Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlhamə Qasımova
İlhamə Qasımova — Azərbaycan pop müğənnisi. == Həyatı == İlhamə Qasımova 1976-cı ilin 24 mayında Lənkəran rayonunun Bala Şürük kəndində anadan olmuşdur. Orada kənd məktəbini bitirmişdir. Lənkəran Dövlət Universitetində filologiya fakültəsini bitirdikdən sonra iki il orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1990-cı illərin sonundan bir müddət Daxili İşlər Nazirliyinin pasport xidmətində müfəttiş işləmişdir. == Müğənnilik fəaliyyəti == 2000-ci ildə keçirilmiş "Bakı Payızı" müsabiqəsinə qatılır və bu yarışda birinci mükafatı əldə edir . 5 il sonra İlhamə "Yeni Ulduz-4" (2005-2006) müsabiqəsinə qatılır. O, bu yarışmada Avroviziyanın 2009-cu il Azərbaycan təmsilçisi olacaq Aysel Teymurzadə ilə birgə yarışırdı . Müsabiqədəki qələbəsi İlhamə Qasımovanın peşəkar musiqi karyerasının başlanğıcına səbəb oldu. İlhamə Qasımova 2011-ci ildə Avroviziyanın Azərbaycan milli seçimində uğurla çıxış etmişdir.
İlhamə Quliyeva
İlhamə Məzahir qızı Quliyeva (17 avqust 1943, Lənkəran – 25 fevral 2016, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), Dağıstan Respublikasının xalq artisti (2008). == Həyatı == İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur.Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olmuşdur. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur. İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etmişdir. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilmişdir. === Ailəsi === İlhamə Quliyevanın doğma atasının adı Məzahir Quliyevdir, ögey atası isə Azərbaycan SSR xalq artisti Həbib Bayramovdur. Anası Azərbaycan müğənnisi Azərbaycan Respublikasının xalq artisti Tükəzban İsmayılova.
İlhamə Zərbəliyeva
İlhamə Zərbəliyeva (tam adı: İlhamə Ağalar qızı Zərbəliyeva; d.1973, Cəlilabad rayonu, Pokrovka) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının Kimya üzrə elmlər doktoru. == Həyatı == Zərbəliyeva İlhamə Ağalar qızı, 1973-cü ildə Azərbaycanın Cəlilabad rayonunun Pokrovka kəndində anadan olmuşdur. 1980-cı ildə həmin rayonun 2 saylı məktbinə getmiş, 1990-cı ildə əla qiymətlərlə həmin məktəbi bitirmişdir. 1997-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakultəsinin bakalavr pilləsini, 2000-ci ildə isə həmin fakultənin "Üzvi-kimya" kafedrasının magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2000-ci ildə NKPİ-də aspiranturaya daxil olmuşdur. === Ailəsi === Ailəlidir, 2 oğlu var. == Fəaliyyəti == 1997-ci ildən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) kimyaçı vəzifəsində işə başlamış; 2007-ci ildə "Neft-kimyası" ixtisasıı üzrə "Ali birəsaslı alifatik karbon turşularının yeni oksipropilatlarının və onların modifikatlarının alınması və xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, həmin vaxtdan elmlər doktoru dissertasiya işi üzrə tədqiqatlarımı davam etdirmiş(II pillə üzrə doktorant). İşlədiyi illər ərzində labarotoriyanının iş proqramlarına müvafiq olaraq tədqiqat işləri aparmışdır. İşlədiyim müddət ərzində respublika və beynəlxalq miqyaslı konfranslarda dəfələrlə məruzələrlə çıxış etmişdir.
