Qoç kababı

Kabab növlərindən birinin adıdır. Sintaktik üsulla yaranmış bu xörək adı II növ ismi birləşmə modelindədir. Heyvan adı əsasında formalaşmış xörək adıdır. “Qoç” sözü oğuz qrupu türk dillərində “qoç / koçxar”, qıpçaq qrupu türk dillərində “kuşkar / kıze”, monqol dillərinin dialektlərində “er / xon / xula” formasında işlənir. (30, 332)
Qiymə
Qoğal
OBASTAN VİKİ
Qoç
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. == Qoyun dünya mədəniyyətində == === Məhsuldarlıq rəmzi === Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
Mustafa Qoç
Mustafa Qoç tam adı ilə Mustafa Vəhbi Qoç (d. 29 oktyabr 1960, Ankara — ö. 21 yanvar 2016, İstanbul), Türk iş adamı. 2003–2016 illəri arasında Qoç Holdinq İdarə Heyəti Başçılığı vəzifəsini icra etdi. == İlk İllər == Mustafa Qoç 29 oktyabr 1960-cı ildə Rəhmi Qoç və Çiydəm Simavi cütlüyünün ilk övladları olaraq Ankarada dünyaya gəldi. 1971–1975 illəri arasında Sankt Georg Avstriya Liseyi və Ticarət Məktəbinin orta təhsilini tamamlamışdır. Lisey təhsilini 1980-ci ildə İsveçrədəki Lyceum Alpinum Zuozda, ali təhsilini isə 1984-cü ildə ABŞ-dakı Corc Vaşinqton Universitetində tamamladı. == Karyerası == İş həyatına 1984-cü ildə TOFAŞ-da müşavir olaraq başladı. Ram Xarici Ticarətdə Satış Müdiri və Satış Ümumi Müdir köməkçisi vəzifələrində çalışdı. 1992-ci ildən etibarən Qoç Holdinq Sədr Köməkçisi, Sədr, İdarə Heyəti Üzvlüyü və İdarə Heyəti Sədr Vəkili vəzifələrini icra etdi.
Qoç (astrologiya)
Qoç (♈︎) (lat. Aries) — Zodiakın birinci bürcü. Fəza koordinat sisteminin ilk 30 dərəcəsini (0° ≤ λ <30°) əhatə edir və eyni adlı bürcə aiddir. Tropik bürc altında Günəş bu bürcü hər il təxminən 20 mart – 21 aprel arasında keçir. Bu tarix Hicri təqvimində ilk aydır. Tropik astrologiya sisteminə görə Günəş orta hesabla 21 martda baş verən mart ekinoksuna çatdıqda Qoç bürcünə girir. Yer kürəsinin Günəşin ətrafında dövr etməsi təxminən 365,24 gün çəkdiyindən, ekinoksun dəqiq vaxtı hər il eyni deyil. Bir sıçrayış ilinin 29 fevralı, həmin ilin mart ekinoksunun əvvəlki ilə nisbətən təqvimə görə on səkkiz saat əvvəl olmasına səbəb olur. Qoç Zodiakdakı ilk atəş bürcüdür, digər atəş bürcləri Şir və Oxatandır. Bu tarixlər arasında anadan olanlara, hansı astrologiya sistemini seçdiklərinə görə, Arians və ya Ariens deyilə bilər.
Qoç (bürc)
Qoç (lat. Aries) — zodiakal bürc.
Qoç Universiteti
Qoç Universiteti — 1993-cü ildə İstanbulda təhsilə başlamış olan vəqf universiteti. İlk başlarda İstinyedə təhsil verən məktəb, 2000-ci ildə, Rumeli fənəri yolu üzərindəki qalıcı kampusuna daşınmışdır və fəaliyyətlərinə 265 təhsil işçisi və 3.691 şagirdlə burada davam etməkdədir. == Tarixçə == Təhsilə 1993—1994 tədris ilində İstinyedəki keçici təsislərdə 200 şagird ilə başlamışdır. İlk məzunlarını da İyun 1995 te vermişdir. 2000—2001 təhsil və tədris ilində Qoç Universiteti, Sarıyerdə Rumeli Qovağı kürəklərindəki davamlı kampusuna daşınmışdır. 2008-ci ildə İstinye Kampusu yüksək lisans təhsili vermək üzrə yenilənib təkrar açılmışdır. Ayrıca burada Amerikan Xəstəxanası ilə əməkdaşlıq içində bir tibb fakültəsi qurulacağı Rəhmi Qoç tərəfindən eşitdirilmişdir. 2008-ci ildə ELC (İngiliscə Hazırlıq Sinifi) təhsilinin veriləcəyi və içində yurd saxlayacaq Rumeli fənəri Yolu Saytlar Mövqesindəki yeni kampusun istehsalına da başlanmışdır.
