QAL

1
сущ. разг. драка, скандал, шум, спор, ссора, стычка
2
(-lar) сущ. истор. галл(-ы) (римское название кельтов, обитавших на территории современной Франции, Бельгии и Северной Италии)
QAQUM
QALA
OBASTAN VİKİ
Frans Cozef Qal
Frans Cozef Qal — 9 mart 1758[…] – 22 avqust 1828[…], Monruj alman nevroanotomist, fizioloq və beyindəki zehni funksiyaların işləmə lokalizasiyasının öyrənilməsinin öncüllərindən biri. Nevropsixoloji sahədəki araşdırmaları dövründə böyük səs-küyə səbəb olmuşdur, indi isə "yalançı elm" olaraq adlanır. Qalın atası zəngin yun taciri və qatı roma katoliki idi. Əslən Lombardiyadan olan bu ailə 100 il idi ki, Tayfenbronda məskunlaşmışdılar. Qalın atası həm də buranın bələdiyyə başçısı idi. Qalın elmi araşdırmaları gənclik illərində başlamışdır. Hələ uşaqkən özü, bacı-qardaşları və sinif yoldaşlarının arasındakı fərqliliklər onu çox düşündürmüşdür. Ona görə, sinif yoldaşlarından birinin irəli səviyyədəki dil bilgisi onun qəribə formalı başı ilə əlaqədardır. Elə bundan sonra beyinə olan marağı artmışdır. Məktəb vaxtında bitki və heyvan növləri yığaraq onları sinifləndirməyi çox xoşlayırdı.
Acı Qal
Acı Qal (ukraynca , rus. Чистенькое, Аджи-Кал) — Krımın Sevastopol rayonunda bir kənddir. Əhalisinin sayı 4115 nəfərdir (2001-ci il).
Göy-Qal
Qal Qadot
Qal Qadot Varsano (ing. Gal Gadot Varsano; ivr. ‏גל גדות‏‎; 30 aprel 1985, Petah-Tikva, İsrail) — İsrailli aktrisa, istehsalçı və maneken. 30 aprel 1985-ci ildə Petax-Tıkvada anadan olmuşdur. 18 yaşında Miss Israel yarışmasında qələbə qazanmışdır. 2 il müddətində İsrail Silahlı Qüvvələrində məcburi hərbi xidmət keçmişdir. Forsaj film seriyasında canlandırdığı Gisel Yaşar və DC Comics filmlərində canlandırdığı Ecazkar Qadın rolları ilə tanınır. 2004-cü ildə Miss Israel (İsrail Gözəli) seçilərək həmin il Miss Universe-də (Kainat Gözəllik Yarışması) İsraili təmsil etmişdir. Ardınca iki il İsrail Silahlı Qüvvələrində savaş müəllimi olaraq əsgərlik etdi. Modellik və aktrisalıq karyerasına başlamadan əvvəl IDC Herzliya-da universitet təhsilinə başladı.
Qal Xan
Qal Xan — türk, monqol və altay mifologiyasında atəş ilahı adlandırılır. Atəşin və ocağın davamlılığını təmin edir. Al/Hal inancı ilə əlaqəlidir. Monqol mənşəli bir anlayışdır. Türklərdəki Al (Hal) Ananın qarşılığı olaraq düşünülə bilər. Təhlükəli və zaman-zaman hirslənib yanğınlar çıxaran bir varlıqdır. Bu sözdən törəyən və ocaq ilahı mənasını verən Qolomto Xan adlı bir xarakterə yenə monqol mifologiyasında rast gəlmək mümkündür. Qalçan xan — türk, monqol və altay mifologiyasında atəş tanrısıdır. Kalçan/Galçan xan da deyilir. Bəzən Qal xan ilə ekvivalent olaraq görülər.
Qal, sənə qurban!
Qal, sənə qurban! — məşhur Azərbaycan mahnısı. Mahnının bəstəkarı Bəhram Nəsibov, sözlərinin müəllifi isə Miryusif Mirnəsiroğludur. Mahnının yaranış tarixi ilə bağlı bir çox versiyalar mövcuddur. 1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov teatr üçün “Süsən-sünbül” adlı pyes işləyir. Həmin pyesdə qadın surətlərin birinin dilindən “Qal, sənə qurban!” adlı bir mahnı ifa olunur. Pyesin müəllifi Miryusif Manafov əsərdəki bu şeirin müəllifi olduğunu dəfələrlə qeyd edib. 1972-ci ildə Təranə Vəlizadənin həyat yoldaşı Eyvaz Həsənovla mübahisəsi, onun inciyərək öz atası evinə getməsi ilə nəticələnir. Bir müddət sonra qaynı və qaynanası Təranə Vəlizadəni, ər evinə geri gətirirlər. Təranə Vəlizadə, əri Eyvaz Həsənovu baxımsız və səsi batmış görür.
