Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axın xətti
Axın xətti – eynitipli detalların hazırlanması və ya məmulatların yığılması üçün texnoloji prosesin ardıcıllığı ilə düzülmüş, müəyyən takta uyğun işləyən maşınlar və ya avadanlıqlar kompleksi. Emal sexlərinin axın xətti detalları bir əməliyyatdan digərinə ötürən nəqledici qurğularla birləşdirilmiş dəzgahlardan, maşınlardan, yığma sahələrində isə avadanlıq, tərtibat, alət və nəqledici qurğularla təchiz olunmuş iş yerlərindən ibarətdir. Nəqledici qurğular Axın xəttini detal və qovşaqlarla fasiləsiz təchiz etmək və yığılmış məmulatı ardıcıl hərəkət etdirmək üçündür. Axın xətti fərdi, qoşalaşdırılmış (2 detalın eyni vaxtda emalı üçün) və qrup halda (bir neçə detalın eyni vaxtda emalı, yaxud onların müəyyən ardıcıllıqla emalı üçün) olur. Axın xəttində iri obyektlərin yığılması zamanı ayrı-ayrı qovşaq və detallar müəyyən olunmuş ardıcıllıqla bir mövqedən digərinə verilir, quraşdırma işlərini isə texnoloji prosesə uyğun bir obyektdən digərinə keçən ixtisaslaşdırılmış briqadalar görür. Axın xəttində, adətən, metalkəsən dəzgahlarda mexaniki emal, qaynaq, termiki emal, yağlama, rəngləmə və s. yerinə yetirilir. Detalların, qovşaqların, hazır məmulatların yerinin dəyişdirilməsi üçün istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılmasına imkan verən mövqedəyişən, manipulyator, nəqliyyat vasitələri tətbiq edilir və texnoloji işlər aparılır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Axın (psixologiya)
Axın, axın vəziyyəti, axın təcrübəsi (ing. flow, lat. influunt ) — insanın gördüyü işdə tamamilə iştirak etməsi, aktiv konsentrasiyası, fəaliyyət prosesinə tam cəlb olunması ilə xarakterizə olunan psixi vəziyyət. Axın konsepsiyası 1975-ci ildə Mixay Çiksentmixayi tərəfindən təklif edilmişdir və o, həm də axın vəziyyətinə daxil olmaq üçün praktiki tövsiyələri ehtiva edir. Axın vəziyyəti unikal vəziyyət deyil. Axın vəziyyətində olmaq hər hansı bir xüsusi sahə və ya proseslə məhdudlaşmır. Bu, konkret şəxsin iştirak etdiyi bütün fəaliyyət sahələrinə şamil edilir. Abraham Maslou axın vəziyyətlərini zirvə təcrübələri adlandırmışdır. == Axının xüsusiyyətləri == Çiksentmixaynin fikrincə, axın vəziyyətinin təcrübəsinə kömək edən bir neçə fəaliyyət xüsusiyyətlərinin siyahısı var: Aydın məqsədlər (fərqli gözləntilər və qaydalar). Konsentrasiya və diqqət mərkəzi - diqqətin məhdud bir sahəsinə yüksək dərəcədə konsentrasiya (fəaliyyətlə məşğul olan bir şəxs ona diqqət yetirmək və özünü ona dərindən qərq etmək qabiliyyətinə malikdir).
Piroklastik axın
Vulkan buludu (Piroklastik axın) – vulkan püskürən zaman əmələ gələn yüksək temperaturlu vulkan qazlarının, kül, toz və qaya qalıqlarının qarışığıdır. Axının sürəti bəzən saatda 700 km-ə, qazın temperaturu isə 100-800 °C-ə çata bilir. Peleian (Montan-Pele adından) və Plinian püskürmə növləri üçün xarakterikdir. == Həmçinin bax == Vulkan Vulkan gölü Vulkanik ada == İstinadlar == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
Giriş axını
Giriş axını ( en. input stream ~ ru. поток ввода ~ tr. giriş akışı) – proqramda spesifik məsələ ilə bağlı olan baytlar ardıcıllığı kimi istifadə olunan informasiya axını. Proqramlaşdırmada giriş axını klaviaturadan yaddaşa oxunan simvollar sırası, yaxud diskdə konkret fayldan oxunan və ya ora yazılan verilənlər bloku ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Axıncaçay
Axıncaçay - Kürün sağ qoludur. Suyu Azərbaycanın Gədəbəy, Tovuz və Ermənistanın Berd rayonu ərazilərindən axır. Uzunluğu 76 km, hövzəsinin sahəsi 1178 km²-dir. Mənbəyini Kiçik Qafqazın şimal-şərq hissəsindən, Gədəbəy rayonu ərazisindəki Başkənd aşırımı yaxınlığından (1950 m) alır. Ermənistan ərazisində çaya sol tərəfdən Zamanlı (uzunluğu 12 km), Mehrab (uzunluğu 28 km), Tovuz rayonu ərazisində isə sag tərəfdən Əsrik (uzunluğu 48 km) çaylarının suları qovuşur. Çay Tovuz rayonu ərazisində Tovuzçaya qovuşaraq və Kür çayına tökülür. Çayın axımının 45%-i yağış, 25%-i qar, 30%-i isə yeraltı sulardan əmələ gəlir. Axıncaçayın orta illik su sərfi 7,3 kub m/san-dir. Axımın 56%-i yazda, 25%-i yayda, 11%-i payızda, 8%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 0,3kq/san, lillənməsi isə 41 q/kub m-dir.
Axıncaçay su anbarı
Axıncaçay su anbarı — Azərbaycan və Ermənistan sərhəddində, Tovuz rayonu ərazisinin cənub-qərbində Axıncaçayın üzərində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-cu ildə istismara verilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 42.5 m, bəndin uzunluğu 690 m və su anbarının ümumi həcmi 14 mln.m³-dur. Suvarma sahəsi 7400 ha-dır.
