Qravitasion relyef forması
Qravitasion relyef forması — Qravitasion relyef əmələgətirici proseslər bilavasitə ağırlıq qüvvəsinin təsiri və yer səthinin süxur kütlələrinin hərəkəti və yerdəyişməsi nəticəsində baş verir və müvafiq morfoskulpturlar formalaşır. Azərbaycanın dağlıq ərazisində fiziki-coğrafi şəraitin mürəkkəbliyi ilə əlaqədar olaraq, qravitvsiya proseslərinin təzahürü öz müxtəlifliyi ilə seçilir və sürüşmə, uçqun, daş axınları, çınqıl, ufantı, səpinti və s.kimi hadisələrlə əlaqədar müvafiq morfoskulpturlar əmələ gətirir. Bunların inkişafının intensivliyi, relyefdə təzahürü, sahəvi paylanması və başqa xüsusiyyətləri bir sıra təbii amillərdən — ərazinin yüksəkliyi, səthin meylliyi, forması, süxurların litoloji tərkibi, çatlılıq dərəcəsi, atmosfer yağıntıları və hidrogeoloji şəraitin bir-biri ilə qarşılıqlı münasibətilə əlaqədardır. Həmin parametrlərin yüksəklik və üfüqi istiqamətdə differensasiyası artdıqca qravitasiya prosesinin intensivliyi və onun yaratdığı relyef formalarının tutduğu sahələr də genişlənir.
== Sürüşmə ==
Azərbaycan Respublikasının dağlıq ərazilərində qravitasiya proseslərinin ən geniş yayılmış növlərindən biri sürüşmələrdir.
Sürüşmə prosesləri əlverişli relyef şəraitində örtük, qırıntı süxur kütlələrinin və ana süxur laylarının yerindən qopması və ağırlıq qüvvəsinin təsiri altında yamacboyu hərəkəti ilə baş verir. Sürüşməyə başlıca olaraq süxur kütlələrinin və blokların yamacda dayanıqlığını itirməsi, süxurların nəmlənməsi, aşınma və s. nəticəsində bunların fiziki vəziyyətinin dəyişilməsi və davamlığının zəifləməsi səbəb olur. Burada başlıca şərt yamaclarda toplanmış kövrək örtük çöküntülərin altında su keçirməyən gilli layın olmasıdır. Sürüşmələrin baş verməsinə yamacların meyllik bitki ilə örtülmə və rütubətlənmə dərəcəsi, onları təşkil edən süxurların litoloji tərkibi (gillər, gilli şistlər, qum və əhəngdaşları), iqlim şəraiti, və ətraf mühitə insanların düşünülməmiş müdaxiləsi, ərazinin seysmikliyi və s.