Salamat Qal (albom)
Salamat Qal – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın yeddinci studiya albomu.
Qal, sənə qurban! (mahnı)
Qal, sənə qurban! — məşhur Azərbaycan mahnısı. Mahnının bəstəkarı Bəhram Nəsibov, sözlərinin müəllifi isə Miryusif Mirnəsiroğludur. Mahnının yaranış tarixi ilə bağlı bir çox versiyalar mövcuddur. 1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov teatr üçün “Süsən-sünbül” adlı pyes işləyir. Həmin pyesdə qadın surətlərin birinin dilindən “Qal, sənə qurban!” adlı bir mahnı ifa olunur. Pyesin müəllifi Miryusif Manafov əsərdəki bu şeirin müəllifi olduğunu dəfələrlə qeyd edib. 1972-ci ildə Təranə Vəlizadənin həyat yoldaşı Eyvaz Həsənovla mübahisəsi, onun inciyərək öz atası evinə getməsi ilə nəticələnir. Bir müddət sonra qaynı və qaynanası Təranə Vəlizadəni, ər evinə geri gətirirlər. Təranə Vəlizadə, əri Eyvaz Həsənovu baxımsız və səsi batmış görür.
Cəlilabad Dövlət Rəsm Qalereyası
Cəlilabad Dövlət Rəsm Qalereyası Cəlilabad Dövlət Rəsm Qalereyası 1985-ci ilin fevral ayının 12 – in də yaradılmışdır. 2015-ci ildə yeni binaya köçürülmüşdür. Ümumi sahəsi – 400 m2-dir. Ekspozisiya sahəsi 180 m2 olub, Fond saxlamağı otağı 25 m2-dir. Rəsm Qalereyasının fəaliyyəti əhalinin geniş təbəqələri arasında, milli və dünya təsviri, dekorativ — tətbiqi sənət əsərlərinin təbliği və milli — mədəni irsimizin toplanaraq qorunması məqsədini daşıyır. Rəsm Qalereyasında görkəmli xalq rəssamlarının əsərləri ilə yanaşı yerli peşəkar rəssamların da əsərlərindən ibarət sərgilər təşkil edilmişdir. Qalereyada qonşu rayonların Rəsm Qalereyaları ilə əməkdaşlıq münasibəti yaradılaraq rəsm əsərlərinin mübadilə yolu ilə sərgisi təşkil olunur. Burada məktəbli uşaq rəssamların da rəsm əsərlərinin sərgisinə geniş yer verilir. Hazır burada mühafizə edilən bədii fondlar vardır. Qalereyada təsviri incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi incəsənət növünə aid 200 – dən çox eksponat mühafizə olunur.
Dafne Karuana Qalizia
Dafne Anna Karuana Qalizia (malta Daphne Caruana Galizia; 26 avqust 1964, Slima[d] – 16 oktyabr 2017, Bidniya[d], Malta) — Malta jurnalisti, yazıçısı və anti-korrupsiya fəalı idi. 2017-ci ildə Qalizianın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb. Malta rəsmilərinin ehtimallarına əsasən araşdırmaçı jurnalist Qalizianın ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub. Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında korrupsiya əlaqələri haqqında araşdırma materialları ilə məşhurlaşmışdı. O, Maltanın Baş naziri Cozef Muskatı və onun həyat yoldaşını Azərbaycanın hakim ailəsindən olan ödənişləri gizlətmək üçün gizli offşor bank hesablarından istifadə etməsində günahlandırırdı.
