səda
sədaqətlə
OBASTAN VİKİ
Sədaqət
Sədaqət — qadın adı Sədaqət Maarif — aktrisa. Sədaqət Vəliyeva — Azərbaycan Respublikası Milli Məclisinin depuatatı Sədaqət Zülfüqarova — aktrisa.
Sədaqət Cabbari
Sədaqət Cabbari — Müasir xəttat və qrafik dizayneri. Tehran universitetinin gözəl sənətlər fakültəsindən incəsənət tədqiqatı sahəsində təhsil alıb. http://www.visualarts.ir/htmls/news15229182583.php Arxivləşdirilib 2013-04-24 at the Wayback Machine http://www.tajasomi.ir/Default.aspx?page=867 Arxivləşdirilib 2009-12-17 at the Wayback Machine Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she.
Sədaqət Hüseynova
Sədaqət Kərimova
Sədaqət Qayınbəy qızı Kərimova (ləzg. Керимова Седакъет Къайинбеган руш; 30 may 1953, Qalacıq, Qusar rayonu) — ləzgi şairi, yazıçısı, bəstəkarı, rejissoru. Sədaqət Kərimova 1953-cü ilin martın 30-da Qusarda anadan olmuşdur. 1969-cu ildə Qusar şəhər 1 saylı orta məktəbini bitirmişdir. Hələ məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələrlə çıxış etməyə başlamışdır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan S. Kərimova tələbəlik illərinin ilk günlərindən "Azərbaycan gəncləri" qəzetinin ştatdankənar müxbiri kimi əxlaq mövzusunda yazdığı silsilə məqalələri ilə tanınmışdır. Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın "Sovet kəndi" qəzetində 17 il fasiləsiz çalışmışdır. Sonralar "Azərbaycan" qəzetində şöbə müdiri, "Günay" qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərmişdir. S. Kərimova 1997-ci ildən üç dildə çıxan "Samur" qəzetinin baş redaktorudur. Həmin qəzeti öz vəsaiti ilə nəşr edir.
Sədaqət Maarif
Sədaqət Maarif — aktrisa. Sədaqət Maarif 1961-ci ildə anadan olub.1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Yaradıcılığa Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyətə başlamışdır. Mərdəkan Xalq Teatrında quruluşçu rejissor kimi çalışan S. Maarif M. F. Axunzadə "Lənkəran xanının vəziri", C. Məmmədquluzadə "Ölülər", Xalq nağılı "Məlikməmməd" və digər tamaşalarında aktrisa kimi fəaliyyət göstərmişdir. Bir neçə ölkələrin teatr festivallarında qastrol səfərlərində olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk Kulinariya verlişinin aparıcısı olmuşdur. Həmin illərdə Dövlət Televiziyasında yayımlanan ilk teleserial "Heyat eşqi" serialında aktrisa kimi fəaliyyət göstərmişdir. "Ordan-burdan" verlişinin daimi aktrisası kimi səhnəciklərdə çıxışlar etmişdir. Həmin illərdə Televizyada yayımlanan aktyor v ə rejissorlara həsr olunmuş bir neçə verlişlərin müəllifi və aparıcı çalışmışdır. S. Maarif 2002-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor sənəti müəllimi kimi fəaliyyət göstərir.
Sədaqət Məmmədova
Sədaqət Maarif — aktrisa. Sədaqət Maarif 1961-ci ildə anadan olub.1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Yaradıcılığa Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyətə başlamışdır. Mərdəkan Xalq Teatrında quruluşçu rejissor kimi çalışan S. Maarif M. F. Axunzadə "Lənkəran xanının vəziri", C. Məmmədquluzadə "Ölülər", Xalq nağılı "Məlikməmməd" və digər tamaşalarında aktrisa kimi fəaliyyət göstərmişdir. Bir neçə ölkələrin teatr festivallarında qastrol səfərlərində olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk Kulinariya verlişinin aparıcısı olmuşdur. Həmin illərdə Dövlət Televiziyasında yayımlanan ilk teleserial "Heyat eşqi" serialında aktrisa kimi fəaliyyət göstərmişdir. "Ordan-burdan" verlişinin daimi aktrisası kimi səhnəciklərdə çıxışlar etmişdir. Həmin illərdə Televizyada yayımlanan aktyor v ə rejissorlara həsr olunmuş bir neçə verlişlərin müəllifi və aparıcı çalışmışdır. S. Maarif 2002-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor sənəti müəllimi kimi fəaliyyət göstərir.
