Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Conatan Key
Alan Kurtis Key
Alan Kurtis Key (ing. Alan Curtis Kay; 17 may 1940, Sprinqfild[d], Massaçusets) — amerikalı kompüter sistemləri nəzəriyyəsi sahəsi üzrə alim. == Həyatı == 17 may 1940-cı ildə hesablama sistemləri nəzəriyyəsi üzrə amerikalı mütəxəssis, obyektyönümlü proqramlaşdırmanın və qrafik interfeysin ilk tədqiqatçılarından biri, Smalltalk proqramlaşdırma dilinin müəllifi Alan Kurtis Key anadan olmuşdur. Key "Hər uşağa bir laptop" (One Laptop Per Child) layihəsinin müəlliflərindən biridir. 2003-cü ildə müasir obyektyönümlü proqramlaşdırma dillərinin inkişafındakı ideyalarına görə, "Smalltalk" dilinin yaradılmasına və fərdi kompüterlər sahəsinin inkişafına verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Key Marumo
Key Marumo (d. 6 mart 1992, Osaka, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Key Marumo 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların bürünc medalını qazandı. Marumo həmdə 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Key Marumo 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Key Marumo komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Key Okami
Kei Okami (岡見 京子, Okami Keiko, 15 avqust 1859 – 2 sentyabr 1941) yapon fiziki. O, Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Həyatı == Key Okami 1858-ci ildə Aomori prefekturasında Nişida Keykoda anadan olub. O, 1878-ci ildə Yokohama Kyoritsi Qızlar Məktəbini bitirib və sonra Sakurai Qızlar Məktəbində ingilis dilini tədris edib. Key Okami 25 yaşında olarkən incəsənət müəllimi Okami Senkiçiro ilə evlənib. Cütlük sonra Birləşmiş Ştatlara səfər edib. == Tibb təhsili == Amerikada Key Okami Presbiteriyan Kilsəsininin Qadınların Xarici Missioner Cəmiyyətinin köməyi ilə Pensilvaniya Qadınlar Tibb Kollecində təhsil alıb. Dörd illik təhsildən sonra 1889-cu ildə oranı bitirib. O beləliklə Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Tibb karyerası == Yaponiyaya qayıtdıqdan sonra Key Okami Takaki Kanehironun dəvəti ilə Jikey Xəstəxanasında (indiki Jikey Tibb Universiteti Məktəbi xəstəxanası) işlədi.
Key West
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Normans-Key
Normans-Key — Baham adalarında ada. Eksumanın bir hissəsidir. Florida sahillərindən 340 kilometr (210 mil) aralıda yerləşir. 1978–1982-ci illərdə ada kolumbiyalı narkobaron Karlos Lederə məxsus idi və Kolumbiyadan ABŞ-yə kokain qaçaqmalçılığı üçün tranzit baza rolunu oynamışdır. == Tarixi == Yeni seçilmiş hökumət yerli deputatın etirazı ilə dövlətə məxsus adanın 40,5 milyon dollara satılması ilə bağlı müqavilə imzalamışdır. Hökumət hesab edirdi ki, bu addım ölkə iqtisadiyyatının xarici investorlar tərəfindən daha da maliyyələşdirilməsinə töhfə verəcək. == Populyar mədəniyyətdə == 2001-ci ildə baş rolda Conni Deppin olduğu "Kokain" filminin səhnələri Normans-Keydə çəkilmişdir. Ada Corc Yanq və T. Rafael Çiminonun "Ağır" romanında xatırlanır.
İnsert key
İnsert key (ing. Insert key, rus. клавиша вставки, türk. İnsert tuşu) – IBM klaviaturalarında: yardımçı rəqəm klaviaturasında yerləşən (0 klavişi ilə birləşdirilib), təkmilləşdirilmiş klaviaturalarda, o cümlədən Apple klaviaturasında isə əsas klaviatura ilə yardımçı ədədi klaviatura arasındakı redaktə klavişləri dəstinə daxil olan klaviş. Təkmilləşdirilmiş klaviaturalarda o, "Insert" kimi, Apple klaviaturalarında isə "Ins" kimi nişanlanıb. Insert klavişi müxtəlif tətbiqi proqramlarda müxtəlif funksiyalar yerinə yetirir. Ancaq bir qayda olaraq o, mətnin redaktəsində "Artırma"-"Əvəzləmə" rejimlərindən birindən o birinə keçmək üçün istifadə edilir.
Qara Key çayı
Qara Key (afrik. Swart-Keirivier, ing. Black Kei River) — CAR-da axan çay. Şərqi Burun vilayətinin ərazisindən keçir. Onun mənbəyi Kuinstaun şəhərinin cənub-qərbində yerləşən Vinterberq dağlarında yerləşir. Əsas qolları Klas-Smits və Klipplatdır. Şəhərin şimal-şərqindəki Ağ Key çayı ilə birləşir və Böyük Keyi qurur. Çayın kənarında bir neçə kənd var. Çayın bir hissəsini Tsolvan ehtiyatının qərb hissəsini təşkil edir. XIX əsrdə Qara Key və onun qolu Klipplat Kaffrarinin şimal sərhədini meydana gətirdi.
