qəhvəyi-qırmızı

qəhvəyi-qırmızı
qəhvəyi
qəhvəyi-sarı
OBASTAN VİKİ
Qəhvəyi
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Qəhvəyi itburnu
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
Qəhvəyi nonnula
Qəhvəyi nonnula (lat. Nonnula brunnea) — nonnula cinsinə aid heyvan növü.
Qəhvəyi rəng
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Qəhvəyi tinamu
Qəhvəyi tinamu (lat. Crypturellus obsoletus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Qəhvəyi şəkər
Qəhvəyi şəkər,patoka (melassa) olması səbəbiylə fərqli qəhvəyi rəng ilə saxaroza şəkəri məhsuludur.Qəhvəyi şəkər saflaşdırılmamış və ya qismən saflaşdırılmış yumşaq şəkər ki şəkər kristalları və qalıq melassa məzmunundan ibarətdir və ya saflaşdırılmış ağ şəkərə melassa əlavə olunması ilə istehsal olunur. New Scientist. I'm Sweet Enough 21 January 2006.
Qırmızı
Qırmızı və ya qızıl – rənglərdən biri. Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir. Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır. Qırmızı rəngin toplaşma, cəmləşmə, dava-dalaş simvolu kimi qəbul edildiyi halda bəzi türk xalqlarında qırmızı rəng qutsal sayılmış və o, göz ruhunun rəngi hesab edilmişdir.
Boz-qəhvəyi torpaqlar
Boz-qəhvəyi torpaqlar — yayıldığı quru bozqır landşaft tipi Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun şimal qurtaracağında formalaşmışdır. Bu torpaqlarda humus qatının qalınlığı 40–50 sm-dir və dənəvər-xırda kərtənli struktura malikdir. Qranulometrik tərkibcə ağır gillicəlidir. Məsaməliliyi 54–58%-da tərəddüd edir. Qrunt suyu 3,0–4,0 m dərinlikdə yerləşir. Suya davamlı aqreqatların miqdarı 50–60%-dir. Boz qəhvəyi torpaqlar taxıl, tərəvəz və üzümçülük altında istifadə olunur və gələcəkdə üzüm plantasiyalarının inkişaf etdirilməsi üçün çox əlverişlidir. Quru subtropik bozqır iqlimi mülayim qışı və isti yayı ilə səciyyələnir. Orta illik temperatur 13,0–14,20C arasında dəyişir. Yağıntının orta illik miqdarı 280–320 mm təşkil edir və onun yüksək miqdarı ilin soyuq dövründə düşür.
Boz qəhvəyi torpaqlar

Qəhvəyi dazı sovkası
Dağ-meşə qəhvəyi torpaqlar
Qəhvəyi dağ-meşə torpaqları — inkişaf etdiyi kserofit meşə və kolluqlar iqlimi Aralıq dənizi iqlim tipinə yaxındır. Böyük və Kiçik Qafqazın orta və alçaq dağ qurşağını, Naxçıvan MR, Qanıx-Əyriçay vadisi və Lənkəran rayonunu əhatə edir. Dəniz səviyyəsindən 600–1200 m hündürlükdə, güclü parçalanmış dağlarda, bitki örtüyü yaxşı inkişaf etmiş meşəaltı və kserofil ot örtüklü palıd-vələs meşələri altında inkişaf etmişdir. Bu torpaqlar Lənkəran rayonunda 400–600 m yüksəkliklərdə əsasən cənub yamaclarda palıd-vələs meşələri altında yayılmışdır. İsti yayı və mülayim qışı ilə səciyyələnir. Orta illik temperatur 8,4°-10,8 °C, ən soyuq ayların temperaturu 1,2°-3,4°C arasında dəyişir. yağıntıların miqdarı 350–600 mm olub, əsasən yaz və payız fəsillərində düşür. Lənkəran rayonunda bu torpaqlar alçaq dağlıqda, yarımrütubətli subtropik iqlim tipinin hakim olduğu ərazilərdə yayılmışdır. Lənkəran rayonunun cənub qurtaracağından fərqli olaraq şimal hissədində insanın antropogen təsiri nəticəsində meşələr qırılmış və onların yerində taxıl, noxud, kartof və digər kənd təsərrüfatı bitkiləri becərilir. Burada yayılan qəhvəyi torpaqlar dağ və düzən qəhvəyi torpaqlara ayrılır.
