rəqabət
rəqəmli
OBASTAN VİKİ
1000 (rəqəm)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda. === Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən.
2014 (rəqəm)
2014 (iki min on dörd) — say sistemində ədədlərdən biridir. 2013 ədədindən sonra, 2015 ədədindən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === İki min on dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Analoq-rəqəm çeviricisi
Analoq-rəqəm çeviricisi – analoq (zamana görə fasiləsiz dəyişən) fiziki kəmiyyətləri diskret rəqəmli kəmiyyətlərə çevirən qurğu. Analoq kəmiyyətlər kimi elektrik gərginliyi və cərəyanı, rəqslərin tezliyi, faza sürüşmələri, dönmə bucaqları və s. götürülür. Ədədi kodlar, əsasən, ikilik, ikilik-onluq və ya onluq say sistemləri ilə verilir. Ümumi halda analoq-rəqəm çevrilməsi prosesi kvantlaşdırma (fasiləsiz verilənlərin zaman, səviyyə və ya hər iki parametr üzrə eyni anda diskretləşdirilməsi) və kodlaşdırmadan ibarətdir. Kvantlaşdırma zamanı fasiləsiz kəmiyyət müəyyən qanunla seçilmiş və ümumilikdə ilkin kəmiyyəti (əvvəlcədən təyin edilmiş səhvlə) əks etdirən ani qiymətlərdən ibarət ardıcıllığa çevrilir. Kodlaşdırma zamanı kvantlaşdırma prosesində seçilmiş ilkin kəmiyyətin ani qiymətləri ölçülür və nəticələr ədədi kodlar şəklində qeyd edilir. Müasir Analoq-rəqəm çeviricisində kvantlaşma və kodlaşma prosesləri analoq və inteqral sxemlərin, mikroprosessorların və s. köməyilə yerinə yetirilir. Analoq-rəqəm çeviricisi verilənlərin ötürülməsi sistemlərində, informasiya-ölçmə sistemlərində, avtomatik idarəetmə qurğularında və s.
Rəqəm
Rəqəm və ya say — ədədləri yazmaq üçün istifadə edilən xüsusi işarə. == Tarixi == 1202-ci ildə riyaziyyatçı Leonardo Pizano (Leonardo Pisano) ərəb rəqəmlərinin adını çəkir. Hazırda istifadə edilən rəqəmlər Hindistandan gəlib və Avropa xalqları bu rəqəmlərlə ərəblərin sayəsində tanış olmuşlar. İlk dəfə XVI əsrdə yeni nömrələmə geniş şəkildə yayılmağa başlamışdır. Ərəb sistemi olan onluq say sistemi istənilən qədər böyük ədədi yazmağa imkan verir. Məlum olduğu kimi, Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq 1–9 arasında saxladılar, çünki bu rəqəmlər başlanğıc rəqəmləridir, qalan rəqəmləri onlardan düzəltmək mümkündür. İyirmi əsr keçəndən sonra, məşhur Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi "Okkult fəlsəfəsi" əsərində həmin rəqəmləri və onların mənasını verdi. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Min (rəqəm)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda. === Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən.
Rəqəm generatorları
== Rəqəm və ya rəqəmsal generatorlar == Bu tip generatorlar sabit cərəyan qida mənbəyinin enerjisi hesabına toplanana enerjinin (enerjinin toplanma prosesi kondensator və induktiv doloqlar vasitəsilə yerinə yetirilir) çıxışda azad olması hesabına yaranana qeyri-harmonik rəqslər yaranır ki, belə generatorlara releksasiya heneratorları deyilir. Burada qeyri-harmonik siqnallar (rəqslər) deyərkən xətti dəyişən, düzbucaqlı, eksponensial və başqa xüsusi formaya sahib xüsusi siqnallar nəzərdə tutulur. Multivibrator, təkvibrator, trigger, bloking generatorları releksasiya generatorlarına aid etmək olar. Müvazinətli vəziyyətin saxlama xarakteri düzbucaqlı impuls generatorlarının təsnifat əlamətidir. Müvazinətli vəziyyət uzun müddətli dayanıqlı və kvazidayanıqlı (demək olar ki-nisbətən dayanıqlı) olmaqla iki çür olur. Uzun müddətli dayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını istəlinən ana qədər saxlaya bilər və generatoru xarici təsirin köməyilə bu vəziyyətdən çıxarmaq olar. Kvazidayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını müəəyən sonlu müddət ərzində saxlayır və bu müddət generatorun daxili parametrləri və strukturu ilə müəyyən edilir. Bu tip generatorlarda bir dayanıqlı vəziyyətdən digərinə keçid üçün xarici təsirlər tələb edilmir. Düzbucaqlı impuls generatorları dayanıqlı vəziyyətin xarakterinə görə üç qrupa bölünür. Triggerlər: Belə generatorlar iki uzun müddətli dayanıqlı vəziyyətə sahib olurlar və bistabil düzbucaqlı impuls generatoru adlanırlar.
