RİZ
RİZƏ-RİZƏ
OBASTAN VİKİ
Rizə
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Məşhəd Rizə
Məşhəd Rizə — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Miyan vilayət bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,307 nəfər və 1,808 ailədən ibarət idi.
Rizə ili
Rizə ili — Türkiyədə il.
Rizə küftə
adambaşına 300 qr qoyun əti 1 baş soğan 40 qr ərinmiş yağ 20 qr üzüm sirkəsi 10 qr şəkər 15 qr tomat – püre 25 qr keşniş və şüyüd habelə tam üçün duz və istiot götürülür. Qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir. Buna istiot və duz vurulub, yaxşı qarışdırılır və 30 dəq soyuq yerdə saxlanılır. Sonra çəkilmiş ətdən xırda küftəciklər hazırlanaraq, yağ içində qızardılır. Doğranmış soğan ayrıca qızardılıb içinə tomat püre qatılır və bulyonda açıldıqdan sonra buna sirkə, yaxud limon duzu, şəkər, istiot, duz vurulub hazır olunca bişirilir. Qızardılmış ət küftəciklərinin üstünə sous tökülüb 5 – 10 dəq ərzində öz buğunda bişirilir. Süfrəyə verilən zaman rizə küftənin üstünə doğranmış göyərti səpilir.
Rizə Universiteti
Rəcəb Tayyib Ərdoğan Universiteti (əvvəlki adı: Rizə Universiteti) — Rizədə yerləşən Türkiyə dövlət universiteti. 2006-cı ildə Qaradəniz Texniki Universitetindən ayrılaraq müstəqil universitet kimi yaradılmışdır. Universitet əsasən elm və səhiyyə yönümlüdür. Universitetin tarixi Texniki Məktəbin yaradılması ilə 1950-ci illərdən başlayır. 1975-ci ildə Rizə Təhsil İnstitutu yaradılır. 1976-cı il martın 1-də Rizə Peşə Məktəbinin əsası qoyulur. 1992-ci ildə İlahiyyat Fakültəsi və Balıqçılıq Fakültəsinin, 1996-cı ildə Fındıqlı Peşə Məktəbi, 1997-ci ildə Təhsil fakültəsi və Fən-ədəbiyyat fakültəsinin qurulması ilə böyüməyə davam edib. O, əvvəllər Qaradəniz Texniki Universitetinin bir hissəsi olub. 26111 nömrəli Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minən 15 yeni universitetin yaradılması haqqında qanunla 17 mart 2006-cı ildə Rizə Universiteti yaradılıb. Universitet rəhbərliyinin təklifi və Nazirlər Şurasının qərarı ilə 2012-ci il 11 aprel tarixli 28261 saylı Rəsmi Qəzetdə dərc olunduqdan sonra qüvvəyə minən 6287 saylı İbtidai Təhsil və Təhsil Qanunu və Bəzi Qanunlarda Dəyişikliklər edilməsi haqqında Qanunla Rizə Universitetinin adı Rəcəb Tayyib Ərdoğan Universiteti olaraq dəyişdirilib.
Rizənin ilçələri
Rizə ilinin ilçələri,
Çaykur Rizəspor
Çaykur Rizəspor — Rizədə 1953-cü ildə yaradılmış bir futbol klubu. Klub Türk Milli Qurtuluş Mübarizəsinin ilk adımının atıldığı 19 may 1919 tarixinin 34. ildönümü olan, 19 may 1953 tarixində; Manifaturacı Yakup Temizel, Manifaturacı Atıf Taviloğlu, Manifaturacı İsmet Bilsel, Deftardar Yaşar Domlekçioğlu ve Manifaturacı Muharrem Kürkçü tərəfindən 5 kişilik qurucular heyəti ile Rizedə yaradılıb. 9 fevral 1991 tarixində yapılan Olağanüstü Ümumi Qurul ilə, Qara dəniz bölgəsinin ən böyük kamu şirkəti olan Çaykur ilə birleşerek, "Çaykur Rizespor Kulubü" adı ilə o tarixdən etibarən də profesional dəstələrdəki mübarizəsini davam etdirir.
Çaykur Rizəspor FK

Digər lüğətlərdə