Bəzi türk dillərində bu sözün əvəzinə, uçqun işlədilir və uçmaq feili zəminində yaranıb. Qığılcım bizdə qaxılcım, qıyılcım kimi olub (bəlkə də, çaxılcım olub). Qaxmaq, çaxmaq (vurmaq) sözü zəminində yaranıb. İkinci və daha etibarlı yozum belədir: söz köyqılcım kəlməsinin dəyişmiş formasıdır, göy “od” deməkdir, qığılcım da “od” anlamı ilə bağlıdır. Qov (çaxmaq daşında od alan hissə) sözü də bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)