qaçqın-köçkün

qaçqın-köçkün
qaçqın
qaçqınlıq
OBASTAN VİKİ
Qaçqın
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. == Ermənistandan qaçqın düşən azərbaycanlılar == Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. === 1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası === 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml 1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Məcburi köçkün
Məcburi köçkünlər — xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslərdir.
İbrahim Köçkün
İbrahim Köçkün (azərb. Qurbanov İbrahim İsgəndər oğlu‎; d. 1937, Kiçik Qaraqoyunlu, Göyçə mahalı – ö. 9 aprel 2016, Mehdiabad, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006). == Həyatı == İbrahim Köçkün 1937-ci ildə Göycə mahalının Kiçik Qaraqoyunlu kəndində anadan olub. 1966-cı ildə Gəncə Pedaqoji İnstitutunu, sonra isə M.F.Axundov adına Xarici Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 9 aprel 2016-cı ildə Mehdiabad qəsəbəsində vəfat etmişdir. == Kitabları == "Göyçəsiz göyçəli necə yaşasın?" "Sirli-sehrli dünya" "Göyçə, səndən kimlər keçib" "Mirzə Bəylər nəfəsliyəm" "Həkimin dünya dərdi" "Bir Hüseyn Arif vardı" "Qalan Göyçəm" "Göyçə həsrəti", Bakı, "AKE NPM", 2015. 32 səh.
Qaçqın Qadın
Qaçqın xanım — Bəhruz Kəngərliin çəkdiyi şəkil, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Azərbaycan xalqınızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunəsi sayılır. Portret təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.
Qaçqın düşərgəsi
Qaçqın düşərgəsi — qaçqınları və qaçqın vəziyyətində olan insanları qəbul etmək üçün qurulmuş müvəqqəti yaşayış məskəni. Qaçqın düşərgələrində adətən öz evlərini tərk etmiş qaçqınlar yerləşdirilir, lakin düşərgələr də məcburi köçkünlər üçün tikilir. Adətən, qaçqınlar öz ölkələrində müharibədən qaçdıqdan sonra sığınacaq axtarırlar, lakin bəzi düşərgələrdə ətraf mühit və iqtisadi miqrantlar da yerləşir. Yüz mindən çox insanın eyni anda yaşadığı düşərgələr adi haldır, lakin 2012-ci ildə aparılan araşdırmaya görə, orta ölçülü düşərgədə təxminən 11,400 nəfər yaşayırdı.
Qaçqın milləti
Qaçqın milləti — miqrant böhranını həll etmək üçün dünyanın qaçqın əhalisini könüllü olaraq müəyyən bir yerə yerləşdirərək yeni bir millət yaratmaq təklifi. İlk dəfə 2015-ci ildə irəli sürülmüşdür. Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildəki hesablamalarına görə, dünyada təxminən 82 milyon qaçqın və məcburi köçkün var. Qaçqın milləti ideyası 2015-ci ilin iyununda Ceyson Buzi tərəfindən yaradılmış və həmin ilin iyulunda "The Washington Post" qəzetində dərc olunan məqalə ilə geniş mediada işıqlandırılmışdır. Buzi öz təklifində qaçqın milləti yaratmaq üçün bir sıra alternativlər təklif etmişdir. == Təklif olunan simvollar == Suriyalı qaçqın Yara Səid Aralıq dənizində hərəkət edən qaçqınların xilasedici jiletlərinə bənzəyən qırmızı-narıncı rəngli bayraq yaratmışdır. Beynəlxalq Olimpiya Komitəsi 2016-cı il Yay Olimpiya Oyunlarında Qaçqınların Olimpiya Komandasının bayraqdan istifadə etməsinə icazə verməmişdir. Bəzi tərəfdarlar bayraqdan qeyri-rəsmi istifadə etmişdir. Bayrağın emocisi 2021-ci ilin iyun ayından etibarən Android və iOS üçün "WhatsApp"da mövcuddur.
Qaçqın qadınlar
Qaçqın qadınlar — müharibə, təbii fəlakət və başqa səbəblərə görə yaşadığı yeri tərk etmiş qadınlar. Onlar miqrasiya təcrübəsinin hər mərhələsində gündəlik həyatda genderlə bağlı problemlərlə üzləşirlər. Digər demoqrafik məlumatlardan asılı olmayaraq bütün qaçqın qadınlar üçün ümumi problemlər səhiyyə və fiziki zorakılığa çıxışdır və ayrı-seçkilik, cinsi zorakılıq və insan alveri halları ən çox rast gəlinən çətinliklərdir. Buna baxmayaraq, qadınlar bu cür hallarda zərərçəkən olmasalar belə, onlar tez-tez öz xüsusi ehtiyaclarına və təcrübələrindən sui-istifadə və etinasızlıqla üzləşirlər. Bu, demoralizasiya, damğalanma, əqli və fiziki sağlamlığın pozulması kimi mürəkkəb nəticələrə gətirib çıxarır. Beynəlxalq humanitar yardım təşkilatlarından müvafiq resurslara çıxışın olmaması dünyada üstünlük təşkil edən gender fərziyyələri ilə daha da ağırlaşır, baxmayaraq ki, gender meynstriminqində son dəyişikliklər bu ümumi cəhətlərlə mübarizə aparmaq məqsədi daşıyır. == Səhiyyə == Qaçqın qadınların üzləşdiyi sağlamlıq problemləri susuz qalma və ishaldan tutmuş yüksək hərarət və malyariyaya qədərdir. Onlar həmçinin, gender əsaslı zorakılıq və ana sağlamlığı kimi daha geniş əhatəli hadisələri əhatə edir. Qaçqın qadınların ölümünün əsas səbəbləri arasında qida çatışmazlığı, ishal, respirator infeksiyalar və reproduktiv ağırlaşmalar var. Qaçqın qadınların sağlamlıq problemləri onların fiziki, əqli və sosial rifahı da daxil olmaqla müxtəlif amillərdən təsirlənir.