Dairəvi Mərdəkan qalası
Dairəvi Mərdəkan qəsri və ya Kiçik Mərdəkan qəsri— Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir. Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir. Qüllənin xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir. Daxildə qüllə üç yarusa bölünmüş və yarusların hər biri daş günbəzlərlə örtülmüşdür. Üçüncü mərtəbənin divarında xaricə çıxan yola malik sanitar niş vardır. Dairəvi Mərdəkan qəsri, bir zamanlar bu ərazidə olmuş və dövrümüzə çatmamış qala kompleksinin bir hissəsi olmuşdur.Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. XII-XV əsrlər Ön və Orta Asiya şəhərləri üçün xarakterik memarlıq planına malik olan Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir.Qala divarları hər tərəfdən 25 metr uzunluğa malikdir.
Didivan qalası
Didivan qalası (Didivan qülləsi) — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə qala. İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir. Planda qala dairə şəklindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur.
Donuz qalası
Donuz qalası — Babək rayonunun Sirab kəndindən şimalda, hündür qayalıqların üzərində arxeoloji abidə. Qalanın yerləşdiyi ərazi hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qalaya şimaldan olan ensiz keçiddən qalxmaq mümkündür. Abidənin yerləşdiyi ərazi uzunsov oval formalı daş divarla iki hissəyə ayrılmışdır. Divarın uzunluğu 26,6 m, eni 2,3 m-dir. O, iri qaya parçalarından hörülmüş və bəzi yerlərdə 1 m hündürlükdə salamat qalmışdır. Qala divarı ziqzaq formalı çıxıntılarla təmin edilmişdir. Mərkəzi hissədə eni 2,9 m olan qapı vardır. Şübhəsiz ki, bu divar qalaya qərbdən olan hücumların qarşısını almaq üçün inşa edilmişdir. Tədqiqat zamanı qalanın ərazisindən Orta əsrlərin erkən və inkişaf etmiş dövrlərinə aid keramika nümunələrinə rast gəlinmişdir.
Doria-Pamfili qalereyası
Doria Pamfili qalereyası (it. Galleria Doria Pamphilj) - Romada via del Korso küçəsində yerləşən Doria-Pamfili sarayının şəxsi zəngin incəsənət, heykəltəraşlıq və mebel kolleksiyasıdır. Kolleksiyanın ən güclü tərəfi XVII əsr italyan rəssamlığıdır. Doria Pamfili qalereyası 1651-ci ildə yaradılmışdır. İki əsr ərzində bina bir neçə kübar sahib - Roma ailələrindən çıxan aristokrat varlılar - dəyişdirmişdi. Lakin sonda saray, Genuya dənizçiləri olan Doria və patrisian ailəsi Pamfili ailələrindən olan nümayəndələrinə keçdi. Hətta hal-hazırda belə sarayda bu ailələrin yetirmələri yaşamaqdadır. Sarayın tarixi Kamillo və Olimpiya Aldobrandininin toyu ilə başlayır. Onların sayəsində biz bu gün sarayda Rafael, Tisian, Parmicanino və Bekkafuminin əsərlərini görə bilirik. XVII əsrin ortalarında Kamillo, Karavaccoya aid 4 rəsmə sahib idi.
Drakula qəbirdən qalxıb (film, 1968)
Drakula qəbirdən qalxıb (ing. Dracula Has Risen from the Grave) — 1968-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. Drakula qəbirdən qalxıb — Internet Movie Database saytında.
Dumlu qalası
Dumlu qalası — Düz kəsmə daşlardan tikilmiş olan Dumlu qalası, orta əsrlərdən günümüzə qədər çatan bir qaladır. Tikintisi XI və ya da XII əsrdə tikilən qala, Çukurova "dağ qalaları" adlandırılan qalalar kompleksinin ikinci hissəsidir. Adana vilayət sərhədləri içindəki bir çox qala kimi haqqında çox məlumat olmayan Dumlu qalası, Adananın Ceyhan ilçəsinə 17 kilometr məsafədə olan İmamoğlu ilçəsinə gedərkən Tumlu kəndinin ərazisindədir. 75 metr hündürlüyündəki əhəngdaşlı bir təpə üzərində qurulmuşdur. Çukurova "dağ qalaları" zəncirinin ikinci halqası olan Dumlu qalası, Adana-Kozan karvan yolunu izləyə və ətrafındakı bir çox qalayla əlaqə yarada bilən əlverişli mövqedədir. Ətrafı 800 metr olan Dumlu qalasının nalşəkilli 8 bürcü var. Qalaya giriş şimal hissədəndir. Şimal tərəfdə qayaların düzəldilməsi təşkil edilmiş pilləkən izləri yer yer fərq edilməkdədir. Bundan başqa, daxili hissədə 3 ədəd yan giriş mövcuddur. Dumlu qalasının düzənliyə baxan şərq küncündə bir müşahidə qülləsi və müdafiə xəndəkləri ilə qala divarları var.