Qobi iri qəhvəyi yarasası
Qəhvəyi dağ-meşə torpaqları

Qırmızı küknar
Qırmızı küknar (lat. Picea rubens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. Vətəni Şimali Amerikanın şimal-şərqidir. Burada iynəyarpaqlı-enliyarpaqlı məşələrdə, təmiz və ya qarışıq əkinlərdə, bataqlıqlarda və dağlarda bitir. Dağlarda 1000–1800 m-dək qalxır. Avropada 1875-ci ildən becərilir. Hündürlüyü 20–36 m-ə gövdəsinin diametri 60-135 sm-ə çatan, sıx, konusvarı çətirli alçaqboylu ağacdır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonurdur. Gövdəsi qırmızı-qonur qabıqla örtülmüşdür. Zoğları qırmızı-qonur və ya narıncı, parlaq, hamar, sıx, zərif tükcüklüdür.
Qırmızı lil
Qırmızı marmot
Qırmızı marmot və ya uzunquyruq marmot (lat. Marmota caudata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Qırmızı meydan
Qırmızı meydan (rus. Красная площадь) və ya Qızıl meydan — Rusiyanın Moskva şəhərində meydan. Keçmiş kral qalası və hazırda Rusiya Prezidentinin rəsmi yaşayış yeri olan Kreml, eləcə də Vasili Blajennı kilsəsi, Spasskaya qülləsi bu meydanda yerləşir. Meydan XV əsrdə inşa olunub. Vladimir Leninin mavzoleyi də bu meydanda yerləşir. Təxminən 73 min m² sahəsi olan meydanda tarixən çox sayda nümayişlər, paradlar, mitinqlər keçirilmişdir. Burada eləcə də edamlar olmuşdur. İkinci Dünya Müharibəsində qalib gələn SSRİ qoşunları meydanda zəfər paradı keçirmişlər. 1987-ci il mayın 28-də Matias Rast adlı həvəskar bir alman pilotu Cessna tipli təyyarəsiylə meydana enmişdir. Rast təyyarəsiylə Almaniyadan əvvəlcə İslandiyaya, oradan Norveç və Finlandiyaya uçmuş, Finlandiyadan isə hava sərhəddini keçərək təyyarəsini Qırmızı meydanda yerə endirmişdir.
Qırmızı nəhənglər
Qırmızı nəhəng — ulduz təkamülünün son mərhələsində olan kütləsi (təxminən 0,3–8 Günəş kütləsi) intervalında olan parlaq nəhəng ulduzdur. Xarici atmosfer genişlənmiş və zəifləmiş, radiusu böyükdür və səth temperaturu 5000 K (4,700 °C, 8,500 °F) və daha aşağıdır. Qırmızı nəhənglər görünüşü sarı-narıncıdan qırmızıya doğrudur, spektral sinfi adətən K və M-dir, həmçinin sinif S spektral sinifə də aid ola bilən ulduzlarıdır və daha çox karbon ulduzlarıdır. Ən çox yayılmış qırmızı nəhənglər qırmızı nəhənglər qolunda olan ulduzlardır ki, onların nüvəsi cırlaşmış heliumdan ibarətdir. Qırmızı nəhənglərin daxili quruluşu olduqca mürəkkəbdir. Bu ulduzların mərkəzində radiusu 10−3 ulduz radiusuna, kütləsi 0,25 Günəş kütləsinə bərabər olan izotermik nüvə vardır. Bu nüvə cırlaşmış helium qazından ibarətdir. Nüvənin cırlaşmasına səbəb sıxlığı çox böyük olmasıdır. Məsələn, kütləsi 1,3 Günəş kütləsi olan qırmızı nəhəngin helium nüvəsində sıxlıq 350 kq/sm3 -dır, belə ulduzun nüvəsində temperatur 40*106 K-dir. İzotermik nüvə qalınlığı 10−3 ulduz radiusu qədər olan nazik halqa ilə əhatə olunmuşdur.