Qaçqın xanım
Qaçqın xanım — Bəhruz Kəngərliin çəkdiyi şəkil, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Azərbaycan xalqınızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunəsi sayılır. Portret təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.
Məhmur qaçqın düşərgəsi
Məhmur qaçqın düşərgəsi — 1998-ci ildə təsis edilmiş və İraqın Kürdüstan Regionunun (KRG) paytaxtı Ərbildən təxminən 60 km cənub-qərbdə, Məhmur rayonunda yerləşən qaçqın düşərgəsi. Bu qaçqın düşərgəsində 1990-cı illərdə kürdlərlə Türkiyə Quru Qoşunları arasında gedən münaqişədən qaçan 12 minə yaxın kürd qaçqın yaşayır. Qaçqınlar və onların övladları Türkiyədə boşaldılmış kürd kəndlərindəndir. Türkiyə hakimiyyəti iddia etmişdir ki, Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları kəndlərə sızdığı üçün kəndləri boşaltmalı olmuşdular.
Ermənistandan qaçqın düşən azərbaycanlılar
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. == Ermənistandan qaçqın düşən azərbaycanlılar == Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. === 1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası === 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml 1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Qaçqın qadın (film, 2001)
Qaçqın qadın (hind: लज्जा; Rom: Lajja; Azərbaycan dilində: Xəcalət) 2001-ci ildə Rajkumar Santoşinin istehsal etdiyi və rejissoru olduğu hindi dilində çəkilmiş kriminal dram filmidir. Hindistanda qadınların acınacaqlı vəziyyətinə və feminizmə əsaslanan film qadınların cəmiyyətdə yer aldıqları şərəfi və onlara qoyulan məhdudiyyətləri satirikləşdirir. Dörd qadının adının (Maithili, Janki, Ramdulaari və Vaidehi) hamısının ideal hindu qadın adı olan Sitanın versiyaları olması filmin özlüyündə bir mesajdır. Baş rolda, pis rəftara məruz qalan qadın Vaidehi rolunda oynayan Manişa Koirala oynamış, digər rollarda Rekha, Anil Kapur, Madhuri Dixit, Ajay Devgn, Jackie Shroff, Mahima Chaudhry, Johnny Lever, Suresh Oberoi, Sharman Joshi, Danny Dengzongpa, Razak ansamblı çəkilmişdir. Xan, Gülşən Qrover və Aarti Chhabriya isə ikinci planda çəkilmişdirlər.
Məğazi qaçqın düşərgəsinə aviazərbələr
Məğazi qaçqın düşərgəsinə aviazərbələr — 7 oktyabr 2023-cü ildə HƏMAS–İsrail müharibəsinin başlamasından bəri İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında yerləşən Məğazi qaçqın düşərgəsinə endirdiyi aviazərbələr. == 2023-cü ildə == 17 oktyabr 2023-cü il tarixində İsrail qüvvələri Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Məğazi qaçqın düşərgəsindəki məktəbə hava zərbəsi endirmişdir. Hücum nəticəsində UNRWA-nın əməkdaşları da daxil olmaqla 6 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır. Məktəb binasına ciddi ziyan dəymişdir. 5 noyabr 2023-cü ildə İsrail Müdafiə Qüvvələri Qəzzə zolağının mərkəzində yerləşən Məğazi qaçqın düşərgəsinə hava zərbəsi endirmişdir. Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla azı 45 nəfər həlak olmuşdur. İDF düşərgənin İsrailin hava hücumu ilə vurulduğunu təsdiqləməmiş və aviazərbələr "xüsusi kəşfiyyata əsaslanan, xüsusən də terrorçu elementlərə qarşı zərbələr" olduğunu bildirmişdir. 6 dekabr 2023-cü ildə, saat 21:00 radələrində İsrail qüvvələri Bərkət Vaz ərazisində yerləşən yaşayış binasını bombalamış, əksəriyyəti uşaq olmaqla 18 fələstinli həlak olmuş, 20 nəfər yaralanmışdır. 24 və 25 dekabr 2023-cü il tarixlərində İsrail qüvvələri düşərgəni bombalamışdır. Hücum nəticəsində 100-dən çox insan həlak olmuşdur.