İlhamə Nasir
İlhamə Nasir (tam adı: İlhamə Nasir qızı Kərimova (Cəbrayılova) 27 aprel 1978, Qubadlı rayonu Diləli Müskənli kəndi)- yazıçı, müəllif, şair, redaktor, aparıcı. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, İraq Türkmən Yazarlar Birliyinin üzvü. "Vətən-TV.az" İnformasiya Agentliyinin təsisçisi, baş redaktoru. == Həyatı == İlhamə Nasir (İlhamə Nasir qızı Kərimova) 27 aprel 1978-ci ildə Qubadlı rayonu Diləli Müskənli kəndində ziyalı ailəsində anadan olub. Yaradıcılığa 8 yaşından başlayıb. “Pioner”, “Göyərçin” jurnallarında, Qubadlı rayonun “Avanqard” qəzetində şeir və hekayələri dərc olunub. 1995-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinə daxil olub və 1999-cu ildə sosiologiya ixtisası ilə oranı bitirib. 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Açar" verilişində aparıcılıq edib. Sonrakı illərdə dövrü mətbuatda redaktor kimi fəaliyyət göstərib. 2014-cü ildə Təbriz televiziyasında yayımlanan "Axşamlar" proqramının aparıcısı və redaktoru kimi çalışıb.
İlham
İlham — kişi adı, soyadı və təxəllüsü. İlham Axundov — İlham Əliyev (dəqiqləşdirmə)İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən). İlham Əliyev (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İlham Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. İlham Əliyev (jurnalist) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. Hacı İlham Əliyev (islamçı) — Azərbaycan İslam Partiyasının sədr əvəziİlham Əhmədovİlham Əhmədov — Azərbaycan aktyoru, rejissor. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəridir. İlham Əhmədov (alim) — alim, həkim. İlham Əhmədov (şəhid) — şəhid.İlham Əsgərov — Azərbaycan aktyoru. İlham Həsənov — Azərbaycan Milli Qəhrəmanı İlham İsmayılov — şəhid İlham Məmmədli — Azərbaycan alimi, jurnalist.
İlhami Cəfərsoy
Cəfərsoy İlhami Yusif oğlu — dilçi-alim, filologiya elmləri doktoru == Həyatı == İlhami Cəfərsoy 1950-ci ildə 24 iyulda Şuşa rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 1968-ci ildə APİ-nin filologiya fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1988-ci ildə "Azərbaycanın türkmənşəli etnohidronimləri" adlı namizədlik, 2010-cu ildə "Türk dilləridə teonim və etnonimlər" (Ön Asiyanın ölü dillərinin onomoloji leksikası əsasında)adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 6 monoqrafiya və tədris vəsaitinin, 80-ə yaxın məqalənin müəllifidir. Məqalə və tezisləri Bakıda, Budapeştdə, Kiyevdə, Moskva, Kazan, Almatı və Daşkənddə nəşr olunmuşdur. Əsas tədqiqat sahələri Ön Asiyanın qədim dillərinin türk leksikasıdır. İ. Y. Cəfərsoy hal-hazırda Nəsimi adına Dilçilik İnstitutunun "Qədim dillər və mədəniyyətlər" şöbəsinin müdiridir. == Əsərləri == 1. Sibirdə Təbriz şəhəri (monoqrafiya). Bakı, 2005, 216 s.
İlhami Səncər
İlhami Səncər 1909 – 13 dekabr 1986, İstanbul Türkiyəli hakim, siyasətçi və keçmiş nazir. == Həyatı və təhsili == İlhami Səncər 1909-cu ildə Osmanlı İmperiyasının Manisa vilayətinin Gördes bölgəsində anadan olub. O, ilk təhsilini Kamalpaşada, ikinci təhsilini isə İzmirdə tamamlayıb. Daha sonra Səncər, Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb. O, 1933-cü ildə təhsilini bitirdikdən sonra İzmir şəhəri və ətrafında məhkəmə və prokurorluq orqanlarında çalışıb. O, ilk dəfə 1934-cü ildə, ikinci dəfə isə 1941-ci ildə hərbi xidmətə çağırılıb. == Siyasi fəaliyyəti == İlhami Səncər məhkəmədəki işindən istefa verərək 1942-ci ildə siyasi həyata daxil olub. 1949-cu ildə o, Cümhuriyyət Xalq Partiyasının İstanbul filialının rəhbəri seçilib. 1961-ci ilin 24 yanvarında Türkiyə Qurucu Məclisinə Cümhuriyyət Xalq Partiyası nümayəndəsi olaraq təyin edilib. Hərbi xidmətdən sonrakı zaman o, 1961–1969-cu illər arasında TBMM-nin 13-cü və İstanbul vilayətinin isə 12-ci millət vəkili olaraq xidmət edib.
