sol
solğun
OBASTAN VİKİ
Solaxay
Solaxay — sağ əlinə nisbətən, sol əlindən daha çox istifadə edən adam. İnsanların təxminən 15 %-i, hər yeddi nəfərdən biri solaxaydır. Beynəlxalq solaxaylar günü — hər ilin 13 avqustunda qeyd edilir.
Solaxay oronimi
Solaxay — Qobustan rayonu ərazisindəki palçıq vulkanıdır. Magistral yoldan solda yer­ləşir. Ehtimal etmək olar ki, adlandırmada vulkanın coğrafi mövqeyi əks olunmuşdur. Oronim Saxalay variantında da qeydə alın­mışdır.
Solaxay palçıq vulkanı
Solaxay palçıq vulkanı– Ələt tirəsinin cənub-şərq hissəsində, Qobustan qəsəbəsində 9 km qərbdə yerləşir. == Haqqında == Solaxay palçıq vulkanının mütləq hündürlüyü 190.3 m olan meylli şimal-şərq və dik cənub-qərb yamaclı yüksəklikdir. Nəvahi dərəsinə dərin yarğan və qobularla enir. Solaxay palçıq vulkanı şimal-şərq-cənub-şərq istiqamətində uzanan pilosen antiklinal strukturuna aiddir. İlk dəfə 1949-cu ildə püskürüb. Daha sonra 1989, 2001-ci illərdə püskürüb.
Ümumdünya Solaxaylar Günü
Onlar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar. Müasir cəmiyyət onları «solaxay» adlandırıb, buna o qədər də əhəmiyyət verməsə də, qədim Romada bu cür insanları «sinister», yəni «pislik», Orta əsrin kilsə xadimləri isə solaxayları «şeytan» adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir. Alimlər solaxaylar və normal insanlardan ibarət iki qrup yığıb, onlara müxtəlif işlər tapşırdılar. Solaxaylar digər qrupa nisbətən, daha yaxşı sürücülük edib, yemək bişirib, təmir işlərini uğurla bitirərək, daha yaxşı nəticə göstərdilər. Elə Avstraliya alimlərinin son araşdırmaları da onu göstərir ki, dünyanın ən yaxşı və zəhimli idarəçiləri solaxaydır. Solaxaylıq daha çox kişilərdə müşahidə olunur. Onların da 53%-i rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olur. == Statistika == Dünyada 2-8% solaxay yaşayır.
Ümumdünya solaxaylar günü

Digər lüğətlərdə