QƏRB
QƏRƏNFİL
OBASTAN VİKİ
Qərbi Afrika
Qərbi Afrika — Afrika qitəsinin Mərkəzi Saxaranın cənubundan Atlantik okeanı sahillərinə qədər olan hissəsi. Şərqi Afrika ilə təbii sərhəddi Kamerun dağlarıdır.
Qərbi Almaniya
Almaniya Federativ Respublikası digər adı ilə Qərbi Almaniya — XV əsrdən etibarən Almaniya olaraq adlandırılan dövlətin, İkinci dünya müharibəsindən sonra siyasi və çoğrafi olaraq parçalanması nəticəsində yaranmış iki dövlətdən biri. 1949–1990-cı illər aralığında mövcud olmuş Qərbi Almaniya 1990-cı ildə Almaniya Demokratik Respublikası ilə birləşmişdir. Qərbi Almaniyanın paytaxtı Bonn şəhəri idi. 1989-cu ildə Berlin divarının dağıdılmasının ardından Qərbi Almaniya ilə Almaniya Demokratik Respublikası birləşmiş və nəticədə mövcud Almaniya yaradılmışdır. Soyuq müharibənin başlanğıcında Avropa Qərb və Şərq blokları arasında bölündü. Almaniya iki ölkəyə bölündü. Əvvəlcə Qərbi Almaniya özünü 1871–1945-ci illərdəki Alman Reyxinin demokratik şəkildə yenidən təşkil edilmiş yeganə davamı kimi təqdim edərək, bütün Almaniya üçün müstəsna mandat iddia etdi. Qərbi Almaniyanın üç cənub-qərb əyaləti 1952-ci ildə Baden-Vürtemberqi meydana gətirmək üçün birləşdi və Saar əyaləti 1957-ci ildə Fransa tərəfindən Müttəfiqlər tərəfindən işğal edilmiş Almaniyadan Saar Protektoratı olaraq ayrıldıqdan sonra Qərbi Almaniyaya bir dövlət olaraq qoşuldu (ayrılıq tam qanuni deyildi). Sovet İttifaqının buna qarşı çıxdığı kimi). Nəticədə on ştatdan əlavə, Qərbi Berlin qeyri-rəsmi de-fakto on birinci ştat hesab olunurdu.
Qərbi Antarktida
Qərbi Antarktida, və ya Kiçik Antarktida, (ing. "West Antarctica" or "Lesser Antarctica") Antarktida qitəsinin iki əhəmiyyətli bölgəsindən biri, Antarktida yarımadası daxil olmağla qitənin qərb yarımkürəsində yer alan hissəsidir. Qərbi Antarktika buz təbəqəsi ilə örtülüdür. Şərqi Antarktikadanı buradan Transantarktika dağları ayırır. Region 100 ildən uzun müddətdir ki, Qərbi Antarktida olaraq adlandırılır. Bu adı ilk dəfə 1902-ci ildə Balç, 1905-ci ildə isə Otto Nordenskcöld istifadə ediblər. Ancaq əsl istifadəsi Beynəlxalq Geofizika ili (1957-1958) sonrasındakı araşdırmalarda iki bölgəyə ayrılmasının faydalı olduğu düşüncəsinin yayılmasından sonra 1962-ci ildə ABŞ Antarktida Adları Komitəsi tərəfindən təsdiq edilmişdir. Transantarktika dağlarından Sakit okeanına doğru uzanır. Qərbi Antarktida, Qreyam Torpağı və Palmera Torpağından ibarət olan Antarktida yarımadası ilə Elsuort Torpağı, Meri Berd Torpağı və VII Eduard Torpağlarından, Adelaide adası kimi adalardan xüsusilə Ueddell dənizindəki Filçner-Ronni Buz sahəsi və Ross dənizindəki Rooz Buz sahəsi kimi buz sahələrindən meydana gəlib. Qərbi Antarktida Ross dənizi və Ueddell dənizinin buzlu suları ilə qitənin ana quru kütləsindən ayrılan və Cənub qütbündən Cənubi Amerikanın cənub ucuna doğru uzanan nəhəng bir yarımadanı xatırlatmaqdadır.
Qərbi Arpaçay
Qərbi Arpaçay (erm. Ախուրյան, osman. ارپه چاى, türk. Arpaçay) — Ermənistan yaylası ərazisində Kiçik Qafqaza doğru axan çay. Araz çayının sol qolunu təşkil edir. Şimal axarlarda Ermənistab ərazisindən axsa da aşağı axarlareda Türkiyə Ermənistan sərhəddindən axır. Ərpiliç su anbarından axan çay Baqaran kəndin yaxınlığında Araza birləşir. Ermənilər çayı Axuryan adlandırırlar. B.e.ə VIII əsrdə Sarıqamış şəhərində aşkarlanmış Urartuya aid Axuriani şəhərinin adı çəkilir. Çayın adını bunla əlaqələndirirlər.
