətinə Kamerun Prezidenti seçildi. 5 aprel 1980-cı ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu.
Kamerun prezidentlərinin siyahısı
== Kamerun Respublikası ==
Kolumbiya Prezidenti
Kolumbiya Prezidenti (TBD) — Kolumbiyanın ali dövlət vəzifəsi. Kolumbiya Prezidenti dövlətin başçısı hesab olunur. Kolumbiya Prezidenti, vəzifəyə seçim yolu ilə təyin olunur. Kolumbiya vətəndaşları seçim yolu ilə bir nəfəri dörd il müddətinə Kolumbiya Prezidenti vəzifəsinə seçir. Kolumbiya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il avqustun 7-də başlayır və dörd il sonra başa çatır. 2018-ci il avqustun 7-dən Kolumbiya Prezidentinin səlahiyyətlərini İvan Duqe icra edir. Onun səlahiyyət müddəti 2022-ci il avqustun 7-də başa çatır. == Tarixi == == Prezidentin səlahiyyətləri == == Seçilmə qaydaları == === Prezidentin səlahiyyət müddəti === Kolumbiya Konstitusiyasında qeyd olunub: Kolumbiya Konstitusiyasında qeyd olunub: === Prezidentin andiçmə mərasimi === Kolumbiya Prezidenti seçilən şəxsin andiçmə mərasi avqustun 7-də baş tutur. Latviya Prezidenti seçilən şəxsə andiçmə mərasimi zamanı Kolumbiya Prezidentinin qurşağı təqdim edilir. Andiçmə mərasimi zamanı Kolumbiya Prezidenti seçilən şəxs sağ əlini ürəyinə qoyur və aşağıda olan andı qəbul edir: == Prezidentin rəmzləri == === Kolumbiya Prezidentinin bayrağı === == Prezidentin iqamətgahları == Kolumbiya Prezidentinin rəsmi iqamətgahı Narinio Evidir.
Latviya Prezidenti
Latviya Prezidenti (latış. Latvijas Valsts Prezidents‎) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır. 2023-cü il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Edqar Rinkeviç icra edir. == Tarixi == === 1940– 1990 === 1922-ci il noyabrın 14-də Latviya Seymi Latviyanın birinci Prezidentini seçdi. Həmin vəzifəyə yeganə namizəd "Kəndçi Birliyi" Partiyasının üzvü Yanis Çaqste idi. Onun lehinə 92, əlehinə isə 6 deputat səs verdi və Yanis Çaqste üç il müddətinə Latviya Prezidenti seçildi.
Latviya prezidentlərinin siyahısı
== Prezidentlərin siyahısı ==
Latviyada Prezident seçkiləri (1922)
Latviyada Prezident seçkiləri — 1922-ci ildə Latviyada baş tutan sayca 1-ci Prezident seçkiləri. == Məlumat == 1922-ci il noyabrın 14-də Latviya Prezidenti vəzifəsinə seçkilər baş tutdu. seçkilərə Latviya Seyminin 100 üzvündən 98-i qatıldı. seçkilərin yeganə namizədi olan "Kəndçi Birliyi" Partiyasının üzvü Yanis Çaqste birinci turdaca Latviya Prezidenti seçildi. Onun lehinə 92 deputat, əleyhinə isə 6 deputat səs verdi. Yanis Çaqstenin andiçmə mərasimi noyabrın 18-də baş tutdu və onun səlahiyyət müddəti üç ili əhatə etdi.
Latviyada Prezident seçkiləri (1925)
== Nəticələri ==
Latviyada Prezident seçkiləri (2015)
Latviyada Prezident seçkiləri — 2015-ci ildə Latviyada baş tutan sayca 12-ci Prezident seçkiləri.
Latviyada Prezident seçkiləri (2019)
Latviyada Prezident seçkiləri — 2019-cu ildə Latviyada baş tutacaq sayca 14-cü Prezident seçkiləri.
Liberiya prezidentlərinin siyahısı
Liberiya Respublikasının Prezidenti (ing. President of the Republic of Liberia) Liberiya dövlət və hökumət başçısıdır. 1986-cı ildə qüvvəyə minmiş mövcud konstitusiyanın 50-ci maddəsinə görə, respublikanın icra hakimiyyəti, dövlət və hökumət başçısı və Liberiya Silahlı Qüvvələrinin baş komandanı olan prezidentə verilir. Prezident xalq səsverməsi yolu ilə seçilir və vəzifəsini cari ilin yanvar ayının üçüncü iş bazar ertəsi günortadan başlayaraq, seçkidən dərhal sonra (heç kim iki dövrdən çox prezident ola bilməz) altı il müddətinə vəzifə yerinə yetirir.
