qardaş məzarı

common grave братская могила
qarayanız
qardaşım sənsən
OBASTAN VİKİ
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Atəşböcəklərinin məzarı
Grave of the Fireflies və ya Yaponiyada tanınan adı ilə Hotaru no Haka (火垂るの墓, azərb. Atəşböcəklərinin məzarı‎) – İsao Takahatanın rejissorluğu və ssenaristliyi ilə 1988-ci ildə çəkilən anime filmi. Film anime studiyası Studio Ghibli-nin məhsuludur. Anime filmi Akiyuki Nosakanın eyni adlı romanının motivləri əsasında çəkilmişdir. Belə ki Akiyuki Nosaka bu romanı İkinci dünya müharibəsi zamanı aclıqdan ölmüş bacısının həyat hekayəsini ondan üzr istəmək niyyəti ilə qələmə almışdır. Anime filmi kinotənqidçilər tərəfindən müsbət rəy almışdır və müharibə mövzusunda çəkilmiş ən təsiredici filmlərdən sayılır. Rocer Ebert filmi indiyə kimi ən güclü antimüharibə mövzusunda çəkilmiş dram filmlərindən biri olduğunu bildirib və 2000-ci ildə özünün "Great Movies" adlı film listinə daxil etmişdir. Hadisələr İkinci dünya müharibəsinin sonlarına yaxın Yaponiyada baş verir.Film iki uşağın — 14 yaşlı Seita və 4 yaşlı Setsukonun həyatından bəhs edir. Film Seytanın 21 sentyabr 1945-ci ildə Sannomiya stansiyasında, qaranlıqda bir küncdə ölməsi ilə başlayır. Cəsədin ölüb-ölməməsini yoxlayan xidmətçilərdən biri onun cibindən Sakuma drops qutusu tapır və qutunun nə olduğunu anlamadan onu stansiyadan kənara atır.
Məğlubedilməzlərin məzarı
Məğlubedilməzlərin məzarı (mak. Могила на непобедените) — Şimali Makedoniya, Prilepdə II Dünya Müharibəsi xatrəsidir. Abidə kompleksi 1961-ci ildə Makedoniyadakı Xalq Qurtuluş Mübarizəsinin şəhid və döyüşçülərinin şərəfinə inşa edilmişdir. Xatirə kompleksinin müəllifi serbiyalı memar Boqdan Boqdanoviçdir. Kompleks əsgərlərin küp qəbirləri və ümumi məzarlarından ibarətdir. Küpşəkilli qəbirlər mərmərdən tikilib və antik dövrdəkiləri xatırladır. Kompleksdəki ən böyük belə məzar üstündə əbədi alov simvoluna malikdir, bu Makedoniya xalqının azadlıq uğrunda mübarizəsinin rəmzidir. Kompleksin ikinci hissəsində Prilepdən və qonşu yerlərdən ölən 462 partizan döyüşçünün qalıqlarını özündə cəmləşdirən gizli sərdabə var. Buradakı mərmər sütunlara həmin şəxslərin adları yazılmışdır. Xatirə kompleksi üzərindəki tikinti işləri 2007-ci ildən 2008-ci ilə qədər dəvam etmişdir.
Yulii məzarı
Yulii məzarı (it. Tomba di Julii) və ya Mavzoley "M" - Müqəddəs Pyotr bazilikasının altında yerləşən Vatikan nekropolunda məzardır. Məzarın tağı altında məşhur mozaika aşkarlanmışdır. Mozaikada Helios (Roma panteonunda Sol İnvuktus) öz təkərli arabasında təsvir edilib. Mozaikda tanrı panteist dünyagörüşü üçün ənənəvi olmayan üzüm yarpaqları arasında təsvir edilib ki, bu da İohannın İncili 15.1 təsvirinə uyğun gəlir. Mozaik, III əsrin sonları IV əsrin əvvəllərinə aid edilir. Bu məzardan aşkarlanmış digər mozaikalarda İona və kit, quzunu daşıyan yaxşı çoban (Kriofor mövzusu) və balıqçıların təsvir edilməsi məzarın xristiana məxsus olmasını ehtimal etməyə əsas vermişdir. Beckwith, John 1979. Early Christian and Byzantine Art (Yale University Press): 19 Perler, Othmar 1953, Die Mosaiken der Juliergruft im Vatikan (Universitätsverlag): 34-36 Weitzmann, Kurt, ed., Age of spirituality: late antique and early Christian art, third to seventh century, no.