Qərbi Asiya
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Qərbi Avropa
Qərbi Avropa — Avropanın qərbində tarixi-geosiyasi bölgə. Qərbi Avropa ölkələrinin vahid ərazisi Norveç dənizindən Aralıq dənizinədək 5000 km uzanır. Onların ümumi sahəsi 3,8 milyon km²-dir, bu Yer kürəsinin quru ərazisinin 2,5%-nə bərabərdir. Qərbi Avropa iqtisadi və siyasi cəhətdən bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan 24 müstəqil dövlət və həmçinin Cəbəllüttariq yerləşir. Bu ölkələrdən dördü G8 qrupuna daxil olan başlıca İnkişaf Etmiş Ölkələrdir. Kiçik dövlətlər olan qalan 14 ölkə (mikrodövlətlər istisna olmaqla) Qərbi Avropada xüsusi mövqe tuturlar. Mikro dövlətlər isə xüsusi qrup əmələ gətirir. Qərbi Avropa dövlətlərinin iqtisadi-coğrafi mövqeyi üç başlıca əlamətlə səciyyələnir. Bir-birinə nəzərən sıx qonşuluq mövqeyi Əksər ölkələrin dəniz sahilində olması və onların ən gediş-gəlişli dəniz yollarının yaxınlığında yerləşməsi Ümumi Avropa əməkdaşlığının inkişafı üçün Şərqi Avropa ölkələri ilə geniş quru və dəniz sərhədlərinə malik olması Dövlət quruluşuna görə Qərbi Avropa ölkələrinin 12-si respublika, digər 12-si isə monarxiyadır. Burada həm federativ, həm də unitar dövlətlər var.
Qərbi Avstraliya
Qərbi Avstraliya (ing. Western Australia) - ərazisinə görə Avstraliyanın ən böyük əyalətidir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Pert şəhəridir.
Qərbi Azərbaycan
Qərbi Azərbaycan — indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan (İrəvan,Şurnuxu, Gorus, Basarkeçər,Amasiya,Qafan,Çəmbərək,Uluxanlı kimi bir çox ərazilər həmin əraziyə daxildir). XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmamışdır. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür. 1918–1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z. Korkodyan özünün "Sovet Ermənistanının əhalisi 1831–1931" kitabında təsdiq edərək yazır: "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur". 10 may 2020-ci ildə ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən bir video-konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib. Qərbi Azərbaycan mahalları Qərbi Azərbaycan İcması Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)). azerbaijan-news.az.
Qərbi Benqaliya
Qərbi Benqaliya (benq. পশ্চিম বঙ্গ, Pościm Bôngo) — Hindistanın şərqində ştat. Paytaxtı və ən böyük şəhəri Kəlküttədir. Əhalisi 91 347 736 nəfərdir (ştatlar arasında 4-cü yer; 2011-ci ilin məlumatına əsasən). 1947-ci ildə Britaniya Hindistanının dağılmasından sonra Benqaliya dini cərəyanlar üzrə bölündü. Bölgənin qərb hissəsi Hindistana (Qərbi Benqal deyilir), şərq hissəsi Pakistana Şərqi Benqal (daha sonra Şərqi Pakistan adlandırıldı) adı verilən bir vilayət olaraq birləşdirildi. Şərqi Pakistan 1971-ci ildə Banqladeş adlı müstəqil bir dövlət oldu. Benqaliyanın bölünməsi bir çox sosial-iqtisadi, siyasi və etnik problemlərin yaranmasına səbəb oldu.
Qərbi Berlin
Qərbi Berlin — 1949–1990-cı illər arası xüsusi statusa malik anklav ərazi. Qərbi Berlin hər tərəfdən ADR-in ərazisi ilə əhatə olunmaqla Şərqi Berlindən daş divarlarla ayrılmışdı. İkinci dünya müharibəsindən sonra Almaniyanın ərazisi və paytaxtı dört fərqli zonaya bölündü. Şərqi-sovet və üç qərbi-amerika, fransa, ingiltərə ərazilərinə. 1948-ci il iyunun 24-dən Berlinin qərb hissəsi sovet orduları tərəfindən mühasirəyə alındı. 1949-cu il 23 mayda Almaniya Federativ Respublikasının (AFR) yaradılması elan olundu. SSRİ-nin də buna cavabı gecikmədi: 7 oktyabr 1949-cu ildə Şərqi Berlinin müvəqqəti parlamenti-Xalq Soveti-Almaniya Demokratik Respublikasının yaradılmasını elan etdi. Qərbi Berlin-12 şəhər dairəsinədən ibarətdir: Tirqarten, Şarlottenburq, Vilmersdorf, Şpandau (ingiltərə sektoru). Kroysberq, Noylkeln, Tempelxof, Şeneberq, Selendorf, Şteqlic (amerika sektoru). Veddinq, Raini-kendorf (fransa sektoru) Şərqi və Qərbi Berlin arasında ki, sərhəd ilk vaxtlar açıq olmuş və ümumi uzunluğu 155 km idi.
