qar-boranlı
qar-çovğun
OBASTAN VİKİ
Buz
Buz — bərk aqreqat halında olan su, mineral. Bəzən buz dedikdə bərk aqreqat halında olan maddələr də nəzərdə tutulur. Məsələn, quru buz, ammiak buzu və ya metan buzu. == Buzun sürüşkənliyi == Buz hamar bir səth olduğu üçün düşünüldüyü kimi sürüşkən deyil. Bu vəziyyət belədir, buz konkisinin çox kiçik səthinə olan təzyiq nəticəsində toxunduğu yerdəki buz əriyir və konki bu nazik su təbəqəsi üzərində hərəkət edir. (Ucu iti bıçaq kimi olan konkilərin sahəsi buza o qədər kiçik toxunur ki, buzun səthini dərhal əridir, ərimə temperaturunu 1 °C azaltmaq üçün tam olaraq 130 kq/sm2 tələb olunur.) == Su buzunun əsas xüsusiyyətləri == Hazırda üç amorf və 15 kristal formalı buz modifikasiyası məlumdur. Təbii şəkildə Yerdə buz ancaq bir kristal modifikasiyada, geksoqonal sinqoniya (Buz Ih) şəklində mövcuddur. Ih buzunda hər Н2O molekulu eyni məsafədə yerləşən dörd molekulla əhatə edilir. Bu məsafə 2,76 Å-yə bərabərdir və düz tetraderin zirvəsində yerləşir. Buzun sıxlığı 0 °C-də 916,7 kq/m³-dir, bu isə suyun (999,8 kq/m³) sıxlığından azdır.
Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. == Qar növləri == Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Buz generatoru
Buz generatoru — sudan süni buz almaq üçün soyuducu qurğu. Buz generatorunda müxtəlif formalı (kub, blok, tava, kristal) və ölçülü texniki və qida buzu hazırlanır. Buz generatoruları iki tipə ayrılır. Birinci tip bilavasitə (birbaşa) soyuduculu Buz generatorunda buz buxarlandırıcı aparatın səthində dondurulur. İkinci tip Buz generatorunda buz qəlibləri –10 °C-dən –12°C-yədək temperaturda sirkulyasiya edən duz məhlulu vasitəsilə soyudulur. Borulu, pulcuqlu və qarlı (kristal) buz yaradan Buz generatoruları daha intensivdir, onlarda buz qəlibləri olmur. Suyu təbəqə-təbəqə fasiləsiz dondurmaqla buz alınır; bu, donmuş səth vahidindən daha çox buz almağa imkan verir. Belə Buz generatorunun məhsuldarlığı sutkada 40 t-a çatır.
Buz nəhəngi
Buz nəhəngi — i əsasən, karbon, oksigen azot və kükürd kimi hidrogen və heliumdan daha ağır elementlərdən ibarət nəhəng planetdir. Günəş sistemində iki buz nəhəngi var: Uran və Neptun. Astrofizikada və planetar elmdə "buzlar" termini müvafiq olaraq donma nöqtələri 273 K (0°C), 195 K (-78°C) və 91 K (-182°C) olan su, ammonyak və ya metan kimi təxminən 100 K-dən yuxarı donma nöqtələrinə malik uçucu kimyəvi birləşmələrə aiddir (bax Uçucu maddələr). 1990-cı illərdə Uran və Neptunun, əsasən hidrogen və heliumdan ibarət qaz nəhəngləri olan digər nəhəng planetlərdən, Yupiter və Saturndan ayrı nəhəng planetlər sinfi olduğu müəyyən edilmişdir.
Buz səhrası
Buz səhrası == Buz səhra == Buz Səhra soyuq səhranın bir növü. Buz səhrası bitki örtüyünün olmaması, havanın alçaq temperaturu və mümkün fizioloji rütubətin çatışmaması ilə izah edilir. Buzlağın geniş məskəni olan Antarktida çox sayda buz var.
Buz şəlaləsi
Buz şəlaləsi – buzlaq yatağının çox meyilli olduğu yerdə buzlağın parçalanıb yarıqlar və pillələr əmələ gətirdiyi hissədir. .