Dərbənd müdafiə qalası
Dərbənd müdafiə qalası — Zaqafqaziya və Yaxın Şərq xalqlarını Qafqaz dağlarını keçərək, Xəzər dənizi sahilləri boyunca şimaldan gələn köçərilərin istilalarından qoruyan müdafiə sisteminin (Qafqaz divarı) bir hissəsi. Sistemə Dərbənd istehkamları, bir qala (Narın-Qala), dəniz divarları və Dağ-bar dağ divarı daxil idi. UNESCO tərəfindən qorunan Dərbənd şəhərinin ərazisində yerləşir. "Qapı" sözü bir çox xalqların dillərində şəhərin adına daxil edilmişdir. Yunan tarixçiləri bunu alban (Qafqaz Albaniyası dövlətindən) və ya Xəzər qapısı, ərəb müəllifləri - Əsas qapı ( Bab-əl-Əbvab), Türklər-Dəmir (Temir Kapısı), Gürcülər-Dəniz (Dzgvis-Kari) adlandırmışdılar. Şəhərin müasir adına "Dərbənd" (Dərbənd) VII əsrdən başlayaraq, yazılı mənbələrdə rast gəlinir və fars dilindən tərcümədə "Bağlı qapı" deməkdir (hərfi mənası "Qapı düyünü": "hədiyyə" bir qapıdır, "dəstə", əlaqə, düyün). Ərəblər dövründən başlayaraq, hələ XIX -cu əsrə qədər, şimal divarı xəzərlərlə üzbəüz olduğundan "Kafirqapısı" ("kafirlərin divarları") adlanırdı. Bəzi mənbələrdə "Böyük İskəndərin divarı" da adlandırılırdı, çünki əfsanəyə görə böyük bir fateh tərəfindən inşa edilmişdir. Lakin Makedoniyalı İskəndər heç vaxt Dərbənd qapısında olmamışdır.. Uzunluğu 700 m olan qala, gil məhlulun üstü doldurularaq Yuxarı Sarmat daşından tikilmişdir.
Dərbənd qalası
Dərbənd istehkamları – Dərbənd şəhərini müdafiə edən qədim qala divarları. Böyük Qafqazın Calğan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı. Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı.
Dərbənd qalasının işğalı
Dərbənd döyüşü — Dərbənd şəhərinin Narınqala adlı gücləndirilmış məntəqəsinə yiyələnmək məqsədilə həyata keçirilən əməliyyat. Qədim şəhər geosiyasi baxımdan olduqca əlverişli yerdə yerləşirdi. Şərqdən Xəzər dənizi, qərbindən isə Qafqaz dağları ilə əhatələndiyindən bir keçid rolunu oynayırdı. 1795-ci ildə Qacar dövlətinin başçısı Ağa Məhəmməd şah Qacar Azərbaycan xanlıqları və Kartli-Kaxetiya çarlığı üzərinə yürüş təşkil edir. 12 sentyabr 1795-ci ildə Tiflis şəhərini işğal edir. Rusiya tərəfi 1783-cü ilin Georgiyevsk müqaviləsini əsas gətirərək Azərbaycan xanlıqları üzərinə yürüşə çıxır. Bu yürüş üçün 1796-cı ildən Dağıstanın şimalındakı Qızılyardan güclü rus korpusu hazırlanır. İki piyada və iki kavaler briqadası şəxsən imperatriçanının şəxsi əmri ilə general-mayorlar: knyaz Pavel Dmitriyeviç Sisianov, Sergey Alekseyeviç Bulaqov, Aleksandr Mixayloviç Rimskiy, baron Leontiy Keinteviç Beginsen, qraf Stepan Apraksin və Matvey İvanoviç Platov təyin edilir. Ordu komandanlığı isə Valerian Zubova həvalə edilir. Sonra Zubov general İvan Dmitriyeviç Savelyevin izi ilə hərəkət edir.
