QOVAN

сущ. куьнуь, куд, кула (чӀижерин).
QOVALANMAQ
QOVARLANMAQ
OBASTAN VİKİ
Qovan
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
İti qovan (PUA)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.
İti qovan kimi qovuruq
"İti qovan kimi qovuruq" — 2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı məşhurlaşan ifadə. İfadə Qarabağ döyüşlərində Ermənistan Silahlı Qüvvələrinə qarşı reaksiya üzərində əsaslanıb. Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası, Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı. Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-də rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etdi. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. Bunun ardınca, avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupunun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür. Birbaşa hərbi təxribatlarla yanaşı, situasiya 2020-ci ilin avqust ayında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə daha da gərginləşdi. Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir.
İti qovan (Pilotsuz uçuş aparatı)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.
Cəfərqulu xan Qovanlı-Qacar
Cəfərqulu xan Məhəmmədhəsən xan оğlu Qovanlı-Qacar (?-?)—Qacarlar dövlətinin qurucularından, Ağaməhəmməd şah Qacarın qardaşı. Məhəmmədhəsən xanın bеşinci оğlu Cəfərqulu xan (anası Məhəmməd xan İzzəddinli-Qacarın qızı idi) Astrabad yörəsində dоğulmuşdu. Qardaşı Ağaməhəmməd xana xidmət еtmişdi. Xəmsə hakimi Zülfüqar xan Əmirli-Avşarı məğlub еtmişdi. Lahicanın valisi idi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
Darab mirzə Qovanlı-Qacar
Darab mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar (9 may 1869, Şuşa – 1930, Tehran) — Çar ordusunun polkovniki, Bəhmən mirzə Qovanlı-Qacarin nəvəsi. Xidmətdə olduğu illərdə "Müqəddəs Stanislav" ordeni, "Müqəddəs Anna" ordeni, "Şiri-Xurşid" ordeni və I Dünya Müharibəsində göstərdiyi şücaətə görə Georgi silahı ilə təltif edilib. Darab Mirzə Şahrux Mirzə oğlu 9 may 1869-cu ildə Şuşa şəhərində andan olub. Bəzi mənbələrdə onun doğum tarixi 15 dekabr 1868-ci il, 9 mart 1869-cu il kimi də göstərilir. İbtidai təhsilini evdə aldıqdan sonra Tiflis kadet korpusunda oxuyub. Sonra Pavlov Hərbi məktəbində təhsilini davam etdirərək buranı I dərəcə ilə bitirib. Bundan başqa Atıcı zabit məktəbinin kazak bölməsində təhsil alıb. 1889-cu il sentyabr 1-dən etibarən sıravi yunker kimi xidmətə başlayıb. 1890-cı il mayın 5-də unter zabit rütbəsi alıb. Məktəbi bitirdikdən sonra 1891-ci il avqustun 5-də xorunji rütbəsi alaraq, Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alır.
Feyzulla mirzə Qovanlı-Qacar
Feyzulla Mirzə Qovanlı-Qacar (15 dekabr 1872, Şuşa – 1920, Bakı) — Qacar şahzadəsi, çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli ordusunun hərbçisi, general-mayor. Qacar sülaləsinin varisi. Şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub. İranda taxt-tac sahibi olan Qacarlar soyundan olan Şəfi xan Qacarın (1853–1909) tək oğlu idi. Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilir. 1899-cu ilin martın 15-i leytenant rütbəsi alır. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunur. 1903-cü ilin martın 15-də qərargah rotmistri rütbəsini alır.
Firudin mirzə Qovanlı-Qacar
Firudin mirzə Seyfulla mirzə оğlu Qovanlı-Qacar-Şahzadə-kapitan, Seyfulla mirzə Qovanlı-Qacarın oğlu Şahzadə Firudin Mirzə 1890-cı ildə Tiflisdə anadan olub. Birinci Dünya Müharibəsi illərində general Doxturovun komandanlıq etdiyi altmış altıncı Butırsk süvari alayında xidmət edib. 1916-cı ildə döyüşlərdə fərqləndiyinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" ordenilə (qılınc və bantla birgə) təltif olunub. 1919-cu il fevralın 23-dən Azərbaycan Milli ordusunda kapitan rütbəsilə xidmətə başlayıb. 1920-ci il aprelin 28- də Bakıda bolşevik-daşnak qoşunları ilə döyüşdə qəhrəmanlıqla həlak olub.
