quşürəkli
quşvuran
OBASTAN VİKİ
Quşüzümü
Quşüzümü (lat. Solanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Acıtəhər quşüzümü
Acıtəhər quşüzümü (lat. Solanum dulcamara) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Amerika quşüzümü
Amerika quşüzümü (lat. Solanum americanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum adventitium Polgar Solanum amarantoides Dunal Solanum americanum var. americanum americanum Solanum americanum var. nodiflorum (Jacq.) Edmonds Solanum caribaeum Dunal Solanum curtipes Bitter Solanum depilatum Bitter Solanum ganchouenense H. Lév. Solanum gollmeri Bitter Solanum humile Lam. Solanum imerinense Bitter Solanum inconspicuum Bitter Solanum indecorum Rich. Solanum inops Dunal Solanum minutibaccatum Bitter Solanum minutibaccatum var. curtipedunculatum Bitter Solanum nigrum L. Solanum nigrum var. americanum (Mill.) O.E. Schulz Solanum nigrum var.
Haynanan quşüzümü
Solanum procumbens (lat. Solanum procumbens) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Paycıqlı quşüzümü
Paycıqlı quşüzümü (lat. Solanum laciniatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub, hündürlüyü 2,5 m, birillik kulturada isə 1 m-ə qədər olur. Gövdəsi tək olub, hündürlüyü 40–60 sm, dişcikli-budaqlanandır. Gövdəsi üzərində bənövşəyi piqmentli düyüncüklü, aşağı yarpaqları saplaqlı, uzunluğu 35 sm, cüt olmayan, üç hissəli parçalanan, yuxarı yarpaqları isə azalaraq sadələşən, kiçik, bütöv və neştərşəkillidir. Yarpaqları çılpaq, yuxarı hissəsi azacıq tünd-yaşıl, aşağı hissəsi isə açıq-yaşıl rənglidir. Çiçəkləri iri, qısa çiçəkqrupundan ibarət olub, 3–17 ədəddir. Kasacığı yaşıl, 5 yarpaqlı, çiçək tacı tünd-bənövşəyi, dairəvi, meyvələri şirəli olub, uzunluğu 3 sm-dir. Meyvələri narıncı-qırmızı oval giləmeyvə, uzunluğu 2–3 sm olub, toxumları kiçik və çoxsaylıdır. Butun bitkiləri zəhərlidir.
Qara quşüzümü
Amerika quşüzümü (lat. Solanum americanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Solanum adventitium Polgar Solanum amarantoides Dunal Solanum americanum var. americanum americanum Solanum americanum var. nodiflorum (Jacq.) Edmonds Solanum caribaeum Dunal Solanum curtipes Bitter Solanum depilatum Bitter Solanum ganchouenense H. Lév. Solanum gollmeri Bitter Solanum humile Lam. Solanum imerinense Bitter Solanum inconspicuum Bitter Solanum indecorum Rich. Solanum inops Dunal Solanum minutibaccatum Bitter Solanum minutibaccatum var. curtipedunculatum Bitter Solanum nigrum L. Solanum nigrum var. americanum (Mill.) O.E. Schulz Solanum nigrum var.
Quş quşüzümü
Quş quşüzümü (lat. Solanum aviculare) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Vətəni Avstraliya və Yeni Zellandiyadır. Hündürlüyü 4 m-ə qədər olan düz gövdəli, şaxələnmiş budaqlı, həmişəyaşıl koldur. Yarpaqlarının uzunluğu 20 sm olub, tünd-yaşıl rəngdədir. İri bənövşəyi-mavi, ulduzvari çiçəklərinin diametri 3 sm-ə qədərdir. Çiçəkləməsi iyunda başlayıb, oktyabr ayına qədər davam edir. Toxumla çoxaldılır. Rütubətli, tropik meşələrdə gilli torpaqlarda yaxşı bitir. İstiyə, işığa davamlı bitkidir.
Tikanlı quşüzümü
Tikanlı quşüzümü (lat. Solanum angustifolium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsində, Uzaq Şərqdə yayılmışdır. Hündürlüyü 30 -100 sm olan ulduzvari tükcüklərlə sıx örtülmüş bitkildir. Şaxələnmiş mil kökü 3 m-dək dərinliyə gedir. Gövdəsi, budaqları, saplaqları, çiçəyin kasacığı möhkəm, saman rəngli, uzunluğu 5–12 mm olan tikanlarla örtülmüşdür. Gövdəsi silindirik, oduncaqlı, çox budaqlı, bozumtul rənglidir. Bir bitkidə 70-dək budaq əmələ gələ bilər, kolun diametri 70 sm-ə çatır. Yarpaqları növbəli, uzun saplaqlı, dərin ikili lələkvari bölünmüş, uzunluğu 5-10 sm-dir. Çiçəkləri beş hissəli, salxımdadır.
Topayarpaq quşüzümü
Yalançı quşüzümü
Yalançı quşüzümü (lat. Solanum pseudocapsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Bitkinin vətəni Peru və Ekvadordur. Cənubi Amerika və Afrika, Avstraliya və Yeni Zelandiyada bitir. Yer kürəsinin isti ölkələrinə introduksiya olunmuşdur. İerusalim albalısı və ya qış albalısı kimi məlumdur. Hündürlüyü 1,5 m- dək olan həmişəyaşıl koldur. Yarpaqları lansetvari, bir az dalğalı, uzunluğu 10 sm-dək, qısa saplaqlarda oturur. Çiçəkləri ağ, kiçik, salxımvari çiçək quruplarına yığılmış və ya təkdir. Meyvəsi qırmızı və ya sarı rəngli, diametri 1,5 −2 sm olan yumru giləmeyvədir.
İran quşüzümü
Quşüzümükimilər
Quşüzümükimilər (lat. Solanaceae) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Quşüzümüçiçəklilər
Quşüzümüçiçəklilər (lat. Solanales) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Meyvələri həqiqi giləmeyvə və qutucuq meyvədir. Tək çiçəklər saplaqları ilə birlikdə yarpaq qoltuğunda yerləşir. Yarpaqları sadə və müəkkəb tək lələkvari qurulüşda olur. Aid olduğu bitkilər: qırmızı quşüzümü, qara quşüzümü, bibər, Qafqaz xanımotu, bat-bat, dəlibəng, kartof, pomidor və s. Bu bitki sırasının üç minə qədər növü vardır. Yarpaqları növbəli düzülüşlüdür, yarpaqaltlıqları yoxdur. Çiçəklər qıfşəkilli dairəvi, yaxud ulduzşəkillidir. Bir-birinə birləşmiş 5 kasa yarpağından ibarət kasacığı, 5 bitişik ləçəklərdən ibarət tacı, 5 erkəkciyi və bir dişiciyi vardır.

Digər lüğətlərdə