Qərbi Ermənistan
Qərbi Ermənistan (Qərbi ermənicə: Արեւմտեան Հայաստան rom: Arevmıdyan Hayasdan), ermənilərin tarixi vətəninin bir hissəsi və bugünkü Türkiyənin (keçmiş Osmanlı imperiyası) şərq bölgəsinə aid bir termindir. Bizans Ermənistanı olaraq da bilinən Qərbi Ermənistan, 387-ci ildə Böyük Ermənistanın Bizans İmperiyası (Qərbi Ermənistan) və Sasanilər İmperiyası (Şərqi Ermənistan) arasında bölünməsindən sonra yaranmışdır. Osmanlı imperiyası daxilindəki millətlərin müstəqillik əldə etməyə başladığı parçalanma dövründə ermənilər arasında da yaranan müstəqillik ideyasını yatırtmaq üçün 1890-cı illərin əvvəllərində əsasən kürd dəstələrindən olmaqla müsəlman xalqları silahlandıraraq Həmidiyə alayları kimi bir birlik meydana gətirildi. Bu birliyin 1894-1896-cı illər arasında həyata keçirdiyi qırğınlar və dövlətin iqtisadi qorxutma siyasətinin yaratdığı aclıq və epidemik xəstəliklər kimi hadisələr nəticəsində erməni əhalisi xeyli itki verdi. 1915-ci ildə qüvvəyə minən Köçürmə Qanunu ilə, Suriya səhrasına sürgün edilən ermənilərin mövcudluğu bölgədə sona çatdı. Mədəni irsin sistematik şəkildə məhv edilməsi bəzi tədqiqatçılar tərəfindən mədəni soyqırım nümunəsi kimi qiymətləndirilir. Keçmişdə bölgədə yaşayan bəzi ermənilər assimilyasiya olmuş və şəxsiyyətlərini gizlədərək həyatlarını davam etdirirlər. Ermənistan İnqilabi Federasiyası kimi tərəflərin söylədiyi irredentist baxışa görə, bu bölgə Böyük Ermənistanın bir hissəsidir və torpaqlar geri qaytarılmalıdır. Bölgə əsrlər boyu Osmanlı imperiyası tərəfindən idarə edilmişdir. Ermənistan İnqilab Federasiyasının töhfəsi ilə 1915-1918-ci illər arasında ermənilər tərəfindən müvəqqəti Qərbi Ermənistan İdarəsi adı altında idarə olunan bölgə 30 1918-ci il 30 oktyabr tarixli Mudros sülh müqaviləsinin 24-cü maddəsində “Altı erməni vilayəti” adlandırıldı.
Qərbi Flandiriya
Qərbi Flandiriya (nid. West-Vlaanderen fr. Flandre occidentale, alm. Westflandern‎)- Belçikanın bir əyalətidir. Şərqi Flandiriya, Eno, Fransa və Niderlandla sərhədlənir. Şimal dənizi ilə yuyulur. İnzibati mərkəzi-Bryuqedir. 64 kommundan ibarətdir. Sahə: 3144 кm² Ən hündür nöqtəsi: 156 metr Kemmelberq Əsas çaylar: Eyzer, Leye, Mandel Əhali: 1 159 366 nəfər.
Qərbi Flandriya
Qərbi Flandiriya (nid. West-Vlaanderen fr. Flandre occidentale, alm. Westflandern‎)- Belçikanın bir əyalətidir. Şərqi Flandiriya, Eno, Fransa və Niderlandla sərhədlənir. Şimal dənizi ilə yuyulur. İnzibati mərkəzi-Bryuqedir. 64 kommundan ibarətdir. Sahə: 3144 кm² Ən hündür nöqtəsi: 156 metr Kemmelberq Əsas çaylar: Eyzer, Leye, Mandel Əhali: 1 159 366 nəfər.
