Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seydi
Seydi — Türkmənistan Respublikasının Lebap vilayətində etrap hüquqlu şəhər.
Lea Seydu
Lea Seydu (fr. Léa Seydoux; 1 iyul 1985) — Fransa kino aktrisası və modeli.
Mussa Seydi
Mussa Seydi (21 avqust 1996-cı ildə anadan olub) — Lüksemburq Milli Diviziya təmsilçilərindən olan Fola Eş klubunda hücumçu kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. == Klub karyerası == Seydi 2014-cü ildə Seneqalın Genereyşn Fut akademiyasından Metz klubuna transfer olmuşdur. O, Liqa 1-də debütünü 21 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Metz Bordoya 3-0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Seydi Seneqalın gənclər millilərində çıxış etmişdir. O, Seneqal U-23 millisi ilə 2015 Afrika Oyunlarında iştirak etmiş və turnirdə qələbə qolunun müəllifi olmuşdur.
Seydu Keyta
Seydu Keyta (fr. Seydou Keita; 16 yanvar 1980[…], Bamako) — keçmiş Mali futbolçusu.
Seydu Su
Seydu Su (12 dekabr 1995-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda qapıçı kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. == Klub karyerası == === Monako === Su Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Su əsas komanda ilə debütünü 20 may 2017-ci ildə çempion olduğu 2016-17 mövsümünün final görüşündə Renn klubuna qarşı oyunda etmişdir. O, 45 dəqiqə meydanda mübarizə aparmış və ikinci hissədə Loik Badiaşil ilə əvəz olunmuşdur.
Amin Seydiyev
Amin Seydiyev (15 noyabr 1998, Azərbaycan) Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah"ın futbolçusu. == Karyerası == === Qəbələ === "Qəbələ"də ilk matçına 29 noyabr 2017-ci il tarixində keçirilən "Qəbələ"-"Mil Muğan" matçının 59-cu dəqiqəsində çıxıb. Matç "Qəbələ"nin 8–0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin heyətində ilk qolunu isə 7 mart 2020-ci ildə keçirilən "Qəbələ"-"Sumqayıt" matçının 37-ci dəqiqəsində fərqlənib. Matç "Qəbələ"nin 5–0 hesablı qələbəsi ilə başa çatıb.1 iyul 2020-ci ildə "Qəbələ" ayrıldı. === Sabah === 1 iyul 2020-ci ildə "Sabah" müqavilə imzaladı. "Sabah" heyətində ilk matçına 22 avqust 2020-ci ildə keçirilən "Qarabağ"-"Sabah" matçında keçirib. Matç "Qarabağ"ın 2–0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"da ilk dəfə 23 noyabr 2020-ci ildə Azərbaycan Premyer Liqasının 10-cu turunun oyunu "Sabah"-"Səbail" matçının 33-cü dəqiqəsində fərqlənib. Matç "Sabah"ın 2–1 hesablı qələbəsi ilə başa çatıb.
Seydan (Urmiya)
Seydan (fars. سيدان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,220 nəfər yaşayır (217 ailə).
Seydi Mahmud Heyrani türbəsi
Seydi Mahmud Heyrani türbəsi Akşehirdəki tarixi bir türbədir. Türbəyə adı verilən Seydi Mahmud Heyrani Mövlana Cəlaləddin Ruminin tələbəsidir. Harranda anadan olmuş, Konyada Mövlana Cəlaləddin Rumidən dərs almış və Akşehirə gəlmişdir. 1268-ci ildə Akşehirdə ölmüşdür. == Yeri == Türbə Konya ili Akşehir ilçəsində, Sultan dağlarının şimal yamacında yerləşir. Türbənin yerləşdiyi ərazidə Ferruhşah məscidi kimi tanınan məscid də yerləşir. == Tarixi == Türbə Seydi Mahmud Heyrani adlı sufinin türbəsidir. Seydi Mahmudun ölüm tarixini nəzərə alsaq, türbənin 13-cü əsrdə inşa olunmuş türbə olduğu aydın olur. Binanın tikilmə tarixi barədə heç bir qeyd olmasa da, tabutdakı 667 (yəni miladi təqvim ilə 1268) binanın inşaa tarixi olma ehtimalı var. Bir kitabəyə görə memar Asilzadə Əhməd Abdullah oğludur.
