sintaksis
sira
OBASTAN VİKİ
Kilsə-i Sir (Urmiya)
Kilsə-i Sir (fars. کلیسای سیر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (10 ailə).
Sir (Urmiya)
Sir (fars. سير‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (32 ailə).
Sir Chloe
Sir Chloe — Vermontdan olan amerikan indi-rok qrupu. Üzvləri Dana Fut, Teddi O'Miara, Palmer Fut və Ostin Holmsdur. Qrupun, "Michelle" mahnısı TikTok sosial şəbəkəsində viral olduqdan sonra geniş populyarlıq qazandı.
Sir Halevin
"Flamand əfsanələri" toplusuna daxil olan dörd əfsanədən biridir. "Sir Halevin" novellasının mövzusunu Şarl de Koster bir flamand xalq balladasından götürmüşdür. Qadın qatili Halevin haqqında xalq nəğmələri hələ qədim dövrlərdən başlayaraq xalq arasında çox geniş yayılmışdı və bu mövzu bu gün də Belçikada populyardır. Bu mövzuya əsasən müasir dramaturqlar müraciət edirlər. Bu novella topluya daxil olan ən iri həcmli əsərdir. Novellanın baş qəhrəmanı qəddar bir feodaldır. O, tabeliyində olan kəndliləri qarət edir, onların qızlarını məhv edir, azad şəhərlilərin hüquqlarını tapdalayır. Mehtelt adlı bir gözəl qız onu qətlə yetirir və ölkəni bəladan qurtarır.
Sir nahiyəsi
Sir — Qafqaz Albaniyası ərazisində qədim şəhər və nahiyə. Qədim-qayım Qarabağın tarixi mahallarından biri də Sirdir. Tarix boyu Ermənistanın sərhədləri içərisinə daxil olmamış bu ərazini erməni saxtakarları özününküləşdirirlər. Dərsliklərinə, "Tarix" kitablarına salıblar. Gəlin tarixə nəzər salaq. Qədim Alban (Aran) tarixçisi M. Kalankatuklu yazır ki, Sir Albaniyanın ərazisindədir. Hətta buranı şəhər kimi təqdim edir. O yazır: "Isanın naminə şəhid olan müqəddəslərin qaxımış cəsədləri olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlamətdar hadisə və möcüzələr baş vermişdi. M. Kalankatuklu kitabının 17 fəslində Sirdən vilayət kimi bəhs edir: "Elə həmin ildə beyləqanlılar (pavlikilər-Ə. Ç.) gəldilər və Sünik, Tsri (Sir-Ə. Ç.) və Amaras vilayətlərini talan etdilər". Sir şəhərini və vilayətini erməni müəllifləri Tsri kimi qeyd edirlər.
Sir Bani Yas
Sir Bani Yas adası (ərəb. صير بنى ياس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Əbu-Dabi əmirliyinin bir parçası. Fars körfəzində yerləşən ada. Əbu-Dabi əmirliyi ərazisinə daxildir. Ölkənin cənub-qərbində yerləşir. Əbu-Dabidən 250 km aralıda yerləşir. Sir Bani Yas adasının sahəsi 87 km²-dir. Ən iri yaşayış məntəqələri: Zar və Dasa. Adanın ərazisi əasən düzənlikdir. Ən hündür nöqtəsi 131 metrlik Karn Bu Naydar dağıdır.
Sir Əbu Nuayr
Sir Əbu Nuayr adası (ərəb. صير بنى ياس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Şarja əmirliyinin bir parçası. Fars körfəzində yerləşən ada. Əbu-Dabi əmirliyi sahilindən 65 km, Əbu-Dabi şəhərindən 80 km şimalda, Dubaydan isə 103 km qərbdə yerləşir. Şarja əmirliyinə daxildir. Sir Əbu Nuayr adası öz növbəsində bir dairəni xatırladır. Adanın diametri 4 km-dir. Daha dəqiq olaraq isə sanki bir damladır. Maqmatik dağ suxurlarından və qumdan təşkil olunmuşdur. Adanın cənub-şərqində kiçik havan və hava limanı vardır.