Qərbi Folklend
Qərbi Folklend (ing. West Falkland, isp. Isla Gran Malvina) — Folklend adaları arxipelaqının tərkibinə daxil olan ada. Atlantik okeanın cənubunda yerləşir. Şərqi Folklend adasından sonra arxipelaqın ikinci böyük adasıdır. Şərqi Folklend adasından Folklend boğazı vastəsi ilə ayrılır. Adalara Argentina iddia edir Qərbi Folklend adasının sahəsi 4532 km²; sahil xətdinin uzunluğu 1258,7 km təşkil edir. Şərq hissəsi təpəlikdir. Burada Hornbi dağları şimaldan cənuba doğru uzanır. Ən hündür nöqtəsi 700 metr yüksəkliyə malik Adəm dağıdır.
Qərbi Frakiya
Qərbi Frakiya (yun. Δυτική Θράκη, bolq. Беломорска Тракия, Западна Тракия, türk. Batı Trakya) — Yunanıstanın şimal-şərqində tarixi vilayət, Balkan yarımadasının şərqində daha böyük bir tarixi vilayət olan Frakiyanın tərkib hissələrindən biri. Qərbi Frakiya qərbdə Nestos və şərqdə Evros çayları arasında yerləşir. Şimalda vilayət Bolqarıstanla sərhədin keçdiyi Rodop dağları ilə həmsərhəddir. Frakiyanın 1986-cı ilə qədər olan inzibati rayonuna Ksanti, Rodopi və Evros nomları daxil idi. Frakiya həmçinin, 2010-cu ilə qədər Evros nomunun bir hissəsi olan Egey dənizindəki Samotraki adasını da əhatə edirdi. 1986-cı ildən Frakiya Şərqi Makedoniya və Frakiya periferiyasının bir hissəsidir.
Qərbi Kürdüstan
Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava — Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət. Əfrin, Cəzirə, Fərat, Rəqqə, Təbqa, Mənbic və Deyr əz-Zövr ərazilərində özünüidarə edən bölgələrdən ibarətdir. Region 2012-ci ildə davam edən Rojava münaqişəsi və daha geniş Suriyada vətəndaş müharibəsi kontekstində de-fakto muxtariyyət qazanmışdır. Rəsmi hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) bu münaqişələrdə iştirak edir. Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır. AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir. Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır. Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər. Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini, ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir.
Qərbi Makedoniya
Qərbi Makedoniya — Yunanıstanda bölgə.
Qərbi Miyo
Qərbi Miyo (fr. Millau-Ouest) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1244. Qərbi Miyo kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Miyo kommunasıdır. 2006-cı ildə əhalinin sayı 17 884 nəfər təşkil edirdi.
Qərbi Moldova
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir.
Qərbi Pakistan
Qərbi Pakistan (urdu مغربی پاکستان‎, benq. পশ্চিম পাকিস্তান) — 1947-ci ildə Hindistanın parçalanmasının ardından müasir Pakistan dövlətinin formalaşmasında rolu olan yaradılmış iki eksklavdan biri. 1947-ci ildə Britaniyadan müstəqilliyini əldə edəndən sonra Pakistan dövləti fiziki cəhətdən Hindistan Respublikası tərəfindən bir-birindən ayrılmış qərb və şərq qanadları olan iki eksklava ayrılmışdı.
Qərbi Polesye
Qərbi Polesye (pol. Polesie Zachodnie, belar. Заходняе Палессе, ukr. Західне Полісся) — Belarus, Ukrayna və Polşa ərazisinə aid olan etno-tarixi region. Regionun qərb hissəsi Polşa (Lyublinskoe Polesye) ərazisinə aiddir. Şimal hissəsi Belarusun Beresteyski-Pinskoe Polesye bölgəsinə, cənub hissəsi isə Ukraynaya (Volınskoe Polesye) aiddir. Geoloji baxımdan ərazinin düzənlik hissəsi kembriyə qədər dövrdə formalaşmış. Bu ərazidən şimalda daş kömür dövrünün çöküntüləri üstünlük təşkil edir. Mezozoyun və kaynazoyun süxurları azlıq təşkil edir. Ərazi daha çox bataqlaşmış və bataqlıq-meşəliklərdən ibarətdir.
Qərbi Qat
Qərbi Qat (hind. पश्चिमी घाट), Saxyadri (hind. सह्याद्रि) — Hindustanın qərbində yerləşən dağ silsiləsi. Dəkkən yaylasının qərbi ilə şimaldan cənuba doğru uzaır. Dəkkən yaylası enziz sahil xətti ilə Ərəbistan yarımadasından ayrılır. Dağ silsiləsi Qucarat və Maxaraştra ştatlarının sərgəddindən başlayır və 1600 km məsafədə Maharaşta, Qoa, Karnataka, Tamilnad və Kerala şatatları ərazisi boyunca uzanır. Hindistanın cənubuna qədər uzanan dağların 60 % Karnatakedə yerləşir. Dağlar 60 000 km² sahəni əhatə edir. Onların orta hündürlüyü 1200 m, maksimal hündürlüyü isə 2695 metrdir (Anay-Mudi). Qərbi Qat dağları ayrıca bir sistem deyildir.