Seydi Əhməd Paşa
Seydi Əhməd Paşa (ö. 12 dekabr 1656) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi məlum deyil. Qara Əhməd Paşanın çərkəz kölələrindəndir. At minməkdə mahir olub, bir dəfə saray ağalarından birinin ölümünə səbəb olmuş, bu səbəblə saraydan qovulmuşdur. Ardından bağışlanaraq Maraş bəylərbəyi, 1655-ci ildə vəzir rütbəsiylə Anadolu bəylərbəyi təyin edildi. Ancaq həmin ilin aprelində vəzifədən alındı və öncə Hələb, ardından aprel ayında Sivas, 1656-cı ildə isə Silistirəyə təyin olundu. 13 iyul 1656-cı ildə kaptan-ı dərya oldu ancaq bilinməyən səbəblə 12 dekabr 1656-cı ildə edam edildi. Oğullarından Mehmed Paşa da özü kimi kaptan-ı dərya olmuş, vəzirliyə qədər yüksəlmişdir. == Mənbə == Sicill-i Osmani I, səh.
Seydi Əli Rəis
Seydi Əli Rəis (türk. Seydi Ali Reis osmanlıca:غلطلى سيدى على ريِّس 1498 – 28 dekabr 1562, Konstantinopol) — Osmanlı imperiyası donanmasının admiralı (rəis). 1538-ci ildə Preveze dəniz döyüşündə Osmanlı donanmasının sol cinahına komandanlıq etmişdir. Hind Okeanındakı Osmanlı donanmasının komandanı olaraq 1554-cü ildə Hindistan Qoasında Portuqaliyalılarla döyüşmüşdür. Quru yolu ilə Hindistandan Türkiyəyə dönmüşdür. Sonra İstanbula yerləşmiş və naviqasiya, coğrafiya, riyaziyyat və astronomiyaya dair əsərlər yazmışdır. Əli Rəis elmi əsərlərlə yanaşı, şeirlərdə yazmışdır. İlk növbədə gəmi qəzasindan sonra Hindistandan İstanbula quru yolla səyahətini təsvir etdiyi "Ölkələrin aynası" və "Dənizlər kitabı" (Kitab ul-Muhit) kimi müxtəlif dillərə tərcümə olunmuş kitablar müəllifi kimi də məşhurdur. Kitablarında o, burada naviqasiya sənətini və Osmanlı imperiyasının limanlarını təsvir edir. == Həyatı == Seydi Əli Rəis İstanbulun Haliç limanın şimal tərəfində Qalatada Türkiyənin Qara dəniz sahilindəki Sinop mənşəli bir türk ailəsində anadan olmuşdur.
Seydimli
Seydimli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Seydizadə Mehmed Paşa
Seydizadə Mehmed Paşa (ö. 1684) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi məlum deyil. IV Mehmed səltənətinin kaptan-ı dəryalarından Seydi Əhməd Paşanın oğludur. Bu səbəblə bir çox tarixi mənbədə Seydizadə olaraq anılır. Sürətlə yüksələrək sancaqbəyi, ardından 1671-ci ildə vəzir rütbəsiylə Rumeli bəylərbəyi oldu. Bir neçə il bu vəzifədə qaldıqdan sonra 1676-cı ilin yanvarında kaptan-ı dərya oldu. Ardından 13 noyabr 1677-ci ildə vəzifədən alınaraq Niğdə sancaqbəyi oldu. 1678-ci ildə ikinci dəfə Rumeli bəylərbəyliyinə yüksəldi. Daha sonra Timeşvar, 1681-ci ildə Yanova, 1682-ci ildə Kanije, 1683-cü ildə isə yenidən Yanova qalasının mühafizəsi ilə vəzifələndirildi.
Seydun
Seydun— İranın Xuzistan ostanının Bağ Məlik şəhristanının Seydun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,439 nəfər və 962 ailədən ibarət idi.