Rəqəm klaviaturası
Rəqəm klaviaturası (numeric keypad)- klaviaturanın sağ hissəsində olan və ədədləri rahat daxil etmək üçünistifadə oluna bilən əlavə klavişlər bloku. Rəqəm klaviaturası, adətən, kompüter klaviaturalarının əksəriyyətində olur, ancaq ayrıca blok kimi də mövcuddur. Onun tərkibinə rəqəm klavişlərindən savayı toplama, çıxma, vurma, bölmə və hətta ENTER klavişləri də (adətən, klaviaturanın əsas hissəsində olan eyni adlı klavişdən fərqlənən) əlavə olunub. Çox zaman rəqəm klaviaturasının bir çox klavişlərinin ikili təyinatı olur; Num Lock indikatorunu yananda bu klavişlərinin ikili təyinatı olur; Num Lock indikatorunu yananda bu klavişlərdən kursoru hərəkət etdirmək, sənədi aşağı-yuxarı səhifələmək, mətni artırmaq və uzaqlaşdırmaq üçün istifadə etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Analoq-rəqəmsal çevirici
Analoq-rəqəmsal çevirici (ing. Analog-to-digital converter, rus. Аналого-цифровой преобразователь) yaxud ARÇ — analoq siqnalı rəqəmsal siqnala çevirən qurğudur. ARÇ siqnalın diskretləşdirməsini və kvantlanmasını həyata keçirir. Analoq-rəqəmsal çeviriciləri adətən qarşılıqlı təsir edən bir neçə elementdən ibarətdir. Açıq sxem üzrə birbaşa çevirmə üsulunda ARÇ-nin elementləri iki qrupa bölünür. Onlardan birinci zaman-impuls modulyasiyasını həyata keçirir, yəni zaman-impuls siqnalını yaradır. Harmonik gərginlik və cərəyanın amplitud, faza və ya tezliyi şəklində olan məlumat parametrlərini çevirdikdə müqayisə elementi ME və sıfır indikatoru Sl lazım olur. İkinci qrup isə ardıcıl vahid kodda rəqəm siqnalı yaradaraq kvantlama əməliyyatı aparır və lazım gəldikdə onu mövqe dərəcə-rəqəmə çevirir. Tipik olaraq, bir ADC, gərginliyi ikili rəqəmsal koda çevirən bir elektron cihazdır.
Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. == Tarixi == DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dünya Rəqəmsal Kitabxanası
Dünya Rəqəmsal Kitabxanası — 21 aprel 2009-cu ildə Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub. Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən nadir kitabları, əlyazmalarını oxumaq olar; filmlərə, şəkillərə baxmaq olar. Veb-saytın ünvanı: wdl.org. Saytdakı mətnlər dünyanın 7 əsas dilindədir − ərəb, çin, ingilis, fransız, portuqal,rus və ispan dili. UNESCO-nun və dünyanın 32 kitabxanasının birgə yaratdığı yeni kitabxananın məqsədi qiyməti olmayan nadir materialları hamı üçün əl çatan etməkdir. Dünya Elektron Kitabxanası yaratmağı 2005-ci ildə Amerika Konqresi Kitabxanasının rəhbəri Ceyms Billinqton təklif edib.