Axıncı
Axıncı (Osmanlı Türkcəsi: آقنجى Akıncı) və ya cəm şəklində Axıncılar — Osmanlı İmperiyasının hərbi təşkilatında, sərhəd bölgələrində, düşmən ölkələrinə hücumlar, basqınlar təşkil edərək zəiflətmə hərəkatında olan yüngül süvari birlikləri. == Etimologiyası == "Akıncı" sözü Türk mənşəlidir. Ak "akmak" felindən gələn sözün strukturunda feldən ad düzəltmə əlavə "-n" və addan ad düzəltmə əlavə "+cı" var: Ak-ı-n+cı. Sözün mənası "ak" felinin "ard-arda və kütləvi olaraq getmək", "axın etmək, zəbt etmək, hücum etmək" mənalarından yaradılıb. == Tarixi == Osmanlı İmperiyasının ilk illərində görülən və sərhəd boylarında qəza məqsədi ilə hücumlar təşkil edən "Qazilər" zamanla axıncılara çevrilmişdir. Osmanlı İmperiyasından nə vaxt bəhs edilsə, ilk ağla gələn şey Osmanlı hərbi gücünün ən önəmli təşkilatı olan axıncılar olur. Axıncılar, ürəklərindəki məhəbbət və həyəcanla özlərini dövlətin, millətin və dinlərinin behasına həsr etmiş, lazım gələndə canını verməkdən çəkinməyən haqq fədailəri idi. Axıncılar yağma üçün düşmən içinə girən və yalanla həyatlarını keçirən bir toplum deyildi. Onlar, özlərinə qılınc çəkməyənə qılınc çəkməz, aman istəyənə toxunmurdular. Müharibədə onların əsas rolu ön sıralarda yer alaraq düşməni demoralizə etmək və bu məqsədlə partizan taktikalarından istifadə edərək düşmən birliklərini dağıdırdılar.
Axıncı nahiyəsi
Axıncı nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. == Tarixi == Qarabağ bəylərbəyliyinin Xılxına qəzasına bağlı idi. Mərkəzi Quşçu kəndi olub, 15 yaşayış məskənini birləşdirirdi.
Axıncılar
Axıncılar (türk. Akıncılar) — Sivas ilinin ilçəsi.
Axınla aşağı (film, 2014)
Axınla aşağı — filmi rejissor Asif Rüstəmov tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əli Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir. Eyni zamanda onunla birgə çalışan polşalı qadın sevgilisi ona birlikdə xaricə getməyi təklif edir. Lakin Əlinin ailəsində faciə baş verir. Filmdə əsas rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreyevska, Elmin İmamverdiyev, Teymur Məmmədov, Ülvi Paşabəyli, Gülşad Baxşıyeva, Telman Əliyev, Pərviz Bağırov və Eldar Bağırbəyov ifa edirlər. Film bir neçə festivalda mükafat almışdır. == Məzmun == Əli (Namiq Ağayev) Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir.
Axıntı ayrılığı
Bir maye içərisində hərəkət edən (və ya ətrafından maye keçən sabit) hər bir bərk cismin səthinin ətrafında viskoz qüvvələrin meydana gəldiyi sərhəd qatları inkişaf edir. Sərhəd qatları laminar və ya turbulent ola bilər. Sərhəd qatının laminar və ya türbülans olub-olmaması yerli axın şərtlərinin Reynolds ədədinin hesablanması ilə əsaslı şəkildə tapıla bilər. “Axın ayrılması”, sərhəd təbəqəsinin əks təzyiq gradientindən kifayət qədər uzaqlaşdıqda baş verir, bu vəziyyətdə sərhəd qatı sürəti demək olar ki, sıfıra enir. Maye axını cisim səthindən ayrılır və bunun əvəzinə vortekslər və dövrələr yaradır. Maye ayrılığı həm də obyektin həndəsi quruluşundan asılıdır. Kəskin cizgilərə və ya yüksək əyriliklərə malik küt cisimlərdə mayenin ayrılması daha asandır. Belə obyektlərdə axıntının cismin səthini izləməsi çətindir. Aerodinamikada axıntı ayrılması əsasən artan sürüklənməyə, xüsusən mayenin içində hərəkət edən cismin ön və arxa səthləri arasındakı təzyiq fərqindən yaranan təzyiq sürütlənmə qüvvəsinə səbəb olur. Bu səbəbdən aerodinamik və hidrodinamik səthlərin dizaynında axıntı ayrılmasını gecikdirmək və yerli axını mümkün qədər səthə yapışdırmaq üçün çox səy sərf olunur və tədqiqatlar həyata keçirdilir.
Axını (Təbrizin Məhəlləsi)
Axıını - Təbrizin bir məhəlləsi. Axını (Farsça. آخینی) Təbriz, Cənubi Azərbaycan, məhəllələrindəndir. Axını Təbrizin şimali-qərbindədir. Əslində Təbrizin kəndlərindənmiş və çoxlu bağlar və zəmi yerləri varmış. Geçen otuz ildə Təbriz boyukləşərkən, Axını Təbrizə qarışmış və bağları və əkin yerlərinin hamısında binalar tikilmişdir. Bu məhəllə Hökmavar, Şam Qazan, Cəmşidabad və Qara Agac məhəllələrilə həmsayadır.
Cari əməliyyatlar üzrə pul axını
Diskontlaşdırılmış pul axını
Dəniz və okean axınları
Dəniz və okean axınları – dəniz və okeanlarda müxtəlif qüvvələrin təsirindən su kütlələrinin irəliləmə hərəkəti. Dəniz və okean axınlarının əmələ gəlməsinə dənizlərin səthi ilə hərəkət edən havanın su ilə sürtünmə qüvvəsinin təsiri, suda əmələ gələn təzyiq qradiyentləri, Ay və Günəşin qabarma əmələgətirmə qüvvələri səbəb olur. Axınların istiqaməti yerin fırlanma qüvvəsinin böyük təsiri nəticəsində Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola meyl edir.
Enerji axınlarının biristiqamətliliyi qanunu
== Enerji axınlarının biristiqamətliliyi qanunu == “Enerji axınlarının biristiqamətliliyi qanunu”:– produsentlər tərəfindən mənimsənilən və onlarla birlikdə əmələ gələn enerji səpələnir və ya onların biokütləsi ilə birlikdə konsumentlərə, sonra isə hər bir trofiki səviyyədə axının dağılması ilə redusentlərə verilir; belə ki, əks axın (redusentlərdən produsentlərə) ilkin daxil edilmiş enerjinin (maksimum 0,35%) çox cüzi miqdarı qədər olduğundan “enerji dövretməsi”ndən danışmaq olmaz, ancaq enerji axınının köməyi ilə maddələrin dövretməsi mövcuddur.
Hava axını
Hava axını– troposferdə və strotosferdə əmələ gəlib, geniş sahəni əhatə edən külək sistemi. Atmosferin ümumi sirkulyasiyasına (siklon, passat, musson) daxil ola bilər; yerli adlar (brizlər, dağ-dərə küləkləri və b.) da daşıyır.