Abdul Qadir Keyta
Abdul Qadir Keyta (fr. Abdul Kader Keïta; 6 avqust 1981[…], Abican) — cinah hücumçusu mövqeyində çıxış etmiş Kot-d'İvuar futbolçusu. 2000-ci ildən 2012-ci ilə qədər Kot-d'İvuar millisində çıxış edirdi. == Klub karyerası == "Popito" ləqəbli Keyta karyerasına yerli "Afrika Sport" klubunda başladı, daha sonra "Etual dü Sahel" klubuna keçdi. BƏƏ-nin "Əl-Əyn" və Qətərin "Əl-Sədd" klublarında çıxış etdikdən sonra 2005-ci ildə Fransanın Liqa 1 çempionatında çıxış edən "Lill" klubu ilə müqavilə imzaladı. === "Leon" === 31 may 2007-ci ildə "Olimpik Lion"un sədri Jan Mişel Ola klubun həm Keyta, həm də onun komanda yoldaşı Matyo Bodmer üçün təklif göndərdiyini açıqladı.16 iyun 2007-ci ildə "Lion" hər iki oyunçunun keçidi ilə bağlı açıqlama verdi, Keytanın transfer dəyəri 18 milyon avro təşkil etdi. Klubda keçirdiyi 2 mövsüm ərzində bütün yarışlarda 52 oyuna 5 qol vura bilmişdir. === "Qalatasaray" === 2 iyul 2009-cu ildə "Qalatasaray" Keytanın türk klubuna qatıldığını və 8,5 milyon avroluq üç illik müqavilə imzaladığını rəsmən elan etdi. O, "Qalatasaray" forması ilə ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində "Makkabi Netaniya" klubuna qarşı oyunda (5-ci dəqiqədə) vurdu. 12 dekabrda "Antalyaspor" ilə 3–2 qələbə hesablı oyunda qol müəllifi oldu.
Aleksandr Keyt Conston
Aleksandr Keyt Conston – İsveç coğrafiyaçısı. Edinburq yaxınlığında Kirkhilldə anadan olmuşdur. Kral məktəbində və sonra isə Edinburq Universitetinin məzunu olmuşdur. Sonralar isə xarici bir vətəndaşın yanında işləməyə başlamışdır. 1826-cı ildə ağabeyinə üzv olmuş və bir ildən sonra Jonstan adlı kartoqrafiya şirkətinə qurdular. Həyatının davamını coğrafiyaçı kimi olaraq yaşamışdır. Son illər şəxsi şagirdlər yetişdirmişdir. Onun bilikləri Avropa və Amerika alimləri tərəfindən istifadə edilmişdir. O 1871-ci ildə Yorkşirdə vəfat etmişdir.
Azərbaycanda həyat keyfiyyəti-2018
Azərbaycanda həyat keyfiyyəti-2018 - Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədilə AMEA İqtisadiyyat İnstitutunda gerçəkləşdirilmiş ilk tədqiqatın nəticələrini əks etdirən kitabdır.AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən nəşrin elmi redaktoru İnstitutun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlidir. Kitabın müəllifləri professor Nazim Müzəffərli, iqtisad üzrə fəlsəfə doktorları, dosent Pərviz Həsənov, Bəhruz Əhmədov, məsləhətçiləri professor Akif Musayev, iqtisad üzrə fəlsəfə doktorları Allahyar Muradov və Rəsmiyyə Abdullayevadır. Kitab Azərbaycan və rus dilində nəşr edilmişdir. == Tədqiqat haqqında == Kitabda əksini tapan tədqiqat işindəki qiymətləndirmələr AMEA İqtisadyyat İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Həyat Keyfiyyəti İndeksi (HKİ) əsasında aparılmışdır. Tədqiqat ölkənin 8 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir. Azərbaycanın iqtisadi rayonlarının, respublika tabeli şəhərlərinin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi 7 sub-indeksdə qruplaşdırılıb və 36 göstərici əsasında tərtib edilib. Həmin sub-indekslərə maddi rifah, sağlamlıq, təhsil, təhlükəsizlik, ailə möhkəmliyi, ekologiya və asudə vaxt imkanları daxildir. Təhlillərə görə Azərbaycanda həyat keyfiyyətinin ən yüksək olduğu bölgə Naxçıvan Muxtar Respublikasıdır. Şəhər və rayonların sıralamasında birinci yeri sub-indekslərin əksəriyyəti üzrə Naxçıvan şəhəri tutur. Muxtar respublikanın digər 6 rayonu (Ordubad, Sədərək, Babək, Şərur, Şahbuz və Kəngərli) 2-7-ci yerlərdədir.
Böyük Keyti
Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur. Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.
Con Keysiç
Con Keysiç (ing. John Richard Kasich; 13 may 1952) — Amerikalı siysətçi, Ohayo ştatından 69-cu qubernatoru və 2016-cı ildə keçirilmiş 58-ci Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri.