Estergon qalası
Esterqon qalası — (macarca: Esztergomi vár) Macarıstanın paytaxtı Budapeşt şəhərinin 60 km şimal qərbində Dunay çayı sahilində yerləşən qala. Macarıstan və Osmanlı tarixində böyük bir əhəmiyyət daşıyır. XIII əsrin inşa edilən qala, Macarıstanın tarixində inşa edilmiş ilk əhəmiyyətli tikililərdən biridir. 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi olmuştur.. Osmanlı Dövləti ilk dəfə 1543-cü ildə o zaman avstriyalıların tabeçiliyində olan qalanı ələ keçirdilər. 1595-ci ildə Osmanlıların qala təslim etmək məcburiyyətində qalmasından sonra haqqında tarkülər oxunmuşdu.. 1605-ci ildə yenidən tutulan qala, 1683-cü ildə qəti olaraq Osmanlı hakimiyyətindən çıxdı. Günümüzdə bir turist mərkəzidir. Esterqon qalası, 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi idi. Kral IV Bela 1256-cı ildə paytaxtı Buduna köçürtdü və qala din xadimlərinin idarəçiliyinə verildi.
Esterqon qalası
Esterqon qalası — (macarca: Esztergomi vár) Macarıstanın paytaxtı Budapeşt şəhərinin 60 km şimal qərbində Dunay çayı sahilində yerləşən qala. Macarıstan və Osmanlı tarixində böyük bir əhəmiyyət daşıyır. XIII əsrin inşa edilən qala, Macarıstanın tarixində inşa edilmiş ilk əhəmiyyətli tikililərdən biridir. 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi olmuştur.. Osmanlı Dövləti ilk dəfə 1543-cü ildə o zaman avstriyalıların tabeçiliyində olan qalanı ələ keçirdilər. 1595-ci ildə Osmanlıların qala təslim etmək məcburiyyətində qalmasından sonra haqqında tarkülər oxunmuşdu.. 1605-ci ildə yenidən tutulan qala, 1683-cü ildə qəti olaraq Osmanlı hakimiyyətindən çıxdı. Günümüzdə bir turist mərkəzidir. Esterqon qalası, 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi idi. Kral IV Bela 1256-cı ildə paytaxtı Buduna köçürtdü və qala din xadimlərinin idarəçiliyinə verildi.
Estoniyada qalaların siyahısı
Estoniya qəsrlərinin siyahısı ― orta əsrlərdə müasir Estoniyanın hüdudları daxilində inşa edilmiş qala və ya qəsr tipli tarixi tikililərin siyahısı.
Faiq Qalayçiyev
Faiq İsrafil oğlu Qalayçiyev (16 dekabr 2001; Kortala, Balakən rayonu - 2 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Faiq Qalayçiyev 2001-ci il dekabrın 16-da Balakən rayonunun Kortala kəndində anadan olub. 2008-2019-cu illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Faiq Qalayçiyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq Qalayçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faiq Qalayçiyev noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Faqnan qalası
Faqnan qalası - Orta əsrlərdə Naxçıvan vilayəti ərazisində XII-XIII əsrlərdə mövcud olmuş əsas qalalardan biridir. Qala haqqında yalnız Həmdullah Qəzvininin "Nüzhət əl-qülub" əsərində məlumata rast gəlinir. Naxçıvanın tarixi coğrafiyasını araşdıran tarix üzrə fəlsfə doktoru Elnur Kəlbizadə H.Qəzvininin adını çəkdiyi dörd qaladan üçünün (Əlincə, Sürməli, Tağmar) lokalizasiyasını aparsa da dördüncü qala olan Faqnan haqqında apardığı araşdırmalar bir nəticə verməmiş, bu səbəbdən də bu qalanın harada yerləşdiyi, hansı məqsədlərlə istifadə olunduğu barədə konkret fikir irəli sürməmişdir. Tədqiqatçı yalnız Culfa rayonunun Gülüstan kəndi yaxınlığında qalıqları qalmış bir gözətçi-istehkam qalasının Faqnan qalası ola biləcəyi ehtimalını bəzi yerli sakinlərə istinadən irəli sürsə də bununla bağlı tarixi faktın olmadığını göstərmişdir. Qala monqolların hücumları nəticəsində dağıdılmışdır. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin birinci yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.