Firuzə xanım Qovanlı-Qacar
Firuzə xanım Qovanlı-Qacar — Şuşadan gəlmiş, peşəkar akademik fortepiano təhsili almış, ilk azərbaycanlı peşəkar qadın pianoçu. Firuzə xanım Tiflisdə İmperator, sonralar Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki olan şuşalı Seyfulla mirzə Qovanlı-Qacarın ailəsində anadan olub. Ailənin ən böyük övladı olub. Seyfulla mirzənin həyat yoldaşı Ruxsarə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin üzvü idi və yüksək təhsilli qadın idi. O, rus, fransız və fars dillərini bilir, ədəbiyyat və musiqiyə xüsusi maraq göstərirdi. Seyfulla Mirzənin evində müxtəlif alman istehsalı üç royal var idi ki, onları Ruxsarə xanım mütəmadi olaraq çalırdı. Ruxsarə xanım uşaqlara fortepiano dərsi də verirdi. Bu evdə çox tez-tez musiqi məclisləri təşkil olunurdu və buraya təkcə onların qohumları deyil, həm də fortepiano musiqisinin pərəstişkarları da dəvət edilirdilər. Seyfulla mirzə ilə Ruxsarə xanımın oğlu Əlixan mirzə musiqiyə həvəs göstərməmiş, bacısı Firuzə xanım isə musiqiyə həvəs göstərərək, həyatını musiqiyə həsr etmək qərarına gəlir. Firuzə xanım əvvəlcə Tiflisdə, sonra isə Peterburq Konservatoriyasında musiqi təhsili alıb.
Fərhad mirzə Qovanlı-Qacar
Fərhаd mirzə Abbas mirzə оğlu Qovanlı-Qacar Qacar şahzadəsi, vali Fərhаd mirzə Abbas mirzə oğlu 1818-ci ildə Kirman şəhərində аnаdаn оlmuşdu. Müкəmməl sаrаy təhsili görmüşdü. Mötəmədəddövlə ləqəbi dаşıyırdı. Аtаsı ilə birgə Herat yürüşündə iştirak etmişdi. Qəzvində yаşаmışdı. Ərdаlаnın hakimi оlmuşdu. Аvrоmаnı fəth etmişdi. Qаrdаşının hakimiyyəti dönəmində Fars əyаlətinə bаşçılıq etmişdi. 1876-cı ildə Fars əyаlətinə yenidən hakim təyin edildi. Müqəddəs Məkkəyi-müкərrəmi ziyаrət etmişdi.
Fətullah mirzə Qovanlı-Qacar
Fətullah mirzə Fətəli şah oğlu Qovanlı-Qacar (1811, Tehran – 1869, Tehran) — Qacar şahzadəsi, vali. Fətəli şahın оtuzbеşinci оğlu Fətullah mirzə (anası Fatimə xanım) 1811-ci ildə anadan оlmuşdu. Saray təhsili almışdı. Şüaəssəltənə ləqəbi almışdı. Zəncan və Həmədan əyalətlərinin valisi оlmuşdu. Fətullah mirzə 1870-ci ildə vəfat еdib. Fətullah mirzənin Şükuhəssəltənə xanım adlı qızı vardı. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Fətəli mirzə Qovanlı-Qacar
Fətəli mirzə Rzaqulu mirzə oğlu Qovanlı-Qacar (15.3.1854-?) — çar ordusunun podpolkovniki. Fətəli mirzə Rzaqulu mirzə oğlu 15 mart 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Rus ordusunda xidmət etmişdi. Xidmətə 22 may 1877-ci ildə Qafqaz leyb-qvardiyasının 4-cü eskadronunda kornet kimi başlamışdı. Fətəli mirzə Qacar 1877–1878-ci illərdə rus-Osmanlı müharibəsində iştirak etmişdi. Döyüş zolağı boyu bir neçə istiqamətdə vuruşmuşdu. Fətəli mirzə Qacar 9 iyul 1878-ci ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi. Açıq bürüncü medalla mükafatlandırılmışdı. Fətəli mirzə Qacar 30 avqust 1879-cu ildə poruçik rütbəsi almışdı.