Qərbi Qazaxıstan
Qərbi Qazaxıstan (qaz. Батыс Қазақстан) — Qazaxıstan Respublikasın tərkibində iqtisadi region. Onun bir hissəsi Mərkəzi Asiyada, başqa hissəsi isə Şərqi Avropada yerləşir. O Aqtöbe, Qərbi Qazaxıstan, Manğıstau və Atırau vilayətlərdən ibarətdir. Şimaldan Rusiya, cənubda Özbəkistan və Türkmənistan, şərqdən isə Qazaxıstanın Şimalı, Mərkəzi və Cənubi regionları ilə həmsərhəddir, qərbdən Xəzər dənizi, cənub-şərqdən isə Aral dənizi ilə yuyulur. Qərbi Qazaxıstanın bütün vilayətlərində qazaxlar əhalinin tam əhalinin 3/4-ü təşkil edirlər. Beləliklə, bu Qazaxıstanın ən monoetnik regionudur.
Qərbi Rodez
Qərbi Rodez (fr. Rodez-Ouest) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1245. Qərbi Rodez kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Rodez kommunasıdır. 2006-cı ildə əhalinin sayı 22 017 nəfər təşkil edirdi.
Qərbi Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Epir və Qərbi Makedoniya
Epir və Qərbi Makedoniya (yun. Αποκεντρωμένη Διοίκηση Ηπείρου — Δυτικής Μακεδονίας) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Epir və Qərbi Makedoniya periferiyaları daxildir. Əhalisi 620.545 nəfər. Sahəsi 18.654,623. Sıxlığı— 33,26 nəfər. İnzibati mərkəzi — Yanina şəhəridir. Hazırda Baş katibin vəzifəsini icra edir Vasilios Mixelakis (Βασίλειος Μιχελάκης). Desentralizasiya idarəsi 2011-ci ildə genişmiqyaslı inzibati islahatlar və «Kallikratis» proqramı çərçivəsində yaradılmışdar (Qanun 3852/2010). İdarə və maliyyəni istifadə edərək, mərkəzləşdirilmiş idarəetmə şəhərsalma, ətraf mühit və enerji siyasəti, meşə təsərrüfatı, miqrasiya və vətəndaşlıq sahələrində idarə olunur. Bundan əlavə, mərkəzləşdirilməmiş administrasiyalar birinci və ikinci səviyyəli inzibati vahidlərə nəzarət edirlər: icmalar (dima) və ətraf mühit, bu halda Epirus və Qərb Makedoniyada iki cəbhədə 30 icma.
Güllücə (Xanəndəbil-i Qərbi)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 225 nəfər yaşayır (52 ailə).
Heydərabad (Güney-i Qərbi dehistanı)
Heydərabad (fars. حيدراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 537 nəfər yaşayır (157 ailə).
Mahmudabad (Qərbi Azərbaycan)
Mahmudabad və ya Mahmudabadcıq (yerli xalqın tələffüzündə Mahmudava) (fars. محمودآباد‎)— İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanının Məhəmmədyar bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,817 nəfər və 1,507 ailədən ibarət idi.
Mirabad (Qərbi Azərbaycan)
Mirabad (fars. ميرآباد‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Vəzinə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,502 nəfər və 820 ailədən ibarət idi.
Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü
Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü — Nadirin komananlığı altındakı Səfəvi ordusunun əfqanlar üzərində qələbə qazanmasından sonra özünün ən güclü rəqibinə qarşı - Osmanlı imperiyasına qarşı ilk böyük yürüşüdür. Yürüş nəticəsində Nadir özünün fəth qabiliyyətini sübut etdi, onun uğuru altında öz nüfuzunu yüksəltməyə çalışan II Təhmasibin 1731-ci ildə məğlub olması Nadirin şərqdən qəzəblə geri dönməsinə və onu kiçik oğlu Abbas Mirzənin xeyrinə taxtdan imtina etməyə məcbur etməsinə yol açdı. 1722-ci ildə əfqanların üsyan qaldıraraq Gülnabad döyüşündə qələbə qazanaraq Səfəvi imperiyasının paytaxtı İsfahanı 6 aylıq mühasirədən sonra ələ keçirməsi dövlətin daxilində böyük çaxnaçmalara səbəb oldu. Bundan istifadə edən Osmanlı imperiyası Səfəvi imperiyasının qərb torpaqlarına müdaxilə etdilər. Osmanlı imperiyası ilə birlikdə, Çar Rusiyası da Səfəvi imperiyasının şimal torpaqlarına hərbi müdaxiləyə başladılar. Nəticədə imperiyanın qərb torpaqlarını ələ keçirən Osmanlı imperiyası İstanbul müqaviləsi ilə Qafqazı Rusiya ilə öz arasında paylaşdırmağa razı oldu. İsfahanda Səfəvi taxtına əyləşən Hotaki əfqanlarının hökmdarı Mir Mahmud Hotaki çevrilişlə öz əmisinin oğlu Əşrəflə əvəzləndi. Osmanlının qərbə doğru daha çox genişlənməsini dayandırmaq üçün Əşrəf onların üzərinə yürüşə çıxdı və bir çoxlarının təəccübünə səbəb olacaq şəkildə onları məğlub etməyi bacardı. Daha sonrakı diplomatik münasibətlər nəticəsində Osmanlı imperiyasının Əşrəfi yeni şah kimi tanıması müqabilində, Əşrəf də onların Qərbi İranda və Qafqazda ələ keçirdiyi bölgələrin Osmanlı mülkü kimi tanıdı. Nadir və Əşrəf arasında qızışan mübarizənin sonunda ölkənin taleyinə aydınlıq gətiriləcəkdi.
Orta Qərbi ABŞ
Orta Qərbi ABŞ (ing. Midwestern United States; həmçinin Amerikanın Orta Qərbi və ya sadəcə Orta Qərb) —Amerika Birləşmiş Ştatlarının orta-şimal hissəsində yerləşən və ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilən iqtisadi rayon. 1984-cü ilə qədər Siyahıyaalma Bürosu tərəfindən rəsmi olaraq "Şimali Mərkəz bölgəsi" adlanırdı. Rayon ənənəvi olaraq müxtəlif şəkildə müyəyyən edilsə də, ABŞ Siyahıyaalma Bürosunun tərifinə əsasən 12 ştatdan ibarətdir : Ayova, Cənubi Dakota İllinoys, İndiana, Kanzas, Miçiqan, Missuri, Nebraska, Ohayo, Şimali Dakota, Viskonsin. Əhalinin sayına görə İllinoys birinci, Şimali Dakota isə axırıncıdır. ABŞ Siyahıyaalma Bürosunun 2012-ci il hesabatına əsasən Orta Qərbda 65,377,684 nəfər əhali vardı. Orta Qərb Siyahıyaalma Bürosu tərəfindən iki dairəyə bölünür. Şərq Şimali Mərkəz rayonuna İllinoys, İndiana, Miçiqan, Ohayo və Viskonsin aiddir və bu ştatların hamısı Böyük Göllər rayonunun da tərkibindədir. Qərb Şimali Mərkəz rayonuna Ayova, Cənubi Dakota, Kanzas, Minnesota, Missuri, Nebraska və Şimali Dakota aiddir Ayova, Minnesota və Missuri istisna olmaqla digər ştatlar qismi olsa da Böyük Düzənliklər rayonuna aiddirlər. Rayondakı ən böyük çaylar Ohayo çayı, Yuxarı Missisipi çayı və Missuri çayıdır.
Peloponnes, Qərbi Yunanıstan və İon adaları
Peloponnes, Qərbi Yunanıstan və İon adaları (yun. Αποκεντρωμένη Διοίκηση Πελοποννήσου, Δυτικής Ελλάδας και Ιονίου) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Peloponnes, Qərbi Yunanıstan və İon adaları periferiyaları daxildir. İnzibati mərkəzi — Patras şəhəridir. Baş katib (koordinator) — Dionisias Panaqiotopulus(Dionysios Panagiotopoulos). 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir (Qanun 3852/2010). Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsinin sahəsi 28 847 kvadrat kilometr və əhalisi 1.465.554 nəfər təşkil edir. Sıxlığı 43,27 nəfər. Avropanın statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturasına əsasən, Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsi digər iki periferiya ilə birlikdə və Fessaliya və Mərkəzi Yunanıstan desentralizasiya idarəsi bərabər EL6 (Mərkəzi Yunanıstan) regionunu yaradır. Ministry of Interior. Structure and operation of local and regional democracy.
Qadirabad (Qərbi Azərbaycan ostanı)
Qadirabad (fars. قادراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (29 ailə).