Con Meynard Keyns
Con Meynard Keyns (ing. John Maynard Keynes; 5 iyun 1883[…], Kembric – 21 aprel 1946[…]) —İngilis iqtisadçısı. == Həyatı == C.Keyns 1883-cü ildə Kembricdə məntiq və iqtisadi nəzəriyyə professoru ailəsində anadan olmuşdur. Atası Con Nevila Keyns Kembricdə məntiq və iqtisadiyyatdan dərs deyirdi. Kembric Universitetinin nəzdindəki kollecdə 1902-1906-cı illərdə təhsil alan C.Keyns, o dövrün ən məşhur iqtisadçı alimi A.Marşallın mühazirələrini dinləmişdir. Klassik məktəb ənənələrindən olan "Siyasi iqtisad" fənni adı məhz həmin illərdə A.Marşallın təşəbbüsü ilə dəyişdirilərək "İqtisadiyyat" adı ilə əvəz edilmişdir. 1906-1908-ci illərdə müstəmləkə ölkələri üzrə nazirliyin, Hindistan üzrə idarəsində əvvəl hərbi işlərdə, daha sonra gəlirlər, statistika və ticarət şöbəsində işləmişdir. Geniş riyazi və iqtisadi biliyə malik olan C.Keyns 1908-ci ildə A.Marşalın dəvəti ilə Karol kollecinə, iqtisadi problemlər üzrə mühazirə oxumağa dəvət olunur. Müəllimi A.Marşala böyük məhəbbət və ehtiramı ilə o, orada həm iqtisadiyyatdan, həm də riyaziyyatdan mühazirələr oxuyur. Demək olar ki, 1909-1915-ci illər ərzində həmin kollecin daimi işçisi kimi fəaliyyət göstərir.
Conni Keyc (Mortal Kombat)
Conni Keyc (ing. Johnny Cage) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Conni Keyc film ulduzudur. Məşhurluğunu daha da artırmaq məqsədilə Mortal Kombat turnirinə qatılmışdır. Turnirlərdə Şao Kannın döyüşçülərinə qarşı vuruşur. Conni Keyc personajı Jan-Klod Van Dammın parodiya formasıdır.
Devid Keyc
Devid De Qruttola (9 iyun 1969, Müluz), David Cage təxəllüsü ilə tanınan Fransız videooyun dizayneri, yazıçı və musiqiçi. O, Quantic Dream oyun şirkətinin yaradıcısıdır. Keyc, Heavy Rain, Beyond: Two Souls , Detroit: Become Human oyunlarının həm ssenarisini yazmış, həm də rejissorluğunu etmişdir. == Bioqrafiya == Fransanın Müluz şəhərində doğulan Keyc videooyun istehsalçısı olan Quantic Dream şirkətinin rəhbəridir. Keyc şirkətin qurucusu, ortaq baş icraçı direktoru, direktoru, baş oyun dizayneri, ssenari müəllifi olaraq şirkətdə və oyunların tərtibatında çox mühüm rol oynayır. Peşəkar musiqiçi olaraq o, 1993-cü ildə 'Totem Interactive' adlı musiqi şirkətini yaratmışdır. O, frilanser musiqiçi olaraq bir çox televiziya kanalında, kino və videooyun proyektlərində musiqilər bəstələmişdir.
Dünyanın həyat keyfiyyətlərinə görə şəhərləri
Dünyanın həyat keyfiyyətlərinə görə şəhərləri - Bu göstəricilərə geniş spektr iqtisadi, sosial, mədəni və ekoloyi parametrlər aiddir. Burada şəhər təsərrüfatlarının ümumi stabilliyi, səhiyyə xidmətinin səvuyyəsi, təhsilin keyfiyyəti, nəqliyyat infrastrukturunun vəziyyəti, şəhər iqliminin və suyun təmizliyi, həmçinin mədəni-əyləncə şəbəkəsinin inkişafı nəzərdə tutulur.2011-ci il üçün dünyanın həyat keyfiyyətlərinə görə ən yaxşı şəhəri Kanadanın Vankuver şəhəri müəyyənləşib. Bu reytinqi 23 fevral 2011-ci ildə Londonda nüfuzlu Economist Intelligence Unit tədqiqt təşkilatı elan edib.
Eliza Keyrolo
Eliza Keyrolo (d. 6 mart 1991) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Eliza Keyrolo, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Florida Keys
Florida Keys, ABŞ-nin Florida əyalətində yerləşən bir qrup arxipelaqdır. Təxminən 1700 adadan ibarətdir. Floridanın 24 kilometr cənubundadır. Ən ucunda yerləşən Key West, Kubadan 140 kilometr məsafədədir. Florida Keys 23,5 ilə 25,5 enlik arasında yerləşir. Bu xüsusiyyətlərinə görə adalarda subtropik iqlim mövcuddur. Adaları "Overseas Highway" ("Xarici magistral") adlanan bir yol birləşdirir. == Əhalisi == Adaların əhalisi 2000-ci il siyahıyaalınmasında 79.535 olaraq müəyyən olunmuşdur. Bir kvadrat kilometrə 223,66 nəfər düşür. Əhalinin 32% -i Key Westdə yaşayır.
