Seydi Əhməd Paşa
Seydi Əhməd Paşa (ö. 12 dekabr 1656) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.
== Həyatı ==
Doğum tarixi məlum deyil. Qara Əhməd Paşanın çərkəz kölələrindəndir. At minməkdə mahir olub, bir dəfə saray ağalarından birinin ölümünə səbəb olmuş, bu səbəblə saraydan qovulmuşdur. Ardından bağışlanaraq Maraş bəylərbəyi, 1655-ci ildə vəzir rütbəsiylə Anadolu bəylərbəyi təyin edildi. Ancaq həmin ilin aprelində vəzifədən alındı və öncə Hələb, ardından aprel ayında Sivas, 1656-cı ildə isə Silistirəyə təyin olundu. 13 iyul 1656-cı ildə kaptan-ı dərya oldu ancaq bilinməyən səbəblə 12 dekabr 1656-cı ildə edam edildi. Oğullarından Mehmed Paşa da özü kimi kaptan-ı dərya olmuş, vəzirliyə qədər yüksəlmişdir.
== Mənbə ==
Sicill-i Osmani I, səh.