Rahila Messerer-Plisetskaya
Rahila Mixaylovna Messerer-Plisetskaya və ya yaradıcı təxəllüsü Ra Messerer (rus. Рахи́ль Миха́йловна Мессере́р-Плисе́цкая; 4 mart 1902, Vilnüs – 20 mart 1993, Moskva) — Sovet səssiz kino aktrisası, Mixail Plisetskinin həyat yoldaşı, balerina Maya Plisetskayanın və xoreoqraflar Aleksandr və Azari Plisetsklərin anası.
Rahila Messerer-Plisetskaya 4 mart (19 fevral, köhnə üslub) 1902-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866–1942) və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870–1929) ailəsində anadan olub. Milliyyətcə valideynləi yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. M. B. Messererin bütün uşaqlarının adlarını incildən seçmişdi (Pnina, Azariya, Mattani, Musa, Rahila, Asap, Elişeva, Sulamif, Emanuel, Aminadab). 1940-cı ildə Mixail Messererin ikinci evliliyindən Rahilanın daha bir bacısı Erella dünyaya gəlib. Rahilanın bacı və qardaşları arasında Azariya, Sulamif və Asap da sonradan məşhurlaşmışdılar.
Rahila Messerer 1925-ci ildə Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib (Lev Kuleşovun sinfi).