Səlahəddin Qartalı
Səlahəddin Qartalı, əsasən şərqdə bir çox ölkələrdə işlənin heraldik qartal şəkilidir. Misir, İraq, BƏƏ, Fələstin və Yəmənnin dövlət gerblərində yer alır, lakin adı çəkilən ərəb ölkələri Səlahəddin Qartalını təmanən dəyişmiş, 1952-ci ildə çəkilmiş yeni formasını işlədirlər. Bu simvol, Əyyubilər dövlətinin qurucusu və Atabəy Nürəddin Zənginin xələfi olan hökumdar Səlahəddin Əyyubi işlətdiyi qartal şəkilini təmsil edir.
Səlahəddin Əyyubi öz tayfasının sarı bayrağına Zəngilər və başqa türk tayfaları işlətdiyi Qartal şəkilini əlavə edərək şəxsi sancağı kimi işlətmişdir. Səlahəddinin dövləti vaxtında inşa edilən Qahirə Qalasının qərb divarında bir quşun barelyefi tikilib və, deyilənə görə, həmin Səlahəddin Qartalını təsvir edir, lakin bilinməyən səbəblərə görə o divardakı heykəlin başı qırıq vəziyyətdir; Osmanlı səyyahətçisi Övliya Çələbinin əsli olaraq qoşa başlı olduğunu iddia etdiyi bu qala divarındakı qartalın bu gün etibarıyla başı yoxdur.
Tarixçi Jane Hathaway bildirdiyinə görə, Misir və Suriyada Fatimilər sonrası hakimiyyətə gələn Əyyubilər və Məmlüklərin hökmdarlarını sarı rəng əks edirdi. Livanda nəşr olunan "Səlahəddin əl-Əyyubi: 12–13-cü əsrlərdə Şərq-Qərb münaqişəsinin tarixi" kitabında Səlahəddin işlətdiyi qartalın rəmzinin qırmızı, və arxa rənginin isə sarı olduğu bildirilir. Avropa heraldikasında işlənən işlənən qartallardan fərqli olaraq, bu quş qanadlarını yuxarı və ya yanlara deyil, aşağı tutur — bu, qartalın göyə uçmağını bildirə bilər.
1952-ci ildən Misir dövlət rəmzi kimi işlənilir.
1963-cü ildən İraq dövlət simvolikalarında yer alır.