Hind rəqəmləri
Hind rəqəmləri — Hind-Ərəb rəqəm sistemində yer alır.
Koreya rəqəmləri
Max rəqəmi
Max ədədi, hərəkət halında olan hər hansı bir kütlənin sürətinin, kütlənin mövcud olduğu şərtlər daxilindəki səs sürətinə olan nisbətidir. Qısaca Ma ya da M deyilir. Adını Avstriyalı fizik və filosof Ernst Maxdan almışdır. Ernst Maxdan əvvəl bu mövzu haqqında Fransız fizik Sarrau da tədqiqatlar apardığında Sarrau ədədi də adlanır. Nümunə olaraq, dəniz səviyyəsində, 1 atm təzyiq şəraitində və 15oC hava istiliyində 1 Max = 1226,5 km/saat (340 metr/saniyə) olaraq müəyyənləşdirilir. Yerdə səs sürəti göyə nisbətdə daha yuxarı dəyərdədir. Yerdən yuxarıya doğru qalxdıqca havanın temperaturu aşağı düşür. Dəniz səviyyəsindən 11 km hündürlüyə qədər (Stratosfer sərhədinə qədər) olan atmosfer təbəqəsinə troposfer deyilir. Səs sürətinin kvadratı havanın temperaturu ilə düz nisbətdə dəyişdiyinə görə, yerdən yuxarıya doğru qalxdıqca səs sürəti aşağı düşür. Bununla əlaqədar olaraq o yüksəklikdəki max ədədi dəniz səviyyəsinə görə daha aşağı olur.
Mayya rəqəmləri
Mayya rəqəmləri — 20-lik say sisteminə əsaslanan yazı. Mayya rəqəmləri 3 elementdən təşkil olunub: 0 rəqəmi (balıqqulağı işarəsi), 1 rəqəmi (nöqtə) və 5 rəqəmi (üfüqi xətt). Məsələn, 12 ədədi 2 nöqtə və 2 üfüqi xətlə göstərilir: . == 19-dan böyük olan ədədlər == 19-dan böyük olan ədədlər 20-nin dərəcəsinə görə yuxarıdan aşağıya doğru yazılır.
Roma rəqəmləri
Roma say sistemi — Qədim Romada istifadə edilən say sistemi. Sistem qədim dövrlərdən istifadə edilmiş, orta əsrlərdə müəyyən qədər dəyişdirilmiş və müasir vəziyyətə düşmüşdür. Mövqesiz say sistemi olduğu üçün bu say sistemində riyazi hesablamalar aparmaq çətindir. Bu sistemdə rəqəmləri müvafiq hərflərlə əvəz edirlər. Roma rəqəmləri əsasən nömrələnmiş siyahılarda, siferblatlarda, tarixlərin və s. yazılmasında istifadə olunur. == Simvollar == Roma rəqəmlərinin yazılışında 7 simvoldan istifadə olunur Bu simvollar təkraralanma üsulu ilə Ərəb rəqəmlərinin yazılmasında istifadə olunur. Lakin bəzi hallarda qısalaşdırmaq üçün yerdəyişmədən də istifadə olunur. Məsələn 4 rəqəmi qısa olması üçün onu IIII yox IV kimi yazırlar; 40 rəqəmi də həmçinin XXXX yox, XL kimi yazılır. 5 milyondan yuxarı rəqəmlərin yazılışı müxtəlif cür olur.
Rum rəqəmləri
Roma say sistemi — Qədim Romada istifadə edilən say sistemi. Sistem qədim dövrlərdən istifadə edilmiş, orta əsrlərdə müəyyən qədər dəyişdirilmiş və müasir vəziyyətə düşmüşdür. Mövqesiz say sistemi olduğu üçün bu say sistemində riyazi hesablamalar aparmaq çətindir. Bu sistemdə rəqəmləri müvafiq hərflərlə əvəz edirlər. Roma rəqəmləri əsasən nömrələnmiş siyahılarda, siferblatlarda, tarixlərin və s. yazılmasında istifadə olunur. == Simvollar == Roma rəqəmlərinin yazılışında 7 simvoldan istifadə olunur Bu simvollar təkraralanma üsulu ilə Ərəb rəqəmlərinin yazılmasında istifadə olunur. Lakin bəzi hallarda qısalaşdırmaq üçün yerdəyişmədən də istifadə olunur. Məsələn 4 rəqəmi qısa olması üçün onu IIII yox IV kimi yazırlar; 40 rəqəmi də həmçinin XXXX yox, XL kimi yazılır. 5 milyondan yuxarı rəqəmlərin yazılışı müxtəlif cür olur.
