RADİOAKTİV

s. kim. fiz. radioactive; ~ izotoplar radio-isotopes, radioactive isotopes; ~ çöküntü radioactive fall-out, ~ element radioactive elements; ~ parçalanma radioactive decay; ~ toz radioactive dust

RADİO
RADİOAKTİVLƏŞMƏK
OBASTAN VİKİ
Radioaktiv element
Radioaktiv element (lat. radius - şüa) – sabitolmayan atom nüvəsinə malik olan kimyəvi elementlər (kripton – 85, sezium – 137, rutenium – 106, stronsium – 90, yod – 131): öz-özünə parçalandıqda xarakterik şüalanma yaradır. Canlı orqanizmlərdə mutagen, teratogen və s. dəyişikliklər, həmçinin neqativ ekoloji hadisələr törədə bilər. == Radioaktiv filizlər == Radioaktiv elementlərin mineralları olan filizlər. == İstinadlar == == Xarici keçid == Bəzi maddələr hər zaman radiasiya verir.
Radioaktiv elementlər
Radioaktiv element (lat. radius - şüa) – sabitolmayan atom nüvəsinə malik olan kimyəvi elementlər (kripton – 85, sezium – 137, rutenium – 106, stronsium – 90, yod – 131): öz-özünə parçalandıqda xarakterik şüalanma yaradır. Canlı orqanizmlərdə mutagen, teratogen və s. dəyişikliklər, həmçinin neqativ ekoloji hadisələr törədə bilər. == Radioaktiv filizlər == Radioaktiv elementlərin mineralları olan filizlər. == İstinadlar == == Xarici keçid == Bəzi maddələr hər zaman radiasiya verir.
Radioaktiv karotaj
Radioaktiv karotaj - süxurların təbii və süni yaradılmış radioaktivliyinin ölçülməsinə əsaslanan quyuların geofiziki tədqiqat üsulları. Radioaktiv karotaj neft-mədən geofizikasında tətbiq olunan əsas növləri bunlardır: süxurların təbii qamma aktivliyinin intensivliyinin ölçülməsinə əsaslanan qamma-karotaj (QK); süxurların qamma-kvant mənbələri ilə şüalanmasından baş verən səpinti qamma-şüalanma intensivliyinin ölçülməsinə əsaslanan qamma-qamma-karotaj (QQK); süxur maddəsi ilə neytroan axınlarının qarşılıqlı effektinin öyrənməsinə əsaslanan neytron karotaj (NK). Radioaktiv karotaj məlumatlarından neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı ilə bağlı olan geoloji məsələrin həllində, neft-qaz yataqlarının istismarına nəzarətdə, quyuların qazılma prosesində bəzi texniki məsələlərin həllində və b. sahələrdə geniş istifadə olunur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Radioaktiv tullantılar
Radiaktiv tullantılar — tərkibində müəyyən normadan artıq radioaktiv izotop olan tullantılar: maye, bərk və qaz halında ola bilər. Maye radiaktiv tullantılar atom elektrik stansiyalarında istifadə edilmiş nüvə yanacağının regenerasiyasında, elm texnika və tibbdə müxtəlif radioaktiv şüalanma mənbələrindən istifadə etdikdə əmələ gəlir. == Radiaktiv tullantıların yerin dərinliklərində basdırılması == Radioaktiv tullantıların yayılması və canlı orqanizmlərə zərərli təsir göstərməməsi üçün onların basdırılması.
Radioaktiv çirklənmə