Həcmli axını ölçən
Həcmli axını ölçən bir mayenin axdığı izin hər hansı bir kəsişməsindən vahid vaxtda keçən mayenin həcmidir. Bir axan su tərəfindən ötürülən suyun miqdarını təyin edərkən, bir boru sisteminin müxtəlif nöqtələrində ötürülən mayenin miqdarını təyin edərkən və s. yerlərdə istifadə olunur. Hidrologiya, hidravlika, hidroaeromexanikada tez-tez istifadə olunan bir anlayışdır. Ölçüsü həcm/vaxt, adətən istifadə olunan metrik vahidi m 3 / s a n {\displaystyle m^{3}/san} , ümumi göstərici isə Q hərfidir == Tez-tez istifadə olunan tərifi == Həcmli axını ölçən (və ya axını ölçən), həcmə əsaslı axın sürəti olaraq müəyyənləşdirilə bilər. === Düsturu === Q = A ⋅ V {\displaystyle Q=A\cdot V} Burada; " Q {\displaystyle Q\,} ": Həcmli axını, m e t r e 3 s a n i y e {\displaystyle {\frac {metre^{3}}{saniye}}} vahidində. " V {\displaystyle V\,} ": Mayenin sürəti, m e t r e s a n i y e {\displaystyle {\frac {metre}{saniye}}} vahidində.
Kapital axınının hesabı
Kapital axınının hesabı — ölkənin ödəmə balansının bölməsi, ÜMM sub-hesabı, dövlət və özəl kapitalın ixrac və idxal nisbətini ifadə edərək, alınan və verilən kreditlər. Kapital və kredit axınları balansının gəlir hissəsinə aşağıdakılar daxildir: digər ölkələrdən alınan kredit və kreditlərdən daxilolmalar; xaricdə investisiya gəliri; bu ölkənin digər ölkələrə verdiyi kredit və kreditlər üzrə dividentlər və faizlər.Kapital və kredit axınları balansının xərc hissəsi aşağıdakıları əks etdirir: digər ölkələrə kredit və kreditlərin verilməsi; gəlirin xaricə köçürülməsi; birbaşa və portfel investisiyaları: xaricdə obyektlərin alınması, investisiya qiymətli kağızlarının alınması; alınmış kreditlər və kreditlər üzrə dividendlərin və faizlərin ödənilməsi.Kapital hesabı (xalis) kapital axınları, (xalis) kapital axınları və dövlət ehtiyatları əməliyyatlarının nəticələrindən ibarətdir. Kapital hesabı ölkənin beynəlxalq hesabını tamamlayır və statistik uyğunsuzluq və cari hesab və kapital hesabını ümumiləşdirən xülasə sətri ilə tamamlanır. == Kapital nəzarəti == Kapital nəzarəti, dövlət hökuməti tərəfindən kapital hesabı əməliyyatlarını idarə etmək üçün tətbiq olunan tədbirlərdir. Bunlara kapital hesabı əməliyyatlarından bəzilərinin və ya hamısının açıq şəkildə qadağan edilməsi, bəzi maliyyə aktivlərinin beynəlxalq satışlarına vergilər və ya beynəlxalq satış və bəzi maliyyə aktivlərinin alqı-satqısı daxildir. Nəzarət ümumiyyətlə maliyyə sektoruna yönəldildiyi halda, bu, adi vətəndaşları təsir edə bilər, məsələn, 1960-cı illərdə İngilis ailələrin xaricdə tətildə yanlarında 50 funtdan çox pul götürmələri qadağan edildi. Valyutalarının bazar qiymətləri ilə alqı-satqısını məhdudlaşdıran kapital nəzarəti olmayan ölkələr tam kapital hesabı konvertasiyasına malikdirlər. II Dünya Müharibəsinin sonunda Bretton-Vuds Sazişinə uyğun olaraq, əksər ölkələr kapital hesablarına və ya kapital hesablarına böyük vəsait axınının qarşısını almaq üçün kapital nəzarətini tətbiq etdilər. Bretton-Vuds sisteminin memarlarından olan Con Meynard Keyns, kapitalın dünya iqtisadiyyatının ayrılmaz hissəsini idarə etdiyini düşünürdü . Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr nəzarət tədbirləri görmüşdür; əsas nəzəriyyə, böyük gələn investisiyaların inkişaf etməkdə olan bir iqtisadiyyatın inkişafını sürətləndirəcəyini təklif edə bilər, amma empirik sübutlar bunun etibarsız olduğunu göstərir və əslində böyük kapital axını inflyasiyaya töhfə verməklə valyutasının bahalaşmasına səbəb olaraq bir ölkənin iqtisadi inkişafına zərər verə bilər və maliyyə böhranlarından tez-tez baş verən uçucu iqtisadi köpük yaratmaq.
Kapital axınının nəzarəti
Kapital axınının nəzarəti — bank əməliyyatlarında vergilər, digər məhdudiyyətlər və ya birbaşa qadağalar daxil olan kapital hesabının daxilolma və çıxışlarını tənzimləmək üçün müəyyən bir ölkənin səlahiyyətlilərinin hərəkətləri. Bu tədbirlər ümumi iqtisadi və ya sektoral ola bilər (ümumiyyətlə maliyyə sektoru və ya strateji sektorlarla əlaqəli). Bunlar bütün kapital axınlarına və ya fərqli növdə və müddətdə (borc vəsaitləri, kapital, birbaşa investisiya; qısamüddətli, orta və uzunmüddətli) axınlara tətbiq edilə bilər. Kapitalın hərəkəti üzərində nəzarət metodlarına milli valyutanın bazar qiymətləri ilə alqı-satqısını qadağan edən və ya məhdudlaşdıran valyuta nəzarəti daxildir; maliyyə aktivləri ilə beynəlxalq ticarətin icazə verilən həcmindəki məhdudiyyətlər; əməliyyat vergiləri; minimum yaşayış şərtləri, bir vətəndaşın ölkədən pul çıxartması üçün məcburi icazə tələbləri və ya ixrac məhdudiyyətləri. Kapital nəzarəti, II Dünya Müharibəsindən sonra ortaya çıxan və 1970-ci illərin əvvəllərinə qədər davam edən Bretton-Vuds sisteminin ayrılmaz bir hissəsi idi. Bu dövrdə iqtisadi əsas axın ilk dəfə kapital nəzarətinin qurulmasını təsdiqlədi. 1970-ci illərdə sərbəst bazar iqtisadçıları getdikcə həmkarlarını kapital nəzarətinin zərərli olduğuna inandırdılar. Amerika Birləşmiş Ştatları, Qərb hökumətləri və Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi bir çox maliyyə qurumları kapital nəzarətinə tənqidi yanaşdılar və bir çox ölkəni maliyyə qloballaşmasını təşviq etmək üçün onları tərk etməyə inandırdılar.. 1980-ci illərin əvvəllərindəki Latın Amerikası borc böhranı, 1990-cı illərin sonlarındakı Asiya maliyyə böhranı, 1998-1999-cu illərdəki Rusiya iqtisadi böhranı və 2007-2008-ci illərdəki maliyyə böhranı, kapital axınlarının dəyişkənliyi ilə əlaqəli riskləri vurğuladı. Bu, bir çox ölkəni, hətta nisbətən sərbəst kapital axını olan ölkələri də, dəyişkən axınların iqtisadiyyatlarına təsirini azaltmaq üçün nəzarətdən və makroiqtisadi siyasətdən istifadə etməyə məcbur etdi.