Faras Qalereyası
Varşava Milli Muzeyindəki professor Kazimierz Mixalovski Faras Qalereyası, Nubianın erkən xristian sənətini təqdim edən Varşavadakı Milli Muzeydə daimi bir qalereyadır. Qalereyada professor Kazimierz Mixalovski'nin rəhbərlik etdiyi bir arxeoloji missiya tərəfindən kəşf edilmiş Faras Katedralı'nın unikal divar əsərləri və memarlıq elementlərinin kolleksiyası var. Faras Qalereyasında nümayiş olunan sənət əsərlərinin əksəriyyəti Nubian Kampaniyası olaraq bilinən köhnə Nil hövzəsi mədəniyyətlərinin qalıqlarını qorumaq üçün beynəlxalq səylərdə iştirak edən arxeoloqların sayəsində orada tapıldı.Nubian Kampaniyası 1961-1964–cü illər arasında reallaşdı və UNESCO tərəfindən təşəbbüs edildi. Qazıntılar zamanı arxeoloqlar Sudan-Misir sərhəddinin yanında yerləşən Faras şəhərinin ərazisi daxilində bir-birinin üstünə qoyulmuş yaxşı qorunan ibadət yerlərinin qalıqlarını aşkar etdilər. Binalar VII-XIV əsrlərdən başlayaraq xristian dini mövzularını əks etdirən divar rəsmləri ilə bəzədilib. Divar rəsmlərinin katedral divarlarından çıxarmaq və bunları özəl hazırlanmış ekranlara köçürmək,çatlamanın qarşısını almaq üçün səthin sağlamlaşdırılması və möhkəmləndirilməsi lazım idi.Bunun üçün rəsmlərin üzləri Yapon toxuma kağızı təbəqələri ilə örtülmüş və qalın mum-qatran qarışığı ilə hopdurulmuşdur.Rəsmlərin yuxarı hissələri üzərindəki kətan zolaqları basaraq düzəlirdi.Sonra şəkillər əlavə olundu, gips parçaları bıçaq və mişarlar istifadə edərək divarlardan kəsildi. Çıxarılan şəkillər daha sonra taxta ekranlara köçürüldü. Həddindən artıq gips rəsmlərin arxa hissəsindən çıxarılmalı və rəsmlər gips ilə möhkəmləndirilməli idi.Əsərlər pambıq ədyala bükülmüş, Varşava və Xartumdakı muzeylərə köçürülmüşdür. Orada kompleks bir bərpa prosesi keçib və sərgiyə hazırlanırdılar. Bundan sonra qoruyucu təbəqələr, şəkillərin arxasından orijinal sıva çıxarıldı və nazik (hamısı 2–3 mm) bir təbəqə süni bir arxa plana keçirildi.
Farg Qaləh
Farg Qaləh — İranın Rəzəvi Xorasan ostanının Kaşmər şəhristanı şəhər. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,519 nəfər və 1,411 ailədən ibarət idi.
Fasiya və Qalıq üsulu
Fotoqrafiyada uzun müddətli məruz qalma
Uzun müddətli məruz qalma, vaxta məruz qalma hərəkətli cisimləri bulanıqlaşdırarkən görüntüdəki sabit cisimləri tutaraq çəkmək üçün uzun müddətli çəkiliş sürətini ehtiva edir. Fotoqrafiyada uzun müddətli məruz qalma metodu ənənəvi fotoqrafiyanın tuta bilmədiyi bir amili tutar: Uzun bir müddəti. Parlaq və hərəkət edən cisimlərin trayektoriyaları dəqiq şəkildə görünən hala gəlir - avtomobil işıqları parlaq xətlər çəkər, ulduzlar səmada iz buraxar və su dalğaları hamar görünər. Parlaq cisimlər iz buraxar, qaranlıq cisimlər isə əsasən itir, görüntüdə öz əksini tapmır. Ulduz izi fotoşəkili, Yerin fırlanması səbəbindən gecə səmasında ulduzların görünən hərəkətini çəkmək üçün uzun müddətli məruz qalma metodundan istifadə edilir. Bu texinkada, səhnə çox qaranlıq tutulur, fotoqraf və ya köməkçisi əlinə işıq alır və onu istəyə uyğun olaraq hərəkət etdirir, naxış canlandırır və s. 30 saniyəlik uzun məruz qalma, şəlaləni duman kimi bir görünüşdə göstərərkən bu görüntünün hərəkətsiz elementlərini kəskin şəkildə büruzə verdi. Hovuzdakı fırlanan su isə tam dairələr əmələ gətirir 8 Tips for long exposure photography. Digital Photography School. http://digital-photography-school.com/8-tips-for-long-exposure-photography School of Photography Greenspun, Philip (January 2007).