Avşalomun məzarı
Avşalomun məzarı — həmçinin Avşalomun Sütunu adlanır, Qüdsdəki Kidron vadisində, Türbədən bir neçə metr aralıda yerləşən konusvari damı olan qədim monumental qayaüstü qəbirdir. Zəkəriyyə və Benei Hezir türbəsi. Ənənəvi olaraq İsrail padşahı Davudun üsyankar oğlu Avşaloma aid edilsə də (təxminən eramızdan əvvəl 1000-ci il), son tədqiqatlar onu eramızın 1-ci əsrinə aid edir. Türbə təkcə öz başına bir dəfn quruluşu deyil, yuxarı hissəsi aşağı hissəsindəki türbə üçün nəfəs (cənazə abidəsi) funksiyasını yerinə yetirir, lakin yəqin ki, o, həm də ona bitişik olan dəfn mağara sistemi üçün nəfəs kimi nəzərdə tutulmuşdur. Yehoşafatın mağarası və ya türbəsi, onunla eyni vaxtda və vahid plan əsasında tikilmiş bir varlıq təşkil edir. Müstəqil abidədə üç dəfn yeri olan bir dəfn kamerası var. Kamera abidənin möhkəm alt hissəsindən oyulmuşdur, lakin ona yalnız yuxarı hissədən tikilmiş giriş və pilləkən vasitəsilə daxil olmaq olar. Alt seqmentin qayadan kəsilmiş təbiəti və finialın üslubu nəzərə alınmaqla, o, Petra ilə müqayisə edilmişdir. ​ İstifadə olunan memarlıq üslublarının təhlili göstərir ki, abidənin tikintisi və onun ilk istifadə mərhələsi eramızın I əsrinə təsadüf edir. Abidəyə açılan qeyri-düzgün formalı dəliklər daha sonrakı tarixə, ehtimal ki, Bizans dövrünə aiddir.
Böyük Qardaş
Böyük Qardaş (ing. Big Brother) — Corc Oruellin "1984" romanının personajı, Okeaniya dövlətinin və "İngsos" partiyasının lideri. Oruellin təsvir etdiyi cəmiyyətdə bütün vətəndaşlar dövlətin daimi nəzarəti altındadırlar. Bu nəzarət əsasən teleekranlar vasitəsilə həyata keçirilir. İnsanlar daim "Böyük Qardaş sizi izləyir" ifadəsi ilə bu barədə xəbərdar edilirlər. "Böyük Qardaş" termini vətəndaş azadlıqlarının məhdudlaşdırılması, əsasən isə kütləvi nəzarət məqsədilə dövlətin inzibati gücündən sui-istifadə edilməsini bildirməklə bir çox dillərin lüğətlərinə daxil olmuşdur. == Şəxsiyyəti == Teleekranlarda Böyük Qardaş Okeaniyanın mütləq rəhbəri kimi ön plana çıxır. Lakin, Böyük Qardaşın həqiqətən mövcud olması, yaxud təbliğatın yaratdığı obraz olması naməlum qalır. Əsərin baş qəhrəmanı Vinston Smit partiyanın agenti O`Brayenə verdiyi "O da mənim mövcud olduğum şəkildə mövcuddurmu" sualına "Siz mövcud deyilsiniz. … Böyük Qardaş partiyanın təcəssümü kimi mövcuddur və ölümsüzdür." cavabını alır.
Qardaş payı
Qardaş payı — rejissor Səlcuq Aydəmirin komediya janrında çəkdiyi film. NTC media tərəfindən hazırlanmış filmin ilk seriyası 13 fevral 2014-cü ildə Star TV də göstərildi. Filmin ilk mövsümünün rejissoru Səlcuq Aydəmir olmuşdur. 22 seriyadan sonra 7 avqust 2017-ci ildə filmin ilk mövsümü bitmişdir. Filmin ikinci mövsümü 29 yanvar 2015-ci ildə başlamış və 30 aprel 2015 tarixinədək 35 seriyası nümayiş olunmuşdur. Filmin baş rollarında Əhməd Kural, Murad Cəmcir və Seda Bakan oynamışlar. Film iki mühəndis qardaşın dünyanı xilas edəcək bir qurğunun icadı xəyalından bəhs edir. Metin , Ali və Feyza Özdemir qardaşları dünyanı xilas edəcək olan borla çalışan bir motor ixtira edəcəklərdir. Bu motorun həqiqi ixtiraçısı ataları olan Tahsin Özdemirdir. Ancaq 13-cü seriyada ataları öldüyündən işləri qarışmışdır.
