Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anamaq (Mərənd)
Anamaq (fars. انامق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,494 nəfər yaşayır (389 ailə).
ANAMA
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir.Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Namaz
Namaz (ərəb. صلاة‎) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək. == Dini əhəmiyyət və sanksiya == Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün. Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.
Namiq
Namiq — Azərbaycanlı adı.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Ulama
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Donrovın Namdaq
Donrovın Namdaq (monq. Донровын Намдаг, rus. Донровын Намдаг; 16 dekabr 1911 -11 mart 1984) - Monqolustanlı dramaturq, rejissor, yazıçı və şair. Müasir Monqolustan dramının banilərindən biri. Monqolustanın əməkdar artisti. == Həyatı == O, 1911-ci il 16 dekabrda Monqolustanın Sayn-Noyon-Xanski aymagında anadan olmuşdur. Uşaq yaşlarından yazmağı öyrənən Donrovın, 1920-ci ildə orta məktəbə daxil oldu. 1925-ci ildə isə Ulan-Batora köçür. 1926-1927-ci illərdə Almaniyada alman dilində təhsil aldı. 1927-1929-cu illərdə Badarçem, Batsux, Qombo, Xaalay, Namxayserenom, Nasardorjem, Sədəd, Sərəxand, Paqmadulam və Şevenom ilə birlikdə Almaniyada Vixersdofda oxudu.
Unalqa adası
Unalqa adası (ing. Unalga Island, aleut. Unalĝa) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Şərqi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Unalaşka adasının şimal-şərq sahilində yerləşir. Akutan adasından Akutan boğazı ilə ayrılır. Sahəsi 28,5 km²-dir. Adanın uzunluğu 7,2 km-dir. Maksimal hündürlüyü 84 metrdir.
Unimak adası
Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir. == Təsviri == Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir. 1903-ci ildə adada mayak inşa edilmişdir.
Unimak boğazı
Unimak boğazı - Berinq dənizində yerləşir, Kreniçin və Unimak adalarını ayırır. Boğaz Aleut, Komandor adaları hövzəsinin şərqində yerləşir. Boğazın eni 19,6 km, dərinliyi isə 72 m təşkil edir. Ərazisi 1,18 km² təşkil edir. Boğazın suyunun temperaturu 3,5 °C-dən aşağı düşmür. Suyun duzluluğu isə 32‰ təşkil edir.
Nama
Damaq sümüyü
Namaz Allahverdiyev
Namaz Baxış oğlu Allahverdiyev (13 iyun 2000, Suçma, Şəki rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namaz Allahverdiyev 2000-ci il iyunun 13-də Şəki rayonunun Suçma kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik leytenantı olan Namaz Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namaz Allahverdiyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Namaz Bədəlov
Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru. == Həyatı == Namaz Bədəlov 20 may 1932–ci ildə Gürcüstan SSR–in Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Faxralıda almışdır. 1954–cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Faxralıya qayıdaraq 1959–cu ilədək kənddəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959–1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961–ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir. Namaz Bədəlov 1964–ci ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.
Namiq Abaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Namiq Abbaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Namiq Abbasov
Namiq Abbasov (siyasətçi) — general Namiq Abbasov (şəhid) — əsgər, I Qarabağ müharibəsinin şəhidi.
Namiq Abdullayev
Namiq Yadulla oğlu Abdullayev (4 yanvar 1971, Bakı) — 1990-2008-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən sərbəst güləşçi. Namiq Abdullayev Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan idmançısıdır. 1996-cı ildə Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olan Namiq Abdullayev dörd il sonra, 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının isə qalibi olub. == Həyatı == == Karyerası == === 1990—1992-ci illər: SSRİ Çempionatları === Namiq Abdullayev 1990-cı ilin iyununda Buryatiyanın Ulan-Ude şəhərində baş tutan SSRİ Çempionatında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu. Bir il sonra isə Namiq Abdullayev Zaporojya şəhərində baş tutan SSRİ Çempionatında mübarizə apardı və bu səfər də turnirin bürünc medalına sahib oldu. Həmin illərdə SSRİ yığmasının "bir nömrəli üzvü" 1988-ci il Seul Olimpiadasının bürünc medalçısı Sergey Karamçakov idi. Buna görə də 20 yaşlı Namiq Abdullayev hələ Avropa və Dünya Çempionatlarında mübarizə apara bilmirdi. 90-cı illərin əvvəllərində Sovet İttifaqında baş verən siyasi proseslər nəticəsində SSRİ dağıldı. Namiq Abdullayev isə Azərbaycan bayrağı altında turnirlərdə mübarizə aparmağa başladı. Amma Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin üzvü olmadığına görə sovet idmançıları 1992-ci il Barselona Olimpiadasında Birləşmiş Komandanın (bəzi hallarda MDB) heyətində mübarizə apardı.