Hamidu Keyta
Hamidou Keyta (17 dekabr 1994, Montivile[d]) — fransalı, peşəkar futbolçudur. Azərbaycan Premyer Liqasında çıxış edən Qarabağın futbolçusudur. == Karyerası == === Sent-Etyen === Hamidu Keyta 13 yanvar 2017-ci ildə Sent-Etyenin heyətində Liqa 1 -də Lillə 1–1 bərabərə qalan matçda peşəkar debüt etdi. === Santa Klara === 31 iyul 2021-ci ildə Hamidu Keyta Portuqaliyanın Santa Klara klubu ilə iki illik müqavilə bağladı. === Zirə === Hamidu Keyta Zirə ilə 1 il 6 aylıq müqavilə bağladı. Zirənin heyətində ilk dəfə Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab matçında Səbailə qarşı matçda çıxış edib. Həmin matçda 66-cı dəqiqədə meydana çıxıb. 72-ci dəqiqədə isə həmin matçda özünün 1-ci, komandasının 3-cü qolunu vurub. Matç Zirənin 4–0 hesablı qələbəsi ilə başa çatıb. İlk dəfə 90 dəqiqə meydanda olduğu matç Azərbaycan Premyer Liqasının Zirə-Neftçi matçıdır.
Harri Keyn
Harri Keyn (ing. Harry Kane; 28 iyul 1993, London) — İngiltərə futbolçusu. Almaniyanın "Bayern Münhen" klubunun və İngiltərə milli futbol komandasının hücumçusu. Keyn, "Tottenhem Hotspur"un heyətində 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın "Harts" klubuna qarşı oynanılan görüşdə debüt edib. O,"Tottenhem Hotspur"un əsas heyət oyunçusu olanadək icarə əsasında Birinci Liqada çıxış edən "Leyton Orient"də, Çempionşipdə çıxış edən "Milluoll" və "Norviç Siti"də, və Premyer Liqada mübarizə aparan "Norviç Siti"də oynayıb. Keyn, İngiltərənin yeniyetmələrdən və gənclərdən ibarət komandalarının hamısında çıxış etmişdir. Əsas milli komandada debütü 24 mart 2015-ci ildə baş tutmuşdur. == Klub karyerası == === Leyton Orient === Harri Keyn "Tottenhem Hotspur" akademiyasının yetirməsidir, lakin o, ilk illər əsas komandanın heyətinə düşməkdə çətinlik çəkib. Bu səbəbdən klub onu 2011-ci il yanvarın 7-də İngiltərə Birinci Futbol liqasında çıxış edən "Leyton Orient" komandasına icarəyə verib. O, bu klubun heyətində yanvarın 15-də "Rotsdeyl" klubuna qarşı oynanılmış görüşdə sonradan meydana çıxaraq debüt etmişdir.
III Qiyasəddin Keyxosrov
III Qiyasəddin Keyxosrov- Rum Səlcuq sultanı, IV Qılınc Arslan şahın oğlu == Taxta çıxması == III QiyasəddinKeyxosrov, IV Qılınc Arslanın Gümaç xatunla olan evliliyindən dünyaya gəlmiş oğlu idi. Atası monqollar tərəfindən qətlə yetirildikdən sonra hələ uşaq yaşlarda Səlcuq taxtına oturmuşdur. Onun hakimiyyətə gəlməsi ilə bağlı tarixi mənbələrdə kifayət qədər məlumat yoxdur. İbn Bibiyə görə, o , taxta çıxarkən ,2 yaşında olmuşdur. Başqa bir mənbədə isə 6 yaşında olduğu bildirilir. Buna baxmayaraq , yaşca kiçik olduğundan , hakimiyyəti onun adından Pərvanə Muiniddin idarə etmişdir. == Daxili siyasəti == Pərvanə Muinəddinin idarəsi altındakı III Qiyasəddin Keyxosrovun hakimiyyətinin ilk illəri sükut içində keçmişdir. Bu sükunət 1277-ci ilə- Pərvanənin ölümünə qədər davam etmiş, onun ölümü ilə ölkədə hakimiyyət Monqolların əsarəti altına keçmişdir. III Qiyasəddin Keyxosrovun uşaq olması onun dövlət işlərində iştirakına maneə törədən ən əsas amil idi. O, Monqolların və Pərvanə Muinəddinin getdikcə artan gücü qarşısında geri planda qalaraq sadəcə ad olaraq var olmuşdur.
II Keyxosrov
II Keyxosrov (13 fevral 1523 – 29 sentyabr 1573, Qəzvin) — III Kvarkvare 1535-ci ildə məğlub olandan sonra ölkəsi imeretiyalılar tərəfindən işğal olunmuşdu. Keyxosrov Osmanlıya müraciət etmişdi. Osmanlı ordusu da Musa Paşanın başçılığı altında ordunu Mesxetiyə göndərdi və 1545-ci ildə I Luarsabla III Baqratın birləşmiş ordusunu məğlub edərək Keyxosrovu taxta çıxardı. 1555-ci ildə Amasya sülh müqaviləsinə əsasən Səfəvi vassallığı rəsmən təyin olundu. Lakin Osmanlıların sülhü pozaraq yeni hücumu Keyxosrovu İrandan kömək üçün Qəzvinə getməyə məcbur etdi. Ora çatanda isə vəfat etdi. Yerinə IV Kvarkvare keçdi.