Rəqəmsal distribusiya
Rəqəmsal distribusiya, həmçinin onlayn distribusiya və ya elektron proqram təminatının distribusiyası — audio, video, e-elektron kitablar, video oyunlar və digər proqram təminatı kimi rəqəmsal media məzmununun fiziki daşıyıcı olmadan çatdırılması və ya distribusiyası. Termin ümumiyyətlə kağız, optik disklər və VHS video kassetləri kimi fiziki distribusiya üsullarından yan keçərək internet kimi onlayn çatdırılma mühiti üzərində distribusiyanı təmin etmək üçün istifadə olunur. Şəbəkədə ötürmə qabiliyyətinin inkişaf etdirilməsi ilə XXI əsrdə onlayn distribusiya "Amazon Video" və "Netflix" kimi platformalarla məşhurlaşmışdır.
Rəqəmsal fotoqrafiya
== İstinadlar ==
Rəqəmsal hüquqlar
Rəqəmsal hüquqlar termini fərdlərin rəqəmsal mediada kompüterlər və digər elektron cihazlar və ya rabitə şəbəkələri vasitəsilə məlumat əldə etmək, yaratmaq və dərc etmək azadlığını ifadə edir. Termin, xüsusən də İnternet kontekstində şəxsi toxunulmazlıq və ifadə azadlığı kimi mövcud hüquqların müdafiəsi və həyata keçirilməsinə aiddir.
Rəqəmsal hüquqların idarə edilməsi
Rəqəmsal hüquqların idarə edilməsi (ing. Digital rights management, qısaca DRM) rəqəmsal medianın istehsalı olan məhsulların (filmlər, musiqilər, oyunlar kimi) bu gün çox asanlıqla kopyalana bilinməsinə, yəni surətlərinin çıxarılmasına, saxtalarının hazırlanması ehtimalının yüksək olmasına görə lisenziya hüquqlarını idarə etmək üçün hazırlanmış giriş nəzarət sistemləri üçün istifadə edilən ümumi addır. O, avadanlıq istehsalçıları, oyun və proqram təminatı şirkətləri, musiqi şirkətləri və naşirlər tərəfindən satışdan sonrakı dövrdə piratlıqla mübarizə aparmaq üçün istifadə olunur. Son dövrlərdə bu üsul bir sıra səbəblərə görə əks reaksiyalara səbəb olmuşdur. Bunun ən mühüm səbəblərindən biri bundan ibarətdir ki, bu cür məhdudiyyətlər adətən yalnız müvafiq medianın məhsullarını qanuni yollarla əldə edən istifadəçilərə təsir etməsi, lakin eyni zamanda da piratlığın qarşısını ala bilməməsidir. Həmçinin bu da məlumdur ki, DRM sistemlərinin tamamilə müvəffəqiyyətli olması texniki cəhətdən qeyri-mümkündür, buna baxmayaraq yenə də rəqəmsal medianı yayan şirkətlər bu üsuldan istifadə etməyə davam edirlər. Bu məsələ ilə bağlı hal-hazırda müəyyən etirazlar mövcud olsa belə, hələlik iştirakçılarının sayının yüksək olduğu hər hansısa bir etiraz və yaxud da boykot hadisəsi ilə rastlaşılmamışdır. Bəzi istifadəçilər, satın aldıqları medianın; İnternetə qoşulmuş cihazları olmadan istifadəsinin mümkünsüz olması, şəxsi kompüterlərinin əməliyyat sistemlərindəki yenilənmələr, yenidən quraşdırılmalar və yaxud da aparat təminatındakı dəyişikliklərdən sonra medianın təkrar istifadəsinin bloklanması, oyun konsollarındakı (məs. PS3 və Xbox 360) və müxtəlif media pleyerlərdəki (məsələn, iPod) məhdudiyyətlər və uyğunsuzluqlara görə qeyri-qanuni olsa da, pirat məhsullarından istifadədən mühafizəni ləğv edən müxtəlif yamaqlardan və ya proqramlardan istifadə edirlər.
