QRAFİKA
QRAFİNYA
OBASTAN VİKİ
Anjulu Marqarit (Anju qrafinyası)
Anjulu Marqarit (fr. Marguerite d'Anjou; 1273 – 31 dekabr 1299, Paris) — Fransa kralı VI Filippin anası, Anju və Valua qrafinyası. Marqarit 1273-cü ildə Neapol kralı II Karlın qızı olaraq dünyaya gəldi. 1290-cı ilin avqustunda Fransa kralı III Filippin oğlu Valua qrafı Karlla evləndirildi. Atası cehiz olaraq qızına Anju qraflığını hədiyyə etdi. Beləcə, bu tarixdən etibarən Marqarit həm Anju, həm də Valua qrafinyası oldu. Cütlüyün bu nikahdan 5 övladı dünyaya gəldi: İzabella (1292–1309) VI Filipp Valualı Janna (1294–1352) Valualı Marqarit (1295–1342) II Karl (1297–1346) == Mənbə == Topping, Peter (1975). "The Morea, 1311–1364". In Setton, Kenneth M.; Hazard, Harry W. (eds.). A History of the Crusades, Volume III: The Fourteenth and Fifteenth Centuries.
III Janna (Burqundiya qrafinyası)
III Janna (fr. Jeanne III; 2 may 1308 – 13 avqust 1347) — Fransa kralı V Filippin böyük qızı, Artes və Burqundiya qrafinyası. O, həmçinin Burqundiya hersoqu IV Edonun xanımı, Burqundiya hersoqinası oldu. Beləcə, Burqundiya qraflığı və hersoqluğu birləşdi. == Mənbə == Le Bel, Jean (2011). The True Chronicles of Jean Le Bel, 1290-1360. Translated by Bryant, Nigel. Boydell & Brewer Henneman, John Bell (1971). Royal Taxation in Fourteenth-Century France: The Development of War Financing, 1322-1359.
I Marqarita (Burqundiya qrafinyası)
I Marqarita (fr. Marguerite I de Bourgogne; 1309 – 9 may 1382, Paris) — Fransa kralı V Filippin böyük qızı, Artes və Burqundiya qrafinyası. O, həmçinin Flandriya qrafı I Lüdovikin xanımı, Flandriya qrafinyası oldu. Ancaq ərinin 1346-cı ildə Kresi döyüşündə həlak olmasının ardından yeganə oğlu II Lüdovik qraf elan edildi və azyaşlı olması səbəbilə, Marqarita onun naibəsi təyin edildi. 1357-ci ildə adaşı olan nəvəsi Marqaritanı bacısı Jannanın nəvəsi və varisi I Filipplə evləndirdi. Məqsəd valideynlərindən miras qalan Artes və Burqundiya qraflıqlarını əldən qaçırmamaq idi. Ancaq bu cütlüyün övladı olmadı və 1361-ci ildə I Filippin vəfatının ardından Artes və Burqundiya qraflığı nənə Marqaritanın əlinə keçdi. Nəvə Marqaritanı isə 1369-cu ildə Fransa kralı II Conun oğlu Cəsur Filiplə evləndirdi. 1382-ci ildə nənə Marqarita vəfat etdi və bütün mülkləri 2 il sonra vəfat edəcək yeganə oğlu II Lüdovikə miras qaldı. Onun ölümündən sonra isə bu mülk və ünvanlar nəvəsi Marqaritaya miras qaldı.
Qrafinya
Qraf, qrafinya (alm. Graf‎) — Qərbi Avropada erkən orta əsrlərdə kral rəsmisi. Titul IV əsrdə Roma İmperiyasında yaranmış və əvvəlcə ən yüksək vəzifəli şəxslərə verilmişdir (məsələn, comes sacrarum largitionum "baş xəzinadar"). VI əsrin ikinci yarısından etibarən Frank dövlətində qraf öz mahalında/qraflığında (alm. Gau‎ — əvvələr təqribən 100 nəfərdən ibarət qədim almanlarda kənd icması) məhkəmə, inzibati və hərbi səlahiyyətlərə sahib idi. II Keçəl Karlın fərmanı (877-ci il) ilə qrafın vəzifəsi və mülk sahibliyi irsi halına gətirildi. Feodal dağınıqlığı dövründə — qraflığın feodal sahibi, sonra (feodal dağınıqlığının bitməsi ilə) ali zadəgan titulu. Titul olaraq monarxik idarəetmə formasına sahib bir çox Avropa ölkəsində rəsmi olaraq mövcudluğunu qoruyur. Rusiyaya titul I Pyotr (1706-cı ildə onu ilk alan B. P. Şeremetyev olmuşdur) tərəfindən gətirilmişdir. XIX əsrin sonlarında Rusiyada 300-dən çox qraf tituluna malik zadəgan nəsli var idi.