Fətəli xan Qovanlı-Qacar
Fətəli xan Qovanlı-Qacar (1686 – 1726) — Qacar xanı, Astrabad və Mübarəkabad hakimi. Fətəli bəy Şahqulu xan oğlu Astrabad civarında doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Oymaqlarına başçılıq etmişdi. Fətəli bəy Şah Sultan Hüseyndən öncə sultan, sonra xan ünvanı almışdı. Fətəli xan Mübarəkabad qalasının hakimi olmuşdu. Qəzvin hakimi Məhəmməd xan Türkman və vəziri Əhməd sultan onu tutmaq üçün ora gəlir. Fətəli xan yomut türkmənlərinin yanına qaçır. Orda evlənir. Eşidir ki, qardaşlarını qalada öldürüblər.
Fətəli şah Qovanlı-Qacar
Fətəli şah Qacar (1771, Damğan, Simnan ostanı – 23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağaməhəmməd şahın qardaşı Hüseynqulu xan Qovanlı-Qacarın oğludur. Əmisi Ağaməhəmməd şah Qacar uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı. Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.
Hacı Kərim xan Qovanlı-Qacar
Hacı Kərim xan Məhəmmədibrahim xan oğlu Qovanlı-Qacar (?-1909)—Qacar əyanı, müctəhid, Kərimxani təriqətinin banisi. Məhəmmədkərim xan Məhəmmədibrahim xan oğlu Kirman şəhərində anadan olmuşdu. Kərim xan kimi tanınırdı. Mükəmməl mədrəsə təhsili almışdı. Seyid Kazım Rəştinin yanında dini elmlərə yiyələnmişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Müctəhid idi.Şeyxiyyə məktəbinə mənsub idi. Sonra Kərimxani təriqətini yaratmışdı. Sağlığında bu təriqət Ağayi adlanırdı. Özünü "Dördüncü sütun" ("Rükni-rabe") adlandıran bu şəxsin əqidəsini M. F. Axundzadə kəskin tənqid etmişdir.
Hacı Sasan mirzə Qovanlı-Qacar
Hacı Sasan mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1832-1905) — Qacar şahzadəsi, vali. Sasan mirzə Bəhmən mirzə oğlu 1832-ci ildə Tehran şəhərində dоğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Bəhaüddövlə ləqəbini daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi. Nasirəddin şahın оğullarından Sultan Mоinəddin mirzənin və Sultan Hüsеyn mirzə Cəlalüddövlənin lələsi оlmuşdu. Hacı Sasan mirzə 1868-ci ildə Təbrizin valisi оlmuşdu. 1889-cu ildə Hüsеyn xan Mötəmidülməlik Yəhya xan Müşirüddövlə оğlunun əvəzinə Ərak (İranın mərkəzi hissəsinin) qоşunun başçısı təyin еdilmişdi. Hacı Sasan mirzə Bəhaüddövlə 1905-ci ildə vəfat еdib. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Hüseynqulu Mirzə Qovanlı-Qacar
Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1884, Təbriz – 1945, Tehran) — şahzadə, əyalət valisi Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu 1884-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Nüsrətüssəltənə ləqəbi almışdı. Hüseynqulu mirzə orduda xidmət etmişdi. Əmir tuman rütbəsi daşıyırdı. 1897-ci ildə Tehranın valisi olmuşdu. 1905-ci ildə atasının məiyyətində Avropaya getmişdi. Hüseynqulu mirzə 1945-ci ildə vəfat edib. Hüseynqulu mirzənin törəməsi Nüsrət-Müzəffəri soyadını daşıyırlar. Hüseynqulu mirzə Əzəmsəltənə xanım (Valiə Zəndşahi) ilə ailə qurmuşdu.