Sir-Bani-Yas
Sir Bani Yas adası (ərəb. صير بنى ياس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Əbu-Dabi əmirliyinin bir parçası. Fars körfəzində yerləşən ada. Əbu-Dabi əmirliyi ərazisinə daxildir. Ölkənin cənub-qərbində yerləşir. Əbu-Dabidən 250 km aralıda yerləşir. Sir Bani Yas adasının sahəsi 87 km²-dir. Ən iri yaşayış məntəqələri: Zar və Dasa. Adanın ərazisi əasən düzənlikdir. Ən hündür nöqtəsi 131 metrlik Karn Bu Naydar dağıdır.
Sen-Sir-an-Arti
Sen-Sir-an-Arti (fr. Saint-Cyr-en-Arthies) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 226 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 60 km şimal-qərb, Serji bələdiyyənin 28 km şimal-qərbdə yerləşir.
Sen-Sir-syur-Manton
Sen-Sir-syur-Manton (fr. Saint-Cyr-sur-Menthon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. [Pon-de-Vel (kanton)|Pon-de-Vel]] kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01343. 2010-ci ildə əhalinin sayı 1636 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 1049 nəfər (15-64 yaş arasında) 840 nəfər iqtisadi cəhətdən fəal, 209 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 80,1%, 1999-cu ildə 75.7%). Fəal 840 sakindən 797 nəfər (406 kişi və 391 qadın) işləyir, 43 nəfər işsizdir (21 kişi və 22 qadın). 209 hərəkətsiz 75 nəfər arasında şagird və ya tələbə, 90 nəfər təqaüdçü, 44 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (2012)
Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.
Daşların sirdaşı (film, 2012)
Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.
Dea Siriya
Atarqatis, Atarateh (klass. süry. Atar'atheh/Tar'atheh), Derketo (yun. Δερκετὼ), Dea Siriya (lat. Dea Syria) və ya Deyasura (lat. Deasura) — antik dövrdə, Şimali Suriyada yaşayanların əsas ilahəsi. O, bərəkət və sevgi ilahəsi olmaqla yanaşı, həm də şəhərinin və xalqının baalatı (sahibə) idi, onları müdafiə edirdi. Onun əsas şəhəri Heliopol idi. Onun əri Baal-Hadaddır. Göyərçin və balıqlar Atarqatis üçün müqəddəsdir.
Dyatlov aşırımının sirri (film, 2013)
Film 1959-cu ildə Rusiya Federasiyası ərasində Ural dağlarının bir hissəsində yerləşən Dyatlov keçidi (Şeytan aşırımı) kimi tanınan ərazidə baş vermiş hadisə və bu hadisənin sirli tərəfinin rejissor fantaziyasına uyğunlaşdırılmış şəkildə lentə alınmışdır. Yuri Yudin ve Ural Politexnik Universitetindən 9 tələbə, 28 yanvar 1959-cu ildə 2 həftə çəkəcək bir səfərə çıxdılar. Səyahət Uralın şimalında yerləşən Vizhay adlanan yerə qədər baş tutmalı idi. Qrupa rəhbərliyi təcrübəli dağçı olan İqor Dyatlov edirdi. Qrupdakı üzvlərin hamısı təcrübəli insanlar idi. Qrup üzvlərindən biri olan Yudin səfərin əvvəlində xəstələnir və geri qayıtmağa məcbur olur. Qrupda 2-si qadın olmaqla 7 kişi var idi. Tələbələr 2 fevral tarixində Otorteni dağını keçərək, Holat Syahl təpəsinə çatdılar. Qrupdan geriyə qalan şəkilləri və gündəlik qeydləri araşdıran tədqiqatçıların fikrincə onlar saat 5-də çadırlarını qurdular. Qrup üzvlərinin düşərgə üçün bu ərazini niyə seçdikləri məlum deyil.