Lava axını
Lava axını – (rus. лавовый поток, ing. lava flow) vul­kandan axan lavanın yatım for­ması; lavanın qatılığından və yer səthinin meylliyindən asılı olaraq ensiz və xeyli uzun olması ilə səciyyələnir. Turş lava axını adə­tən qısa /1–10 km/ və qalın, bazalt axını isə uzun /60–80 km-ə qədər/ və nazik olur.
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. == Tarixi == 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.
Material axını
Material axını - materialın əldə olunması, emalı, həmçinin müəyyən olunmuş sahə daxilində paylanması ilə bağlı bütün proseslərin birləşdirilməsi. Material axınının təşkili materialın hərəkəti, anbarlanması ilə bağlı tapşırıqları əhatə edir. Burada müəssisə xarici və daxili material axını fərqlənirlər. Müəssisə xarici hərəkətlər materialın əldə olunması və müəssisəyə çatdırılması ilə bağlı işləri əhatə edir və müəssisəni yalnız o vaxt əhatə edir ki, o, material axının icrasında iştirak edir. Müəssisə daxili material axını material xərcləri, material daxili, materialın yoxlanması, materialın anbarlanması və verilməsi mərhələlərinə bölünür. Maşınqayırmada material axını [[istehsal]ın planlanmasında yerinə yetirilən əsas işlərdəndir. İstehsal üçün vacib olan material axınının təşkili üçün aparılan analiz ona təsir edən bütün amilləri araşdıraraq material axını üçün vaxtin minimallaşdırılması, materialın anbarlarda gözləmə vaxtini kiçiltməyə, nəqliyyatın təşkilini yaxşılaşdırmağa və anbarların optimal yüklənməsinə nail olmağa xidmət edir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Məişət axıntıları
Məişət axıntıları – kommunal təsərrüfatının maye tullantıları. Şəhər adamlarının sutka ərzində işlətdiyi təmiz su (300-400 l) mühitə güclü çirklənmiş halda, qayıdır. Tərkibində neft maddələri, asılı maddələr, xloridlər, sulfatlar, nitritlər, nitratlar, ammonium-azot olur. Sintetik aktiv maddələrin (məs: yuyucu toz) tərkibində fenol, dəmir, mis, sink, nikel, xrom, qurğuşun, kobalt, alüminium, kadmium olur. Məişət axıntılarının yenidən işlənməsi şəhər ekologiyasının çətin problemlərindən biri hesab olunur. == Məişət radiasiya yükü == Nüvə enerjisi istehsalı və ya radiaktiv şüadan xüsusi istifadə ilə əlaqədar olmayan aşağı dozada ionlaşdırcı şüaların insana təsiri, Məişət radiasiya yükü: məişət cihazlarından istifadə zamanı alına bilər. (ilk növbədə lümunafor istifadə olunan rəngli televizorlar, işıqverən amferblatlı saatlar), həmçinin rentgen müayinəsi zamanı (rentgen cihazı ilə xidmət göstərən tibbi personalın şüalanma ehtimalı var). == Məişət süzgəcləri (içməli su üçün) == Suyu üzvi maddələrin çirkləndiricilərindən (fenol, neft maddələri) ağır metalardan təmizləyən, həmçinin suyun codluğunu azaldan xüsusi qurğular. == Məişət (komunal) tullantıları == Məişət əşyalarının və insanların həyatında istifadə edilən maddələrin bərk (həmçinin çirkab sularının çöküntüləri (tullantıları) hamam, camaşırxana, yeməkxana, xəstəxana müəssəsisələrin məişət binaları tullantıları və s.). == Məişət tullantılarının istifadəsi == Tullantıların tərkibindən qiymətli (əsasən metalları) və yanmayan komponentləri (şü- şə) çıxararaq, onları yandırdıqda və ya üzvi qıcqırtdıqda əldə edilən enerji və xammaldan tikinti materialları, kompost və s .
Nağd pul axını qabarıqlığı
Nağd pul axını qabarıqlığı — müddətinin faiz dərəcələrinə həssaslığının ölçüsü olan bir alətin (məsələn, istiqrazlar) pul axınının bir xüsusiyyəti. Dolğunluq faiz dərəcələrinin istiqrazın pul axınının cari dəyərinə təsirini aydınlaşdırmaq üçün ikinci sifariş düzəlişidir. Dəyişiklik, mövcud dəyərin faiz dərəcəsindən asılılığının qeyri-xətti olması ilə əlaqədardır, bu səbəbdən bu asılılığın müddətdən istifadə edərək xətti ilə müəyyənləşdirilməsi faiz dərəcələrinin təsirini dəqiq əks etdirə bilməz. Konveksliyin nəzərə alınması, faiz dərəcələrinin artırılması və azalması zamanı dərəcələrin təsirinin asimmetriyasını nəzərə almaq da daxil olmaqla faiz dərəcələrinin təsirini aydınlaşdırmağa imkan verir. Ümumiyyətlə, qabarıqlıq nə qədər yüksək olarsa, istiqraz qiyməti faiz nisbətinə o qədər həssas olur və istiqraz qiyməti faiz nisbətinə o qədər həssas olur. == Əsaslandırma və tərif (hesablama formulu) == Hazırkı dəyər funksiyasının Teylor sırasındakı ilk iki termini istifadə edərək faiz dərəcəsinə qarşı P V ( r ) {\displaystyle PV(r)} əldə edirik: Δ P V ( r ) ≈ P V ′ ( r ) Δ r + 0.5 P V ″ ( r ) [ Δ r ] 2 {\displaystyle \Delta PV(r)\approx PV'(r)\Delta r+0.5PV''(r)[\Delta r]^{2}} Bu ifadəni PV (r) ilə bölsək əldə edirik: δ P V = Δ P V P V ≈ P V ′ P V Δ r + 0.5 P V ″ P V [ Δ r ] 2 {\displaystyle \delta PV={\frac {\Delta PV}{PV}}\approx {\frac {PV'}{PV}}\Delta r+0.5{\frac {PV''}{PV}}[\Delta r]^{2}} Birinci amil, durasiya işarəsi ilə müddətdir ( r {\displaystyle r} nizamlı