Şati qaçqın düşərgəsinə aviazərbələr
Şati qaçqın düşərgəsinə aviazərbələr — 9 oktyabr 2023-cü il tarixində HƏMAS–İsrail müharibəsinin bir hissəsi olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzə zolağında yerləşən Şati qaçqın düşərgəsinə aviazərbələri. Hücumlar nəticəsində dörd məscidi dağıdılmış, içəridə olan insanlar həlak olmuşdur. Düşərgədə 90 mindən çox qaçqının yaşayır və bu, Qəzzənin üçüncü ən böyük qaçqın düşərgəsidir. 12 oktyabrda 13 nəfərin ölümü ilə nəticələnən ikinci aviazərbə həyata keçirilmişdir. == Zəmin == Şati düşərgəsi 1948-ci ildə Ərəb–İsrail müharibəsi zamanı İsrail qüvvələri tərəfindən qaçan və ya qovulan təxminən 23,000 fələstinli üçün yaradılmışdır. Buraya kanalizasiya sistemi, sağlamlıq mərkəzi və 23 məktəb (17 ibtidai, 6 orta) daxildir. 0,52 km² ərazisi ilə 2023-cü ilə qədər dünyanın ən sıx məskunlaşmış yerlərindən biri olmuşdur. == Aviazərbələr == "HƏMAS"ın Qəzza zolağından İsrailin cənubunu işğal etməsindən sonra İsrail Qəzzə zolağında müxtəlif ərazilərə aviazərbələr endirmişdir. Şati aviazərbələri zamanı dörd məscid – Qərbi məscidi, Yasin məscidi və Susi məscidi vurulmuşdur. Peyk çəkilişlərinə görə hamısı məhv edilmiş və yerli xəbərlər içəridə naməlum sayda insanın öldüyünü bildirnişdir.
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr (2023–2024)
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr — 9 oktyabr 2023-cü il tarixindən etibarən HƏMAS–İsrail müharibəsinin bir hissəsi olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) Cəbəliyyə qaçqın düşərgəsinin HƏMAS və digər silahlı qruplar üçün qala olduğunu iddia edərək orada həyata keçirdiyi aviazərbələr. Qəzzənin sıx məskunlaşmış Cəbəliyyə düşərgəsində 31 oktyabrda həyata keçirilmiş aviazərbələr nəticəsində altmışdan çox insan həlak olmuş, bazarın çox hissəsi dağıdılmışdır. Növbəti gün aviazərbə nəticəsində 45 nəfər həlak olmuş, yaşayış kompleksinin bir hissəsi dağıdılmışdır. 31 may 2024-cü ildə İDF Cəbəliyyədən geri çəkilmişdir. Fələstin rəsmiləri qaçqın düşərgəsinin 70%-nin dağıdıldığını bildirmişdir. İsrail hərbçiləri Fələstinin reaktiv yaylım atəşi sistemlərini və 10 kilometrdən çox yeraltı tunelləri məhv etdiyini, həmçinin yeddi israilli girovun cəsədini çıxardıqlarını elan etmişdilər.
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbə (31 oktyabr 2023)
31 oktyabr 2023-cü ildə Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr və ya Cəbəliyyə düşərgəsi qətliamı — İsrail Müdafiə Qüvvələrinin 31 oktyabr 2023-cü il tarixində Qəzza zolağındakı Cəbəliyyə qaçqın düşərgəsinin bombalaması. İsrailin Qəzzəyə hücumu zamanı həyata keçirilən aviazərbə əsasən qadın və uşaqlar olmaqla 120-dən çox insanın ölümünə səbəb olmuşdur. Bu, geniş şəkildə qınanmışdır. Hadisə müharibə cinayəti hesab edilir. Cəbəliyyə qaçqın düşərgəsi çox sıx məskunlaşmışdır və evakuasiya əmrinə baxmayaraq, sosial şəbəkələrdə yayılan videolarda çoxlu sayda mülki şəxsin düşərgədə qaldığı göstərilir. Düşərgə HƏMAS–İsrail müharibəsi zamanı İsrailin çoxsaylı hava hücumlarının hədəfi olmuşdur. Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, aviazərbə nəticəsində yüzdən çox insan dağıntılar altında qalmışdır. İndoneziya Xəstəxanası bildirmişdir ki, ölənlərin çoxu qadın və uşaqlardır. Qəzzə Zolağı Daxili İşlər Nazirliyi düşərgənin "tamamilə dağıdıldığını", ilkin hesablamalara görə 400-ə yaxın yaralı və ya ölü olduğunu bildirmişdir. İMQ sözçüsü Daniel Haqari İsrail qırıcılarının qaçqın düşərgəsinə hücum etdiyini təsdiqləmiş, və hücumun "Əl-Əqsa fırtınası" əməliyyatına rəhbərlik edən "HƏMAS" komandirinin, onlarla fələstinli yaraqlının öldürüldüyünü və Fələstin tunellərini məhv etdiyini bildirmişdir.