Dövlət sirri
Dövlət sirri — Dövlət orqanının məxfiliyinin , bütövlüyünün və ya mövcudluğunun qorunmasını tələb edən həssas məlumatdır. Bu cür məlumatlara giriş qanun və ya qaydalarla məhdudlaşdırılır və yalnız icazəsi və səlahiyyəti olan şəxslər tərəfindən əldə edilə bilər. Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır; Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları—dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir; Dövlət sirrinin mühafizəsi sistemi—dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;.. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında; Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında; Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında; Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında; Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
Dəniz sirlərini açır (film, 1968)
Bu Azərbaycan EA Zoologiya İnstitutu əməkdaşlarının — planktonun həyatını öyrənən hidrobioloqların, ixtioloqların xeyirxah əməyi haqqında hekayədir. Filmdə əsas diqqət nərə balığının artırılmasına yönəldilmişdir. 1) 1968-ci ildə Riqada "İnsan və dəniz" devizi altında keçirilən kinofestival. Film diplom almışdır.
Ehtiraslı sirr (mini-serial, 1978)
Ehtiraslı sirr (ing. Jane Eyre) - 1978-ci ildə çəkilən televiziya serialıdır. Bu mini-serial Şarlotte Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında çəkilmişdir. Ehtiraslı sirr — Internet Movie Database saytında.
Ehtiraslı sirr (miniserial, 1978)
Ehtiraslı sirr (ing. Jane Eyre) - 1978-ci ildə çəkilən televiziya serialıdır. Bu mini-serial Şarlotte Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında çəkilmişdir. Ehtiraslı sirr — Internet Movie Database saytında.
Elementar sirkulyasiya mexanizmləri
Multanovskinin yaratdığı elmi məktəbin ideaları B.L.Dzedzeyevskinin tədqiqatlarında öz əksini tapmışdır. Dzedzeyevski şimal yarımkürəsində baş verən makro proseslərin təsnifatını vermişdir. O yer səthində baş verən proseslərin dinamikasını təhlil etdiyi zaman müəyyən etmişdir ki, müxtəlif sirkulyasiya situasiyaları tez-tez təkrarlanır. Həmin situasiyaları sonradan Dzedzeyevski elementar sirkulyasiya mexanizmləri adlandırmışdır. Elementar sirkulyasiya mexanizmlərinin fəaliyyət müddəti 1-10 günə bərabərdir. ESM dəyişilməsi sıçrayışla baş verdiyi müəyyən olmuşdur. Təhlil zamanı Dzedzeyevski 1899-1948 ilə kimi ABŞ-də nəşr olunan sinoptik xəritələrin və 1949-cu ildən başlayaraq isə SSRİ hidrometeoroloji mərkəzinin Mərkəzi Proqnozlar İnstitutunun çap etdiyi xəritədəki məlumatlardan istifadə etmişdir. Elementar sirkulyasiya mexanizmlərinin tipləşdirməsi zamanı onların aşağıdakı xassələrindən istifadə edilmişdir: Polyar hövzədən daxil olan əsas hava kütlələrinin sayı və istiqaməti Tropik zonadan daxil edilən hava kütlələri (cənub kütlələr) Dzedzeyevski müəyyən etdiyi 4 elementar sirkulyasiya mexanizmlırini 13 əsas tipdə birləşdirmişdir. Apardığı tədqiqatlar nəticəsində alim şimal yarımkürəsində baş verən makroproseslərini ümumiləşdirərək 4 qrup sirkulyasiyaya ayırmışdır: Zonal sirkulyasiya. 1-2 tipləri əhatə edir Zonallığın olmadığı sirkulyasiya.
Elementar sirkulyasiya mexanizmlərinin tipləri
Etual-Sen-Siris
Etual-Sen-Siris (fr. Étoile-Saint-Cyrice, oks. Estela Sant Cirici) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05051. 2008-ci ildə əhalinin sayı 35 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 16 nəfər arasında (15-64 yaş) 11 nəfər iqtisadi cəhətdən fəal, 5 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.8%, 1999-cu ildə 53.8%). 11 aktiv adamdan 10 nəfər (7 kişi və 3 qadın) işləyir, 1 nəfər işsizdir.