bir nisbətdirsə, logaritmik deyilsə dəyişdirilir), ikincisi isə istədiyiniz qabarıqlıqdır (eyni vəziyyətdə dəyişdirilmişdir). M C = P V ″ ( r ) P V = ∑ i C F i ( 1 + r ) t i + 2 t i ( t i + 1 ) P V = ∑ i C F i ( 1 + r ) t i t i ( t i + 1 ) P V ( 1 + r ) 2 = T ( T + 1 ) ¯ / ( 1 + r ) 2 = ( T 2 ¯ + T ¯ ) / ( 1 + r ) 2 {\displaystyle MC={\frac {PV''(r)}{PV}}={\frac {\sum _{i}{\frac {CF_{i}}{(1+r)^{t_{i}+2}}}t_{i}(t_{i}+1)}{PV}}={\frac {\sum _{i}{\frac {CF_{i}}{(1+r)^{t_{i}}}}t_{i}(t_{i}+1)}{PV(1+r)^{2}}}={\overline {T(T+1)}}/(1+r)^{2}=({\overline {T^{2}}}+{\overline {T}})/(1+r)^{2}} C = o v e r l i n e T 2 + o v e r l i n e T {\displaystyle C=\ overline{T^{2}}+\ overline{T}} ifadəsi ümumiyyətlə "qabarıqlıq" adlanır. Həqiqi dəyər M C {\displaystyle MC} "dəyişdirilmiş qabarıqlıq" dır. Bir ilk təxmini olaraq, qabarıqlıq olaraq D ( D + 1 ) {\displaystyle D(D+1)} dəyərini də istifadə edə bilərsiniz, burada D = o v e r l i n e T {\displaystyle D=\ overline{T}} - durasiya , lakin hesablamaların dəqiqliyini azaldır. === Durasiya ilə əlaqələr === MC-nin dəyişdirilmiş müddətlə aşağıdakı şəkildə əlaqəli olduğunu göstərmək olar: M C = M D 2 − d M D d r {\displaystyle MC=MD^{2}-{\frac {dMD}{dr}}} === Qeyd === Qiymət dəyişikliyinin ən dəqiq qiymətləndirməsi bir Taylor seriyasına cari dəyərin özü deyil, logaritması və yalnız faiz dərəcəsi ilə deyil, loqaritmik nisbətdə ln ⁡ ( 1 + r ) {\displaystyle \ln(1+r)} genişlənərək əldə edilir.
Türk axını
Türx axını (türk. Türk Akını, rus. Турецкий поток) ya da rəsmi adı ilə TürkAxın — Rusiyadan başlayıb Qaradəniz üzərindən Türkiyəyə köçürülməsi planlanan təbii qaz boru xətti layihəsinin adı. Layihənin tövsiyəsi Türkiyəyə etdiyi bir dövlət ziyarəti vaxtı 1 dekabr 2014 tarixində Rusiya dövlət başçısı Vladimir Putin tərəfindən edildi. Daha əvvəlcədən edilməsi planlanan "Cənub Axın Layihəsi"nin yerini alan layihə 10 oktyabr 2016 tarixində imzalanan Dövlətlərarası Müqavilə ilə rəsmiyyət qazanmışdır.Boru xəttinin Anapa yaxınlarındakı Russkaya kompressor dayanacağından başladılması planlanarkən, Türkiyəyə haradan giriş edəcəyi hələ qərar bağlanmamışdır. Xəttin Türkiyədəki başlanğıc nöqtəsinə qərar verildiyinə "Gazprom"un boru döşəmə işlərinə tezliklə başlaması gözlənilməkdədir. Həmçinin iki dənə boru döşəmə gəmisi Qaradənizdə hal-hazırda gözləyir.Boru xəttinin planlanan təxmini daşınma tutumu ildə 31.5 milyard kub metrdir. Türkiyənin bu layihədən ildə 15.75 milyard kub metr təbii qaz alması və qalan 15.75 milyard kub metr qazın Avropaya ixrac edilməsi düşünülür. Ancaq, Türk-Yunan sərhədində Avropaya köçürüləcək təbii qaz xəttinin bu miqdarı daşımaq üçün yetərli tutumu olmadığı tərəfdən narahatlıqlar da vardır. Avropa Enerji Komissiya başçısı Maroş Şefçoviç isə tövsiyə edilən boru xəttinin müştərilərinin tələblərini aşdığını müəyyən edir.
Vulkan palçığı axını
Vulkan palçığı axını – (rus. вулканический грязе­вой поток, ing. volcanic mud stream) kraterində buzlaq və ya göl olan vulk. püskürməsi nəticə­sində su ilə doymuş yumşaq vulk. materiallarından təşkil olunmuş kütlənin yamac boyu axması. Güc­lü Vulkan palçıq axını Kamçatkada krateri buzla örtülmüş vulkanlarda tez –tez baş verir (Avaçi və Klyuçevsk sopkaları).
Akın
Akın — qazax, qırğız və bəzi başqa xalqlarda el şairi və nəğməkarı. Akınlar mahnılarını çalğı aləti dombranın müşaiyəti ilə ifa edirlər. Qazax akını Cambul Cabayevin (1846–1945), qızğız akını Toktoqul Satılqanovun (1864–1939) adı və əsərləri məşhurdur. Bu akınlar xalq akını adı almışdır. Hazırda peşəkar şairlərə də akın deyirlər.
Alın
Alın (lat. regio frontalis) — yuxarı baş dərisi və qaşlar (sərhəd sümükün infraorbital kənarı) ilə bağlanan insan başının anatomik bölgəsi.
Axen
Aaxen (alm. Aachen‎) — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, Hollandiya və Belçika ilə sərhəd bölgədə yerləşən bir şəhərdir. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə əsas texiniki universitetlərdən biri olan "Rheinisch-Westfälische Technische Hochschule" yerləşir. == Tarixi == Axen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir. 1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir.
Axım
== Axım == Yağış və qar sularının su hövzələrinə və relyefin çökək yerlərinə axması: yer səthi ilə-səthi axım, torpağın altı ilə — yeraltı axım; müəyyən vaxt ərzində çay məcrası ilə axan suyun miqdan. == Axım xəritələri == Axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablamr. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə- izoxətlərlə birləşdirilir. == Axım modulu == Çay hövzəsinin səthindən vahid zamandakı axımın orta miqdarı, L (san-kv km) ilə ifadə olunur. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı materialların axım modulu) 1 kv km sutoplayıcı sahədən axan sülb axının tonla miqdarıdır.
