Qlükoza (müğənni)
Qlükoza (7 iyun 1986, Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır.
Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir.
İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi.
Həyat yoldaşı, biznesmen Aleksandr Nikolayeviç Çistyakov (doğ. 25 yanvar 1973)
qızı Lidiya (doğ.