Hüseynqulu xan Qovanlı-Qacar
Hüseynqulu xan Qovanlı-Qacar (1751-1775) — Qacar sərkərdəsi, Fətəli şahın atası. Məhəmmədhəsən xanın ikinci oğlu Hüseynqulu xan 1751-ci ildə Astrabad civarında dünyaya gəlmişdir. Hüseynqulu xan Kərim xan Zənd tərəfindən Damğanın hakimi olmuşdu. Sonra qiyam qaldırıb müstəqilliyini elan etmişdi. Polkovnik Qold Smit Hüseynqulu xanın öldürülməsi barədə belə yazır: "Kərim xan Zənd gördü ki, Cahansuz şahın öhdəsindən gələ bilmir. Onun üstünə qoşun çəkəsi olsa, gərək milyonlarla pul xərcləyə və özü də Astarabada gedə. Ona görə qərara gəldi ki, bir nəfər qatil göndərsin. Ona görə Əli xan Dəvəlini hüzuruna çağırıb ona dedi: "Nə qədər pul istəsən, sənə verəcəyəm, bu şərtlə ki, Hüseynqulu xanı öldürəsən. Ona tapşırdı ki, Astarabada çatanda özünü ipək taciri kimi qələmə versin". Əli xan Dəvəli-Qacar Hüseynqulu xanın qan düşmənlərini tapıb başına topladı.
Hüseynqulu xan Qovanlı-Qacar (kitab)
Hüseynəli mirzə Qovanlı-Qacar
Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — Qacar şahzadəsi, vali. Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu. Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara baxmayaraq ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı.
Həsən xan Qovanlı-Qacar
Həsən xan Əmir Məhəmməd xan oğlu Qovanlı-Qacar (1785, Qəzvin – 1856, Tehran) — Rusiya-Qacar savaşlarının qəhrəmanlarından biri, sərkərdə, ordu sərdarı (general), Qacar dövlətinin məmuru, canişin Həsən xan Əmir Məhəmməd xan oğlu 1785-cı ildə Qəzvin şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Fətəli şah Qovanlı-Qacarın Qulami-Xas qoşunlarında xidmətə başlamış, Rusiya-Qacar müharibəlıribdə iştirak etmiş, "Sarı Aslan" ləqəbi qazanmışdı. Həsən xan Qacar ordusunda şərəflə xidmət edib, igidlik göstərdiyinə görə Əmir Teymurun şəxsi qılıncı ilə təltif edilmişdi. Qardaşı Sərdar (general) Hüseynqulu xan Qacar – Qəzvini İranın fəxri sayılırdı. Hər iki qardaş 1828-ci il fevralın 10-da Türkmənçay Sülh Müqaviləsinin XII maddəsinə əsasən rus çarı I Nikolayın əmrilə bütün əmlak və var dövlətdən məhrum edilib. Bu maddəyə əsasən İrəvanın sabiq rəhbəri sərdar Hüseyn xan, onun qardaşı Həsən xanın və Naxçıvanın sabiq hakimi Kərim xanın Arazın hər iki kənarındakı yerləri, var – dövləti Rusiya İmperiyasının ixtiyarına keçdi. 1804-cü ildə ruslar İrəvanı istila etmək fikrinə düşərkən Cəfərqulu xan Dünbüli də onlara qoşuldu. On min piyada və süvarini Qacar Ordusu ilə birləşdirdi. O vaxt yüzbaşı olan Həsən xan ordusunu yüksəklikdə yerləşdirib, böyük şücaətlər göstərərək rus ordusunu geriyə qovdu və təqib etdi.
Həsənəli mirzə Qovanlı-Qacar
Həsənəli mirzə Qovanlı-Qacar (1789-1855) — İran şahzadəsi, vali. Fətəli şahın altıncı oğlu Həsənəli mirzə (anası Bədrcahan xanım) 1789-cu ildə anadan olmuşdu. Saray təhsili almışdı. Şücaəssəltənə ləqəbinə layiq görülmüşdü. 1815-ci ildən Yəzd, Kirman və Şiraz əyalətlərini idarə etmişdi. Həsənəli mirzə asi Hacı Firuz mirzənin qiyamını yatırmışdı. Sonra Xorasanda baş vermiş üsyan ocağanı söndürmüşdü. Atası vəfat edəndən sonra doğma qardaşı Hüseynəli mirzəni taxt-tac uğrunda gedən mübarizədə müdafiə etdiyinə görə Məhəmməd şah tərəfindən kor edilib Ərdəbildə gözaltına alınmışdı. Həsənəli mirzə 1855-ci ildə vəfat edib. Həsənəli mirzə Murtuzaqulu xan Qovanlı-Qacarın qızı ilə, İbrahim xan Dəvəli-Qacarın qızı ilə, İshaq xan Türbətinin qızı ilə, Qumlu bir xanımla ailə qurmuşdu.