Rəqəmsal imza
Rəqəmsal imza elektron imzanın növlərindən biridir, müəllifin identifikasiyasından savayı bir neçə əlavə funksiyanı həyata keçirir. Rəqəmsal imza adətən asimmetrik kriptoqrafiyaya əsaslanır. Yəni, rəqəmsal imza – göndərilən məlumatı yoxlamaqla onun həqiqiliyinin müəyyənləşdirilməsini və sənədin imzalandıqdan sonra dəyişdirilmədiyinə zəmanəti təmin edən unikal elektron identifikator. Rəqəmsal imza şəxsi şifrdir və onun açarı yalnız imza sahibinə məlumdur. Rəqəmsal imza üsullarında çox zaman açıq açarlı şifrləmə alqoritmlərindən istifadə olunur, ancaq bir az fərqli şəkildə. Başqa sözlə, rəqəmsal imza üsullarında şifrləmə üçün gizli açardan (PRIVATE KEY), deşifrləmə üçün isə açıq açardan (PUBLIC KEY) istifadə olunur. Gizli açar elə açara deyilir ki, gizli yazışma aparan iki abonent qabaqcadan onu bir-birlərinə verirlər (bildirirlər). Həm şifrləmə, həm də deşifrləmə bu vahid açar vasitəsilə aparılır. Gizli yazışmada əsas məsələ bu açarı üçüncü şəxslərdən gizli saxlamaqdır. Rəqəmsal imza konkret məlumata (mətnə, fayla və ya ixtiyari uzunluqlu istənilən bitlər yığınına) əlavə olunan və aşağıdakı funksiyaları təmin etməyə imkan verən sabit uzunluqlu informasiya blokudur: məlumatın müəllifinin identifikasiyası və autentikasiyası; məlumatın bütövlüyünə nəzarət; məlumatın müəllifliyindən imtinanın qeyri-mümkünlüyünə zəmanət.
Rəqəmsal irs
Rəqəmsal irs (ing. Digital heritage) — mədəniyyət, təhsil, elm, idarəetmə resurslarından, həmçinin texniki, hüquqi, tibbi və digər xarakterli informasiyadan ibarətdir. Yəni, rəqəmsal irs rəqəmsal formada yaradılmış və ya mövcud analoq resurslarından rəqəmsal formaya çevrilmiş mədəniyyət, təhsil, elm və idarəetmə sahələrinə aid resursları, həmçinin texniki, hüquqi, tibbi və digər informasiya növlərini əhatə edən məfhum kimi müəyyən edilir. İstənilən halda onlar insanlar tərəfindən zaman və ərazi sərhədlərindən asılı olmayaraq istifadə edilir. Rəqəmsal materiallar fasiləsiz artan, müxtəlif formatlarda təqdim edilən mətn sənədlərinidən, verilənlər bazasından, hərəkətsiz və hərəkətli təsvirlərdən, səsli və qrafik materiallardan, proqram təminatı və veb-səhifələrdən ibarətdir. Çox vaxt bu materiallar qısa müddətə yazılır və onların yaradılması, saxlanması və idarə edilməsinə yönələn məqsədyönlü tədbirlərin görülməsini tələb edir. Bu resursların çoxu uzunmüddətli dəyərə və əhəmiyyətə malikdirlər, indiki və gələcək nəsillər üçun qorunması və saxlanması zəruri olan irsi özündə əks etdirir. Belə fasiləsiz artan irs istənilən dildə, dünyanın istənilən yerində mövcud ola bilər və istənilən insan bilikləri və ifadə formaları sferasına aid ola bilər. == Ədəbiyyat == Хартия о сохранении цифрового наследия, Принята 15 октября 2003 года, (Резолюция принята по докладу Комиссии V на 18-м пленарном заседании 15 октября 2003 г. Доклад Генерального директора относительно проекта Хартии о сохранении цифрового наследия, Организация Объединенных Наций по вопросам образования, науки и культуры Исполнительный совет EX, Сто шестьдесят четвертая сессия, 164 EX/21, Париж, 9 апреля 2002 г.