Caxın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. == Etimologiya == (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Alın epilepsiyası
Alın epilepsiyası — bütün lokal mənşəli epilepsiyalar arasında rastgəlmə tezliyinə görə gicgah epilepsiyasından sonra ikinci yer tutur. Alın epilepsiyasının simptomatik, kriptogen və idiopatik formalarınıayırd edirlər. Sadə parsial tutmalar somatosensor aura şəklinə malikdirlər(sancma, dartılma, təzyiq, elektrik cərəyanı və ya boşalmasınınkeçməsi hissləri). Görmə illüziyaları və hallüsinasiyalarınaqavramanın parlaqlığının dəyişməsi və ya görmənin yayğınlığı, ağdairələr, görmə obrazlarının görmə sahəsində uzun müddətsaxlanması daxildir. Vegetativ əlamətlər (tremor, təngnəfəslik, bradikardiya, hiperemiya, sianoz) müşahidə olunur. Xəstələrintəxminən ¼-də qorxu, dəhşət affekti, ekzaltasiya, eyforiya və yabeyindən çıxmayan fikirlər və hər hansı hərəkətə məcbur edilməhissi şəklində psixi pozulma meydana çıxır. Epileptik boşalmaya baş beynin üç şöbəsindən hansının cəlb edilməsindən asılı olaraq hərəkitutmaları təsnif etmək qəbul olunmuşdur. Bu kontekstdə beyinqabığının presentral şöbələrində baş verən boşalmalarlaəlaqələndirilən parsial (fokal) hərəki tutmalar ("Cekson tutmaları")ayırd edilir. Onlar birtərəfli klonik dartılmalar, başın kontrlateraldöndərilməsi və şüurun saxlanması ilə xarakterizə olunur. Əlavəsensomotor sahədə tutmalar birtərəfli və ya ikitərəfli gərginlik, qışqırıq və ya inilti, yaxud, əksinə nitqin dayanması ilə səciyyələnir.
Alın payı
Alın payı – (lat. lobulus frontalis) çəpgənin ön şöbəsini işğal edərək dal tərəfdə – mərkəzi şırım vasitəsilə təpə payından və bayır tərəfdə – bayır şırım vasitəsilə gicgah payından ayrılır. Yarımkürənin içəri səthində alın payı ilə təpə payı arasındakı hüdudu mərkəzi şırımın içəri ucundan aşağı doğru çəkilmiş xəyali xətt təşkil edir. Alın payının dal hissəsində mərkəzi şırıma paralel olaraq mərkəzönü şırım – lat. sulcus paracentralis gedir. Mərkəzönü şırımdan iki digər şırım – yuxarı və aşağı alın şırımları – lat. sulci frontalis superior et inferior başlayaraq boylama istiqamətdə öə doğru gedir. Bu şırımlar vasitəsilə alın payı aşağıdakı qırışlara bölünür. Mərkəzönü qırışıq – lat. gyrus precentralis (gyrus centralis anterior – BNA) mərkəzi şırımla mərkəzönü şırım arasında yerləşir.
Alın sümüyü
Alın sümüyü —
Axan Abilqazin
Axan Abilqazin (rus. Ахан Абильгазин; 15 sentyabr 1917, Janaul[d], Qazaxıstan MSSR – 1976) — SSRİ Ali Sovetinin III çağırış deputatı (1950–1954). == Həyatı == Axan Abilqazin 15 sentyabr 1917-ci ildə Rusiya imperiyasında, Akmola vilayətinin Kokçetav rayonunun Janaul kəndində anadan olmuşdur.Axan Abilqazin 1950–1954-cü illərdə Kokçetav vilayətindən seçilmiş SSRİ Ali Sovetinin deputatı olmuşdur. O, Stalinin dəfn mərasimində iştirak etmişdir.
Axun (Uçalı)
Axun (başq. Ахун, rus. Ахуново) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Axun kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (59 %), başqırdlar (39 %) üstünlük təşkil edir.
Axım modulu
AXIM MODULU – Vahid zamanda sutoplayıcının vahid sahəsindən (F) keçən suyun (Q) miqdarı aşağıdakı düstur ilə təyin edilir.. M=F/Q m³/(san.km2 ) M-axım modulu F-vahid sahə Q-keçən suEroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı gətirmələrin axım modulu) 1 km² sutoplayıcı sahədən axan sülb axımın tonla miqdarıdır.
Axım xəritələri
Axım xəritələri — axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablanır. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə — izoxətlərlə birləşdirilir.
Ayın fazaları
Ayın fazaları — Günəşin Ayı işıqlandırmasının periodik olaraq dəyişməsi vəziyyətləri. Ayın fazaları, Yerdəki müşahidəçinin gördüyü Ayın görünən üzünün, Ayın tam görünən səthinə nisbətini göstərir. Ay Yer kimi, özü işıq şüalandırmır. Səthinə düşən Günəş şüalarını əks etdirməklə işıqlanır. Bu səbəbdən, Ayın Yer və Günəşə görə mövqeyindən asılı olaraq müəyyən bir hissəsi işıqlı qalan səthi isə qaranlıq görünür. Ay, Hilal, Aypara və Bədirlənmiş ay formasında görünür ki, bunlara Ayın fazaları deyilir. Ayın görünən üzünün bütöv şəkildə işıqlanması-Bədirlənmiş Ay adlanır, bu faza Ayın Yerə baxan üzünün Günəşin qarşısında gəldiyi vaxtda baş verir. Ay Günəşlə Yer arasında olduqda Ayın görünən üzü tamamilə işıqsız qalır və Yerdən görünmür bu hala Yeni Ay fazası deyilir. Təqribən 2 həftədən sonra Ay tədricən Bədirlənmiş Ay fazasına gəlir. İlk Yeni aydan 29,5 gün sonra Ay təkrar Yerlə Günəş arasındakı yerinə qayıdır və təkrar Yeni Ay müşahidə olunur.
Ayın kolonizasiyası
Ayın kolonizasiyası insanlar tərəfindən Ayın hipotetik məskunlaşmasıdır. Ayda yaşayış bazalarının qurulması üçün mövcud planlar bəzən məskunlaşmanın ilkin mərhələsi hesab olunur, lakin insanın Ayda daimi və avtonom qalması daha çətin məsələdir və bir çox problemlərin həllini tələb edir. Bununla belə, nəzərə alsaq ki, ötən əsrin elmi-fantastik ideyalarının əksəriyyəti indiki dövrdə gerçəkləşdirilib, texnologiyanın müasir sürətli inkişafı dövründə tikinti və 3D çapın robotlaşdırılması o qədər də fantastik deyil. 21-ci əsrin mövcud elmin vəziyyəti, bir sıra konstruktor və texnoloji işlərin yerinə yetirilməsi şərtilə, artıq uğurlu müstəmləkəçilik üçün yaxşı şanslar təklif edir. Ayın kolonizasiyası həmçinin çoxdandır ki, elmi-fantastik əsərlərin mövzusudur. == Ayın mənimsənilməsi planları == 1970-ci illərdən sonra kosmik texnologiyanın ləng inkişafı bizə kosmik kolonizasiyanın asanlıqla əldə edilə bilən və bütün hallarda özünü doğrultmuş məqsəd olduğunu düşünməyə imkan vermir. Yerə yaxınlığına (üç günlük uçuş) və landşaft haqqında kifayət qədər yaxşı biliyə görə Ay uzun müddətdir ki, insan koloniyasının yaradılması üçün namizəd yerlərdən biri hesab olunurdu. Sovet və Amerikanın Ayın tədqiqi proqramları Aya getməyin mümkünlüyünü nümayiş etdirsə də (çox bahalı layihələr olsa da), onlar eyni zamanda ay koloniyasının yaradılması həvəsini soyutdular. Bu, astronavtların gətirdiyi toz nümunələrinin təhlili onun tərkibində həyatın təmin edilməsi üçün zəruri olan yüngül elementlərin çox az olduğunu göstərməsindən irəli gəlirdi. Buna baxmayaraq, astronavtikanın inkişafı və kosmik uçuşların qiymətinin azalması ilə, Ay bazanın yaradılması üçün əsas obyekt kimi baxılır.