Meyvəli buz
Meyvəli buz-Soyuq desert olub, donmuş içəcəkdən hazırlanır. Bəzən çay və ya meyvəli içəçəklərdən istifadə edilir. == Haqqında == Meyvəli buzu hazırlayan zaman mayenin donması üçün çubuqun ətrafına dolanır. Bəzən rəngləşdiricilərdən də qatırlar. Bəzi növ meyvəli buzlar isə stakana qoyulur, çubuqlar isə yanına qoyulur. == Tarixi == İlk dəfə meyvəli buz 1905-ci ildə hazırlanıb. 11 yaşlı San-Fransiskolu Frenk İpperson stakanda qazlı suyu içərisindəki taxta qaşıqla unudub qoyub. Gecə temperaturun aşağı düşməsi ilə stakanda olan qazlı su donmuş və Frenk onu səhəri gün aşarlayır. O əvvəl buzu əritmək istəyir və qaşıqdan tutaraq onu çıxarır. Sonra eləcə yeyir.
Quru buz
Quru buz - quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında. Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m³-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır.
Ölü buz
İtalyansayağı buz
İtalyansayağı buz — soyuq desertdir. == Hazırlanması == Bu buzu hazırlamaq üçün sirop smesindən və meyvəli puredən istifadə olunur. Bunu hazırlamaq üçün müxtəlif növ sirop və meyvədən istifadə etmək olar. Buz üçün lazım olan bütün komponentlər adrıcıl olaraq blenderə qatılır və pure halına salınır və bundan sonra onu soyuducuya qoyulur. İtalsayağı buzun miqdarı ona əlavə edəcəyimiz məhsullardan asılıdır. Bəzən "hurman italsayağı buz" adına rast gəlirik. Onun italiyansağı buzdan fərqi onun hazırlamasında iki məhsuldan istifadə edilir. Həmçinin ona albalı, kokos, limon şirəsi əlavə edilir. Bununla yanaşı şokolad ,portağalda əlavə edilə bilər. İtalyan buzu Filadelfiyada "su buzu" olaraq da tanınır.
Buz Kralı
Buz Kralı (həmçinin Saymon Petrikov kimi bilinir) — "Macəra zamanı" cizgi serialındakı personajlardan biri. Tom Kenni tərəfindən səsləndirilmişdir. Başlanğıcda personaj həmişə şahzadələri ələ keçirməyə çalışan pis niyyətli bir sehrbaz kimi təqdim edildi. Növbəti mövsümlərdə məlum oldu ki, onun bu cür şeylər etməsinin səbəbi ona buz güclər qazandıran başına taxtığı tacdır. Üçüncü mövsümdə onun bir vaxtlar Saymon Petrikov adlı normal insan olduğu və tac taxdıqdan sonra dəli olduğu üzə çıxır.
Xarbin beynəlxalq buz və qar heykəlı festivalı
Xarbin beynəlxalq buz və qar heykəlı festivalı — hər il yanvarın 5-dən fevralın 25-dək Çinin Xarbin şəhərində keçirilir.Dünyanın ən böyük buz heykəli festivalı hesab olunur.Dünyanın müxtəlif yerlərindən festivala gələn sənətkarlar öz əsərlərini hazırlamaq üçün Sunqari çayından istifadə edirlər. == Tarixi == Xarbin festivalı ilk dəfə 1963-cü ildə keçirilib.Lakin 1985-ci ildən daimi olaraq keçilir. 2014-cü ildə festivalın 30 illik yubileyi keçirilmişdir.
Harbin Beynəlxalq Buz və Qar Heykəlı Festivalı
Xarbin beynəlxalq buz və qar heykəlı festivalı — hər il yanvarın 5-dən fevralın 25-dək Çinin Xarbin şəhərində keçirilir.Dünyanın ən böyük buz heykəli festivalı hesab olunur.Dünyanın müxtəlif yerlərindən festivala gələn sənətkarlar öz əsərlərini hazırlamaq üçün Sunqari çayından istifadə edirlər. == Tarixi == Xarbin festivalı ilk dəfə 1963-cü ildə keçirilib.Lakin 1985-ci ildən daimi olaraq keçilir. 2014-cü ildə festivalın 30 illik yubileyi keçirilmişdir.
Kadenak-Qar
Kadenak-Qar (fr. Capdenac-Gare, oks. Capdenac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12052. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 50 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 4553 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2631 nəfər (15-64 yaş arasında) arasında 1879 nəfər iqtisadi fəal, 752 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə 67.5%) olmuşdur.