Qoç kəlləsi
Qoç kəlləsi — buzlaqların hərəkəti nəticəsində cilalanmış,bəzən də cızılmış təpəyə və ya ayrı durmuş iri,dəyirmi daşa, qayaya deyilir. Buzların axıb gəldiyi tərəfi meyilli, əks tərəfi isə dikdir. Qoç kəlləsinə dördüncü dövr buzlaşması sahələrində — Kareliyada və Finlandiyada çox təsadüf olunur.
Qızıl Qoç
Qızıl Qoç, Qukasyan — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağbaba mahalı ərazisində kənd. Qızıl Qoç rayonunun mərkəzi. İrəvan quberniyasının Aleksandropol qəzasında (İndi Qukasyan rayonunda) kənd adı == Tarixi == 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1938-ci ildə kənd ermənicə Verin Qukasyan adlandırılmışdır. 1956-cı ildən Qukasyan rayonunu mərkəzinə çevrildikdən sonra 1960-cı ildə "Verin" sözü atılmışdır. 1990-cə ildə ermənicə Aşosk adlandırılmışdır. Kənd süxuru qırmızı rəngə çalan yaylaq yerinin adındandır. Yaylağın adındakı "qoç" sözü qırmızı rəngli daşdan yonulmuş "qoç daşların"ı (qoç heykəllərini) bildirir. Azərbaycan və Ermənistan ərazisində qoç heykəllərin (qoç daşlarının) mənşəyi mə'lum deyil. Lakin onların türk mənşəli xalqlara mənsub olması şübhəsizdir, heç olmazsa ona görə ki, Sibirdə е.ə.
Vəhbi Qoç
Vəhbi Qoç (türk. Vehbi Koç; 20 iyul 1901, Ankara, Ankara vilayəti – 25 fevral 1996, Antalya) — Türkiyənin məşhur "Qoç Şirkətlər Qrupu"nun yaradıcısı. == Həyatı == 20 iyul 1901-ci ildə Ankarada anadan olan Əhməd Vəhbi Qoç biznes fəaliyyətinə 16 yaşında ikən 1917-ci ildə atasının məsləhəti ilə Ankarada kiçik baqqal dükanını açmaqla başlamışdır. Hazırkı "Qoç" Şirkətər Qrupunun yaradılmasında ilk addım sayılan bu kiçik biznes Birinci Dünya müharibəsi və onun ardınca Türkiyədə Müstəqillik uğrunda müharibə dövründə elə də çox genişlənmədi, yalnız respublika yaradıldıqdan sonra tədricən böyüməyə başladı. 1923-cü ildə Ankara gənc respublikanın paytaxtı elan ediləndə inşaatçılıq fəaliyyəti bu kiçik şəhərdə tam miqyasda vüsət aldı və Vəhbi Qoç biznesini tikinti materialları və metal avadanlıqlarının təchizatı ilə genişləndirmək qərarına gəldi. Biznes fəaliyyətinə başladığı kiçik baqqal dükanı Qoçun atasına məxsus idi. O, 31 may 1926-cı ildə Ankaranın Ticarət Palatasında şirkəti Qoçzadə Əhməd Vəhbi olaraq öz adına sənədləşdirir və onun sahibinə çevrilir. Qoç qurumunun yaradılması məhz həmin gün simvollaşdırılır və Qrupun rəsmi yaradılma günü kimi qəbul edilir. Həmin illərdə Türkiyədə biznesin inkişafına ümidlər az idi. Müstəqillik uğrunda müharibə yenicə qurtarmışdı və ölkə müharibələr ucbatından xeyli zəifləmişdi; Türkiyə çox ləng inkişaf səviyyəsi olan kasıb dövlət idi.