Foça qalası
Foça qalası və ya Beş qapılar qalası — İzmirin Foça ilçəsindəki bir qaladır. XI və ya XII yüzüllükdə inşa edilmişdir. İzmirə 70 km bir məsafədə yerləşən Foça, İzmirin şimalında Çandarlı və İzmir körfəzi arasında, üç tərəfi dənizlə əhatəli bir yarımada üzərində qurulmuşdur. Qarşısında yerləşən İncir, Oraq Fənər adaları Foçanı əsas bir liman durumuna gətirmişdir. Genuyalılar qalanı Bizanslılardan alaraq yenidən insa etmişdilər. 1455-ci ildə Foçanı alan Osmanlılar, 1538-1539-cu illər arasında qalanın divarlarını təmir etdilər. YUNESKO 2013-cü ildə qalanı Dünya İrsi siyahısına daxil etdi. İzmirə 70 km bir məsafədə yerləşən Foça, İzmirin şimalında Çandarlı və İzmir körfəzi arasında, üç tərəfi dənizlə əhatəli bir yarımada üzərində qurulmuşdur. Qarşısında yerləşən İncir, Oraq Fənər adaları Foçanı əsas bir liman durumuna gətirmişdir.
Frans Qalder
Frans Qalder (alm. Franz Halder‎; 30 iyun 1884[…], Vürtsburq, Bavariya – 2 aprel 1972[…]) — alman hərb xadimi, general-polkovnik, 1938–1942-ci illərdə Vermaxtın quru qoşunları Baş qərargahının (Oberkommando des Heeres) rəisi.
Fəal nüvəli qalaktikalar
Qravitasiyanın təsiri altında olan sistemlər üçün maddənin cazibə mərkəzinə doğru konsentrasiyası xarakteriktdir. Ulduz sistemlərinin –qalaktikalarin mərkəzi oblastlarında bir qayda olaraq nüvə yerləşir. Nüvə ulduzlardan, qazdan və tozdan ibarətdir. Spiral quruluşa malik qalaktikalarda nüvə daha aydın seçilir. Bizim Qalaktikanın nüvəsinin kütləsi bir neçə milyon M ⊙ {\displaystyle M_{\odot }} (Günəş) kütləsi tərtibindədir və o qaz-toz buludu ilə əhatə olunmuşdur. Bu qaz-toz buludu mərkəzdən 150 pk məsafəyə qədər yayılmışdır. Fəal nüvənin özünün ölçüsü 10 pk-dən kiçikdir. Nüvəciyin ölçüsü isə təxminən ~ 10−4 parsekdir. Fəal nüvənin mərkəzi hissəsini "nüvəcik" adlandırırlar. Bəzi qalaktikalar ümumiyyətlə nüvəyə malik deyillər.
Fənərbaxça 6-0 Qalatasaray
"Fənərbaxça" 6–0 "Qalatasaray" — Türkiyə Super Liqasının 6-cı turu çərçivəsində 2002-ci ilin 6 noyabrında baş tutmuş və "Fənərbaxça"nın 6–0 "Qalatasaray" üzərində 6–0 üstünlüyü ilə başa çatan oyun. Oyun Mustafa Çulcunun hakimliyi ilə Fənərbaxça Şükrü Saracoğlu Stadionunda oynanmışdır. Bu oyunla "Fənərbaxça" "Qalatasaray" üzərində ən böyük hesablı qələbəsini qazanmışdır. Qitələrarası derbi adlandırılan bu oyunda "Fənərbaxça"nın qollarına Tuncay Şanlı, Ariel Orteqa, Serhat Akın (2), Ceyhun Əriş və Ümit Özat atmışdır. Oyunun 57-ci dəqiqəsində Ariel Orteqa, 84-cü dəqiqəsində Əmrə Aşık qırmızı kart görmüşdür. Bu oyun Türkiyə Super Liqasının 6-cı turunun keçirildiyi 22 sentyabr 2002-ci il tarixində baş tutmalı idi, lakin həm "Fənərbaxça"nın UEFA Kubokunda "AİK" ilə, həm "Qalatasaray"ın UEFA Çempionlar Liqasında "Lokomativ" Moskva və "Barselona"ya qarşı oyunlarına qarşı 6 noyabra ertələnmişdir.

Digər lüğətlərdə