Sədaqət Nuriyeva
Sədaqət Məmmədağa qızı Nuriyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). 1988-ci ildə M.Əliyev adına ADİİ-nin "dram və kino aktyoru" fakültəsinə qəbul olunub, 1992-ci ildə həmin fakültəni bitirib. 1992-ci ildən Sumqayıt teatrında işləyir. 1996-cı ildən ATXİ-nın üzvüdür. Ailəlidir, iki övladı var. Sumqayıt teatrında 25 rol oynayıb. Onlardan:S.S.Axundov "Tamahkar" – Gülzar, A.Həsənoğlu "Yanmış evin nağılı" – Həlimə, F.Kərimzadə "Şah İsmayıl" – Taclıbəyim, Ş.Qəribli "Gəlin açıq danışaq" – telefonçu qız, katibə,şalvarlı qız, Ş.Qəribli "Sehrli açar" – Vüqar, F.Məmmədov "Anasının gül balası" -Eldar, R.Səməndər "Dərs"-Sevda, M.F.Axundov "Müsyö Jordan və Dərviş Məstəli şah" – Gülçöhrə, Şərəfnisə, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz" – Qəndab, Çiçək, A.Kamyu "Ağlasığmaz faciə" – Marta, A.Babayev "Kim nə deyər bizdə olan qeyrətə" – Jalə, C.Məmmədquluzadə "Danabaşlar" -Şərəf, M.Haqverdiyev " Fədakarlıq" – Gulya, İ.Məlikzadə " Gəl qohum olaq" – Minayə, Ə.Qiyas "Cəhənnəm ekspresi"- Sarışın və s. 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Sədaqət Qəhrəmanova
Qəhrəmanova Sədaqət Məmmədyar qızı — Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini. 1 mart 1949-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olmuşdur.1966-ci ildə Əli-Bayramlı şəhər 2 saylı orta məktəbi bitirmişdir 1968–1971-ci illərdə Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialını bitirib, iqtisadçı peşəsinə yiyələnmişdir. 1973–1977-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır. Ailəlidir, 4 övladı var. Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1967–1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə 1970–1973-cü illərdə şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri 1973-cü ilin fevral ayından sentyabr ayınadək Əli-Bayramlı şəhər Partiya Komitəsində təlimatçı 1977–1978-ci illərdə şəhər Partiya komitəsində təlimatçı və şəhər Qarışıqmallar ticarət idarəsində rəis vəzifəsində işləmişdir. 1978-ci ilin dekabr ayında Əli-Bayramlı şəhər Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir. 1983-cü ilin dekabr ayında şəhər Xalq Nəzarət Komitəsinin sədri təyin olunmuşdur. 1991-ci ilin iyun ayında Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir. 1995-ci ilin sentyabr ayında Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı təyin olunmuşdur.
Sədaqət Ulduz
Sədaqət Fəyaz qızı Quluyeva (Sədaqət Ulduz; 24 aprel 1974, Sumqayıt) — Azərbaycan müğənnisi; Sədaqət Ulduz 24 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəblə yanaşı musiqi məktəbinin qarmon sinfindən də məzun olmuşdur. Eyni zamanda musiqi, fortepiano və saz dərsləri də almışdır. Soltan Hacıbəyov adına Musiqi Texnikumunu bitirmişdir. 1995-ci ildən etibarən "Unison" qrupu ilə addımlar atmağa başlamışdır. Daha sonra peşəkar səhnədə performans sərgiləməklə televiziya proqramlarında da çıxışlar etmişdir. O, yeni kliplər çəkmiş, mahnılar oxumuş və bunlarla yanaşı Space TV-nin "Onda Başladıq" adlı televiziya proqramının aparıcısı kimi də fəaliyyət göstərmişdir. Sədaqət Ulduz əvvəllər Azərbaycan Dövlət Muğam Teatrında solist kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında solist kimi fəaliyyət göstərir. Altı yaşında Moskvada keçirilən Ümumittifaq festivalın mükafatını almışdır.