Ayın parçalanması
Ayın parçalanması və ya Şəqqül-qəmər (ərəb. انشقاق القمر‎) — İslam peyğəmbəri Məhəmmədə aid edilən möcüzə. == Ədəbiyyatda == Bu rəvayət bir çox İslam şairinə, xüsusilə hindistanlılara ilham qaynağı olmuşdur. Poetik dildə Məhəmməd bəzən Günəşlə və ya gün işığı ilə bərabər tutulur. XII əsr fars təsəvvüf şairi Sənainin şeirində günəşin ayı ikiyə ayırmasından bəhs edilir. Fars dilində yazıb-yaratmış şair və mistik Cəlaləddin Rumi şeirlərinin birində ifadə edir ki, Məhəmmədin barmağı ilə parçalanmaq aşağı dərəcəli ayın ümid eləyəcəyi ən böyük səadətdir. Başqa bir yerdə də Rumi Məhəmmədin iki möcüzəsinə ayın parçalanması (bu təbiətə elmi yanaşmanın səmərəsizliyini göstərir) və onun oxuyub-yazmağı bilməməsinə işarə edir. İran klassik şairi və mistiki Əbdürrəhman Cami isə ərəb rəqəmləri ilə qarışıq şəkildə oynayır. Cami deyir ki, tam ay 40 rəqəmini ifadə edən dairəvi m ərəb rəqəminə oxşayır. Məhəmməd ayı ikiyə böləndə ay iki aypara şəkilli n ərəb rəqəmi kimi oldu, hansı ki, qiyməti 50-ə bərabərdir.
Azra Akın
Azra Akın (8 dekabr 1981) — 2002 Türkiyə gözəli seçilmiş və sonra Miss World Dünya Gözəllik Müsabiqəsində dünya gözəli seçilmiş maneken , model ve aktrisa. Hollandiyada balet, rəsm və musiqi kimi sənət sahələrində təhsil almışdır.
Bioloji axım
Bioloji axım – çaylarda diri və ölü orqanizmlərin, çirkləndirici maddələrin aşağıya, dənizlərə və okeanlara doğru yerdəyişməsidir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Düzgün axış
Sıvı dinamikasında, Düzgün axış, (yaxud yarpaqlı axış,laminar axın), (ing. laminar flow) təbəqələrdə hamar(pürüzsüz) yolları izləyən sııvı hissəcikləri ilə xarakterizə olunur, hər təbəqə bitişik təbəqələrdən az və ya çox qarışıq olmadan hamar bir şəkildə hərəkət edir. Aşağı sürətlə sıvı yanal qarışdırmadan axmağa meyl edir və bitişik təbəqələrdə kart oynundaki kimi bir-birinin üstündən sürüşür. Axışın istiqamətinə dik olan kəsişən cərəyanlar yoxdur, qarışıqlar da yoxdur. Düzgün axışda, sıvının hissəciklərinin hərəkəti bərk bir səthə yaxın hissəciklər ilə həmin səthə paralel düz xətlərdə hərəkət edir. Düzgün axış yüksək impuls yayılması və aşağı impuls konveksiyası ilə xarakterizə olunan bir axın rejimidir. == Reynolds ədədi ilə əlaqəsi == Reynolds ədədinin xüsusi hesablanması və düzgün axışının meydana gələcəyi dəyərlər axın sisteminin həndəsəsindən və axın davranışıdan asılı olacaqdır. Ümumi nümunə, bir boru vasitəsilə sıvının axındır. Reynolds ədədi aşağıdakı kimi təyin olur. R e = ρ u D H μ = u D H ν = Q D H ν A , {\displaystyle \mathrm {Re} ={\frac {\rho uD_{\text{H}}}{\mu }}={\frac {uD_{\text{H}}}{\nu }}={\frac {QD_{\text{H}}}{\nu A}},} Burada: DHborunun hidravlik diametridir (m); Qdebidir (m3/s); A,borunun kəsişmə sahəsi (m2); usıvının orta sürətidir (SI vahidləri: m / s); μsıvının dinamik özlülüğüdür (Pa·s = N·s/m2 = kg/(m·s)); νsıvının kinematik özlülüğüdür (ν = μ/ρ(m2/s); ρsıvının sıxlığıdır (kg/m3).
Evrim Akın
Evrim Akın — Türkiyə kino və teatr aktrisası, teleaparıcı. == Həyatı == Evrim Akın 12 iyun 1979-cu ildə Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Boyu 160 sm-dir. O, 17 yaşında ikən atası dünyasını dəyişmişdir. == Karyerası == Karyerasına İzmirdə Konak Bələdiyyə Teatrında başlayan Evrim Akın daha sonra Müjdət Gəzən Sənət Məktəbinə daxil olmuşdur. === Filmləri === ==== Bədii filmləri ==== Şaşqın | 2006 | Zeynəb rolunda ==== Televiziya filmləri ==== Memleket Hikayeleri - Ana Beni Eversene | 2006 | Handan Karadağ rolunda === TV serialları === Güldür Güldür | 2019 | Özge rolunda Alemin Kralı | 2011 | Jülide Mermercin rolunda Bez Bebek | 2007 | Bez Bebek Nana rolunda Avrupa Yakası | 2004-2006 (cəmi 52 bölümdə) | Selin Yerebakan rolunda Estağfurullah Yokuşu | 2003 | Gümüş rolunda Analık | 2003 | ...
Fatih Akın
Fatih Akın (25 avqust 1973[…], Hamburq) — türk mənşəli alman kinorejissor və ssenarist. == Həyatı == Fatih Akın 1973-cü il avqustun 25-də Almaniyanın Hamburq şəhərində anadan olub. 2004-cü ildə Avropadakı türk mühacirlərinin həyatını əks etdirən "Divara qarşı" filmi ilə Berlin kinofestivalının baş mükafatı – "Qızıl ayı"ya layiq görülüb. 2007-ci ildə ekranlaşdırdığı "Həyatın kənarında" filmi isə Kann kinofestivalında "ən yaxşı ssenari" nominasiyasında qalib olub.