İlham (1972)
== Məzmun == Film böyüklərin uşaqlara diqqətli olmaları barədədir. Uşaq qəlbi çox kövrək olur. Ona görə də balacalara qayğıkeşliklə yanaşmaq lazımdır. == Festivallar və mükafatlar == 1) 1974-cü ildə Daşkənddə V Ümumittifaq televiziya filmləri festivalı Ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudov Priz almışddır. == Film haqqında == Kukla filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: İshaq İbrahimov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Solmaz Musayeva Bəstəkar: Aqşin Əlizadə Səs rejissoru: Ruhəngiz Qasımova == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
İlham Abbasov
İlham Abbasov (idmançı)
İlham Allahverdiyev
İlham Allahverdiyev (28 oktyabr 1992, Goranboy rayonu) — Futbolçu, mövqeyi hüçumçudur. Hal hazırda Bakının "MOİK" klubunda oynayır. == Bioqrafiya == İlham Allahverdiyev 28 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası, Goranboy rayonunda doğulub. == Karyera == İlham Allahverdiyev futbol karyerasına 2002-ci ildə Bakının "Neftçi" klubunun uşaq komandasında başlayıb. Bakılıların heyətində müxtəlif aşağı yaş komandalarında çıxış etdikdən sonra, 2011-ci ildə klubun əvəzedici heyətinə cəlb olunur. Daha sonra, 2011/12 mövsumundə "Neftçi"nin əsas heyəti ilə Azərbaycan çempionluğunu qazanır. 2013-cu ilin yayında "Qaradağ Lökbatan" klubuna icarəyə verilir. "Qaradağ Lökbatan" klubunda 6 ay futbol oynadıqdan sonra Allahverdiyev 2014-cu ilin yanvarında "Neftçi"yə dönur. 2013/14 mövsumu bitdikdən sonra futbolçu təkrar "Qaradağ Lökbatan"a icarəyə verilir və klubunun heyətində Azərbaycan Çemppionatının Birinci dəstəsinin 2014/15 mövsumundə 21 qol ilə bombardir olur. Futbolçu bombardir olduğu mövsumdə 21 qol vurur.
İlham Aslanoğlu
İlham Axundov
İlham Axundov (Axundov İlham Sənan oğlu; 1 iyun 1959, Boladı, Lənkəran rayonu) — Kanada alimi; Professor, Vaterlu Universitetinin riyaziyyat fakültəsinin riyaziyyat və biznes üzrə proqramlar direktoru. == Həyatı == Axundov İlham Sənan oğlu 1959-cu il iyunun 1-də Azərbaycan Respublikasının Lənkəran rayonunun Boladi kəndində anadan olub. == Təhsili == 1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbigi Riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə Leninqrad Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. O, sonra Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirərək, 1987-ci ildə professor V. Nevzorovun rəhbərliyi altında “Nizamlamis təsadüfi kəmiyyətlər və onların cəmləri üçün limit teoremləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmisdir. == Əmək fəaliyyəti == 1988-ci ildən 1997-ci ilədək İ.Axundov Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent, 1997-1999-cu illərdə isə Odlar Yurdu Universitetində (Bakı) xarici əlaqələr üzrə prorektor işləyib. İ.Axundov 1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri arasında keçirilən çox nüfuzlu Fulbrayt müsabiqəsinin qalibi olub. O, 1999-2000-ci illərdə Texas Universitetində (Texas A&M University) tədqiqat aparmaq imkanı qazanıb. Bu tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc edildikdən sonra İ.Axundov xarici universitetlərdən bir neçə dəvət alıb. Professor İ.Axundov 2001-ci ildən Kanadanın Makmaster (Hamilton) Universitetində çalışıb. 2007-ci ildə professor İ.Axundov karyerasını Kanadanın dünya söhrətli Vaterlu Universitetinin Riyaziyyat Fakültəsində davam etdirib.