Sədaqət Verdiyeva
Sədaqət Mirzə qızı Verdiyeva (14 mart 1928, Füzuli, Samux rayonu) — pambıqçı. Sosialist Əməyi Qəhrəmanı (1948). Sədaqət Mirzə qızı Verdiyeva 14 mart 1928-ci ildə keçmiş Xanlar rayonunun Füzuli kəndində anadan olub. 1947-ci ildə «Qırmızı Oktyabr» kolxozunda yüksək əmək göstəricilərinə nail olmuşdur. İttifaq əhəmiyyətli fərdi pensiyaçıdır. Mir Cəlal. Qəhrəman qız: [Sosialist Əməyi Qəhrəmanı, komsomolçu Sədaqət Verdiyeva haqqında] //Pioner.- 1948.- No 10.- S.10-11.
Sədaqət Vəliyeva
Sədaqət Vəliyeva (23 dekabr 1954, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin depuatatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri. Vəliyeva Sədaqət Süleyman qızı 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib. Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb. 1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995–1996-cı illərdə Suraxanı rayon Səhiyyə şöbəsinin müdiri işləyib. 1997–2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon Səhiyyə şöbəsinə rəhbərlik edib.
Sədaqət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Sədaqət Əliyeva
Sədaqət Əliyeva (d. 10 oktyabr 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2013), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent, "Mədəniyyət dünyası" və "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri" adlı məcmuələrin redaktoru. Sədaqət Ağasəfər qızı Əliyeva 10 oktyabr 1963-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var. Bakı şəhər 190 saylı orta məktəbdə (1971–1981) təhsil alıb. 1985-ci ildə M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə "6219.01 — Kulturologiya və onun ümumi məsələləri" ixtisas şifrində Kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2011-ci ildə isə ADMİU-da "dosent" elmi adına layiq görülmüşdür. 2012-ci ildə ADMİU-nun doktoranturasına daxil olmuşdur; "Mədəniyyətdə qadın problemi: tədqiqatların istiqaməti və problematikası" mövzusunda elmi araşdırma üzərində çalışır. 1985-ci ildən gənc mütəxəssis kimi M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) Mədəni-maarif işi kafedrasında baş laborant, saathesabı müəllim kimi iş fəaliyyətinə başlayıb.
Yüksək Sədaqət
Yüksek Sadakat — Türkiyənin rok qrupudur. Onların musiqi alternativi rok musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Kenan Vural, Kutlu Özmakinacı, Sərkan Özgən, Uğur Onatkut, Alpay Şalt ibarətdir. Kenan Vural qrupun solistidir. TRT Türkiyəni “Eurovision”da “Yüksek Sadakat” Live It Up (Həyatını yaşa) adlı mahnı ilə təmsil etdi. Türkiyəni 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi amma yarım finaldan keçə bilmədi.
Sədaqət Qasımlı
Sədaqət Qasımlı — Türkoloq, filologiya üzrə fəlsəfə doktoru, dosent. Filologiya üzrə fəlsəfə doktoru dos. Sədaqət Ədürəhman qızı Qasımlı 1944-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1960-cı ildə Şəki şəhərinin 12 saylı orta məktəbini bitirərək, ADU-nun (indiki BDU) Şərqşünaslıq fakultəsinin Türk Filologiyası şöbəsinə daxil olmuş, 1965-ci ildə bitirmişdir. 1964-66-cı illərdə Azərbaycan EA. Əlyazmalar fondunda çalışaraq, 1967-ci ildə Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Aspirantura şöbəsinə daxil olmuş və oranı bitirdikdən sonra İnstitutun türk filologiyası şöbəsində işə başlamış, baş laborantlıqdan elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1983-cü ildə akad. Həmid Araslının rəhbərliyi ilə “Haldun Tanerin bədii nəsri” adlı dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi dərəcəsini almışdır. Eyni adlı kitabı 1994-cü ildə çap etdirmişdir. O, türkiyə ədəbiyyatı nümunələrini Azərbaycanda yaymaq məqsədi ilə tərcümələr də etmişdir. 2005-ci ildə İsmət Bozdağın “Lətifə xanım Atatürkün həyat yoldaşı”, 2007-ci ildə Haldun Taner Hekayələr” və 2007-2008-ci illərdə qədim türk dastanı "Saltuknamə"nin I,II,III cildləri (B.Osmanova və E.Xəlilova ilə)çap olunmuşdur.
