PROTEST
PROTESTANTİZM
OBASTAN VİKİ
Protestant
Protestantlıq (latınca: protestans - etiraz edən) — pravoslavlıq və katolisizm ilə yanaşı xristianlığın başlıca cərəyanlarından biri. Avropada Reformasiya dövründə meydana gəlmişdir. Almaniyada Martin Lüterin, Niderlandda isə Jan Kalvinin kilsəyə qarşı çıxışları protestantlığın əsasını qoydu. Bununla bağlı olaraq da, protestantlığın əsas qolları Lüteranlıq və Kalvinizmdir. Reformasiyanın başlaması ilə protestantlıq əvvəlcə Avropada, sonra isə bütün dünyada əsas siyasi cərəyana çevrildi. Əvvəllər bütün protestanlar lüteranlar adını daşıyırdı. Sonrakı inkişaf mərhələlərində bir neçə qola bölünən protestanlıq cərəyanının lüteranlarının sayı hal-hazırda 85 milyona yaxındır. Bir çox Avropa ölkələrində olduğu kimi də Fransada da protestanlar və katoliklər arasında ciddi mübarizələr geniş yer almışdı. 1572-ci ildə katoliklər protestantlara qarşı əməliyyat hazırlamışdılar. 24 avqust tarixində “Varfolomey gecəsi” adı altında tarixə düşən dəhşətli qətliam katoliklər tərəfindən törədilmişdi.
Suriya Protestant Kolleci
Beyrut Amerika Universiteti (ing. American University of Beirut), 1920-ci ilə qədər – Suriya Protestant Kolleci (ing. Syrian Protestant College) — Beyrutda bir universitetdir. 1866-cı ildə təsis edilmişdir. 1866-cı ildə Livanın Beyrut şəhərində yaradılmış Amerika universitetidir.
Protestant etikası və kapitalizm ruhu
"Protestant etikası və kapitalizm ruhu" (alm. Die protestantische Ethik und der «Geist» des Kapitalismus‎)) — alman sosioloqu və iqtisadçısı Maks Veberin 1905-ci ildə yazdığı əsərdir. Əsərdə kapitalist sisteminin yaranması Reformasiya hərəkatı ilə, xristianlıqda Protestantizmin meydana gəlməsi və onun əmək və sahibkarlığa dair məxsusi münasibəti ilə əlaqələndirilir. Alman iqtisadçının fikrincə protestant dini-etik kompleksi zəhmətkeşlik, ehtiyatlılıq və qənaətcillik və ümumilikdə rasional iqtisadi təfəkkürün formalaşmasını təmin etmişdir. Maks Veber kapital sahibləri və sahibkarlar arasında protestantların mütləq çoxluq təşkil etdiini qeyd etmişdir. Kitab 2 hissədən və 5 başlıqdan ibarətdir: Problemin qoyuluşu (3 başlıqdan ibarət ilkin iradlar); Asketik protestantlığın peşəkar etikası (2 başlıq). Polşalı iqtisadçı-tarixçi Henrik Qrossman Veberin əsərini iki cəhət üzrə tənqid etmişdir. Birincisi, Qrossman Marksın əsərlərinə istinadən, İngiltərədə icma torpaqlarının zəbt edilməsi ilə bağlı sərt hüquqi kriteriyaları qeyd edirdi. İkinci isə Qrossman həmin "qanlı qanunlar"ın bütün Avropada, xüsusilə də Fransada tətbiq edildiyini yazırdı. Qrossmanin fikrincə, onlar işsizliyi qanunsuz olan etmişdirlər və onlar tərəfindən yaradılmış müəssisələr xalqı təhkimlilikdən xilas edərək azad işçi qüvvəsinə çevirdi.
Yeni Müqəddəs Pyotr kilsəsi (Strasburq, protestant)
Strasburqda Müqəddəs Pyotrun yeni protestant kilsəsi və ya Sen-Pyer-le-Jön (fr. Église protestante Saint-Pierre-le-Jeune de Strasbourg, alm. Jung-Sankt-Peter protestantisch Straßburg‎) — Strasburqun mərkəzində yerləşən protestant kilsəsi. Müqəddəs Pyotr monastırında monastır kilsəsinin binası 1031-ci ildə Merovinqlər dövründən ibadətgah və ziyarət kilsəsinin yerində ucaldılmışdır. 1320-ci ilə qədər qotika üslubunda yenidən qurulmuşdur. Reformasiya və katolik icması üçün ayrıca bir binanın tikintisi arasındakı dövrdə kilsə katoliklər və protestantlar tərəfindən birgə istifadə edilmişdir. Tarixi abidədir.
Azərbaycanda protestantlıq
Azərbaycanda protestantlıq - Xristianlığın başlıca cərəyanlarından olan protestanlığın Azərbaycan ərazisində yayılması və keçmiş olduğu tarixi dövrü özündə ehtiva edir. Amerika Birləşmiş Ştatlarında yerləşən Pew Research Center-in (azərb. Pev Araşdırma Mərkəzi‎) məlumatına görə 2010-cu ildə Azərbaycanda 20 min nəfərə yaxın protestantlıq inancında olan şəxs yaşamaqdadır. Con Meltonun dünya dinləri ensiklopediyasında isə Azərbaycanda 7 min ənənəvi və 10 min kilsəsiz icma olmaqla ümumilikdə 17 min prtestantın yaşadığı göstərilmişdir. Azərbaycan ərazisində protestantlığın yayılması XIX əsrin əvvəllərində Cənubi Qafqaz bölgəsinə etnik almanların köçülüməsi və Azərbaycan ərazisində alman koloniyalarının yaradılmasından sonra baş vermişdir.