Seydəli xan Dərgəzi
Seydəli xan Çavuşlu (1856 – 1914) — Çavuşlu oymağının ədib, xan və şairlərindən idi. O, Süleyman xan Çavuşlu Dərgəzin hakiminin oğlu və Məhəmmədəli xan Mənsurülmük və briqadir-general Allahyar xan bəylərbəyinin qardaşı idi. Mirzə Mehdi Gilaninin(Xədiv təxəllüslü) yanında dərs almışdır.Şeirlərinin birində Çavuşlu oymağının 400 illik tarixçəsinə işarə edir. Onun, yaxşı yaddaşı var idi və 50000 beyt farsca, ərəbcə və türkcə şeiri əzbər idi.
Şövkət Seydamətov
Şövkət Seydamətov (ukr. Zofia Albinowska-Minkiewiczow; 19 aprel 1954, Buxara vilayəti) — Krım tatar əsilli sovet və ukraynalı teatr, kino və incəsənət və sənətkarlıq rəssamı. == Bioqrafiya == Özbəkistanın Buxara vilayətinin Narpay kəndində deportasiya olunmuş Krım tatarlarının ailəsində anadan olub. 1957-ci ildə ailəsi ilə birlikdə Tacikistan SSR-in Leninabad vilayətinə köçüb. 1972-ci ildə Düşənbə (Tacikistan) M. Olimov adına Respublika Rəssamlıq Texnikumuna daxil olmuş və 1976-cı ildə oranı bitirmişdir. O, Leninabad İncəsənət Fonduna göndərilib, burada dizayn işləri ilə məşğul olub, keramika sənətinə yiyələnib, monumental rəngkarlıq işləri aparıb. Həmin 1976-cı ildən rayon və respublika sərgilərində iştirak etmişdir. 1992-ci ildə SSRİ-nin dağılmasından sonra Krıma qayıdıb, Simferopol vilayətinin Dubki kəndində məskunlaşıb. 1993-cü ildən Krım Tatar Musiqili Dram Teatrında çalışır, 1994-cü ildən teatrın baş rəssamıdır. 1993-2004-cü illərdə teatrın səhnələşdirdiyi tamaşaların əksəriyyətini Şövkət Seydamətov hazırlayıb.
Seyidnəzər Seydi
Seyidnəzər Seydi (1775, Lebap vilayəti – 1836) — Türkmənistan şairi. == Həyatı == 1768-ci ildə Türkmənistanın Qarabəkirli rayonunun Lebab-Lamma kəndində dünyaya göz açıb. Onun ailəsi o bölgədə geniş tanınan Ensarilər tayfasındandır. S.Seydi Həbib xocanın açdığı molla məktəbində oxuyub, Qurani Kərimi mükəmməl öyrənib. Sədi Şirazinin “Gülüstan”, “Büstan” kitablarını mütaliə edib.Şair Xivə xanlığının qədim Mərv (indiki Marı) bölgəsinə köçür. Dostu şair Zəlilinin yaşadığı Qaraqala kəndində məskunlaşır. Ancaq onun bu kənddə də günü xoş keçmir. Maddi cəhətdən güzəranı gündən-günə ağırlaşır. Ona himayədarlıq edən şair Zəlili Xivə xanı Məhəmmədrəhim tərəfindən 7 illik həbs cəzasına məhkum edilir. Şairin həbsi böyük narazılığa səbəb olur.
Ceyd
Ceyd (Mortal Kombat) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Qeyd
Qeyd – diqqəti çəkən , vacib bir məsələ barəsində yazı forması. Əsas əlamətləri — lakoniklik, əsas momentlərin diqqətə verilməsi. Yazı analiz deyil, niyə ? sualına cavab vermir. Qeyd qeyd aparan şəxs üçün əhəmiyyət daşımalıdır.
Reyd
Reyd (film, 1985) — təbiəti mühafizə problemləri barədə film. Reyd (termin) — dənizçilik termini.
