Tədqiqatçılardan Murad Aci yazır ki, bu söz ilk dəfə 839-cu ildə işlədilib. Bu cür adlandırılan əhali isveçlər imiş, onlara normanlar deyirlərmiş. Mənbələrdə rus və varyaq sözü bir müddət eyni mənada işlədilib. Finlər və estonlar İsveçə indi də Rossiya deyirlər. Slavyanlara venedlər deyiblər. Onlarla rusların heç bir əlaqəsi olmayıb. Qədim slavyanlar özlərini venedlər adlandırıblar. Bəs rus sözü haradan əmələ gəlib? M.Aci yazır: rus sözünün özü qədim varyaqcada (qədim island dialektində) “avarçılar”, “dənizçilər” mənasında olub. Skandinaviyalılar dəniz cəngavərləri kimi tanınıblar. Rus sözü onlarla bağlıdır və sonradan indiki rusların adına çevrilib, yəni ruslar elə varyaqlar, “dənizçilər” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)