Qar (departament)
Gar (fr. Gard) — Fransanın cənubundakı Oksitaniya bölgəsinin departamentlərindən biri. Adını öz ərazisindən keçən Qar çayından götürmüşdür. Sıra nömrəsi — 30. İnzibati mərkəzi — Nim. Əhalisi — 726.285 nəfər (departamentlər arasında 33-cü yer, məlumatlar 2010-cu il). == Coğrafiyası == Sahəsi — 5853 km². Departamentə 3 rayon, 46 kanton və 353 kommun daxildir. == Tarixi == Orta əsrlərdə ərazi romalılar tərəfindən məskunlaşmışdı. Hətta buradan Via Domitsia yolu da keçirdi.
Qar (dəqiqləşdirmə)
Qar
Qar (roman)
Qar (tur. Kar ) - Orxan Pamuk “Qar” romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəl­diyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü il­də ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdır. Orxan Pamuk: "Bu, mənim yetərincə çox səs-küy qopartmış ilk və son siyasi romanımdır...." == Məzmunu == Yazıçının türk dilində yazdığı romanda əsərin əsas ideyası ilə bağlı tez-tez istifadə etdiyi “Ka” (əsərin əsas qəhrəmanı), “Kar” (əsərin adı və əsas ideyası), “Kars” (hadisələrin cərəyanetdiyi məkan) sözlərinin ahəngi oxucunun diqqətini ilk dəqiqələrdən özünə cəlb edir. On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Tür­kiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər. Ağır-ağır, həzin-həzin yağan qarın al­tında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə ya­xın­dan tanış olur. Qars tarix boyu dəfələrlə baş vermiş Rus-Türk müharibələrində əldən-əldən keçmişdir. Rusların Ağ dənizə çıxış, türklərin isə Sovetlər Birliyinə bağlanış nöqtəsi kimi bu şəhərin özünəməxsus taleyi var. Qars özündə Şərq və Qərb mədəniyyətlərini birləşdirir. Bu şəhər müxtəlif etnik qurupların: türklərin, kürdlərin, azərilərin, almanların, ermənilərin və s.yaşadığı məkandır.
Qar adamı
Qar adamı, yeti, saskvoç və ya biqfut (ing. big - böyük, foot - ayaq) — Yerin müxtəlif hündür dağ və meşə ərazilərində rast gəlinən , əfsanəvi varlıqdır. Bir çoxları onu gördüklərini desələr də , amma hələ onun mövcudluğunun tam təsdiqi tapılmayıb. Fikirlər var ki, bu müqəddəs(bəzi yerlərdə elə sayılır) hominid məməlilərə aid olan, insanların əcdadlarından qalmış, primatlar dəstəsinin insan növünə aiddir. Karl Linney onu Homo troglodytes (mağara adamı) kimi təyin etmişdir. == Xarici görünüşü == Fərziyyələrə və təsdiqini tapmamış faktlara görə qar adamları müasir insanlardan möhkəm bədən quruluşu , kəllənin şiş formalı olması, bir qədər uzun əllləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır.
Qar adası
Qar adası (ərəb. جزيرة قارو‎) — Küveytə məxsus olan 9 adadan ən kiçiyi. Adanın sahəsi 3.5 ha, uzunluğu 275 m, eni isə 175 m təşkil edir. Sahildən 37,5 km, Umm-əl-Maradim adasından isə 17,5 km aralıda yerləşir. Hər iki adanı 1977-ci ildə Səudiyyə Ərəbistanı işğal etmişdir. Onlar yerli əhalini və Küveyt ordusunu çıxartmağa müvəffəq olmuşlar. Körfəz müharibəsi zamanı İraqdan azad olunan ilk Küveyt torpağı olmuşdur (21 yanvar 1991).
Qar balinaquşu
Qar balinaquşu (Pachyptila turtur) — Fırtınaquşular fəsiləsinə daxil olan növ.. == Görünüşü == Uzunluğu 28 sm, qanadları arasında məsafə 55–60 sm-ə malikdir. Fırtınaquşular fədiləsinə daxil olan kiçik növdür. Üts hissəsi qara olur. Ön hissəsi isə ağdır. Zəif ayaqlara sahib olması səbəbindən quru sahəsində hərəkəti olduqca zəifdir. == Yayılması == Qar balinaquşu ömrünün böyük qismini dənizdə keçirir. Koloniyaların yuva qurduğu bölgələr: Çatem adaları, Sners adaları, Antipodov adaları, Folklend adaları, Prins-Eduard adaları, Kroze adaları, Kroze adaları, Bass boğazı adaları və Makkuori adası. == Xüsusiyyətləri == Quşlar gecə vaxtları su üzərində kiçik canlıları ovlayırlar. Onlar balıqçı qayıq və gəmilərini daim qidə məqsədi ilə izləyirlər.