Seyid
Seyid (seyyid) (ərəbcə: سيد) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür. Şəriflərlə birlikdə seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər. İranda Seyyid mənşəli ailələr Mir ya da Mirzə olaraq da xatırlanar. Şərqin bir çox ölkələrində seyid termini öz xüsusi mənasını itirmişdir və sadəcə olaraq "cənab" kimi işlədilir. Cənubi Asiyada milyonlarla insan Haşimin enişini iddia edir. 1901-ci ildə Seyyid sayı İngilis Hindistan 1,339,734 olaraq sayıldı. Son təxminlər Cənubi Asiyadakı çox on beş milyon Seyyid olduğunu göstərir; səkkiz milyon Pakistanda, yeddi milyon Hindistanda, bir milyondan çox Banqladeş və yetmiş min ətrafında Nepal == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.101.
Seyk
𐕚 (səslənməsi /s/, transkripsiyası S, s) — Alban əlifbasının 43-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. սէկ (Sēk) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır.
Seyü
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
SYD
Sosial Yeniliklər Düşərgəsi və ya qısaca SYD (ing. Social Innovation Camp və ya qısaca SICamp) — sahibkarları, proqramçıları, veb-developerləri, koderləri, dizaynerləri, bloqçuları, marketoloqları və internet məkanında bütün növ sosial internet ideya sahiblərini bir araya gətirir və onların köməyi ilə yeni internet əsaslı layihələr yaradılması müsabiqəsidir. Bu sosial innovasiya üçün bir metoddur. Sosial Yenilik Düşərgəsi mütərəqqi gənclərə stimul vermək üçün təşkil edilir. == Necə baş verir? == Düşərgənin ilk günündə iştirakçılar arasında qısa tanışlıq olur, sonra isə seçilmiş ideyalar iştirakçılara təqdim olunur, iştirakçılar xoşladıqları ideyanı seçirlər və qrup şəklində işləməyə başlayırlar. Düşərgənin ikinci günündə isə ideyalları reallaşdırma prosesi bitdikdən sonra iştirakçılar hamısı konfrans zalına gəlir və qruplar bir-bir öz yaratdıqları ideyaları nümayiş etdirirlər. Sonda isə ekspertlər tərəfindən qalib təyin olunur. Qalib gəlmiş ideyaya mükafat olaraq pul köməkliyi göstərilir və ideya həyata keçrilir. Başqa sözlə, SYD internetlə bağlı sosial ideyaların düşərgəyə qədər qəbulu, onlar içindən seçilən 4-8 layihənin düşərgədə reallaşdırılması və sonda ən yaxşısının mükafatlandırılması müsabiqəsidir.
Sed
Sed (stream editor) – mətn verilənlərinin ardıcıl axınına qabaqcadan müəyyən olunmuş müxtəlif mətn çevirmələri tətbiq edən mətn redaktoru (eləcə də proqramlaşdırma dili). İlkin variantı 1973-74-cü illərdə Bell Labs əməkdaşı Li Makmahon (Lee E. McMahon) tərəfindən UNIX-utilit kimi yazılıb. Hazırda sed faktiki olaraq komanda sətri ilə işi dəstəkləyən istənilən əməliyyat sistemində işləyir. Olduqca dolaşıq proqram olsa da, çox güclüdür. sed giriş axınını (adətən, fayl) sətirbəsətir qəbul edir, sed-skriptlə müəyyən olunmuş qaydalara uyğun olaraq hər bir sətri redaktə edir və nəticəni çıxış axınına verir. Tez-tez sed qeyri-interaktiv mətn redaktoru hesab olunur. Adi mətn redaktorları öncə sənədin bütün mətnini yükləyir, sonra isə komandaları bir-bir ona tətbiq edir. Bundan fərqli olaraq, sed öncə komandalar toplusunu özünə yükləyir, sonra isə bütün komandaları mətnin hər bir sətrinə tətbiq edir. Eyni anda yaddaşda yalnız bir sətir ola bildiyindən, sed istənilən böyüklükdə mətn fayllarını emal edə bilər. Super-sed (ssed) adlı genişləndirilmiş versiyası vardır.
Brendon Reyd
Brendon Reyd (18 mart 1994) — Kanadalı peşəkar kişi BMX velosipedçisi. Brendon Reyd Kanadanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Brendon Reyd 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 58.696 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu.