Fətulla Siracov
Gözlərindəki sirr (film, 2009)
Gözlərindəki sirr (isp. El secreto de sus ojos) — 2009-cu ildə çəkilmiş Argentina və İspaniyanın birgə istehsalı olan cinayət-dram filmidir. Film həm də ssenari müəllifi olan Eduardo Saçerinin La pregunta de sus ojos ("Gözlərindəki sual") əsəri əsasında ekranlaşdırılıb və rejissoru Xuan Xose Kampanelladır. Film 1974-cü ildə zorlama və qətl cinayətinin araşdırılması ilə məşğul olan məhkəmə işçisi Benjamin Esposito və hakim Irene Menendez Hastingsdən, bu cinayətin hadisə ilə əlaqədar bütün şəxslərdə buraxdığı izdən, 25 ildən sonra qəhrəmanların keçmişi və dəfn etdikləri hisslərini xatırlamalarından bəhs edir. Film həm Hollivud, həm də İspaniyada bir neçə mükafatın sahibi olub. Bunlardan ən əhəmiyyətlisi “«Xarici dildə ən yaxşı film» kateqoriyasında Oskar mükafatıdır. Bununla da Argentina 1985-ci ildə istehsal olunmuş “Rəsmi hekayə” filmindən sonra bu mükafatı iki dəfə qazanan ilk Latın Amerikası dövləti olub. Film həm də “İspan dilində ən yaxşı xarici film” nominasiyasında Qoya mükafatının qalibidir. Argentina tarixində 1975-ci il istehsallı “Nazareno Kruz və Canavar” filmindən sonra ən çox gəlir gətirən filmdir. 2016-cı ildə BBC tərəfindən təşkil olunan səsverməyə əsasən 177 tənqidçi tərəfindən 21-ci əsrin ən yaxşı 100 filmindən biri seçilib.
Gəmi saatının sirri (film, 1983)
Filmin əsas süjet xəttini köhnə gəmi saatı və qiymətli xəzinənin axtarışı ilə əlaqədar məktəbli oğlanın başına gələn əhvalatlar təşkil edir. Əsl səyyah olmağı arzulayan 10 yaşlı Alik (Anar Tağızadə) valideynlərsiz, təkbaşına Kiyevə əmisinin yanına gedir. Oğlan istəyirdi ki, əmisi boşanmağa hazırlaşan valideynlərini barışdırsın. Alik Ukraynanın kiçik şəhərlərindən birində çox adamla tanış olur. Mühəndis Aleksandr İvanoviçin (Nikolay Volkov) evində onun diqqətini köhnə gəmi saatı cəlb edir. Sən demə bu saat təkcə Aliki deyil, qarətçiləri də maraqlandırırmış. Nə üçün? Oğlan gəmi saatının sirrini açır: o, saatın içindən yazılı kağız tapır. Bu kağızda qiymətli daş-qaşların saxlanıldığı yer göstərilirdi. Milis qarətçiləri həbs edir.
Harri Potter və Sirlər Otağı (film, 2002)
Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets) — 2002-ci ildə “Warner Bros. Pictures”in distribütorluğu, Kris Kolumbusun rejissorluğu ilə istehsal edilmiş fentezi filmidir. Film, Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından ikinci film olan “Sirlər Otağı”nın ssenari müəllifi Stiv Klovz, prodüseri isə Devid Heymandır. Filmdə Harri Potterin Hoqvartsda keçirdiyi ikinci il, Salazar Slizerinin varisinin Sirlər otağının qapısını açmasından sonra qorxunc bədheybətin ortaya çıxması təsvir edilir. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uatson isə müvafiq olaraq Ron Uizli və Hermiona Qreyncer obrazlarını canlandırmışlar. “Harri Potter və Fəlsəfə Daşı” filminin davamı olan “Sirlər Otağı” filmindəki hadisələr “Harri Potter və Azkaban Məhbusu” filmində davam etdirilmişdir. Film 15 noyabr 2002-ci ildə Birləşmiş Krallıq və Şimali Amerikada çıxarılmışdır. Tənqidçilər tərəfindən çox yaxşı qarşılanmış film, böyük maddi oğur da qazanaraq bütün dünyadan $879 milyon gəlir əldə etmiş, bütün zamanların ən çox gəlir gətirmiş filmləri sırasında 34-cü yerdə qərarlaşmış, Harri Potter filmlər seriyasında isə yeddinci ən çox gəlir gətirmiş film olmuşdur.