İlham Cabbarov
İlham Cabbarov — — Azərbaycanlı şəhid. == Həyatı == Cabbarov İlham Mirəli oğlu 1 yanvar 1960-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Subatan kəndində anadan olmuşdur. Səkkizillik təhsilini kənd məktəbində aldıqdan sonra kənddə tam orta məktəb olmadığına görə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl) rayonuna gəlmiş yaxın qohumlarıgildə yaşamış və oradakı orta məktəbi bitirmişdir. Orta məktəbi qızıl medalla bitirdikdən sonra İlham Cabbarov Özbəkistan Respublikasının Əndican şəhərində Toxuculuq İnstitutuna daxil olmuşdur. 1988-ci ildə erməni qəsbkarları azərbaycanlıları doğma ocaqlarından didərgin saldığı zaman İlhamgilin ailəsi də Gəncə şəhərinə pənah gətirmişdir. İlham Cabbarov ailəsinə kömək etmək məqsədilə Özbəkistandan qayıdaraq Gəncə şəhərinə gəlmiş, təhsilini Azərbaycan Texnologiya Universitetində davam etdirmişdir. O, oxuya-oxuya Toxuculuq kombinatında əmək fəaliyyətinə başlamışdır. == Hərbi xidmət == Erməni faşistlərinin Azərbaycan torpaqlarına olan iddiaları İlhamı rahat qoya bilməmiş, o, könüllü olaraq Milli Ordu sıralarına daxil olmuş, 773 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlayaraq podpolkovnik Yusif Teymurovun batalyonunda tankçı kimi böyüş igidlik göstərmişdir. Cəsur döyüşçü az müddət içərisində rəşadətinə görə böyük hörmət qazanmışdır. O, Daşaltı, Şuşa, Laçın, Qubadlıda dəfələrlə ölümlə üz-üzə dayansa da çevikliyi və ayıqlığı nəticəsində düşməni məhv edib azad ola bilmişdir.
İlham Elxanoğlu
Əsgərov İlham Elxan oğlu — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluş hissə müdiri, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2015). == Həyatı == İlham Elxanoğlu 1976-cı ildə anadan olmuşdur. Teatr səhnəsində qoyulan bir sıra tamaşaların rəssamı olan İlham Elxanoğlunun rejissor kimi ilk işi 2006-cı ildə J.Koktonun "İnsan səsi" əsəri əsasında hazırlanan tamaşa olub. 2007-ci ildə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasına quruluş verib.30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
İlham Hüseynov
İlham Hüseynov (aktyor) — Azərbaycan teatr və kino aktyoru. İlham Hüseynov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İlham Hüseynov (əsgər, 1973) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi.
İlham Həsənov
İlham Gülbala oğlu Həsənov (6 may 1976, Marksovka, Ağstafa rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == İlham Həsənov 6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində anadan olmuşdur. 1993-cü ildə məktəbi bitirdikdən sonra, zabit olmaq arzusu ilə sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə verir, bura daxil ola bilməyən İlham ruhdan düşmür Bakı Yüngül Sənaye Texnikumuna daxil olur. 1994-cü ildə Milli Orduya çağırılır. O tez bir zamanda əsgər və zabitlərin hörmətini qazanır. Hərbi təlim yarım il çəkir sonra isə cəbhə... İlham cəbhədə təzəcə əməliyatlara qoşulmağa başlamışdı ki Mart hadisələri baş verdi. Öz Dövlətinə, Rəhbərinə, Xalqına xidmət edən İlham Həsənov Mart hadisələri zamanı dəstənin zərərsizləşdirilməsində canından keçən neçə-neçə vətən oğullarından biri oldu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Həsənov İlham Gülbala oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
İlham Kərimli
İlham Kərimli (1976, Bakı) — Azərbaycan, Hind və Ərəb rəqslərin mahir ifaçısı, "Buta" rəqs ansamblının rəhbəri. == Həyatı == İlham Rəhim oğlu Kərimli 1976-cı ildə Bakıda anadan olub. 1993-cü ildə Bakının Piralalhı qəsəbəsindəki 168 saylı məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif texnikumuna daxil olub. 2008-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissorluğu fakültəsini bitirib. İ.Kərimli 6 yaşından rəqslə məşğul olur. İlk müəllimi də Vaqif Mustafayev adına Mədəniyyət Mərkəzində rəqs dərnəyinin rəhbəri Tatyana Alekseyevna olub. Sonra fəaliyyətini Kamil Dadaşov adına "Çənlibel" rəqs ansamblında davam etdirib. Bir çox televiziya müsabiqələrində, o cümlədən "7-17"-də, "İstedadlar sorağında" qalib olub. İlham Kərimli rəqs bacarığını artırmaq üçün ərəb ölkəsi olan Bəhreyn şəhərində 4 il təhsil alaraq Şərq rəqslərinin incəliklərini öyrənib. Hindistanda bir neçə dəfə iki aylıq rəqs kurslarında iştirak edib.