Ceyd (Nəmin)
Ceyd (fars. جيد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,015 nəfər yaşayır (232 ailə). Əhalinin 100 faizi talışlardır.
Ceyd İven
Ceyd İven (24 yanvar 1988, London) – ingilis müğənnisi və aktrisası. == Həyatı == Ceyd İven 24 yanvar 1988-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda anadan olmuşdur. 2003-cü ildən sonra Böyük Britaniyada, eləcə də Avstraliyada məşhurlaşmışdır. 2005-ci ildə bir çox televiziya serialına çəkilmişdir. Həyatını işinə həsr edən Ceyd İven R&B qrupunu quraraq işinə davam edir. 31 yanvar 2009-cu ildə Böyük Britaniya milli seçmələrini qazanaraq 2009 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmək hüququnu əldə etmişdir. Ceyd İven Böyük Britaniyanı My Time mahnısı ilə təmsil etmişdir və 173 xalla 5-ci olmuşdur.
Corc Seyl
Corc Seyl(ing. George Sale; 1697, Kenterberi, Kent — 13 noyabr 1736, Böyük Britaniya) — ingilis şərşünası, tərcüməçisi. == Həyatı == Corc Seyl 1697-ci ildə Kentdə doğulmuşdu. Atası London tacirlərindən Samuel Seyldir. Kenterberidəki Kings Schoolda təhsil gördü. Hüquq təhsilinin ardından qısa bir müddət vəkillik etdi. 1720-ci ildə Society for the Promoting Christian Knowlədgea (SPCK) bağlı Inner Templə adlı instituta daxil oldu. İlk Ərəbcə təhsilini, Zəburun və İncilin Ərəb dilinə tərcüməsinin hazırlanması üçün Antakya patriki tərəfindən Londona göndərilən keşiş Süleyman əs-Sadidən (Salamo Negri) aldı. İngiltərə kralının mütərcimi Suriyalı xristian Dadichi ilə Ərəbcənin ləhcələri üzərinə incələmələr apardı. Volter, Fəlsəfə lüğətindədə Seylin Ərəblər arasında iyirmi il qaldığını söyləməkdəysə də bunun doğru olmadığı bildirmişdir.
Leyla Ceyd
Leyla Ceyd (ing. Layla Jade, 1 oktyabr 1980, Torki, Devon qraflığı) – Böyük Britaniya modeli və pornoaktrisasıdır. 1998–2005-ci illər ərzində Leyla Ceyd "IAFD" saytında məlumata görə 318 pornoqrafik xarakterl film və videoda iştirak etmişdir. == Həyatı == Leyla Ceyd 1 oktyabr 1980-ci il tarixində Böyük Britaniyanın Torki şəhərində doğulmuşdur. Pornoqrafik karyerasına başlamamışdan əvvəl hospitalda sanitar vəzifəsində işləmişdi. 18 yaşı tamam olanda "Ben Dover's Butt Bangers Bonanza" adlı pornoqrafik məzmunlu filmə çəkilir. 2000-ci ildə "Add N to X" qrupunun ifa etdiyi "Plug Me In" adlı erotik xarakterli klipdə iştirak edir. 2002-ci ildə "First Choice Models Inc" adlı model agentliyini yaradır. 2004-cü ildə "KSEX Radio"da "People’s Choice Awards" mükafatında iştirak edən hakimlərdən biri idi. 2005-ci ildən etibarən onun "www.laylajade.com" adlı rəsmi veb-saytı açılır.
Metyü Seyad
Matye Syed (2 noyabr 1970) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Matye Syed Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Matye Syed Birləşmiş Krallıqı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Reyd (termin)
Reyd ya Lövbərsalma (ing. Roadstead, fr. Rade) — dənizçilik termini olub, gəmilərin limanda və ya dəniz buxtasında gözləmə mövqeyi tutaraq lövbər saldığı dayanacaq akvatoriyasına deyiliir.