Harri Potter və Sirlər Otağı (film musiqisi)
"Harry Potter and the Chamber of Secrets original motion picture soundtrack" albomu 12 noyabr 2002-ci ildə satışa çıxarılmışdır. Baxmayaraq ki, film musiqisinin Con Vilyams tərəfindən yazılması və drijorluq ediləsi nəzərdə tutulmuşdur, Stiven Spilberqin "Tut məni, əgər bacarsan" filminin cədvəli ilə toqquşma yarandığından bəstəkar Uilyam Ross, Con Vilyamsın film musiqisini uyğunlaşdırmağı və musiqini ifa edən London Simfonik Orkestrına drijorluq etməyi öhdəsinə götürmüşdür. Film musiqisinə altı yeni musiqi mövzusu daxildir: "Feniks Favkis", "Sirlər otağı", "Zlatapust Lokans", Ev elfi Dobbi", "Hörümçəklər" və "Zırıltılı Mirtl". Çıxış dövründən etibarən albom kolleksiyaçılar üçün beş fərqli üz qabığı ilə təqdim edilmişdir. Hər bir üz qabığında fərqli obraz və ya Harri, Ron və Hermiona birlikdə müxtəlif pozalarda təqdim edilirdi. Film musiqisi 2003-cü ildə "Vizual media üçün ən yaxşı musiqi" nominasiyasında "Qremmi mükafatı"na namizəd göstərilmişdir. Albom "Billboard 200" hit-paradında 81-ci, "Top Soundtracks Chart"da isə 5-ci yerdə debüt etmişdir. Yaponiya ərazisindəki dükanlarda 100,000 nüsxədən çox satış göstəricisinə görə albom RIAJ tərəfindən qızıl sertifikata layiq görülmüşdür. Baxmayaraq ki, albomda yer almayıb, həmin il Con Vilyams tərəfindən yazılmış və "Sirlər Otağı" film musiqisi albomundan bir müddət əvvəl çıxarılmış "Ulduz müharibələri. Epizod II. Klonların hücumu" film musiqisindən "Zam the Assassin and the Chase Through Coruscant" adlı musiqi "Sirlər Otağı" filmində Qviddiç səhnəsində istifadə olunub.
Harri Potter və Sirlər Otağı (roman)
Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets) - Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ikinci romandır. Romanın məzmununda Harrinin Hoqvartsda ikinci tədris ili təsvir edilir, məktəbin divarlarına yazılan mesajlar “Sirlər otağı”nın açılmasından xəbər verir, məlum olur ki, “Slizerinin varisi” yarımqan və maql ("Slizerin"lilərin və Ölüm Yeyənlərin çirkliqan adlandırdığı insanlar) olan bütün tələbələri öldürə bilər. Bu təhdid tezliklə qəsrdə qarışıqlığa səbəb olur, bir neçə tələbə daşlaşmış şəkildə (“daş kimi donmuş”) xəstəxana qanadına yerləşdirilir. İl ərzində Harri və onun dostları Ron Uizli və Hermiona Qreyncer hücumları araşdırır və günahkarı tapmağa çalışırlar. Roman Birləşmiş Krallıqda 2 iyul 1998-ci ildə “Bloomsbury” tərəfindən, ABŞ-də isə 2 iyun 1999-cu ildə “Scholastic Inc.” tərəfindən nəşr edilmişdir. Roulinq kitabı tamamlamağa çətinlik çəksə də, əsər tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş və çoxlu mükafatlara layiq görülmüşdür, gənc oxuyucular, kitab sənayesi işçiləri və bəzi tənqidçilər romanın azyaşlı uşaqlar üçün çox qorxulu olduğunu qeyd etmişlər. Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi, “Harri Potter və Sirlər otağı” romanı da dini müzakirələrə səbəb olmuşdur; bəzi dindar cəmiyyətlər romanda magiya mövzularının istifadəsini tənqid etsələr də, başqaları məqsədinə doğru gedən yolda insanın özünü qurban etməsi fikrinin aşılanmasını təqdir etmişlər. Bəzi şərhçilər şəxsi identikliyin kitabın ən güclü mövzularından biri olduğunu və bunun qeyri-magik, qeyri-insani və canlı olmayan personajlar vasiyəsiylə rasizmə yönləndiyini qeyd edirlər. Bəzi şərhçilər isə romandakı gündəliyi mənbələrdən məlumatların tənqidsiz qəbul edilməsinə qarşı müəllifin mövqeyini göstərdiyini bildirmişlər.