Filiz Akın
Filiz Akın (2 yanvar 1943, Ankara) — türk kinoaktrisa. Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur.Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə Artist jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ün təkidi ilə Akasyalar Açarken filmi üçün kamera qarşısına keçməyə razılıq verdi. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başladı. 1964-cü ildə "Qadın Bərbər" filminin çəkiliş meydançasında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evləndi. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlib. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoya vidalaşıb.
Axis axis
Adi aksis (lat. Axis axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. == Yayılması == Aksislər Himalay və Seylonun dağətəyi meşə zonalarında yaşayır. Bu marallara artıq tez-tez Hindistanda da rast gəlinir və onların sayı artmaqdadır. Ermənistan meşələrinə müvəffəqiyyətlə uyğunlaşdırılıb.
ADİN
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Hal-hazırkı daxili işlər naziri Vilayət Eyvazovdur. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Acin
Acin (Həmədan) — İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər.
Axis
Aksis (lat. Axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
XİN
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsi ilə həyata keçirir. == Tarixi == Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
Agin rayonu
Ağin rayonu (1961–1995-ci illərdə Ani rayonu) — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı (Şirək-el) ərazisində yerləşirdi. == Tarixi == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. Ərazisi 429 kv. km-dir. Rayon mərkəzi şəhər tipli Molla Göyçə (03.01.1935-dən Marlik) qəsəbəsi idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 100 km-dir.
Aleksandr Agin
Aleksandr Alekseyeviç Agin (rus. Алекса́ндр Алексе́евич А́гин; 1817[…] – 1875[…]) — Rusiya qrafika rəssamı. O, Rusiya realist illüstrasiyasının banilərindən biri olmuşdur. == Həyatı == Aleksandr Agin 1817-ci ildə Rusiya imperiyasında, Pskov quberniyasının Novorjev qəzasında anadan olmuşdur. O, 1834–1839-cu illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Agin burada Karl Bryullovdan dərs almışdır. O, Yevgeni Qrebenka, İvan Panayev, İvan Turgenev və başqalarının əsərlərinə illüstrasiya çəkmişdir. Onun 1846–1847-ci illərdə Nikolay Qoqolun "Ölü canlar" romanına çəkdiyi 104 illüstrasiya Aginin ən yaxşı işi hesab olunur. Agin senzura tərəfindən təqib olunduğundan 1853-cü ildə Kiyev şəhərinə köçmüşdür. Onun əsərlərində ictimai kəskinlik, prixoloji xarakteristika, plastika, kompozisiya bütövlüyü və s.
Amin (xəlifə)
Əbu Musa Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو موسى محمد بن هارون الرشيد‎) (d. 14 aprel 787 - ö. 27 sentyabr 813) — 6. Abbasi xəlifəsi. == Həyatı == === İlk illəri === 787-ci ildə Bağdadda dünyaya gəldi. Atası xəlifə Harun Ər-Rəşid, anası isə onun nigahlı xanımı olan əmisi qızı Zübeydə bint Cəfərdir. Həm anası, həm də atası xəlifə Əl-Mənsur soyundan gəldiyi üçün, anası fars bir kəniz olan yaşca böyük qardaşı Abdullaha nəzərən vəliəhdliyə daha çox layiq görülürdü. Bu səbəblə hələ 5 yaşında ikən Əl-Amin ünvanıyla vəliəhd elan edildi (792). Böyük qardaşı Abdullah isə yalnız 6 il sonra Raqqada Əl-Məmun ünvanıyla ikinci vəliəhdliyə yüksələ bildi.
Amin Babayev
Amin Babayev (azərb. Amin Hacıbaba oğlu Babayev‎, 5 may 1950, Sarıbaş kəndi, Qax rayonu) — azərbaycanlı alim, Torpaq münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması istiqamətində elmi tədqiqatlar aparan və Ekoloji Kənd təsərrüfatı hərəkatı anlayışını ilk dəfə Azərbaycana gətirmiş alim, Azərbaycan Milli Elmlər Akademiyasının Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktorudur. == Həyatı == Amin Babayev 1950-ci il mayın 5-də Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU-nun) Aqronomluq fakültəsinin aqrokimya və torpaqşünaslıq şöbəsini bitirmiş, həmin il M. V. Lomonosov adına Moskva Dövlət Universitetində məqsədli aspiranturaya daxil olmuşdur. A. Babayev 1976-cı ildə elmlər namizədi, 1995-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır. 1997-ci ildə professor elmi adını almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlamışdır. 1976–1982 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Torpaqşünaslıq kafedrasının assistenti, dosenti vəzifələrində çalışmış, 1982–1985 illərdə Qərbi Afrika, Mali Respublikasının Katibuqu Kənd Təsərrüfatı İnstitutunun professoru, 1985–2013 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU-nun) Torpaqşünaslıq kafedrasının dosenti, professoru, kafedra müdiri olmuşdur, 1996 Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) prezidenti seçilmişdir. 1998–2000 illərdə Dövlət Elm və Texnika Komitəsinin nəzdində Gəncə Elm və Texnika Mərkəzinin direktoru işləmiş, 1997–2011 illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2002-ci ildən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM-ın), 2004-cü ildən Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyasının (EUCARPİA-nın), 2004-cü ildən Amerika Torpaqşünaslar Cəmiyyətinin (ССА-nın) və Amerika Aqronomlar Cəmiyyətinin (ASA-nın) üzvüdür.
Amin Gülməmmədov
Amin Mayis oğlu Gülməmmədov (31 iyul 1995, Saltaq, Naxçıvan Muxtar Respublikası – 4 noyabr 2020, Xocavənd) – Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi şəhidi == Həyatı == Baş leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Yüksək hərbi biliklərə yiyələnən şəhid Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Nümunəvi xidməti onu Qarabağ döyüşlərində də fərqləndirib. Füzulidən-Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda rəşadətlə vuruşub və şəhidlik məqamına yüksəlib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənən Gülməmmədov Amin Mais oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbirstanlığında dəfn olunmuşdur. == Hərbi xidməti == 2017-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı ilə hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir. Daha sonra isə 2020-ci ildə baş leytenant rütbəsini almışdır. Azərbaycan Ordusunun baş leytenantı Amin Gülməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Amin Maaluf
Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub.
Amin Maluf
Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub.
Amin Novruzov
Amin Novruzov (kinooperator) — Azərbaycan kinooperatoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Amin Novruzov (kiçik gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.