II Qiyasəddin Keyxosrov
II Qiyasəddin Keyxosrov (bilinmir – 1246, Antalya) — 1237–1246-cı illər ərzində Anadolu Səlcuq Sultanlığı hökmdarı. == Həyatı == 1221-ci ildə anadan olmuşdur.[mənbə göstərin] Əlaəddin Keyqubadın oğludur. Anası Hunat Xatundur. Hələ 7 yaşında Ərzincan məliki təyin olunmuş və atabəyi Mübarizəddin Ərtoquşla birgə buraya göndərilmişdir. Vəzifəyə təyin olduğu ilk illərdə Trabzon ətrafını ələ keçirmişdir. Keyxosrov hələ atası sağ ikən Gürcü şəhzadəsi Tamar ilə nişanlanmış,daha sonra 1238-ci ildə isə evlənmişdir. Bu evlilikdən II Əlaəddin Keyqubad dünyaya gəlmişdir. Tamar bütün Anadoluda Gürcü Xatun adı ilə tanınırdı. O öz həyat yoldaşına olan məhəbbətini göstərmək üçün şah Tamarın adına pullar buraxdırmış, bu pulların bir üzündə şir (özü) digər üzündə isə günəş (Tamar) simvollarını rəsm etdirmişdir. == Hakimiyyətinin ilk illəri == Əlaəddin Keyqubad vəfatından əvvəl kiçik oğlu Qılınc Arslanı vəliəhd təyin etsə də, atasının ölümündən sonra Qiyassəddin Keyxosrov Sadəddin Köpək və bir qrup əmirə arxalanaraq hakimiyyəti öz əlinə almışdır.
II İzzəddin Keykavus
II İzzəddin Keykavus (XIII əsr – 1279, Krım) — Anadolu Səlcuq Sultanlığı hökmdarı, II Qiyasəddin Keyxosrovun böyük oğlu. 1246-1257-ci illərdə hakimiyyətdə olmuşdur. II İzzəddin Keykavus Türk tarixi və Anadolu Səlcuq sultanlığının tarixi üçün önəmli şəxslərdən biridir. Monqolların Anadoluya hücumu II Qiyasəddin Keyxosrovun hakimiyyəti illərində baş versə də təsirləri II İzzəddin Keykavusun zamanında özünü ən ağır şəkildə göstərmişdir. Onun hakimiyyəti qarmaşıq və bir o qədər əhəmiyyətli hadisələrin başlanğıcı olmuşdur. == Həyatı == II İzzəddin Keykavus II Qiyasəddin Keyxosrovun Bərduliyə Xatunla evliliyindən olan oğlu idi. O 1235-ci ildə anadan olmuşdur. Anası Bərduliyə Xatun keşiş qızı olduğu üçün uşaqlıqdan xristian dinindən təsirlənmişdir. II Qiyasəddin Keyxosrov ölərkən oğlu Məlik İzzəddini Atabəyi ilə birgə Burqulu (Uluborlu) valisi olaraq təyin etmişdi. Lakin vali olaraq hansı illər ərzində fəaliyyət göstərdiyi məlum deyildir.
I Keykavus
I Keykavus – Şirvanşahlar dövlətinin otuzuncu hökmdarı, Şirvanşah III Axsitanın oğlu. == Fəaliyyəti == III Axsitanın ölümündən sonra Şirvanda, onun oğlu Keykavus ibn III Axsitan hökmranlıq etmişdir. Akademik Dorn özünün yol qeydlərində Pir Hüseyin xanəgahındakı h.693 (1293/4)-cü ilə aid kitabədəki aşağıdakı adların çəkildiyini xatırlayır: Məlik Keykavus ibn Güştəsb ibn Axsitan, rəcəb 693 (iyun, 1294)-cü il. Dorn kitabənin məzmununu vermir və "məlikin adının oxunmasında xeyli tərəddüd edir".Minarənin şərq tərəfindəki bu ikisətirlik kitabəni oxuyan Ə.Ə.Səidzadə yazır: "Nəticə olaraq xanəgahdakı Pirhüseyn Şirvaninin (Şirvanın) adı çəkilən bir kitabəyə diqqət yetirək. Bu, minarənin şərq tərəfindəki ikisətirlik kitabədir. 1. "Be-name-Allah dər əhdi şahi-adil Keykavus, qədri-zeydə adilə, in imarəti-minarəra dər xaneqahi şeyxi pir Şirvanan Pirhüseyn, qüds ül-Allahi rühə". "Allahın adı ilə. Adil şah Keykavus (Allah onun ədalətini daha da artırsın) zamanında pir Şirvanının şeyxi Pirhüseyn xanəgahında (Allah onun ruhunu müqəddəsləşdirsin) bu minarənin tikilməsini..." "İkinci sətir bir neçə söz istisna olmaqla tam oxunmamışdır". Beləliklə, bu kitabə Dornun hakimiyyət illərindən birini, ehtimal ki, başlanğıcını – 1294-cü il müəyyənləşdirdiyi Şirvanşahın adının, onun fərz etdiyi kimi, Güştəsb ibn Axsitan deyil, Keykavus ibn Axsitan olduğunu dəqiq sübuta yetirir.