I Əliqulu mirzə Qovanlı-Qacar
I Əliqulu mirzə Fətəli şаh оğlu Qovanlı-Qacar (7 dekabr 1822-14 dekabr 1880) — İran şahzadəsi, maarif naziri. Əliqulu mirzə Fətəli şаh оğlu (аnаsı Gülpirхаn хаnım gürcü) 7 dekabr 1822-ci ildə Tehran şəhərində аnаdаn оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Etizadəssəltənə ləqəbi daşıyırdı.Nasirəddin şahın dövründə İranın maarif naziri olmuşdu. Bir neçə elmi-tədris kitabının müəllifidir. Əliqulu mirzə 14 dekabr 1880-ci ildə vəfat edib. Əliqulu mirzə Fəxricahan xanım Avşarla, Tacmah xanım və Mahsultan xanımla ailə qurmuşdu. Abbasqulu mirzə adlı oğlu vardı. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Kamran mirzə Qovanlı-Qacar
Kamran mirzə Nasirəddin şah oğlu Qovanlı-Qacar (22 iyul 1856, Gilan ostanı – 15 aprel 1929, Tehran) — Nasirəddin şahın oğlu, Qacarlar dövlətinin hərbi, sonra baş naziri Kamran mirzə Nasirəddin şah oğlu 22 iyul1856-cı ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Sonra Avropada təhsilini davam etdirmişdi. 1861-ci ildən Paşa xan Əminilmülkün himayəsində, Tehran hakimi Firuz mirzə Nüsrətüddövləni əvəz edir. 1867-ci ildə Nasirəddin şah Xorasana səfər edərkən on bir yaşlı Kamran mirzəni öz yerinə qoydu. On üç yaşında Kamran mirzə artıq Naibüssəltənə tituluna layiq görüldü. Həmin il ona Əmiri — Kəbir ləqəbi də verildi. Bundan sonra Nasirəddin şahın bütün səfərlərində onun yerinə taxta əyləşirdi. Sonra Nəsrəddin şah Tehran (1860–1861 və 1875–1876-cı illərdə), Qəzvin, Gilan (1878–1884-cü illərdə), Mazandaran (1878–1884-cü illərdə), Dəmavənd, Firuzkuh, Qum, Kaşan, Savə, Məlayer, Tuysərkan, Nəhavənd, Astarabad, Şahrud, Bəstam, Damğan, Simnan əyalətlərinin idarə olunmasını Kamran mirzəyə tapşırmışdı. Kamran mirzə bütün İran qoşunlarına komandanlıq etmişdi.
Mehdiqulu mirzə Qovanlı-Qacar
Mehdiqulu mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (?-1854)— Qacar şahzadəsi, vali. Abbas mirzənin iyirminci оğlu Mеhdiqulu mirzə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. 1835-ci ildə Ərdəbilin hakimi оlmuşdu. 1848-ci ildə Mazandaran əyalətinə başçılıq еtmişdi. Mеhdiqulu mirzə Bab hərakatının yatırılmasında iştirak еtmişdi. 1848-ci ilin оktyabrında Tehrandan 2 min nəfər sərbazla babilərin qiyamını yatırmağa gеtmişdi. Tarixçi Nabil Zərəndi yazır: «Şahzadə Mehdiqulu mirzə qalaya hücum üçün hər cəhətdən hazırlıq görmüşdü. O, qaladakı əshabələri məhv etməkdən ötrü öz qoşununu o vaxtadək misli görünməmiş bir tərzdə düzmüşdü. Şahzadənin ixtiyarında üç piyada alayı və çoxsaylı süvari alayları vardı.