Qarğabazar (Qərbi Azərbaycan)
Qarğabazarı, Qarğabazar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzidən 12 km cənub-şərqdə, Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1965-ci il tarixli Fərmanı ilə kəndin adı dəyişdirilərək Haykaşen edilmişdir.1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. "Kitabi-Dədə Qorqud" eposunda Dərəşam toponimi ilə səslənir. XIX əsrdə Alagöz dağının ətəyində Qaraşam adlı kənd vardı. Ərəb dilində qəryə "kənd" və şam (əsli ərəbcə) "qamışlıq" sözlərindən ibarətdir. Kənddə 1873-cü ildə 574 nəfər, 1886-cı ildə 602 nəfər, 1897-ci ildə 569 nəfər, 1904-cü ildə 688 nəfər, 1914-cü ildə 728 nəfər, 1916-cı ildə 615 nəfər, 1919-cu ildə 600 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 192 nəfər, 1926-cı ildə 190 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Qrin Benk (Qərbi Virciniya)
Qrin Benk (ing. Green Bank) — ABŞ-nin Qərbi Virciniya ştatında şəhər. Dünyanın ən sakit şəhəri hesab olunur. Dünyanın ən böyük tam fırlanan parabolik radioteleskopu olan Qrin Benk teleskopu bu şəhərində yerləşir. Ona görə də bu şəhərdə istənilən formada rabitə vasitələrinin istifadəsi qəti qadağandır. Bu səbəbdən burada mobil rabitə, Wi-Fi, radio və hətta televiziya da yoxdur. Şəhər ətrafındakı "sükut zonası"nın ümumi sahəsi 33 min kvadrat kilometrdən artıqdır.
Qərbi-Frank dövləti
Qərbi-Frank krallığı (lat. Regnum Francorum occidentalium, Francia occidentalis, fr. Francie occidentale) — Frank krallığının bölünməsi zamanı indiki Fransa ərazisində yaranan dövlət. 843-cü ildə Böyük Karlın nəvələri I Lotar,II Lüdovik və II Keçəl Karl Frank imperiyasını bölmək üçün Verden müqaviləsini imzaladı. Lotair, imperiya titulunu saxlayaraq, İtaliyanı və Reyn və Rone ( Orta Krallıq ), Lui Alman - Reynin şərqindəki torpaqları ( Şərqi Frank Krallığı ), Keçəl Çarlz - Reyndən qərbdəki torpaqları (Qərbi Krallıq yəni Qərbi Frank) torpaqlarını aldı.Beləliklə, frankların ilk torpaqları (və bir çox başqa ərazilər) Lothair və Lui Almanın əlinə keçdi. Keçəl Çarlz , frank işğalçılarının əhalinin cüzi bir azlığını təşkil etdiyi keçmiş Qalliya ərazisini aldı ( Flandriya qraflığı istisna idi , burada yerli əhalinin sayı qədər frank var idi). Eyni zamanda, franklar hərbi təbəqəyə çevrildilər, daha sonra bu təbəqə feodalların mülkünə çevrildi.Əhalinin əsas hissəsini Qallar təşkil edirdi və bir sıra romalıların nəsli də yaşayırdı. O vaxta qədər onların hər ikisi Roman qrupunun dilində danışırdılar və Latın dilinə yaxındır. (Qallıların qədim orijinal dili olan Kelt dilinin latın dilinə yaxınlıq dərəcəsi mübahisəli olaraq qalır). Qallo-Roman əhalisi kəndliləri və ruhanilərin əksəriyyətini təşkil edirdi.
Qərbi-Hind silsiləsi
Qərbi-Hind silsiləsi — sualtı silsilə Hind okeanının cənub-qərbində yerləşir və Orta-Okean silsiləsinin tərkib hissəsinə daxildir. Silsilənin uzunluğu 4000 km, eni 200–300 km arasında dəyişir. Silsilə üzərində dərinlik 2000–3000 m, ən dayaz yeri isə 251 metrdir, okean dibində hündürlük 2000 - 1000 metr arasında dəyişir. Cənub-qərbdə silsilə Afrika-Antarktika silsiləsi, şərqdə Ərəb-Hind silsiləsi və Mərkəzi Hind silsiləsi ilə birləşir. Silsilə bölgəsində güçlü seysmik aktivliyə malikdir.
Qərbi-Zadunay bölgəsi
Qərbi Transdanubiya və ya Qərbi-Zadunay bölgəsi (mac. Nyugat-Dunántúl) — statistik (NUTS 2) Macarıstan regionu, Dyör-Moşon-Şopron, Vaş, Zala medyeləri daxildir. Avstriya, Slovakiya və Xorvatiya ilə sərhəddir buna görə də "Qərbə açılan qapı" hesab edilir. Regionun sahəsi — 11 209 km². Əhalisi — 994 698 nəfər (2011-ci ilin məlumatları). 2001-ci ildə işsizliyin səvviyəsi 4,1 % təşkil edirdi. Reuvid J. Doing Business With Hungary. GMB Publishing Ltd. 2005. səh.