Qızıl qoç
Qızıl qoç — Rusiya kinomükafatı, 1992-ci ildən 2006-cı ilə qədər hər il bir neçə nominasiya üzrə aparıcı Rusiya kinematoqrafçıları tərəfindən təqdim edilən mükafat. 1991-ci ildə "Kinotavr" kinofestivalının mükafatlarından biri kimi təsis edilmiş, 1992-ci ilin dekabrından "Qızıl qoç" mükafatı adını almışdır. "Niko" mükafatı ilə birlikdə hər il müstəqil olaraq jurnalist sorğusu əsasında, Amerika kino mükafatı "Qızıl qlobus"a bənzər olaraq ən yaxşı kinomatoqraflara (Rusiya üzrə) təqdim edilir. 1998-ci ildə mükafat milli status almış və Rusiya Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyası tərəfindən təqdim edilməyə başlanmışdır. 2006-cı ildən "Ağ fil" mükafatı kimi təqdim edilir. == Tarixi == 1991-ci ildə "Kinotavr" kinofestivalının mükafatlarından biri kimi təsis edilmişdir. 1992-ci il, 7 dekabr tarixində keçirilən mətbuat konfransında Mark Rudinşteyn elan etmişdir ki, "Qızıl qoç" mükafatı müstəqil mükafatdır və hər il, bayram axşamı jurnalist sorğusu əsasında seçilən ilin ən yaxşı 7 kinomatoqrafına təqdim ediləcəkdir. Müstəqil mükafat kimi (kinofestival xaricində) mükafat Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyasının o zamanki prezidenti Miron Çernenko tərəfindən 1998-ci ildə təsis edilmişdi. İlk mükafatlandırma isə 1999-cu ilin yanvarında keçirilib. Mükafatın sponsoru da Mark Rudinşteyn oldu.
Adana kababı
Adana kababı ― Türk mətbəxinə aid kabab növü. Quzu ətindən qıyma, quyruq yağı, pul bibər və digər inqredientlərdən hazırlanır. Adana kababının müəllifi barədə konkret məlumat mövcud deyil. Ancaq qeyd olunan təamın Türkiyənin Adana bölgəsində meydana çıxdığı güman üçün adı da həmin coğrafi məntəqə ilə bağlıdır. Ümumən Yaxın Şərqdə bu qəbildən olan kabab növləri geniş yayılmış olsa da, təamın müəlliflik hüquqları hal-hazırda Adana Ticarət Palatasına məxsusdur. Adana kababı quzu ətinin xüsusi bıçaqla kiçik hissəciklərə bölündükdən sonra quyruq yağı və pul bibər ilə qarışdırılması ilə əldə olunan qıymanın zəif yanan közdə kabab edilməsi ilə əldə olunur. Kababın servisi həm dürmək, həm də birbaşa boşqabda əsas yemək olaraq həyata keçirilir. Adanada sözügedən təama həsr olunmuş xüsusi tədbirlər həyata keçirilir. Hər il dekabr ayının ikinci şənbə günü "Adana kababı və şalğam şirəsi festivalı" olaraq qeyd olunur. Küçə festivalı halında qeyd olunan tədbir müsiqiçilərin müşaiyəti ilə baş tutur.
Alabalıq kababı
Balıq kababı
== Tərkibi == Balıq əti (Nərə balığı) – 347q. Bitki yağı ( ya xama – 10q) – 5q. Baş soğan – 240q. Göy soğan – 32q. Pomidor – 100q. Limon – 1/5 ədəd . Narşərab – 5q. Sumaq – 1q. İstiot – 0,1q. Duz – zövqə görə.
Bibər kababı
Böyrək kababı
Böyrək kababı — Azərbaycan mətbəxində qoyun böyrəyindən hazırlanan kabab növü. == Tərkibi == Böyrək kababının hazırlanmasında qoyun böyrəyindən, kərə yağından, baş soğandan, cəfəridən, sumaqdan, istiotdan və duzdan istifadə olunur. == Hazırlanması == Böyrək kababını hazırlamaq üçün qoyun böyrəklərinin pərdəsi soyulub soyuq suda yuyulur, sonra isə eninə tərəf hərəsi iki hissəyə bölünür, duzlanıb şişə taxılır və üstünə yağ sürtülərək manqalda kömür üzərində qızardılır. Buna qızardan vaxtda da arabir yağ sürtülür. Böyrək kababı süfrəyə veriləndə yanına halqavari doğranmış baş soğan qoyulub üstünə doğranmış göyərti səpilir və ayrıca da sumax və döyülmüş istiot verilir. Yay vaxtı böyrək kababının yanına şişdə qızardılmış pomidor qoyulur.
Ciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Cücə kababı
Düyü kababı
Düyü kababı (fars. چلوکباب‎) — İran mətbəxinin ən məşhur ənənəvi yeməklərindən biri. Kababın hazırlanması üçün yağdan, düyüdən və pomidordan istifadə olunur. Bu yemək ilk dəfə Naser od Din tərəfindən yeyilib. Bişmiş düyüdən ibarət olan İran yeməyidir. İranın "milli yeməyi" hesab olunur. Ehtimal ki, Qacar ​​sülaləsi dövründə yaradılmışdır. Kababın inqridentləri kərə yağı, soğan, pomidor və yumurtadır. Kabab ilə müşayiət olunan ənənəvi içki, karbonatlı sulardan hazırlanmışdır. Kabab əvvəlcə bişirilir sonra lavaşın içərisinə qoyulur.