Rəqəmsal marketinq
Rəqəmsal marketinq (ing. digital marketing) — marketinq fəaliyyətini rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirmə prosesinə deyilir. Rəqəmsal marketinqin əsas məqsədi markanı, məhsul və ya xidməti internet vasitəsilə tanıtmaqdır. Bununla yanaşı müxtəlif üsullarla satışların artırılması da əsas məqsədlərdən biridir. Burada potensial müştəriləri cəlb etmək, istehlakçı kimi saxlamaq məqsədilə rəqəmsal texnologiyalardan istifadə edilir. Hansı ki, sosial şəbəkələri, veb saytları, e-mail xidmətlərini, mobil telefonları, rəqəmsal televizorları, bir sözlə internetə çıxışı olan bütün rəqəmsal texnolagiyaları və alətləri buraya daxil etmək olar. Lakin internetə birbaşa qoşulmayan kanallardan da istifadə oluna bilər. Buna isə əsasən mobil telefonların SMS, MMS xidmətləri, zəng melodiyaları aid edilir. Rəqəmsal marketinq kanalları məhsul dəyərini yarada, sürətləndirə və istehsalçıdan istehlakçıya ötürə bilən, internətə əsaslanan sistemlərdir. Rəqəmsal marketinqin 1990–2000-ci illərdən bəri inkişafı marka və müəssisələrin marketinq üçün texnologiyadan istifadə üsulunu dəyişdirdi.
Rəqəmsal musiqi mağazası
Rəqəmsal musiqi mağazası (ing. Digital music store) — İnternet üzərindən musiqi yazılarının rəqəmsal audio fayllarını satan bir işdir. Müştərilər, sahiblik əldə etmədən qeydlərə qulaq asdıqları musiqi axını xidmətindən fərqli olaraq, fayllardan istifadə etmək üçün lisenziyaya sahib olurlar. Müştərilər ya hər musiqi üçün, ya da abunə əsasında ödəniş edirlər. Onlayn musiqi mağazaları ümumiyyətlə mahnıların qismən yayımını təklif edir, bəzi mahnılar hətta tam uzunluqda dinləmək üçün mövcuddur. Onlar adətən hər mahnı üçün albom sənətinin və ya ifaçı və ya qrupun şəklini göstərirlər. Bəzi onlayn musiqi mağazalarında podkastlar və filmlərin video faylları kimi qeydə alınmış nitq faylları da satılır. == Tarixi == İnternetdə yüklənə bilən mahnıların ilk pulsuz yüksək keyfiyyətli onlayn musiqi arxivi 1993-cü ildə Santa Cruz, Kaliforniya Universitetindən Rob Lord, Jeff Patterson və Jon Luini tərəfindən yaradılmış İnternet Yeraltı Musiqi Arxivi (IUMA) idi. Sony Music Entertainment Japan Yaponiyada 20 dekabr 1999-cu ildə Bitmusic adlı ilk rəqəmsal musiqi mağazasını istifadəyə verdi. == Platformalar == Rəqəmsal olaraq onlayn satış edən bir neçə musiqi mağazaları.