I Keyqubad
I Keyqubad və ya Ədalətli Keyqubad– Şirvanşahlar dövlətinin otuz birinci hökmdarı, Şirvanşah II Fərruxzadın oğlu. == Fəaliyyəti == XIV əsrin əvvəllərində Olcaytunun oğlu Məhəmməd Əbu Səidin (1316-1335-ci illər) zamanında Elxanilər dövlətinin tənəzzülü ilə bağlı Şirvanşahların hakimiyyəti güclənir. Şirvanın şəhərlərində təsərrüfat həyatının dirçəlməsi, ticarətin inkişafı müşahidə edilir. Lakin elxan Əbu Səidlə Qızıl Orda xanı Özbək, sonra isə Əbu Səidin varisi Arpa xanla (1335-1336-cı illər) Özbək arasındakı hərbi əməliyyatlar nəticəsində Şirvan ərazisi yenidən viran və talan edildi.Arpa xan 1336-cı ildə öldükdən və Elxanilər dövləti, faktik olaraq bir sıra xırda feodal mülklərinə parçalandıqdan sonra monqol əmirləri və köçəri tayfaların başçıları hakimiyyəti öz əllərinə alaraq elxani şahzadələrini həbs edir, hakimiyyətdən salır və feodal ara müharibələri aparırdılar. Belə ki, az vaxt ərzində Elxanilər taxtında Cənubi Azərbaycanda hakimiyyətlərini möhkəmləndirən, öz aralarında rəqabət aparan Çobani və Cəlairi əmirlərinin iş başına gətirdikləri Musa, Məhəmməd, Toğa Teymur, Cahan Teymur, Satibəy xatun, Süleyman və sonuncu elxan Ənuşirəvan kimi qısamüddətli hökmdarlar bir-birini əvəz etmişdi. Elxanilər monqol dövlətinin dağılmağa başladığı bu dövrdə Azərbaycanın şimal vilayətləri, o cümlədən Şirvanın şəhərləri bir müddət yadelli işğalçıların əsarətindən azad olaraq dirçəlməyə başlayır, siyasi qüvvə əldə edirlər. XIV əsr ərzində və bütövlükdə XV əsrdə Şirvanşahlar dövləti Elxanilərin hakimiyyətini formal şəkildə qəbul etsələr də, əslində, müstəqil idi. Bunu numizmatik məlumatlar da təsdiq edir. Bu vaxt Şirvanda Şirvanşahlar Keyqubad və sonralar onun oğlu Kavus hökmranlıq etmişlər. 1355/6-cı ildən Şirvanın bir sıra şəhərlərindəki zərbxanalarda sikkə kəsilməsi bərpa olunur.
I Keyxosrov
I Keyxosrov - II Kvarkvarenin oğlu. Onun hakimiyyəti qısa çəkmiş, Osmanlıları dəfələrlə məğlub etmişdi. 1500-cü ildə vəfat edəndən sonra yerinə qardaşı Mzetçabuki keçdi.
I Qiyasəddin Keyxosrov
I Qiyasəddin Keyxosrov (XII əsr – 1211) — Rum Sultanlığının sultanı. == Hakimiyyəti == === Birinci hakimiyyəti dövrü === II Qılınc Arslan 1186-da ölkəsini 11 oğlu arasında böldü. Qardaşlar arasında vəliəhtlik mübarizəsi Qılınc Arslan həyatta olarkən başladı. Ölkənin ona aid olduğunu müdafiə edən Qütbəddin Məlikşah hakimiyyət uğrundakı mübarizədə ən güclü rəqib idi. Lakin saray əyanları onu hakimiyyətə layiq görmürdülər. Məlikşah Konyanı tutub özünü sultan elan etsə də II Qılınc Arslan onun yanından qaçıb əvvəl Kayseridəki Sultan şahın, sonra digər oğullarının yanına getdi və sonda ən kiçik oğlu I Qiyasəddin Keyxosrovu vəliəht elan etdi. Hakimiyyətə can atan Qiyasəddin I Keyxosrov Konyanı ələ keçirərək atasının yerində sultan oldu. O, 4 il hakimiyyətini sürdü. Qardaşlar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. Qiyasəddin qardaşı Süleymana qarşı mübarizə aparmaqla bərabər Bizans imperatoru III Aleksisi məğlub edərək Qərbə doğru irəliləyə bildi.
I İzzəddin Keykavus
I İzəddin Keykavus (bilinmir – 1220) — Hakimiyyəti dövründə ölkə ərazisini dənizlərə açıb ticarətini genişləndirmiş, Kilikiya Erməni Çarlığını, Trabzon İmperiyasını Artuqlu bəyliyinə birləşdirib. == Həyatı == === Uşaqlıq və Gənclik illəri === I Qiyasəddin Keyxosrovin böyük oğludur.