Həvəskar kababı
== Tərkibi == Qoyun əti — 330 qram, baş soğan — 60 qram, göy soğan — 40 qram, cəfəri və reyhan — 10 qram, sumaq — 3 qram və ya nar şərab — 5qram, duz, istiot. == Hazırlanma qaydası == Xammallar və hazırlanma qaydası tikə kababda olduğu kimidir. Burada qoyun cəmdəyi belinin qabırğa hissəsindən qabırğa sümükləri ilə birlikdə 5–6 tikə ət kəsilir və şişə taxıldıqda həmin tikələrin üstü bir tərəfə baxmalıdır.
Kartof kababı
Kartof kababı — Azərbaycanın milli yeməyi. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. == Hazırlanması == Kartof kababı bişirilərkən şişə taxılmır, ət məhsullarından hazırlanmış kabablar bişirildikdən sonra manqalda közə basdırılır. == İstifadə == Süfrəyə verilərkən kartofun qabığı bıçaq vasitəsilə qaşınaraq təmizlənir.
Pomidor kababı
Pomidor kababı — kabab kimi bişirilmiş pomidor. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. Həzm prosesinin sürətlənməsinə təsir göstərir. == Hazırlanması == Bunun üçün bərk və yetişmiş pomidorlar seçilir. Yuyulur, yan tərəfdən şişə taxılır və manqalda qızardılır. Qızardılma zamanı şişdəki pomidorlara duzlu su çilənir. == İstifadə == Süfrəyə verilən zaman üstünə duz, göyərti səpilir. == Mənbə == Azərbaycan Kulinariyası Ensiklopediyası, səh.
Qaraciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Qazan kababı
== Lazımlı ərzaqlar == adambaşına 300 qr qoyun əti 20 qr quyruq yağı 25 qr nar 2 ədəd baş soğan 5 qr göyərti habelə tam üçün istiot, duz götürülür. == Hazırlanma qaydası == Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 – 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.
Tava kababı
Tava kababı — kababın növlərindən biri. == Tərkibi == Qoyun əti - 220q Ərinmiş yağ - 30q Soğan - 40q Yumurta - 2 ədəd şəkər - 5q Yay vaxtı şəkər və sirkə 50q pomidorla əvəz edilir. sirkə - 10q keşniş, şüyüd - 25q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, istiot və duz vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə bitoçki hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kababını kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.
Toyuq kababı
== Tərkibi == Toyuq əti - 300q, Baş soğan - 35q, keşniş və cəfəri - 25q, Duz, İstiot, Sumaq. == Hazırlanma qaydası == İlk emaldan keçirilmiş toyuq ətpdən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kababın yanına halqavari doğranmış baş soğan verilir və üstünə göyərti səpilir. Hind quşu kababı da belə hazırlanır.
Təndir kababı
Təndir kababı — Əsasən Orta Asiya xalqlarına məxsus ətdən hazırlanan kabab növü. == Qısa məlumat == Tandır kavap və ya tono kavap (uyğurca tono kavap — tonur kavap) və ya tandır kabob (özbəkcə — tandir kabob) — Mərkəzi Asiyada ətdən hazırlanmış məşhur qızardılmış yeməyin adıdır. "Tandıre" adlanan xüsusi sobada bişirilir. Özbəklər onu öz milli yeməyi hesab edirlər. == Hazırlanması == Yeməyin hazırlanması üçün adətən quyruqlu qoyunların ətindən, dağlıq rayonlarda keçilərin ətindən istifadə olunur. Yemək tez-tez ardıcın (Asiyada ardıcın müxtəlif dağlıq növləri vardır) iynəyarpağıyla (iynəyarpaqlı ağacın budağıyla) ədviyyat vurulur və bu da ona xüsusi dadı verir. Bu yeməyi təndirdə hazırlayırlar. Havanın girişini məhdudlaşdırmaqla və təndirin ağzının sıx bağlamaqla yüksək temperatur əldə edilir. Sonra onu dəmir tavaya çıxardırlar. Qədimdən Türkistan ərazisində xüsusi yolla hazırlanmış qoyun əti köçərilərin, döyüşçülərin və səyyahların sevimli yeməyi idi.