Seye Ogunleve
Seye Ogunleve (30 avqust 1991, Laqos, Nigeriya) — Nigeriyalı atlet. Seye Ogunleve Nigeriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Seye Ogunleve birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 10.26 saniyəlik nəticə ilə 4-cü yeri tutdu və mübarizəni dayandırdı.
Seyid (ad)
Seyid (seyyid; ərəbcə: سيد‎) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Günümüzdə ad və təxəllüs kimi də işlədilir.
Seyid (dəqiqləşdirmə)
Seyid (seyyid; ərəbcə: سيد‎) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Günümüzdə ad və təxəllüs kimi də işlədilir.
Seyid Hüseyn
Seyid Hüseyn Sadiq (tam adı: Hüseyn Mir Kazım oğlu Sadıqzadə; 25 yanvar 1887, Bakı – yanvar 1938, Bakı) — yazıçı, tənqidçi, pedaqoq. == Həyatı == Seyid Hüseyn 1887-ci il yanvarın 25-də Bakı şəhərində anadan olmuşdur. Beş yaşında atasını itirən Seyid babası Mirsadiq Mirhəsənin himayəsində böyüyüb tərbiyə almışdır. O, əvvəl mollaxanada, sonra dövrünün görkəmli maarif xadimlərindən olan Mahmud bəy Mahmudbəyovun müdir olduğu rus-tatar məktəbində dörd ilə yaxın təhsil almışdır. Azərbaycan, rus, fars dillərini mükəmməl öyrənmişdir. 1904-cü ildə – babasının vəfatından sonra ailənin qayğısı S. Hüseynin üzərinə düşmüşdür. O, "Kaspi" mətbəəsində işə girir və 1912-ci ilə kimi orada mürəttiblik edir. 1913–1914 illərdə "İqbal"ın baş redaktoru idi. 1920-ci ildən "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmiş, Bakının orta məktəb və texnikumlarında müəllimlik etmiş, ömrünün son illərində isə Azərnəşrin bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur. O, bədii yaradıcılığa 1907-ci ildə başlamışdır.
Seyid Həşim
Seyid Həşim — XIX əsr və XX əsrin əvvəllərində seyid kimi tanınmış biri. == Həyatı == Seyid Həşim Seyid Qara Məhəmməd oğlu təxminən 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Seyid Həşim yeniyetmə yaşda olarkən atası Seyid Qara Məhəmməd dünyasını dəyişmişdir. Seyid Həşim atasının ölümündən çox illər sonra Kərbəlaya ziyarətə getmiş və oranın Şeyxi ilə görüşmüşdür. Kərbəladakı Şeyx Seyid Qara Məhəmmədin paltarını eləcə də səfər zamanı əlində tutduğu əsaya sancılan tünd rəngli saçağı ona təqdim etmişdir. Şeyx Seyid Qara Məhəmmədin məzarına yığılmış nəzirləri özü ilə aparmağı təklif etsə də, Seyid Həşim bundan imtina etmiş, nəzirlərin yoxsullara, kimsəsizlərə, xəstələrə paylanmasını istəmişdir.Seyid Həşim Seyidli kəndinin, Qazılı soyunun adlı-sanlı bəyi Məhəmmədalı bəyin (1828–1873) kiçik qızı Mələk xanımla (…– 1941) ailə həyatı qurmuşdur.Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı, neçə-neçə dəyərli insanlar incidildi, təqib edildi. Hər zaman tutulmaq təhlükəsi ilə yaşayan dəyərli insanlar sırasında Seyid Həşim də var idi. O, 1931-ci ilin mart ayının əvvəllərində dünyasını dəyişmişdir. Öz istəyi ilə Ağdamın "Qarağaacı" qəbirstanlığında torpağa tapşırılmışdır. Müsəlman qaydalarına görə qəbrinin itməsini vəsiyyət etmişdir.Seyid Həşimin Seyidə, Ayna, Əziz adlı üç qızı, Talıb, Qayıb, Talıb adlı üç oğlu olmuşdur.