I Əlaəddin Keyqubad
Şirvanşah I Keyqubad ilə səhv salınmamalıdır. I Əlaəddin Keyqubad (Anadolu Səlcuqlu dövlətinin sultanı (1220-1237), sultan I Qiyasəddin Keyxosrovun oğlu. Hakimiyyətdə olduğu dövrdə inşa etdirdiyi və çoxu bu günə qədər gəlib çatan tikililərə, idarəçilik bacarığına, başçısı olduğu dövlətə qazandırdığı hərbi qüdrətə görə dünya miqyasında ən tanınmış Anadolu Səlcuqlu sultanıdır. İnşa etdirdiyi və bu günə qədər qorunub saxlanan ən önəmli memarlıq abidələri Konya şəhərindəki Əlaəddin məscidi və Bəyşəhrdəki Qubadabad sarayıdır. == Həyatı == I Əlaəddin Keyqubad uşaqlıqda ciddi təlim-tərbiyə almışdır. Türk-islam adət-ənənələrinə görə Əmir Seyfəddin, Ay-Aba və Əmir Bədrəddin Gövhərtaş onun atabəyi təyin olunmuşlar. Keyqubad ana dili olan türk dili ilə bərabər fars, yunan və ərəb dillərini də öyrənmişdir. Bundan başqa o islam elmlərini və astronomiyanı da bilirdi. 1205-ci ildə Tokat məliki (valisi) təyin olunmuş və dövlət idarəçiliyi sahəsində ilk təcrübələrini toplamağa başlamışdır. Atasının vəfatından sonra hakimiyyət böyük qardaşı I İzzəddin Keykavusun əlinə keçmişdir.
Keyp-Mey (dairə)
Keyp-Mey (ing. Cape May County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 1606 km² ərazini əhatə edir. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Keyp-Mey dairəsində 102.326 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2008-ci ilədək əhali 6,3% azalaraq 95,838 nəfərə çatmışdı. Keyp-Mey-Kort-Haus dairənin mərkəzidir. Dairənin ən böyük şəhəri Oşen-Siti şəhəridir. Dairədə həmçinin Uayldvud kurort şəhəri də var.
Dey
Dey (fars. دی‎) — İran və Əfqanıstanın rəsmi təqviminin onuncu ayı. Dey ayında 30 gün var. Bu ay dekabr ayında başlayıb yanvar ayında sona çatır. Dey qışın ilk ayıdır.
Gey
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür.Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil.Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır.Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir. Bunların ən tanınmış olanları qadın homoseksuallar üçün "lezbiyan" (və ya lezbiyən), kişi homoseksuallar üçün isə "gey" termininləridir. Qeyd olunmuş terminlər hələ də Azərbaycan dilinin orfoqrafiya lüğətinə əlavə olunmamışdır, bu səbəbdən də yuxarıda qeyd edilmiş terminlərin orfoqrafik baxımdan düzgün yazılışı dilçilərin müzakirə mövzusu qalmaqda davam edir. Bir neçə səbəblərə görə, gey və lezbiyanların, və ya eynicinsli romantik və cinsi münasibətlərdə olmuş şəxslərin ümumi sayını və faiz nisbətini dəqiq bilmək çətindir.
Kek
kek ya da tort— şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu. == kekların növləri == === Şokoladlı kek === ==== Ərzaqlar ==== 250 qram un 6 ədəd yumurta 130 qram şəkər 50 qram kakao tozu 200 qram qaymaq 100 qram şokolad 5 qram ovulmuş portağal qabığı 1 paket vanil 5 qram soda ==== Hazırlanması ==== Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun! === Portağal sufleli kek === ==== Tərkibi ==== biskvit üçün: 3 yumurta 150 q şəkər tozu 150-200 q unsufle üçün: 20 q jelatin 200-250 portağal şirəsi (4-5 portağalın) 500 ml 33-35%-li qaymaq 150 q şəkər tozu ==== Hazırlanması ==== Yumurtaları şəkər tozu ilə çalın.
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Ker
Ker - türk və altay mifologiyalarında pis varlıq. Gər (Gir, Kir) olaraq da deyilir. O varlığın pis bir xüsusiyyətə sahib olduğunu göstərir. Tek ayaqlı, tək gözlü, tək qollu keçəl varlıqlardır. Şumerlerde Qur adlı bir yer altı canavarı bulunur ki, yer altında yaşayan varlıqların Ker sözcüyü ilə təyin olunması bununla əlaqəli ola bilər. Yeraltında yaşadığına inanılan "Ötker" adlı pis varlıqlar da bunların bir növüdür. O biri aləmə aid canlılar daim tək gözlüdür. Ker sözünün kor mənasını verdiyini qarşıya qoyan görüşlər də mövcuddur. Bu sifətlə xatırlanan beş əhəmiyyətli varlıq tapılar. Ker Yutpa: Yeraltı əjdahası Ker Abra: Yeraltı ilanı Ker Arat: Yeraltı balığı Ker Doydu: Yeraltı balığı Ker Köylek: Yeraltı cadugəri == Etimologiya == (Ker/Gər/Gir) kökündən törəmişdir.
Kev
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur.Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur.1 elektron volt= 1.602 176 565(35) × 10−19 coulVahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kgBəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Ley
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Ney
Ney — ağacdan, qamışdan ya da bürüncdən qayırılan üfləmə musiqi aləti. == Söz açımı == == Tarixçə == Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur. Neyin naləsini Füzuli belə təsvir edir: == Növləri == XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Marağai "Məqasid əl-əlhan" (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün: ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir. Misirdə, İranda, Türkiyədə uzunluğuyla fərqlənən bir neçə cür ney var. Örnəyin, Türkiyədə çalınan muğamlardan asılı olaraq 12 cür neydən istifadə olunur: bolaheng nisfiye, bolaheng-süpürde mabeyni, süpürde, müstahsen, yıldız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, davud-bolaheng mabejni, bolaheng . Ağ ney Qara ney (mizmar) Hind neyi keçmişdə Azərbaycana Hindistandan gətirilmişdir.