Qardaş qətli
Qardaş qətli — Frans Kafkanın müəllifi olduğu qısa hekayədir. Bu hekayə 1917-ci ildə ilkin formada "Qətl" adı altında "Kənd həkimi" kitabında çap olunmuşdur. Hekayədə qatil Şmar və onun qurbanı Vese arasında olan bir kriminal hadisədən söhbət gedir. Şmar öz qurbanı Veseni onun iş yeri ilə evi arasında olan yolda izləyir. Şmar onunla danışır, qatilin öz qurbanını yaxşı tanıdığı aydındır, sonra o Veseni bıçaqla vurur. Qatil əvvəl və cinayət zamanı həyəcanlı olur, titrəyən səslə danışır. Qətl hadisəsi onu özündən çıxarır. Hadisə zamanı cəsəd onda elə də bir təsir yaratmır. Başqa birisi, Pallas adlı şəxs hadisəni kənardan müşahidə edir. Hadisədən xəbər tutan, Vesenin arvadı qətlə yetirilmiş ərinə tərəf tələsir.
Qardaş şəhər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır. 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
Qardaş şəhərlər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır. 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
Bajrangi qardaş
Bajrangi qardaş (Rom: Bajrangi Bhaijaan) — ssenarist V. Vijayendra Prasadın orijinal hekayəsi əsasında Kabir Xanın ssenarisini yazdığı və rejissoru olduğu və Salman Xan ilə Rockline Venkateshin müştərək prodüseri olduqları 2015-ci ildə hind dilində çəkilmiş komediya-dram filmidir. Filmdə baş rollarda Salman Xan ilə filmlərdəki birinci (debütant) rolu olan Harşaali Malhotra, həmçinin də Nəvazuddin Siddiqi ilə Karina Kapur iştirak edir. Filmdə 6 yaşlı pakistanlı lal müsəlman qızı öz vətəninə götürmək üçün səyahətə çıxan hindu tanrısı Hanumanın fədaisi Pawan Kumar Çaturvedinin hekayəsindən bəhs edilir. Filmin axırında Hindistanda anasından ayrılan Şahidə doğma şəhərinə qaytarılır.
Superhit qardaş
Superhit qardaş (hindcə:भैयाजी सुपरहिट(Bhaiaji Superhit)) — 2018-ci ildə Nirac Pathak tərəfindən çəkilən Hindistan komediya filmidir. Filmdə baş rolları Sanni Deol və Priti Zinta oynayır. Priti Zinta 7 illik aradan sonra ilk dəfə bu filmə çəkilmişdi. Bənarəsdə yaşayan Lal Bhayşap Dubey hind filmlərinin xəstəsidir. Ən böyük arzusu ölkəsinin superhiti olmasıdır. Bir dəfə o, sindrom yaşayır və özünü superhit hesab edir. Dubeyin qardaşları rejissor Qoldi Kapur və yazar Tarun Qoş onun yanına gəlirlər və bu sindroma qalib gəlməsi üçün əllərindən gələni edirlər. Lakin, sonra görürlər ki, alınmır, əla bir oyuna başlayırlar. Bu oyuna Dubeyin arvadı Sapnanı da alət edirlər. Bu zaman Dubey elə bilir ki, Sapna Priti Zintadır.
2-Kamal məzarı
İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi Türbə haqqında hazırlanmış sənədli film. fars.
Müqəddəs Pyotrun məzarı
Müqəddəs Pyotrun məzarı Müqəddəs Pyotr bazilikasının altında yerləşən və Vatikan hakimiyyəti tərəfindən Müqəddəs Pyotrun məzarının əbədiləşdirilməsi üçün inşa edildiyi bildirilən abidə kompleksidir. Müqəddəs Pyotrun məzarı b.e. 130–300-cü illəri arasındakı dövrə aid edilən yeraltı mavzoleylər kompleksinin qərbində yerləşir. I Konstantinin hakimiyyəti dövründə, təxminən 330-cu illərdə birinci Müqəddəs Pyotr bazilikasının inşası zamanı, binanın təməli üçün yer açmaq üçün kompleksin bəzi hissələri dağıdılmışdır. XII Piyin göstərişi ilə 1950-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı II əsrə aid məzarlardan çoxsaylı insan sümükləri aşkarlansa da, onlardan hər hansı birinin Müqəddəs Pyotra aid olması dəqiqliklə təsbit edilməmişdir. Abidə altında yerləşən ikinci məzarın tədqiq edilməsindən sonra VI Pavel 26 iyun 1968-ci ildə Müqəddəs Pyotrun relikviyalarının aşkarlandığını elan etmişdir. Kilsənin bildirdiyinə görə Müqəddəs Pyutrun məzarı döşəmə altındakı edikulanın içində yerləşir. Bu məzardan Müqəddəs Pyotrdan başqa daha dörd nəfərin və bir neçə ev heyvanının sümükləri aşkarlanmışdır. 1953-cü ildə erkən arxeoloji tədqiqatların sonunda divarın şimal tərəfində (qraffiti divarı) daha bir qrup sümüklər aşkarlasa da, arxeoloqların xəbəri olmadan həmin sümüklər yoxa çıxmışdır. Sonrakı tədqiqatlar göstəmişdir ki, sümüklər 60–70 yaşlarında bir kişiyə məxsusdur.