Şeyx Səid
Şeyx Səid (1864, Palu, Diyarbəkir əyaləti, Osmanlı imperiyası – 29 iyun 1925, Diyarbəkir, Türkiyə) — Zaza bir ailəyə mənsub olan Nəkşibəndi şeyxi, Kürd lideridir. TBMM-nin səltənət və xəlifəliyin ləğvi haqqında çıxardığı qanunlara etiraz olaraq başladılan üsyanların biri də Şeyx Səidin "İnqilaba dəstək verənlərin canları və malları halaldır" fətvası ilə baş vermişdir.
Səid ibn Zeyd
Səid ibn Zeyd ibn Əmr (ərəb. بد الله بن انيس الجهني‎) — Məhəmməd peyğəmbərin səhabəsi ilk iman gətirənlərdən biridir. Məhəmməd peyğəmbərin cənnət müjdəsi ilə sevindirdiyi on nəfərdən ibarət səhabələr kateqoriyasına daxildir (əşara əl-mübəşşirə). == Bioqrafiyası == Onun tam adı Səid ibn Zeyd ibn Əmr ibn Nufeyl ibn Əbdül-Uzza ibn Ziyah ibn Abdullah ibn Kurt ibn Riza ibn Ədi ibn Kəb ibn Luaydir. Səidin atası hənifi olan Zeyd ibn Əmr idi. Səid ibn Zeydin özü 613-cü ildə hələ iyirmi yaşı belə olmayanda müsəlmanların Ərqam evindəki məclislərində iştirak edən ilk İslamı qəbul edənlərdən biri olmuşdur. O, Ömər ibn Xəttabın bacısı Fatimə ilə evlənmişdi. Səid və Fatimə Quran oxuyarkən Ömər onları yaxalayır və o, özü də İslamı qəbul edir. İslamın doğulmasının ilk illərində müsəlmanlar, o cümlədən Səid ibn Zeyd ciddi təqiblərə məruz qalır, nəticədə onlar Mədinəyə köçməli olurlar. === Hərbi fəaliyyət === Səid ibn Zeyd bütün mühüm tədbirlərdə iştirak etmişdir.
Şeyx Səid üsyanı
Şeyx Səid üsyanı (dövrün adı ilə: Gənc hadisəsi, fevral-aprel 1925) — Cənub-şərqi Anadoluda mərkəzi hakimiyyətə qarşı olan kürd və zaza tayfalarının dəstəklədiyi Xilafət və kürd separatçı hərəkatı tərəfdarı üsyan. == Üsyan == Şeyx Səidin tərəfdarı olan bəzi şəxslərin Diyarbəkirin Eğil nahiyəsinə bağlı Piran kəndində axtarış edən bir jandarma nəfərinə atəş açması (13 fevral 1925), qısa müddətdə alovlanan hadisələrin başlanğıcı oldu. Gənc nahiyəsinin Darahin qəzasına hücum edən Şeyx Səid (16 fevral) valini və digər vəzifəli şəxsləri əsir aldı, xalqı İslam dini üçün üsyana çağıran bir bəyannamə ilə hərəkatı tək mərkəz altında birləşdirməyə çalışdı. Bu bəyannamədə "din uğruna savaşalnların lideri" mənasında olan möhüründən istifadə etdi. Başlanğıcda üsyan İslam şəriətinin bərpası üçün başladılsa da, sonraddan kürd üsyanına çevrildi.Mistan, Botan və Mihəlləmilər tayfalarının dəstəyini aldıqdan sonra Gənc və Çapaqçur (indiki Bingöl) üzərindən Diyarbəkirə hərəkət etdi. Madən, Siverek və Erqanini tutdu. Şeyx Abdullahın idarə etdiyi başqa bir üsyançılar da Varto üzərindən Muşa doğru hərəkət etdi. Vartonu ələ keçirən üsyançılar Muşa doğru irəliləsələr də. xalqdan toplanan könüllü qüvvələrin də yardımı ilə Murad körpüsündə məğlub edilib, Vartoya geri çəkildilər. 21 fevralda hökumət şərq əyalətlərində fövqəladə vəziyyət elan etdi.