İlham Kərimov
İlham Kərimov (2 iyul 1976) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == İlham Kərimov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. İlham Kərimov turnirin 1/8 final mərhələsində Estoniya nümayəndəsi Valeri Semisura qalib gəlsə də, 1/4 final mərhələsində Fransa nümayəndəsi Jean-Luis Mandengeya 4:10 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.Həmin ilin avqustunda isə İlham Kərimov Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. İlham Kərimov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İsveç nümayəndəsi İsmael Kone ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 2:22 hesabı ilə məğlub olan İlham Kərimov turnirdə mübarizəsini dayandırdı və Atlanta Olimpiadasını 17-ci pillədə başa vurdu.
İlham Mehdiyev
İlham İsmayıl oğlu Mehdiyev (2 avqust 1965; Balakən rayonu, Azərbaycan SSR) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == İlham Mehdiyev 1965-ci il avqustun 2-də Balakən rayonunun Hənifə qəsəbəsində anadan olub. 1983–1987-ci illərdə Odessa Ali Artilleriya Komandirləri Hərbi Məktəbində təhsil alıb. == Fəaliyyəti == İlham Mehdiyev 1987–1991-ci illərdə Sovet Ordusunda Hava-Desant Qoşunlarında xidmət edib. Azərbaycan Prezidenti Heydər Əliyevin 16.08.2002-ci il tarixli Sərəncamı ilə mayor İlham Mehdiyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.İlham Mehdiyev Azərbaycan Prezidenti Heydər Əliyevin 1 iyul 2003-cü il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin edildi.İlham Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2004-cü il tarixli Sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsindən azad edildi və Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2007-ci il tarixli Sərəncamı ilə general-mayor İlham Mehdiyev "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 18.08.2008-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2012-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2014-cü il tarixli Sərəncamı ilə İlham Mehdiyev "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2016-cı il tarixli Sərəncamı ilə İlham Mehdiyevə "general-leytenant" hərbi rüstəbi verildi.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə İlham Mehdiyev 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.İlham Mehdiyev 2020-ci ilin Qarabağ müharibəsi zamanı Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində idi. 2020-ci ilin Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulan döyüş tapşırıqları Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, rəisin birinci müavini — Qərargah rəisi Rəşad Sadiqov, rəisin döyüş hazırlığı üzrə müavini İlham Mehdiyev, Döyüş Hazırlığı Baş İdarəsinin rəisi Rəsul Tağıyev, Sərhəd Qoşunlarının Qərargah rəisi Aqşin Məhərrəmov, ÇHB Komandanı Ehram Hacıyevin rəhbərliyi altında icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları fərqləndi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham İsmayıl oğlu Mehdiyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamları ilə İlham Mehdiyev "Cəbrayılın azad olunmasına görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlham Ələkbərov
İlham Ələkbərov (İlham Xəyyam oğlu Ələkbərov; 20 noyabr 1948, Bakı) — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == İlham Xəyyam oğlu Ələkbərov 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası, b.e.n. X.M.Ələkbərov uzun illər AMEA Zoologiya İnstitutunun Teriologiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Anası, b.e.n. Xalidə xanım Quliyeva isə AMEA Botanika İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. İlham Ələkbərov 1966-cı ildə Bakı şəhəri 134 saylı orta məktəbi, 1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirmişdir. 1972-ci ildə AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aspirantı olmuş, 1977-ci ildə "Mingəçevir, Varvara və Ceyranbatan su anbarlarının plankton infuzorları" mövzusunda namizədlik (Bakı), 1988-ci ildə "Azərbaycanın daxili şirinsu hövzələrinin sərbəst yaşayan infuzorları" mövzusunda doktorluq dissertasiyasını (Leninqrad Dövlət Universiteti) müdafiə etmişdir. AMEA Zoologiya İnstitutu nəzdindəki D.01.071 Dissertasiya Şurasının sədri, AMEA — nın müxbir üzvü (2007), professordur (2009). Müxtəlif dövrlərdə Ali Attestasiya Komissiyasının Biologiya və kənd təsərrufatı elmləri üzrə Ekspert şurasının üzvü olmuşdur.