Murtuzaqulu xan Qovanlı-Qacar
Murtuzaqulu xan Qacar (1750 və ya 1755–1800) — Ağaməhəmməd şah Qacarın qardaşı, avantürist, şahlığa iddialı. Məhəmmədhəsən xanın üçüncü oğlu Murtuzaqulu xan (anası Zəhra xanım Hüseyn xan qızı Dəvəli) Astrabad ətrafında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə Ağaməhəmməd xana xidmət etmişdi. Sonra qardaşından üz döndərmişdi. Murtuzaqulu xan səltənət iddiasında idi. 1787-ci ilin dekabrında о, Qubalı Fətəli xan, Talış Mir Mustafa xan və Bakılı Şeyxəli xanın köməyi ilə Gilana yürüş edib, Rəşt hakimi Süleyman xanı məğlub etdi. 1788-ci ildə 6 minlik şah ordusuna müqavimət göstərə bilmədiyi üçün о Rəşti tərk edib, Ənzəliyə çəkilməyə məcbur olur. Murtuzaqulu xan yeni qüvvə toplamaq üçün 1789-cu ildə Şamaxıya gəldi və Rusiyadan yardım istədi. Şirvan və Talış xanlarının və Xəzər dənizinin cənub sahilindəki Rusiya gəmilərinin yardımı ilə 1790-cı ildə о, yenə də Rəşti aldı.
Mustafaqulu xan Qovanlı-Qacar
Mustafaqulu xan Mehdiqulu xan oğlu Qovanlı-Qacar (1882-1914)—İranın baş naziri. Mеhdiqulu xanın yеddinci оğlu Mustafaqulu xan 1872-ci ildə Tehran şəhərində dünyaya pənah gətirmişdi. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Müşirəssəltənə ləqəbini daşıyırdı. Əmir Mustafaqulu xan 1935-ci ildə vəfat edib. Əmir Mustafaqulu xan Şahzadə Binu Əqdəs xanlmla ailə qurmuşdu. Əmir xan, Ələkbər xan, Əlirza xan adlı oğlanları vardı. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
Məlikmənsur mirzə Qovanlı-Qacar
Məlikmənsur mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1880, Təbriz – 1922, Tehran) — şahzadə, əyalət valisi, 12 oktyabr 1921 – 20 yanvar 1922-ci illər arası İranın baş naziri. Məlikmənsur mirzə Müzəffərəddin şah oğlu 30 mart 1880-ci ildə Tehran anadan olmuşdu. Saray təhsili almışdı. Fransız dilini mükəmməl bilirdi. Şüaüssəltənə ləqəbi almışdı. Məlikmənsur mirzə 1897-ci ildə Gilan əyalətinə vali təyin edilmişdi. Həmin ilin noyabr ayında Tehran şəhərinə çağrılmışdı. 1898-ci ilin sentyabr ayından 1899-cu ilin may ayınadək Avropada yaşamışdı. Məlik Mənsur mirzə 1901-ci ildə Fars əyalətinə vali təyin edilmişdi. Bir müddət burda işləyəndən sonra Məhəmmədrza xan Qəvamülmülk və oğulları ona qarşı çıxdı.
Mənsur mirzə Qovanlı-Qacar
Mənsur mirzə Xanbaba mirzə оğlu Qovanlı-Qacar — Çar ordusunun polkovniki,Mirzə Fətəli Axundov və Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi. Mənsur mirzə 30 noyabr 1869-cu ildə Tiflis şəhərində dоğulmuşdu. Atası Xanbaba mirzə Qovanlı-Qacar Bəhmən mirzə Qacarın oğlu, anası Seyrabiyyə xanım Mirzə Fətəli Axundovun qızı idi. Mənsur mirzə 1931-ci ildə vəfat еdib. Birinci dünyа mühаribəsi illərində Аvstriyа cəbhəsində vuruşаn igid süvаri коmаndirin döyüş fəаliyyəti üçüncü dərəcəli "Müqəddəs Vlаdimir", iкinci dərəcəli "Müqəddəs Аnnа" və üçüncü dərəcəli "Müqəddəs Stаnislаv" оrdеnlərinə lаyiq görülmüşdür. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.

Digər lüğətlərdə