III Marqarita (Flandriya qrafinyası)
III Marqarita (fr. Marguerite III de Flandre; nid. Margaretha van Male; 13 aprel 1350 – 16 mart 1405, Arras) — Flandriya qrafı II Lüdovikin qızı, Flandriya qrafinyası, Burqundiya hersoqinası. 1355-ci ildə 6 yaşlı Burqundiya hersoqu I Filipplə evləndirildi. O əsnada gəlinin 5, bəyin isə 9 yaşı vardı. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik bəyin 14 yaşında ikən vəbadan vəfat etməsiylə başa çatdı. Üstəlik ərinin ölümündən sonra Burqundiya hersoqluğu 1361-ci ildə Fransa kralı II İohann tərəfindən işğal edildi. 1369-cu ildə Marqarita Fransa kralı II İohannın yenicə Burqundiya hersoqu təyin edilən oğlu Cəsur Filipplə evləndirildi. Cütlüyün bu nigahdan 9 övladı doğuldu. Qorxusuz Con, Burqundiya hersoqu (1371-1419) Karl (1372-1373) Marqarita, Bavariya hersoqinası (1374-1441) Lüdovik (1377-1378) Ketrin, Avstriya hersoqinası (1378-1425) Bonna (1379-1399) Antoni, Brabant hersoqu (1384-1415) Mariya, Savoyya hersoqinası (1386-1422) Filipp, Never qrafı (1389-1415) 1384-cü ildə atası II Lüdovikin geridə varis qoymadan ölümündən sonra, Marqarita atasının mülklərinə də sahibləndi.
Orleanlı Marqarita (Vertus qrafinyası)
Orleanlı Marqarita (fr. Marguerite d'Orléans; 13 dekabr 1406 – 3 may 1466) — Orlean hersoqu I Lüdovikin qızı, Vertus qrafinyası. 1423-cü ildə Navarralı Jannanın Bretan hersoqu IV Conla baş tutan ilk evliliyindən olan oğlu Riçardla evləndirildi və bu nigahdan 7 övladı doğuldu. Ancaq soyu yeganə oğlunun şəcərəsi ilə davam etdi, qızları ya uşaq və ya gənc yaşda vəfat etdi, ya da rahibə olub kilsəyə qapandı. Bretonlu Mariya (22 iyun 1424 - 9 oktyabr 1477), rahibə Bretonlu İzabella (2 fevral 1426 - 9 fevral 1438) Bretonlu Ketrin (28 may 1428 - 22 iyun 1476), Oranj şahzadəsi Bretonlu Fransisk (23 iyun 1433 - 9 sentyabr 1488), Bretan hersoqu Adı bilinməyən bir oğlan uşağı (1436 - 19 dekabr 1436) Bretonlu Marqarita (22 noyabr 1437 - 1466), rahibə Bretonlu Madelayn (1 may 1439 - 29 mart 1462), rahibə == Mənbə == Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20 d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnerships, 1274-1512.
Mariya Stüart (Buken qrafinyası)
Mariya Stüart (ing. Mary Stewart; ən geci 1428 – 20 mart 1465) — Şotlandiya kralı I Ceymsin qızı, Buken qrafinyası. 1444-cü ildə Niderland əsilli əsilzadə Uolfert van Borselen ilə evləndirildi. Evlilik nəticəsində Şotlandiya və Niderland arasındakı ticarət əlaqələri gücləndi. Toy mərasimi səbəbilə, qardaşı II Ceyms tərəfindən cütlüyə Buken qraflığı hədiyyə edildi. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, hər ikisi də uşaq yaşlarında vəfat etdi. Çarlz (?-1451) Janna (?-?) == Mənbə == Weir, Alison (18 April 2011). Britain's Royal Families: The Complete Genealogy. Random House.

Digər lüğətlərdə