1. Məsafə etibarilə çox uzaqda olmayan; yovuq (uzaq qarşılığı). Yaxın çay. Yaxın yer. Evimizə yaxın mağaza. Yaxın aptekdən dərman al.
// Zərf mənasında. Yaxın otur. Yaxın gəl.
// Qısa. Yaxın yol. Yaxın mənzil.
2. Zaman etibarilə uzaq olmayan, tezliklə olacaq, yaxınlaşan; gələcəyinə, olacağına və s.-yə az qalmış. Yaxın gələcək. Yaxın səfər. Yaxın görüşlərdə.
// Qan qohumluğu və ya dostluq münasibəti ilə bağlı olan. Yaxın qohum. Yaxın dost. Yaxın yoldaş.
□ Yaxın olmaq – 1) dost olmaq; yaxınlaşmaq.
2) aralarında sevgi, məhəbbət olmaq, yaxınlıq olmaq.
// İs. mənasında. Yaxın adam, dost; qohum. Mənim yaxınlarım;
3) oxşar, bənzər, çox oxşayan (bənzəyən). Məzmunca bir-birinə yaxın əsərlər. Bir-birinə yaxın dillər. Sarıya yaxın bir rəng. Yaxın görüşlər.
4. Bilavasitə aidiyyəti olan, dərindən maraqlandıran, ürəyinə görə olan, mənafeyini əks etdirən; doğma, əziz.
5. Mötəbər, inanılmış.
6. zərf Təxminilik, təqribilik bildirir. Üç aya yaxın bir müddət. Saat beşə yaxındır. Sabaha yaxın (sübh açılanda). Axşama yaxın (gün qaralanda).
◊ Yaxın durmaq – 1) yaxınlaşmaq, yanına getmək;
2) köməyə gəlmək, əl yetirmək, hümmət göstərmək. Heç kəs ona yaxın durmadı.
Yaxın durmamaq – 1) yaxınına belə gəlməmək, qətiyyən iştirak etməmək, heç maraq göstərməmək. İşə yaxın durmur;
2) hətta əl vurmamaq, meyil etməmək, toxunmamaq. Yeməyə heç yaxın durmadı.
Yaxın düşmək – bax yaxın durmaq 1-ci mənada. [Mehriban] ərindən başqa bir [kişini] sevməyi bağışlanmayan bir qəbahət sanırdı.