Naməlum əsgər məzarı
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Qazan xanın məzarı
Qazan xanın məzarı — Burla xatun və Dədə Qorqud kimi Qazan xanın da məzarı Azərbaycan ərazisindədir. Onun məzarı qədim dövrlərdən ziyarətgah kimi məşhur olub. Qazan xanın məzarı Təbriz yaxınlığında, Acdərə çayının sahilində yerləşib. Məzrı məşhur səyyah Adam Oleari ziyarət edib.
Toskanalı Matildanın məzarı
Toskanalı Matildanın məzarı — İtaliya heykəltaraşı Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş və başqa sənətkarlar tərəfindən icra olunmuş geniş çoxfiqurlu abidədir. Abidənin hazırlanması 1633-cü ildə Roma Papası VIII Urban tərəfindən sifariş edilmiş və Vatikandakı Müqəddəs Pyotr bazilikasında quraşdırılmışdır. Abidə indi də ilkin quraşdırıldığı yerdə qalmaqdadır. Abidənin son hissələri 1644-cü ildə tamamlanmışdır. Baldinucci, Filippo. The Life of Bernini. University Park: Pennsylvania State University Press. 2006 [1682]. ISBN 9780271730769. Bernini, Domenico.
VII Aleksandrın məzarı
VII Aleksandrın məzarı (it. Sepolcro di Alessandro VII) — Covanni Lorenso Bernini tərəfindən dizayn və qismən icra edilmiş qəbirüstü xatirə abidəsidir. Abidə Vatikandakı Müqəddəs Pyotr bazilikasının cənub qanadında yerləşir. Abidə Papa VII Aleksandrın özü tərəfindən sifariş edilmişdir. Lakin, abidənin quraşdırılmasına 1671-ci ilə kimi başlanılmamış və o, 1678-ci ildə, Papanın ölümündən on bir il sonra tamamlanmışdır. Bu əsər həyatının son dövrlərində 81 yaşlı Berninin aldığı ən böyük sifariş idi. Heykəlin tamamlanmasından sonra 1680-ci ildə ustad sənətkar vəfat etmişdir. Pontifikliyinin əvvəllərində Aleksandr başa düşür ki, xatirəsini ölümsüzləşdirmək üçün monumental məzarüstü abidəyə ehtiyacı var; xələfləri kimi, o da abidənin hazırlanmasını məşhur sənətkar Berniniyə həvalə edir. Papanın gündəliyində abidə ilk dəfə 9 avqust 1656-cı ildə qeyd edilir. Papann ölümündən sonra abidənin icrası və xərclərinin ödənilməsinə onun qardaşı oğlu Kardinal Flavio Kici nəzarət edir.
Makedoniyalı İsgəndərin məzarı
Makedoniyalı İsgəndərin məzarı bir neçə tarixi məlumatda təsdiqlənir, lakin onun indiki dəqiq yeri hələ də sirr olaraq qalır. Makedoniyalı İsgəndər Babildə vəfat etdikdən sonra cəsədi əvvəlcə hərbi rəhbərlərindən biri olan I Ptolemey tərəfindən Memfisdə dəfn edildi. Daha sonra II Ptolemeyin cənazəni İsgəndəriyyəyə köçürdüyü və məzarın, burada ən azı Son Antik dövrə qədər qaldığı məlumdur. Tarixi mənbələrdə Yuli Sezar, Kleopatra və Oktavian Avqust və digər önəmli şəxslərin, antik dövrdə İsgəndəriyyədə İsgəndərin məzarını ziyarət etdikləri qeyd olunur. Lakin məzarın sonrakı taleyi məlum deyil və 4-cü və ya 5-ci əsrlərdə dağıdılmış olma ehtimalı var. 19-cu əsrdən bəri İsgəndərin İsgəndəriyyədəki məzarının yerini müəyyən etmək üçün yüzdən çox rəsmi cəhd edilmişdir. Kurtius Rufus və tarixçi Yustinin dediyinə görə, İsgəndər ölümündən bir müddət əvvəl Sivədəki Amon məbədində dəfn edilməsini xahiş edib. Çünki İsgəndər Amonun oğlu kimi xatırlanmasını və qəbul edilməsini istəyirdi və əsl atasının yanında dəfn olunmaq istəməmişdi. İsgəndərin cəsədi Siciliyalı Diodorun dediyinə görə, bədənə bərkidilmiş döyülmüş qızıl tabuta qoyulmuşdu. Tabut haqqında Strabonun və Kurtius Rufusun da tarixçələrində bəhs olunur.