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (QADİB) (fr. Communauté Économique des États de l'Afrique de l'Ouest (CEDEAO); ing. The Economic Community of West African States (ECOWAS)) — Qərbi Afrika Ölkələrinin Regional Birliyi. Blokun öz kollektiv hərbi qüvvələri ECOMOG vardır. QADİB-in mərkəzi Nigeriyanın Abuca şəhərindədir. QADİB 15 dövləti əhatə edir: Benin Burkina-Faso Kabo-Verde Kot-d'İvuar Qambiya Qana Qvineya Qvineya-Bisau Liberiya Mali Niger Nigeriya Seneqal Syerra-Leone Toqo Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) 28 may 1975-ci ildə 16 Qərbi Afrika ölkəsinin Laqos müqaviləsi imzaladığı zaman quruldu. Birliyin yaradılmasında məqsəd bölgə ölkələrinin iqtisadi inteqrasiyasını təşviq etməkdir. Mavritaniya 2000-ci ildə QADİB-dən ayrıldı. 2004-cü ildə Cəmiyyətin Müdafiə Nazirləri 2010-cu ilədək daimi hazırlıq qüvvəsini (1,5 min nəfər) və əsas sülhməramlı briqadanı (5 min nəfər) əhatə edəcək döyüşə hazır ECOWAS sülhməramlı kontingentinin yaradılması təkliflərini təsdiqlədilər. Əslində, onlar azad ticarət zonası yaratmaq mərhələsindədirlər.
Qərbi Afrika qırmızıayaq sufərəsi
Qərbi Avropa Birliyi
Qərbi Avropa Birliyi (QAB) (ing. Western European Union, fr. Union de l'Europe occidentale) — 1948-2011-ci illərdə mövcud olmuş müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq təşkilatı. "Soyuq müharibə" siyasətinin yeridilməsi, Marşal planının elan edilməsi və onun həyata keçirilməsi hərbi blokların yaradılmasına təkan verdi. Hərbi blokların yaradılmasına hazırlıq dövründə İngiltərə bu prosesdə aparıcı rol oynamağa cəhd göstərdi. Almaniyanın iştirakı ilə antisovet blokun yaradılması ideyası Çörçillin 1946-cı il Fulton nitqində irəli sürülmüşdü. Çörçill bu blokda rəhbər rolu İngiltərənin rəsmi dairələrinə verirdi. Bu, onun 1946-1948-ci illərdə söylədiyi nitqlərində özünü büruzə verdi. Bu nitqlərdə Çörçill SSRİ və onun təsiri altında olan ölkələrə qarşı "Birləşmiş Avropa"nın yaradılmasına çağırdı. Hərbi blokun yaradılması yolunda İngiltərə diplomatiyasının ilk addımı 1947-ci il martın 4-də Dünkerkdə İngiltərə və Fransa arasında ittifaq və qarşılıqlı yardım haqqında müqavilənin bağlanması oldu.
Qərbi Avstraliya Universiteti
Qərbi Avstraliya Universiteti (ing. University of Western Australia) — Avstraliyanın Qərbi Avstraliya ştatının Pert şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Qərbi Avstraliya Universiteti 1911-ci ildə ştatın ilk universiteti olaraq yaradılmışdır. Ştatda universitet yaradılması təşəbbüsü ilk dəfə sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru Con Uintrop Hakett tərəfindən irəli sürülmüşdür. O, universitetin yaradılmasında əsas rol oynayan Kral komissiyasının sədri idi. Sonradan Con Uintrop Hakett yeni yaradılmış universitetin kansleri təyin olunur. Con Uintrop şəxsi büdcəsindən Qərbi Avstraliya Universitetinin inkişafı və Pert şəhərində universitet binalarının tikintisi üçün 425000 funt-sterlinq dəyərində vəsait ayırmışdır. Universitet yaradıldığı dövrdə Pert şəhərinin əhalisi 121000 nəfər idi və onun iqtisadiyyatı kənd təsərrüfatı və dağ-mədən sənayesinə əsaslanırdı. Bunun nəticəsi olaraq universitet müəllim seçimində kənd təsərrüfatı, dağ-mədən sənayesi və maşınqayırma, geologiya, riyaziyyat və fizika, kimya, tarix və iqtisadiyyat, biologiya və ingilis dili üzrə mütəxəssislərə üstünlük verir. Həmçinin ali məktəbdə klassik və qədim tarix, fransız, alman dilləri, psixi və əxlaq fəlsəfəsi, baytarlıq, eləcə də digər sahələr üzrə müəllimlər işə cəlb olunurlar.

Digər lüğətlərdə