RAST I is. [ fars. ] mus. Yaxın Şərq xalqları klassik musiqisinin 12 əsas muğamından biri. Hünəriniz varsa, bir rast oxuyun! (S.Vurğun).
RAST II is. [ fars. ] Bir-biri ilə qarşılaşma. Düşüb-düşməyəli bu saraylara; Hələ rast gəlmədim vəfalı yara! (S.Vurğun).
RAST III sif. [ fars. ] Doğru, düz, dürüst. Özünüz çox yaxşı bilirsiniz ki, biz onlara rast güllə atmarıq (“Qaçaq Nəbi”).