Kani Siran (Bükan)
Kani Siran (fars. كاني سيران‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (34 ailə).
Kapitol Hillin sirli soda avtomatı
Kapitol Hillin sirli soda avtomatı (ing. Capitol Hill's mystery soda machine) – ABŞ-nin Sietl şəhərinin Kapitol Hill bölgəsində yerləşən Coke avtomatı. 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərən avtomat 2018-ci ildə müəmmalı şəkildə yoxa çıxmışdır. Avtomatın kim tərəfindən idarə edildiyi naməlumdur. Avtomatın üstündə 6 ədəd "? mystery ?" (azərb. ? müəmma ?‎) düyməsi vardı və düymələrin birinə basdıqda nadir içki konservləri düşürdü. Bu içkilər həm artıq ABŞ-da əldə oluna bilməyən, həm də 1980-cı illərdən satılmayan nadir içkilər idi. Məsələn, bu sirli avtomat vasitəsilə "Mountain Dew White Out", moruq dadlı "Nestea Brisk", "Hawaiian Punch", üzümlü "Fanta", "Vanilla Cokes", "Black Cherry Frescas" və "Sunkist Cherry Limead" kimi çox nadir içkiləri əldə etmək olurdu.
Komitet 300: Dünya hökumətinin sirləri
Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri — Con Koulmanın 300-lər Komitəsindən bəhs edən didaktik kitabı. Kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman yazır: "Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxtda müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib" Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüurun nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli "Komitet 300" təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir. Xəbərdarlığın sonu "The Committee of 300" ( (ing.)). coleman300.net. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09. "John Coleman Komitet 300" ( (az.)).
Kyara Sirakusa
Chiara (25 sentyabr 1976) − Malta müğənnisi. Kyara 25 sentyabr 1976-cı ildə Valettada - Maltada anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində What If We adlı mahnı ilə Maltanı təmsil etdi. Lakin uğur qazana bilmədi. Kyara həm də 2005 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Angel" (Mələk) adlı mahnı ilə təmsil etmiş və ikinci olmuşdur. Həmçinin 1998-ci ildə Avroviziya Mahnı Müsabiqəsində "The One That I love" adlı mahnı ilə Maltaya bir üçüncülük qazandırmışdır.
Külək:Bozqurdun sirri
Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.
Külək - Bozqurdun sirri
Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.
Lea Sirk
Lea Sirk (1 sentyabr 1989, Koper[d]) — Sloveniya müğənnisi və bəstəkarı. O, "Hvala, ne!" mahnısı ilə Sloveniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Lea Sirk 1 sentyabr 1989-cu ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Koper şəhərində anadan olmuşdur. O, Cenevrə Musiqi Konservatoriyasında fleyta üzrə təhsil almışdır. Lea eyni zamanda bir çox beynəlxalq festivallarda iştirak etmişdir, lakin o, Sloveniyada Bitka talentov məharət yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. Həmin yarışmada ifaçı ikinci yerə layiq görülmüşdür. 2011-ci ildə Lea Sirk Leaparfume qrupunun üzvü olaraq Sloveniyanın 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş, lakin heç bir uğur qazana bilməmişdir. 2014-cü ildə Lea Sloveniyanın Avroviziya təmsilçisi Tinkara Kovaçı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Həmin ildə ifaçının Roža adlı debüt albomu işıq üzü görmüşdür. Lea 2017-ci ildə solo ifaçı olaraq "Freedom" mahnısı ilə Sloveniyanın RTV SLO telekanalının 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turunda iştirak etmiş, lakin seçim turunun ilk mərhələsinə məğlub olmuşdur.

Digər lüğətlərdə