Radioaktiv çirklənmə nüvə partlayışının digər məhvedici faktorlarından fərqli olaraq, insanları və ərazini uzun müddət öz təsiri altında saxlayır. Radioaktiv çirklənmənin mühüm xüsusiyyətlərindən biri odur ki, onu nə iyinə nə də dadına görə təyin etmək mümkün deyil. Onu ancaq xüsusi doza ölçən cihazların köməyi ilə təyin etmək olur. İstismar olunan uran filizi yataqları, atom sənayesinin tullantıları, nüvə partlayışları, Atom Elektrik Stansiyalarında (AES) qəzalar və s. atmosferə süni radioaktiv maddələrin düşməsi mənbəyidir. Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışının bölünən hissələridir. Nüvə bölünməsi prosesində böyük miqdarda müxtəlif maddələrin mürəkkəb qarışığı əmələ gəlir. Bu qarışıqlar Mendeleyev dövri sisteminin orta hissəsində yerləşən 35 kimyəvi elementin 200 izotopunu özündə birləşdirir. Radioaktiv çirklənmənin mənbəyini bölünən nüvə hissəcikləri və radioaktiv enerji təşkil edir. Nüvə partlayışı zamanı çoxlu radioaktiv maddələr yaranır və bu maddələr yerə çökərək ərazinin zəhərlənməsinə səbəb olur.
Radioaktiv şüalanma
Radioaktiv şüalanma – alfa, beta və qamma şüalarının yayılması. == Radioaktiv zəhərlənmə == Ətraf mühitə radioaktiv parçalanma məhsullarının yayılması: nüvə döyüş sursatının parçalanmasından yaranan dağıdıcı amillərdən biri. Radioaktiv zəhərlənmə insan orqanizminə zərərli təsir göstərir (şüa xəstəliyi törədir). Yeraltı, yerüstü, sualtı və su üstündə nüvə partlayışlarından meydana gələn Radioaktiv zəhərlənmə daha təhlükəlidir. Radioaktiv zəhərlənmə. zamanı qrunta (suya) və havaya başlıca olaraq nüvə atımının bölünmə məhsulları (izotoplar), radioaktiv maddələr, habelə nüvə atımı atomlarının parçalanmayan hissəsi keçir.
Radioaktivlik
Radioaktivitlik — radioaktiv parçalanma qeyri-stabil atom nüvəsinin qəflətən enerji verməklə çevrilmə xassəsi. Xaric olunan enerji ionlaşmış şüa, daha dəqiq dedikdə, enerjiyə malik hissəcikli və ya qamma şüalanma şəklində paylanır. == Xarakteristika == Anlayış ilk dəfə 1898-ci ildə Mariya Küri tərəfindən işlənmişdir. Radioaktiv parçalanma bir və ya bir neçə hissəciklərin (məsələn: elektronlar, neytron, alfa-hissəciklər, fotonlar) ayrılması ilə müşayiət olunur. Radioaktivlik dedikdə həm də radioaktiv nüvəyə malik olan maddənin xassələri nəzərdə tutulur. Məlumdur ki, atom nömrəsi 82-dən böyük olan bütün kimyəvi elementlər radioaktivdirlər. Bəzi yüngül elementləri də bu sıraya aid edirlər. İki növ radioaktivlik mövcuddur: Təbii radioaktivlik - təbiətdə rast gəlinən, elementin nüvəsinin öz-özünə şüalanaraq parçalanmasıdır. Süni radioaktivlik - uyğun nüvə reaksiyası nəticəsində süni olaraq elementin nüvəsinin öz-özünə parçalanmasıdır. Radioaktiv nüvə tərəfindən şüalanan α-hissəciyi və γ-kvantlarının energetik spektri diskret, β-hissəciyində isə kəsiləndir.
Torpağın radioaktivliyi
Torpağın radiaktivliyi – torpağın tərkibində radiaktiv xassəli kimyəvi elementlərin olmasıdır. Torpağın radiaktivliyi uran, radium, torium və kaliumun radiaktiv izotopların miqdarından asılıdır. Torpaq əmələ gətirən süxurlardan asılı olaraq bu elementlərin tərkibi dəyişə bilər. Başqa torpaqlara nisbətən turş xassəli dağ süxurları üzərində təşəkkül tapmış torpaqlarda, ağır mexaniki və gillicəli çimli-çəmən torpaqlarında radiaktivlik yüksək olur. Torpağın radiaktivliyi təbii və süni olur. == Torpağın radiaktiv çirklənməsi == Nüvə qurğularının sınağı, qəza tullantıları və torpağa atom sənayesinin tullantılarının düşməsi nəticəsində yaranan radionuklidlərin Yer səthinə düşməsində baş verir. Torpağın radiaktivlik çirklənmə sıxlığı küri vahidinin ərazi vahidinə bərabər olması ilə, yaxud stronsi vahidi ilə ölçülür. Bu cür torpaqlarda radiaktivlik təbii növdən çoxdur.

Digər lüğətlərdə