Qar uçqunu
Qar uçqunu və ya Çığ— dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qopması və sürüşərək hərəkət edərkən kiçik qar hissələrinin böyüyüb nəhəng qar topasına çevrilməsi ilə digər obyektləri özü ilə aparması. Qar uçqunları iki növdə olur: quru (qış)qar uçqunu və yaş (yaz)qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80-100 m/san, yaş qar uçqununun sürəti isə 10-20 m/san olur. == Qar uçqunlarının yaranmasının səbəbləri == Qar uçqunlarının başvermə səbəbləri müxtəlifdir. Bu səbəblərdən ən başlıcası qarın aşağı laylarında təzyiqlə əlaqədar temperaturun qalxması, yaxud havanın temperaturunun artması ilə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir.Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40-50 sm-dən artıq olduqda baş verir. Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış işləri, sürüşmələr böyük rol oynayır. Yamaclarda insanın fəaliyyəti də qar uçqununa səbəb ola bilir. Yamaclarda meşə və kolluqların qırılması, intensiv mal-qara otarılaraq çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar və.s qar uçqunlarına təsir edən canlı faktorlardır. Qar uçqunlarının həcmi bir neçə milyon kubmetrə çata bilər. Qar uçqunları fəlakətli güclü dağıdıcı və ölüm hadisələrinə də səbəb olur.
Qar xədicəgülü
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Qar xətti
Qar xətti — il ərzində düşən atmosfer yağıntısının hətta yayda belə əriməyə imkan tapmadığı xətt. Qar xətti ərazinin iqlim xüsusiyyətlərinin təsiri altında formalaşır. Həmçinin relyef xüsusiyyətlərindən də asılıdır. Qar xətti soyuq və rütubətli rayonlarda enir. Orta temperaturlu və quraq olan ərazilərdə yüksəlir. Antarktikada qar xətti dəniz səviyyəsinə qədər enir. Arktikada dəniz səviyyəsinin bir neçə yüz metrliyində yerləşmişdir. Ən hündür qarxətti tropik və subtropik rayonlarda (6500 m-ə qədər Tibet yaylasında və Cənubi Amerikadakı And dağlarında), ekvatorda (4400 m-ə çatır) müşahidə olunur. Dağ yamacının istiqaməti də qar xəttinə təsir göstərir. Belə ki, dağın gün tutan yamacında qar xətti daha hündürdən keçir.
Qar yağışı
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. == Qar növləri == Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Qar örtüyü
Qar örtüyü — Qış yağmurları əksər halda qar şəklində düşür. Qış zamanı yağan qar orta və yüksək enliklərdə uzun müddət müxtəlif qalınlıqda qalır. Qar örtüyü havanın və torpağın rütubət və istilik balansında böyük əhəmiyyətə malikdir. == Qar örtüyü == Mənfi temperaturda yer səthinə yağan qar qar örtüyü əmələ gətirir. Ucqar şimalda qar örtüyü 9–10 ay yerdə qalır, Azərbaycanda isə düzən və dağətəyi zonada demək olar ki, dayanıqlı qar örtüyü olmur. Qar örtüyünün vəziyyəti onun hündürlüyü, sıxlığı və yerdə qalma səciyyəsi ilə müəyyən olunur. Qar örtüyünün hündürlüyü yağan qarın miqdarı və sıxlığı ilə şərtləndirilir. Qar örtüyünün sıxlığı isə nümunə üçün götürülmüş qar kütləsinin onun həcminə olan nisbətinə deyilir. O, 0,01q/sm3 — dan (təzə yağan qar) 0,60q/sm3 — a (yerdə qalaraq əriməyə başlayan)qədər dəyişir. Qar örtüyünün yerdə qalma xarakteri relyefdən, səthin növündən və küləyin sürətindən asılıdır.