"Qardaş köməyi" toplusu
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi. Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
"Qardaş köməyi" təşkilatı
"Qardaş köməyi" təşkilatı — ictimai təşkilat. Birinci dünya müharibəsi (1914-1918) illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərirdi. Təşkilatın Bakı şöbəsi Nargin adasında saxlanılan türk əsirlərinin azad olunmasında böyük şücaət göstərmişdir. Belə ki, gecələr kiçik qayıqlarda Nargin adasına yan alan azərbaycanlılar yüzlərlə əsiri azad edib Türkiyəyə yola salmağa nail olmuşdular. Əsirlərin bəziləri vətənlərinə qayıtmaqdan imtina edərək, Azərbaycanı özlərinə vətən seçmişdilər. O cümlədən, iki türk əsiri azad olunduqdan sonra Mərdəkanda qalmış, ailə qurmuş və XX əsrin sonlarınadək yaşamışlar. Onların törəmələri Mərdəkanda böyük bir nəsil halında yaşamaqdadır. Nağı Şeyxzamanlının verdiyi məlumata görə, təşkilat "Qardaş köməyi" adlı jurnal da nəşr etdirmişdir.
Qardaş (film, 2000)
Qardaş — Takeşi Kitano filmi.
Qardaş Köməyi Təşkilatı
"Qardaş köməyi" təşkilatı — ictimai təşkilat. Birinci dünya müharibəsi (1914-1918) illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərirdi. Təşkilatın Bakı şöbəsi Nargin adasında saxlanılan türk əsirlərinin azad olunmasında böyük şücaət göstərmişdir. Belə ki, gecələr kiçik qayıqlarda Nargin adasına yan alan azərbaycanlılar yüzlərlə əsiri azad edib Türkiyəyə yola salmağa nail olmuşdular. Əsirlərin bəziləri vətənlərinə qayıtmaqdan imtina edərək, Azərbaycanı özlərinə vətən seçmişdilər. O cümlədən, iki türk əsiri azad olunduqdan sonra Mərdəkanda qalmış, ailə qurmuş və XX əsrin sonlarınadək yaşamışlar. Onların törəmələri Mərdəkanda böyük bir nəsil halında yaşamaqdadır. Nağı Şeyxzamanlının verdiyi məlumata görə, təşkilat "Qardaş köməyi" adlı jurnal da nəşr etdirmişdir.
Üç qardaş (Riqa)
Üç qardaş (latış. Trīs brāļi‎; alm. Drei Brüder‎) — memarlıq abidəsi,Riqanın mərkəzində, Mazā Pils (Kiçik qala) küçəsində yerləşir. Riqanın orta əsr memarlığının tipik nümunəsidir. Üç qardaşlar 1955–1957-ci illərdə Peteris Saulitisin layihəsi əsasında bərpa olunmuşdu. Yaradılmış memarlıq kompleksinin birləşdirilmiş həyətinin brandmauer divarlarına daş portal və 1554-cü ilə aid gerb quraşdırılmışdı. Ən böyük qardaş (Ağ qardaş) XV əsrin sonunda — XVI əsrin əvvəllərində, 1490-cı ildə inşa olunmuşdu. Binanın xarakterik qotik nişalı pilləli frontonu, fasadında isə intibah dövrünə aid bəzi elementlər vardır. Tikilidə son orta əsrlərdə səciyyəvi olan bir sıra xüsusiyyətlər hələ də müşahidə olunur — məsələn binanın qapısının hər iki tərəfində qorunub saxlanılan daş skamyalar. Andreas Tsaunenin rekonstruksiya işləri nəticəsində birinci mərtəbədə yerləşən böyük yaşayış otağı evin bütün ərazisini tuturdu.
Qardaş köməyi (toplu)
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi. Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.