Rey
Rey — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi. == Tarixi == Ərəb sərkərdəsi Ömər bin Saad I Müaviyə və I Yezidlə, hər iki xəlifə ilə yaxın münasibətdə olmuşdur. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi təyin edilmişdir. 1194-cü ildə Xarəzmşahlar ilə İraq Səlcuqlu dövləti arasında aparılan böyük savaşla məşhur olmuşdu. Savaşdan sonra Xarəzmşahların idarəsinə keçən şəhər, sırayla İran və Osmanlı dövləti arasında əl dəyişdirdi. İran-İraq müharibəsi sırasında yerlə bir edilən şəhər, günümüzdə İran İslam Respublikası sərhədləri içərisindədir. Səlcuqlular dönəmində ən önəmli tibb və elm mərkəzi halına gəlmiş bir şəhər idi. Nizamülmülkün əmrləriylə təhsil üçün aparılan yeniliklərin başladığı və ən önəmli gəlişmələrin yaşandığı şəhərdir. Böyük Səlcuqlu imperiyasının qurucusu Toğrul bəy 8 Ramazan 455-ci (5 sentyabr 1063) ildə burada dünyasını dəyişib dəfn edilmişdir.
Ket
Ketlər
Tey
Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası == == Əhalisi == Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Keyt
Keyt — ad. Keyt Qunter — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Vitali — ABŞ döyüş ustası və aktyorudur. Keyt Bekinseyl — ingilis kinoaktrisası. Keyt Qlasko — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Hadson — ABŞ aktrisası. Keyt Ueyn Keyt Nelson — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Keyt Kuk – Amerika aktyoru, kaskadyor və döyüş sənətləri ustası Keyt Apton — amerikalı model və aktrisa. Keyt Bristol — ABŞ aktrisası.
Cey Cey Redik
Conatan Kley Cey Cey Redik (24 iyun 1984, Kukvill[d], Tennessi) — NBA komandalarından Los-Anceles Klippers komandasında forma geyən amerikalı beşəkar basketbolçu. 2006-cı il NBA seçmələrində ilk turda 11-ci sıradan Orlanda Mecik tərəfindən seçilmişdir.
Ağ küy
Ağ küy-ehtimal nəzəriyyəsində – spektral sıxlığı sabit olan ümumiləşdirilmiş stasionar X(t) təsadüfi proses. Korrelyasiya müddəti çox kiçik olan təsadüfi həyəcanlanmaları təsvir etmək üçün istifadə olunur. Məsələn, istilik küyündə – elektronların istilik hərəkətindən yaranan keçiricilərdə cərəyan şiddətinin pulsasiyası. Bəzi stoxastik diffuziya prosesləri üçün əksər halda η(t) (X(t)=η΄(t)) Viner prosesinə görə ümumiləşmiş törəməsi olan X(t) Qauss Ağ küyündən istifadə olunur. Stasionar təsadüfi həyəcanlanmaların təsiri altında rəqs edən sistemlərin dayanıqlı vəziyyətini təsvir edən Ağ küy modeli mühüm Y(t) təsadüfi proseslərdən biridir. Akustikada: müxtəlif tezlikli səs rəqslərini eyni dərəcədə ehtiva edən akustik küy. Ağ küydə müxtəlif tezlikli səs dalğalarının intensivliyi orta hesabla eyni olur. Ağ işıq ilə analoji adlandırılmışdır. Ötürmə zolağı sonlu olan, və bu çərçivədə real küyün spektri təxminən bərabər paylanmış hesab edilən fiziki siqnallara kiçik korrelyasiya müddətli küylərin təsirini təsvir etmək üçün Ağ küy modeli istifadə olunur. Korrelyasiya müddəti elektronun katoddan anoda uçuş müddəti ilə təyin olunan qırma küyə misal ola bilər.
Bey Yuymin
Yuy Min Pey (çin. 貝聿銘, ing. Ieoh Ming Pei; 26 aprel 1917[…], Quançjou, Çin Respublikası[d] – 16 may 2019[…], Manhetten, Nyu-York, ABŞ) — Amerikalı memar, Massaçusets Texnologiya İnstitutunda və Harvard Universitetində Valter Qropiusun sinifdə təhsil alıb. "Mies van der Rohe" beynəlxalq tərzinin ənənələrini davam etdirir. Pritzker mükafatının ilk 5 qalibindən biri. Lyudviq Mis van der Roenin "Beynəlxalq stil" ənənəsini dəvam etdirmək üçün. İlk 5 Pritsker mükafatçılardan biri.
Kəy (Urmiya)
Kəy (fars. ‎‎‎كاي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (45 ailə).
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.
Zəy
Zəy və ya Zainsk (tatar. Зәй, Zəy; rus. Заинск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.