İlham Ənvəroğlu
İlham Ənvəroğlu ( Əhmədov İlham Ənvər oğlu; d.1975 - Azərbaycan SSR, Ağcabədi şəhəri) - Türkiyədə çalışan tanınmış azərbaycanlı rəssam,dizayner,sənətşünas alim,Səlcuq Universitetinin professoru == Həyatı == İlham Ənvər oğlu Əhmədov 27 may 1970-ci ildə Ağcabədi şəhərində şair, filoloq alim Ənvər Əhmədin ailəsində anadan olmuşdur. == Təhsili == Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə aldıqdan sonra 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.1995-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsindən məzun olmuşdur.1998-ci ildə Türkiyədə Konya şəhərində Səlcuq Universitetində incəsənət fakültəsində təhsil işçisi olaraq çalışmışdır.2000-ci ildə Səlcuq Universiteti İctimai Elmlər İnstitutunda “rəsm təhsili fundamental elm sahəsi” üzrə magistr adını qazanmışdır. == Əmək fəaliyyəti == Səlcuq Universiteti incəsənət fakültəsində müəllim olaraq fəaliyyətə başlamışdır.Hazırda Türkiyədə Konya şəhərində Səlcuq Universitetində dosent olmaqla Gözəl sənətlər (incəsənət) fakültəsində "endüstri ürünləri tasarım bölümü"nün başkanıdır (sənaye məhsulları dizaynı kafedrasının müdiridir). == İştirak etdiyi sərgilər == Rəssam İlham Ənvəroğlu 50-dən çox milli və beynəlxalq sərgilərdə iştirak etmişdir. Bakıda (1995), Konyada (1996, 1997, 1999, 2003, 2005, 2007), Adanada (2006), Bodrumda (2008, 2010), İstanbulda (2009, 2010), Ankarada (2001, 2002, 2003, 2007), Eskişehirdə (2010), Samsunda (2000), Malatyada (2005, 2006), Kayseridə (2006) və Bursada (2007) fərdi sərgiləri rəssamın əsərləri uğurla nümayiş etdirilmişdir.2006-cı ildə 67-ci Dövlət rəsm və heykəl sərgisində, 2008-ci ildə “Kempinski sənət günləri” sərgisində birincilik mükafatına layiq görülmüşdür. İ.Ənvəroğlu 2010-cu ildə Balaton – Szalon Kiçikhəcmli işlər Biennalında böyük mükafatla təltif olunmuşdu. UNESCO Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının (AİAP ) üzvüdür.İ.Ənvəroğlu “Aman ovçu”, “Şaman”, “Kutsal şehirler”, Cənnət quşu” və digər məşhur əsərlərin müəlifidir. Həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən mərasimdə rəssamın 30 işi nümayiş etdirilib Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Macarıstanda “Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisi olub.
İlham Əsgərov
İlham Əsgərov (tam adı: İlham Təvəkkül oğlu Əsgərov; d. 16 iyul 1958, Masallı, Azərbaycan SSR, - ö. 6 sentyabr 2015, Bakı, Azərbaycan) — azərbaycanlı aktyor, rolların məharətli ifaçısı; Azərbaycan Respublikasının xalq artisti. == Həyatı == İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişdir. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib. İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi. 6 sentyabr 2015-ci ildə Bakıda vəfat etmişdir. Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilmişdir.İlham Əsgərov Kərbala ziyarətində olmuşdur.