Katolik sədaqət aktları
Katolik sədaqət aktları – Katolik Kilsəsinin liturgiyasına əlavə olaraq, Allaha və ya müqəddəslərin şərəfinə ibadət etmək üçün xüsusi adətlər, ayinlər və aktlar. Birləşmiş Ştatlar Katolik Yepiskoplarının Konfransı sədaqət aktlarını "öz imanının, mədəniyyətinin və İsa Məsihin İncilinin kəsişməsindən yaranan sevgi və sədaqət ifadəsi" kimi təsvir edir. İbadətlər kilsədə yerinə yetirilsə və ya bir keşiş tərəfindən idarə olunsa da liturgik ibadətlərin bir hissəsi hesab edilmir, əksinə paraliturgiyadır. Vatikanda İlahi İbadət İcması Populyar Dindarlıq və Liturgiya haqqında Kitab nəşr edir. Katolik sədaqət aktlarının müxtəlif formaları var: novenalar kimi rəsmiləşdirilmiş, çoxgünlük dualardan tutmuş, yürüşlər və ya Evxaristik pərəstiş kimi fəaliyyətlərə, skapulyarların taxılmasına, müqəddəslərin ehtiramına, müqəddəslərin kanonik tacqoymalarına Marian və ya Xristoloji təsvirlər və hətta Məryəm bağını salmaq kimi bağçılıq aktları da daxildir. Katolik ibadətlərinin məşhur nümunələri Xaç Yolu, Rozariya, müxtəlif litaniyalar, Məryəmə, Müqəddəs Qəlbə , Məlaikə namazı, Məryəmin Ləkəsiz Qəlbi və İsanın Müqəddəs Simasına sədaqət, həcc ziyarətləri, Oktyabrda rozariya, may ayında isə Məryəm ayının müşahidəsidir. Katolik Kilsəsi liturgiyanı kilsənin həyatında və missiyasında mərkəzi hesab etsə də, Sacrosanctum Concilium -da qeyd edir ki, Sədaqət aktlarının əhəmmiyyəti böyükdür.
ABŞ bayrağına Sədaqət Andı
ABŞ bayrağına Sədaqət Andı (Pledge of Allegiance) - bir and, mətnin müəllifi F. Bellamidir. İlk dəfə 1892-ci il oktyabrın 12-də Kolumb Günü qeyd olunanda işlədilmişdir. İndiki versiyası 1954-cü ildə qəbul edilmişdir. == Mətni == Mən bir Allah təbəəlyində vahid, azad və hamı üçün ədalətli olan bir milləti təmsil edən Amerika Birləşmiş Ştatlarının bayrağına və respublikaya sədaqətimə anda içirəm.
Anda sədaqət (film, 1980)
Anda sədaqət qısametrajlı sənədli filmi rejissor Pərviz Cəfərov tərəfindən 1980-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Azərbaycan komsomolunun 60 illik yubileyinə həsr olunmuşdur. == Məzmun == Kinolent Azərbaycan komsomolunun 60 illik yubileyinə həsr olunmuşdur. Burada gənclərin ölkənin həyatında oynadığı roldan danışılır.
Samir Sədaqətoğlu
Hüseynov Samir Sədaqət oğlu (21 iyul 1975, Kərgəlan, Lənkəran rayonu) — Azərbaycan yazıçısı, publisist, jurnalist. Hüseynov Samir Sədaqət oğlu 21 İyul, 1975-ci ildə Lənkəranda anadan olub. 1998-ci ildə Bakıda özəl universitetin hüquq fakültəsini bitirib. Bir müddət "Qanun" jurnalında müxbir vəzifəsində çalışıb, Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya seksiyasının müdiri olub. 2003-cü ildə "Sənət" qəzetini təsis edib və həmin nəşrin baş redaktoru olmuşdur. Hazırda bu qəzet fəaliyyət göstərmir. Yazıçı, publisist, dramaturqdur. "İtən vaxt" kitabının (2003) müəllifidir. 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc naşiri" və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyatzadə adına "Uğur" mükafatlarına layiq görülüb. 2002-ci ildə Samir Sədaqətoğlunun "İtən vaxt" monopyesi əsasında Bakı Dövlət Kamera Teatrının səhnələşdirdiyi tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının xüsusi mükafatını qazanıb.

Digər lüğətlərdə