Mirzəzadə Seyid Mehmed Səid Əfəndi
Mirzəzadə Seyid mehmed Səid Əfəndi (1710 – 19 fevral 1775, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II Süleyman və II Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır. == Həyatı == 1710-cu ildə dünyaya gəldi. Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II Süleyman və II Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır. 1721-ci ildə ailəsinin nüfuzundan istifadə edərək müdərrislik rüyusu aldı. Patrona Xəlil üsyanının ardından şeyxülislamlığa yüksələn atasının istəyilə Süleymaniyə mədrəsəsinə müdərris təyin olundu. Atasının vəzifədən istehfa etməsinə baxmayaraq 5 il boyunca bu vəzifədə xidmət etdi. Ardından 1732-ci ildə İzmir, 1743-cü ildə isə Bursa qazılığına və Məkkə qazılığının namizədliyinə yüksəldi. 1748-ci ildə İstanbul qazısı, 1758-ci ilin aprelində Anadolu qazəsgəri, 1760-cı ilin iyununda və 1763-cü ilin oktyabrında isə 2 dəfə Rumeli qazəsgəri təyin edildi. 1761-ci ilin avqustunda naqibüləşraflığa gətirildi.
Səid
Səid və ya Səyid (ərəb. سعيد‎, Sa‘īd) — kişilərə verilən ərəbcə mənşəli şəxsi ad. Mənası "xoşbəxt", "uğurlu" və ya "mübarək"dir. Adın qadın versiyası Səidədir (ərəb. سعیدة‎). Latınca ekvivalenti "Feliks" və Yunanca ekvivalenti "Makariyos"dur. Bu adı olan məşhur insanlar Səid Səid Nursi — İslam alimi və filosofu. Səid Rüstəmov — Bəstəkar, dirijor, pedaqoq. Səid Ünsizadə — Şamaxı hakimi. Səid Mətinpur — Cənubi Azərbaycanlı insan hüquqları fəalı və jurnalist.
Şeyda
Şeyda — Azərbaycanda və İranda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Fazil xan Şeyda — XIX əsr Azərbaycan şairi. Nəcəfqulu bəy Şeyda — XIX əsr Azərbaycan şairi. Qəmər bəyim Şeyda — XIX əsr Azərbaycan şairi. Mirzə Yəhya bəy Şeyda — XIX əsr-XX əsr Azərbaycan şairi. Mirzə Abbas xan Şeyda — XIX əsr-XX əsr İran şairi. Mirzə Ələkbər Şeyda — XIX əsr-XX əsr İran şairi. Yəhya Şeyda — XX əsr Azərbaycan şairi.
Şeys
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
Şeyx
Şeyx (ərəb. شيخ‎)- Ərəbcə hörmət ifadəsini yetirən tituldur.Söz "yaşlı" deməkdir."lider" və ya "vali" mənasını verir. Ümumiyyətlə, atasından sonra bu ünvanı almış qəbilənin ən böyük və önəmli adamına deyilir və ya bir tələbə əsas İslam məktəbini bitirdikdən sonra bu ünvan o, tələbənin adının əvvəlinə gəlir. Azərbaycan dilinə ərəbcədən keçmişdir və ümumiişlək söz olmuşdur.
Biocoğrafi sədd
BİOCOĞRAFİ SƏDD (MANEƏ) – Bitki və heyvan populyasiyasının növ və ya qrupunun yayılması yolunda hər hansı maneə (coğrafi və ya bioloji xarakterli). Məs., 10° iyul izotermi (orta hesabla) yüksək dağıq zonada ağac bitkisinin yayılmasını limitləşdirir.
Bioloji sədd
Bioloji sədd — orqanizmlərin bir-birinin yayılmasına mane olması. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Canlı sədd
Canlı sədd (ing. Human shield) — düşməninin döyüş hədəflərinə hücumun qarşısını almaq üçün, döyüş hədəfləri daxilində və ya ətrafında qeyri-döyüşçülərin qəsdən yerləşdirilməsini izah edən hərbi və siyasi termin.
Corc Sənd
Jorj Sand (1 iyul 1804[…], Paris[…] – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…])—Fransız yazıçısı, bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır. == Həyatı == Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir. 1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır. Bu əsər böyük müvəffəqiyyət qazanmışdır.