İlham Əsədov
İlham Əsəd oğlu Əsədov (d. 1 may 1970, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiyanın əməkdar artisti (2016), Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == İlham Əsədov 1970-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1994-cü ildən "İlham" Miniatür teatrının, 2003-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır. İ.Əsədov mart ayının 8-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Восток – дело тонкое" adlı konsert proqramı ilə çıxış etmişdir. Kalmıkiya Dövlət Filarmoniyasında baş tutan konsertdə aktyor- müğənni Filarmoniyanın direktoru, Kalmikiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyevlə bir səhnəni bölüşmüşdür. Bir sıra dövlət rəsmilərinin iştirak etdiyi konsert proqramında İ.Əsədova Kalmıkiya Respublikasının başçısı İ.Zotovun imzası ilə "Azərbaycan və Kalmık xalqları arasındakı mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə" "Təşəkkürnamə" təqdim olunmuşdur. 2016-cı il iyul ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima" mükafatına "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı" nominasiyası üzrə layiq görülmüşdür. 2016-ci ilin noyabr ayının 9-da Kalmıkiya Respublikasının Əməkdar Artisti Fəxri adına layiq görülmüşdür.
İlham Əziz
İlham Saleh oğlu Əzizov və ya İlham Əziz (16 aprel 1972, Aşağı Noxudlu, Salyan rayonu) — azərbaycanlı yazıçı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == İlham Əzizov 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd tam orta məktəbində təhsil alıb. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbini bitirib. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. 1994-cü ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1998-ci ildə öz ərizəsi ilə vəzifəsindən azad edilib.
İlham Mirzəyev
İlham Mirzəyev (tam adı: İlham Əlikram oğlu Mirzəyev; 18 iyun 1966, Əli-Bayramlı) — şair-publisist, tədqiqatçı-psixoloq, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, psixologiya üzrə fəlsəfə doktoru. == Həyatı == İlham Əlikram oğlu Mirzəyev 18 iyun 1966-cı ildə Şirvan şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Daha sonra Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb. 2000-ci ildən "Space" Müstəqil Teleradio Şirkətində aparıcı kimi fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə, Sosialogiya və Hüquq institutunun "dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin böyük elmi işçisi, həmin institutunun mətbuat katibi və elmi şuranın üzvü, psixologiya üzrə fəlsəfə doktorudur, dosent, 8 kitab, 3 dərs vəsaiti və 100-dək elmi məqalənin müəllifidir. Azərbaycan Jurnalistlər İttifaqının üzvü olan İlham Mirzəyev "Vətən", "Qızıl qələm", "Humay", Hacı Zeynalabdin Tağıyev adına yaradıcılıq mükafatını, Milli Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb. == Elmi fəaliyyəti == İlham Mirzəyev yaradıcı insan və peşəkar psixoloq kimi Azərbaycan hüdudlarından kənarda da çox yaxşı tanınır. Tədiqaqtçı-psixoloq kimi həm kəmiyyət, həm də keyfiyyət baxımından yaradıcı fəallığı ilə seçilən İlham Mirzəyevin "Liderlik zirvəsi: siyasətin sosial psixologiyası" adlanan beşinci irihəcmli elmi-praktik monoqrafiyası Türkiyədə İstanbul Kültür Bakanlığının dəstəyi ilə nəfis tərtibatla nəşr edilib. Bu əsərdə ümummilli lider Heydər Əliyevin siyasi irsi, Prezident İlham Əliyevin dövlətçilik, idarəçilik fəaliyyəti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti, sosial tarixi və siyasi-psixoloji yanaşma çərçivəsində sistemli şəkildə təhlil olunur.
Tihamə
Тixama (ərəb. تهامة‎) — qumlardan ibarət olan və Ərəbistan yarımadasının qərb, cənub-qərb sahillərini əhatə edən səhra. Səhra Qırmızı dəniz və Hiçaz, Asir dağları arasında yerləşir. İnzibati cəhətdən Səudiyyə Ərəbistanı və Yəmən ərazisində yerləşir. Sahilboyu səhranın eni 5–70 km arasında dəyişir. Çayları şərqdən qərbə axır. Yağıntəlarla qidalanırlar. Daimi axara malik deyillər. İqlimi turopikdir. İl ərzində 30 mm yağıntı düşür.