Namiq Allahverdiyev
Namiq Allahverdiyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Namiq Allahverdiyev (şəhid) — Qarabağ müharibəsi şəhidi.
Namiq Aslanov
Aslanov Namiq İkram oğlu (5 fevral 1965, Sığırlı, Kürdəmir rayonu – 30 aprel 2022, Bakı) — "Qüsursuz xidmətə görə" medalının I, II və III dərəcələri ilə ilə təltif olunmuş polis polkovniki, Azərbaycan Respublikası Daxili Təhqiqatlar İdarəsinin Təşkilati-analitik bölməsinin baş inspektoru. == Həyatı == Aslanov Namiq İkram oğlu 1965-ci ildə fevral ayının 5-də Kürdəmir rayon Sığırlı kəndində anadan olmuşdur. 1971–1981-ci illərdə Kürdəmir rayon Sığırlı kəndi tam orta məktəbində təhsil almışdır. 1983–1985-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 30 aprel 2022-ci ildə vaxtsız vəfat etmişdir. Ailəli idi. İki oğlu var. == Fəaliyyəti == 1985-ci ildə Polis (keçmiş milis) orqanlarında işə başlamış və 1988-ci ilə qədər Bakıda DİN-nin Mühüm Dövlət Obyektlərinin Mühafizəsi İdarəsində sıravi polis əməkdaşı olmuşdur. 1988–1992-ci illərdə SSRİ DİN-nin Volqoqrad Ali İstintaq Məktəbində (indiki Rusiya Federasiyasi DİN-nin Volqoqrad Akademiyası) ali hüquq təhsil almışdır. Ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
Namiq Axundov
Axundov Namiq Atalla oğlu (7 aprel 1940, Lənkəran) — professor, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1990–1995). == Həyatı == Axundov Namik Atalla oğlu 1940-cı ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1962-ci ildən Azərbaycan Gənclər Təşkilatında işləyib. 1964-cü ildə Azərbaycan Gənclər Təşkilatı Komitəsinin sədr müavini, 1967-ci ildə isə sədri seçilib. 1969-cu ildən Nazirlər Soveti Aparatında çalışıb. 1982-ci ildə Azərbaycan KP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin sədr müavini, 1985-ci ildən isə sədri təyin olunub.Namiq Axundov 1985-ci ildə 385 nömrəli Səfərəliyev seçki dairəsindən XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və beynəlxalq işlər üzrə parlament komissiyasının sədr müavini seçilir. 1990–1995-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş, xarici işlər üzrə komitə sədri vəzifəsində çalışmışdır.1982-ci ildə Axundov Namik İctimai Elmlər Akademiyasına (Moskva ş.) daxil olur, üç ildən sonra oranı fərqlənmə diplomu ilə bitirir. 1967-ci ildə həmin Akademiyada namizədlik dissertasiyasını, 1991-ci ildə isə Rusiya İdarəetmə Akademiyasında "Müasir beynəlxalq münasibətlərdə xalq diplomatiyasının rolu" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildə Azərbaycan Parlamentinin Beynəlxalq əlaqələr şöbəsinin sədri işləyib.
Namiq Ağayev
Namiq Firudin oğlu Ağayev (d. 20 iyun 1962) — Azərbaycan rejissoru. == Həyatı == Namiq Ağayev 20 iyun 1962-ci ildə anadan olmuşdur. == Fəaliyyəti == 1979-1987-ci ildərdə Akademik Milli Dram Teatırında asistent və rejissor vəzifəsində çalışıb. 1987-1993-cü illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləmişdir. 1993-2001-ci illərdə Türkiyanın dövlət və şəhər teatırlarında tamaşalara quruluş vermişdir. 2002-2007-ci illərdə Space TV -nın "Yaradıcılıq Emalatxanası Birliyi"nin bədii rəhbəri vəzifəsində çalışmışdır. 2007-ci ildən bu günə qədər Azərbaycan Televiziyasının rejissor vəzifəsində çalışır.
Namiq Bağırov
Namiq Nurəddin oğlu Bağırov (30 avqust 1984; Masallı rayonu, Azərbaycan SSR — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Bağırov 1984-cü il avqustun 30-da Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 1990-2001-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Namiq Bağırov 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun çavuşu olan Namiq Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namiq Bağırov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Çaxırlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Üçayaq
Üçayaq — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranmış qədim xalq rəqsi Naxçıvan və Şərur rayonlarında yaranmış "Tənzərə" rəqsindən xeyli fərqlənir. Bu rəqsdə oyunlar olmur, yəni rəqs xarakterli yallılardır. Yallı asta və sürətli hissələrdən ibarətdir.