Protestantizm
Protestantlıq (latınca: protestans - etiraz edən) — pravoslavlıq və katolisizm ilə yanaşı xristianlığın başlıca cərəyanlarından biri. Avropada Reformasiya dövründə meydana gəlmişdir. Almaniyada Martin Lüterin, Niderlandda isə Jan Kalvinin kilsəyə qarşı çıxışları protestantlığın əsasını qoydu. Bununla bağlı olaraq da, protestantlığın əsas qolları Lüteranlıq və Kalvinizmdir. Reformasiyanın başlaması ilə protestantlıq əvvəlcə Avropada, sonra isə bütün dünyada əsas siyasi cərəyana çevrildi. Əvvəllər bütün protestanlar lüteranlar adını daşıyırdı. Sonrakı inkişaf mərhələlərində bir neçə qola bölünən protestanlıq cərəyanının lüteranlarının sayı hal-hazırda 85 milyona yaxındır. Bir çox Avropa ölkələrində olduğu kimi də Fransada da protestanlar və katoliklər arasında ciddi mübarizələr geniş yer almışdı. 1572-ci ildə katoliklər protestantlara qarşı əməliyyat hazırlamışdılar. 24 avqust tarixində “Varfolomey gecəsi” adı altında tarixə düşən dəhşətli qətliam katoliklər tərəfindən törədilmişdi.
Protestantlıq

Yaponiyada protestantlıq
Yaponiyada protestantlıq xristianlığın ən az yayılmış cərəyanlarından biridir. Yaponiyadakı protestant məzhəblər və təşkilatlar Yaponiya Xristian Kilsələri Assosiasiyasının ikinci dərəcəli komitəsi olan Yaponiya Milli Xristianlıq Şurasında iştirak edirlər. Hazırda Yaponiyada 300-ə yaxın protestant qrup fəaliyyət göstərir. Yaponiyanın protestantlıq ilə ilk tanışlığı XIX əsrdə baş verib. 1837-ci ildə Yaponiya ilə ticarət etməyə cəhd edən, lakin uğursuz olan ABŞ-yə məxsus Morrison gəmisinin göyərtəsində protestant missionerlər var idi. 1846-cı ildə Bernard Bettelheym Okinavanın Naha şəhərində missionerliyə başlamış və buradakı ilk protestant missioner olmuşdur. 1858-ci ildə ABŞ-la imzalanan Harris müqaviləsi ölkələr arasında dini əlaqələrin qurulmasına gətirib çıxarmışdır. Nəticədə, 1859-cu ildə Yaponiyaya ilk amerikalı protestant missionerlər gəlmişdirlər. Onların arasında episkopalian M.Vilyams, holland islahatçı missionerlər Quido Verbek və Samuel Braun, presbiterian Ceyms Körtis Hepbörn və baptist Conatan Qobl var idi. İlk 10 il ərzində Yaponiya protestantlıq 4 məzhəblə təmsil olunmuşdur: Holland İslahat Kilsəsi, Anqlikan-Episkopal Kilsəsi, Presbiterian Kilsəsi və Amerika Baptizm Azad Missiya Cəmiyyəti.
Çində protestantlıq
Çində protestantlıq — Protestantlıq Çində XIX əsrdə yayılmışdır. 1842-ci ildən 1932-ci ilədək olan dövrdə ölkədə İngiltərə, ABŞ, Fransa, Almaniya və başqa dövlətlərin təsiri altında olan 100-dən çox protestant təriqətləri yaranmışdır. 1900-cü il "Boksçular" üsyanından sonra protestant missiyaları daha inkişaf etmiş rayonlara köçmüşdü. Burada məktəb, xəstəxana və digər müəssisələr açmışdılar. Əcnəbi missionerlər Çin iyerarxiyasında üstünlük təşkil etdiyinə və demək olar ki, bütün əməli işlərə rəhbərlik etdiyinə görə onlar Çin xalqının və vətənpərvər-xristianların kəskin narazılıqlarına səbəb olurdular. 20-ci əsrin əvvəlində bir neçə uzaqgörən Çin liderləri ölkəsinə və dininiə sevgi aşılayaraq öz kilsələrini yaratmağa cəhd etdilər. Lakin Qərb missionerlərinin nəzarətindən azad olmaq istəyini o dövrdə həyata keçirmək hələ mümkün deyildi. 1950-ci ilin yayında 40 görkəmli Çin xristianı "Yeni Çinin yaradılması üçün Çin xristianlarının etməli olduqları cəhdlər" deklarasiyasını imzaladı. Deklarasiya həm xristian ruhaniliyini, həm də ruhani olmayanları öz kilsələrini təbliğ etməyə və maliyyə münasibətlərində dəstəkləyərək onu özləri idarə etməyə çağırırdı. Bu prinsiplər sonralar "üçqat müstəqillik" kimi məşhur olmuşdur.

Digər lüğətlərdə