Litva Prezidenti
Litva prezidentlərinin siyahısı — 1990-cı ildə Sovet İttifaqından müstəqilliyi qazanan Litvanın, dövlət başçılarının siyahısı. Litva Prezidenti, Litva Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Litva Prezidenti vəzifəyə, Litva Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2019-cu ilin ilin 12 iyul tarixindən vəzifəni, Gitanas Nausėda icra edir.
Litva prezidentlərinin siyahısı
Litva prezidentlərinin siyahısı — 1990-cı ildə Sovet İttifaqından müstəqilliyi qazanan Litvanın, dövlət başçılarının siyahısı. Litva Prezidenti, Litva Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Litva Prezidenti vəzifəyə, Litva Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2019-cu ilin ilin 12 iyul tarixindən vəzifəni, Gitanas Nausėda icra edir.
Livan prezidenti
Livan Prezidenti — Livan Ərəb Respubliksının 22 noyabr 1943-cü il tarixindən seçilən başçıları.
Macarıstan prezidentlərinin siyahısı
Macarıstan prezidenti (mac. Magyarország köztársasági elnöke) ölkənin mövcud konstitusiyasına görə, Macarıstanın dövlət başçısıdır. Macarıstan prezidentlərinin siyahısı, kral hökmdarları istisna olmaqla, Macarıstan dövlətinin liderlərinin siyahısını ehtiva edir. Macarıstan tarixinin respublika dövrlərində başçı dövlət prezidentlər idi (bunlardan birincisi 1848-1849-cu illərin inqilab dövrünün "prezident-qubernatoru" idi), federal Mərkəzi İcra Komitəsinin (Macarıstan Sovet respublikası dövründə) sədrləri, və ya rəyasət (prezident) (Macarıstan Xalq Cümhuriyyəti dövründə). == Macarıstan dövləti (1849) == 1848-49-cu illərdə Macarıstan İnqilabı dövründə, 14 aprel 1849-cu ildə Macarıstan Parlamenti müstəqilliyin elanını qəbul etdi və Habsburg-Lorraine Evini tərk etdi. Milli Müdafiə Komitəsinə rəhbərlik edən Lajos Kosuth, Macarıstanın dövlət başçısı, prezident-qubernatoru elan edildi, bundan sonra Komitə fəaliyyətini dayandırdı. Avqustun 18-də, 1849-cu ildə imperiya ordusundan (rus ekspedisiya korpusları tərəfindən dəstəklənən) inqilabçı qüvvələrin məğlub olması fonunda General Artur Gergei 1849-cu il avqustun 13-də inqilab ordusunun kapitulyasiyasını imzalayan hərbi və mülki diktator təyin edildi. İnqilabın bastırılmasından sonra, Macarıstan dövlətinin statusu 1723-cü ildə Pragmatik Ssenariyə uyğun olaraq Avstriya imperiyasının bir hissəsi kimi bərpa edildi == Respublika hökumətləri (1918—1920) == Avstriya-Macarıstanın dağılması və müstəqil Macarıstan dövlətinin yaranması dövründə bir neçə, o cümlədən qarşıdurma, respublikaçı siyasi rejimlər (ilk növbədə, Macarıstan Xalq Respublikasının 16 noyabr 1918-dən 21 mart 1919-cu, ikincisi Macarıstan Sovet Respublikası 21 mart 1919-cu il 6 avqust 1919-cu il üçüncü, əksinə inqilabçı hökumətlər 5 may 1919-dan 12 avqust 1919-cu ilədək Rumıniyaya işğaldan azad olan ərazilərdə, dördüncü yerdə isə Macarıstan Respublikasında 15 mart 1920-ci il) 7 avqust , 1919 Rumıniyanın işğal altında olmuşdur. Respublika dövrü 29 fevral 1920-ci ildə regent Mikloş Xorti tərəfindən idarə olunan Macarıstan krallığı bərpa edildikdən sonra başa çatmışdır. === Macarıstan Xalq Respublikası (1918—1919) === 1918-ci il noyabrın 16-da Macarıstan Xalq Respublikası (mac.
Monteneqro Prezidenti
Monteneqro Prezidenti (mont. və serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı. Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir. == Qısa tarixi == 2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi.

Digər lüğətlərdə