Qırmızı palıd
Şimali Amerika, İspaniya, Türkiyədə-Ağ, Mərmərə və Egey dənizləri ətrafı ərazilərdə rast gəlinir. Bu palıd növü budaqlarında fırlar əmələ gətirən mənənələrin (Coecus ilicus) sahib bitkisidir və növün adı bununla əlaqədar adlandırılıb. 1683-cü ildən mədəni şəraitdə becərilir. Hamar, boz qabıqlı, yığcam, sıx, dik gövdəli həmişəyaşıl koldur. Yarpaqların uzunluğu 1,5-3,5 sm və eni 0,6-2 sm, oval, ellipsvari və ya uzunsov-yumurtavari, ucu biz və ya ucu yumru, bünövrəsi yumru və ya ürəkvari, kənarları dalğalı, hər tərəfdən 4-6 cüt bizvari dişli, cod, dərili, üstü çılpaq, parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, çılpaq və ya damarcıqların künclərində zəif tükcüklüdür. Saplaqları möhkəm və çox qısadır. Budaqları çoxsaylı, boz, hamar, yaşlandıqda çatlayan qabıqla örtülmüşdür. Zoğları sarımtıl-boz, çılpaqdır. Tumurcuqları 3-4 mm uzun-luğunda, çılpaq və ya tüklüdür. Qozaların uzunluğu 1,5-2,5 sm, yumurtavari və ya uzunsov-yumurtavari, ucu biz, açıq qonur, tünd zolaqlı, tək və ya cüt, möhkəm, çoxiynəli kasacıqlı olub, ümumi saplaqda yerləşir.
Qırmızı qabarma
Qırmızı qabarma — Okeanların dərin sulu rayonlarından qidalı maddələrlə zəngin olan sular sahil boyu zonalarda səthə qalxır, burada bioloji məhsuldarlığı xeyli yüksəkdir.Lakin bəzən əlverişli yaşayış sahələrində problemlər yaranır. Qidalanma həlqəsində nizamlanan iş prosesində adətən gözlə görülməyən qırılmalar, yaşayış mühiti üçün fəlakətli nəticələr baş verir. Qırmızı yosunların sayının kəskin artması ətrafda olan bütün canlıların zəhərlənməsinə, dəniz suyunun qan rənginə boyanmasına gətirib çıxarır. Okeanologiyada belə hadisəyə xüsusi ad verilmişdir və "qırmızı qabarma " adlanır. Bu hadisənin baş verməsi aşağıdakı formada olur. Sahil zonalarında kifayət qədər qida olduğuna görə xüsusi yosun növü olan dinoflagellyatlar sürətlə çoxalmağa başlayır.Onların sayı o qədər sürətlə artır ki, qidalanma zəncirinin digər həlqələri onları yeyib qurtara bilmir. Dinoflagellyatların sayı artdıqca bir-birinə söykənərək hər biri daha çox yuxarı qalxıb günəş işığına tərəf inkişaf edir. Nəticədə sularda onların toplanması kifayət qədər yüksək olur. Bütün sahil zonalarında olan sular qırmızı və ya qəhvəyi rəng alır. Bəzən dinoflagellyatlar suya zərərli maddələr buraxır, orada balıqlar və digər heyvanların ölümünə səbəb olur.Bu isə öz növbəsində hidrogen-sulfidin H2S (xarab olmuş yumurta iyində) həddən çox artmasına gətirib çıxarır.
Qırmızı qarağat
Qırmızı qarağat (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Yabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır. Kolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3-5 dilimli olub, uzunluğu 3-5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir. Bitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır. Quba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.
Qırmızı qurdeşənəyi
Qırmızı qurdeşənəyi (lat. lupus erythematosus) — autoimmun xəstəliklərdən biri. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir. Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı "qızartılı qurd" deməkdir. Hind-Avropa dillərində "lupus" sözünun açıqlaması yoxdur. Latın dilində erythematosus (qızarmış) sözü yunan dilindən alınma erythemadan (qızartı) törəyib. Sonuncu isə erythainein (qızarmaq) felindən əmələ gəlib. Qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Bəzi amillər təhrikedici ola bilər: İrsi / Genetik Ətraf mühit: infeksiya, günəş şüası Dərmanlar Kliniki baxımdan qurd eşənəyi bir neçə cür olur: sistematik - ən yayqın forması, daxili orqanların patoloji prosesə cəlb olunması ilə səciyyələnir. dəri forması (natamam qurd eşənəyi) - yalnız dərinin zədələnməsi ilə müşayiət olunur .
Qırmızı qızılağac
Qırmızı qızılağac (lat. Alnus rubra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Qırmızı qızılgül
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.

Digər lüğətlərdə