Rəqəmsal məlumat
Rəqəmsal məlumat — Mikroprosessor sistemi rəqəmsal kodları ardıcıllıqla təmsil edən rəqəmsal informasiya ilə işləyir.Hər hansı bir mikroprosessor sisteminin əsasında 0 və 1-dən ibarət yalnız ikili say sistemində ədədləri ayırd edə bilən bir mikroprosessor durur. İkili say sistemində ədədlər ikili saylı rəqəmlərlə yazılır. Məsələn, gündəlik həyatda, biz onluq sistemdən istifadə edirik, hansında ki, ədədləri yazmaq üçün on simvol və ya rəqəm - 0,1, 2, 3, 4, 5, 6, 7, 8, 9 olan bir sistemdir. Uyğun olaraq , ikili sistemdə belə simvolların (və ya rəqəmlərin) sayı yalnız ikidir - 0 və 1. == Xarakteristikası == Başa düşmək lazımdır ki, say sistemi - yalnız ədədlərin yazılması qaydalarıdır və sistemin növünün seçilməsi onun istifadə üçün rahatlığı ilə müəyyən edilir. İkili sistemin seçimi onun sadəliyi, və uyğun olaraq rəqəmsal cihazların işləməsinin etibarlılığı və onların texniki tətbiqinin asanlığı deməkdir. Rəqəmsal informasiyanın ölçü vahidlərini nəzərdən keçirək: Bit (ingiliscə "Binary digiT" - ikili ədəd) yalnız iki dəyər alır: 0 və ya 1. Bununla "hə" və ya "yox", "qoşulu" və ya "söndürülmüş", "açıq" və ya "qapalı" və s.vəziyyətlərini kodlaşdırmaq olar. Səkkiz bit qrupu bir bayt adlanır, məsələn 10010111. Bir bayt 256 dəyər verə bilər: 00000000 - 0, 11111111 - 255.
Rəqəmsal qala
"Rəqəmsal qala" — Den Braun tərəfindən 1998-ci ildə yazılmış detektiv roman. == Süjet == ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, "Rəqəmsal qala" adlı virusun şifrəsini açmaqda acizdir. Bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün əsil mənasında fəlakətdir. Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir.
Rəqəmsal qala (roman)
"Rəqəmsal qala" — Den Braun tərəfindən 1998-ci ildə yazılmış detektiv roman. == Süjet == ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, "Rəqəmsal qala" adlı virusun şifrəsini açmaqda acizdir. Bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün əsil mənasında fəlakətdir. Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir.
Rəqəmsal sertifikat
Sertifikat — imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzinin verdiyi kağız və ya elektron sənəd.
Rəqəmsal sənət
Rəqəmsal sənət yaradıcılıq və ya təqdimat prosesinin bir hissəsi kimi rəqəmsal texnologiyadan istifadə edən bədii əsər və ya təcrübədir. 1960-cı illərdən kompüter sənəti və multimedia sənəti də daxil olmaqla prosesi təsvir etmək üçün müxtəlif adlar istifadə edilmişdir. Bəzi ilkin müqavimətdən sonra rəqəmsal texnologiyanın təsiri rəsm, ədəbiyyat, heykəltaraşlıq və musiqi/səs sənəti kimi fəaliyyətləri dəyişdirdi, eyni zamanda şəbəkə sənəti, rəqəmsal quraşdırma sənəti və virtual reallıq kimi yeni formalar çevrildi. Daha ümumi şəkildə rəqəmsal rəssam termini incəsənət istehsalında rəqəmsal texnologiyalardan istifadə edən rəssamı təsvir etmək üçün istifadə olunur. Geniş mənada "rəqəmsal sənət" kütləvi istehsal və ya rəqəmsal media üsullarından istifadə edən müasir incəsənətdir. Rəqəmsal sənət üsulları reklamlarda əsas media tərəfindən və vizual effektlər yaratmaq üçün film istehsalçıları tərəfindən geniş şəkildə istifadə olunur. Masaüstü nəşriyyat daha çox qrafik dizaynla əlaqəli olsa da, nəşriyyat dünyasına böyük təsir göstərmişdir. Həm rəqəmsal, həm də ənənəvi rəssamlar işlərini yaratmaq üçün bir çox elektron məlumat və proqram mənbələrindən istifadə edirlər. Vizual və musiqi sənətləri arasındakı paralelləri nəzərə alaraq, rəqəmsal vizual sənətin dəyərinin ümumi qəbulunun son üç onillikdə elektron şəkildə istehsal olunan musiqinin qəbulunun artması ilə eyni şəkildə inkişaf etməsi mümkündür.

Digər lüğətlərdə